Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 127 128 129 130 131 132 133 134 135 » #
    Ombudsman E.Süleymanova 4 saylı qadın cəzaçəkmə müəssisəsində olub
    Azərbaycanda keçirilən parlament seçkiləri mövcud qanunvericiliyə riayət edilməklə təşkil olunub. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlanmaı 4 saylı qadın cəzaçəkmə müəssisəsində jurnalistlərə açıqlamasında Ombudsman Elmira Süleymanova söyləyib. O ümid etdiyini bildirib ki, seçkilərdə qanun pozuntusu olmayacaq. E.Süleymanova qeyd edib ki, 4 saylı qadın cəzaçəkmə müəssisində seçki prosesini izləyib və saat 11:00-a qədər həmin müəssisələrdə səsvermə prossesi başa çatıb. O, Səbail, Yasamal və Xətai rayonlarında müşahidə apardığı seçki məntəqələrində heç bir qanun pozuntusunun qeydə alınmadığını da vurğulayıb.
    08.11.10 Məqaləni oxumaq
     
    Jurnalistlər tərəfindən Mətbuat Şurasının “qaynar xətt”inə hər hansı məlumat daxil olmayıb
    Azərbaycanda keçirilən növbəti parlament seçkisini işıqlandıran jurnalistlər tərəfindən Azərbaycan Mətbuat Şurasının (MŞ) “qaynar xətt”inə hər hansı məlumat daxil olmayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya MŞ-dən veriblər. Qeyd edək ki, KİV təmsilçilərinin seçki günü peşə fəaliyyətlərini yerinə yetirmələrində yarana biləcək mümkün problemlərin operativ aradan qaldırılmasını təmin etmək məqsədilə yaradılan “qaynar xətt”in növbəti məlumatı saat 14.00-da yayımlanacaq. Xatırladaq ki, Şuranın (012) 441 35 30; (012) 441 35 92; (012) 441 35 94 nömrələri saat 19.00-dək “qaynar xətt” rejimində işləyəcək.
    07.11.10 Məqaləni oxumaq
     
    “ELS” “Ekzitpol” tədqiqatını həyata keçirmək məqsədilə apardığı hazırlıq işlərini başa çatdırıb
    “ELS” Müstəqil Araşdırmalar Mərkəzi Milli Məclisə keçiriləcək seçkilərdə “Ekzitpol” tədqiqatını həyata keçirmək məqsədilə apardığı hazırlıq işlərini başa çatdırıb. “ELS” Müstəqil Araşdırmalar Mərkəzindən verilən məlumata görə, hazırqlıq işləri çərçivəsində intervüer və supervayzerlər üçün təlimlər təşkil olunub. Bu təlimlərdə intervüerlərə tədqiqat müddətində həyata keçirəcəkləri işlər barədə məlumat verilib. Həmçinin onlara tədqiqat zamanı ilk dəfə tətbiq edilən informasiya kommunikasiya texnologiyalarından istifadə qaydaları izah edilib. Supervayzerlər də təlimlərdə iştirak edib və tədqiqatın qaydalarına uyğun atacaqları addımlar barədə məlumat verilib. Hazırlıq mərhələsi dövründə “Ekzitpol” həyata keçirəcək intervüerlər üçün tədqiqat zamanı istifadə ediləcək sənədlər və ləvazimatlar hazırlanıb.
    06.11.10 Məqaləni oxumaq
     
    İTV-də bu axşam Hadı Rəcəbli, Əhliman Əmiraslanov, aşıq Yadigar çıxış edəcək
    Bu gün İTV-də 5 seçki dairəsinin namizədləri çıxış edəcək. MSK-dan KƏLAMİNFO-ya verilən məlumata görə, 65 saylı Saatlı - Sabirabad - Kürdəmir (5 namizəd), 62 saylı Saatlı seçki dairəsindən bir namizəd, 74 saylı Lənkəran kənd (4 namizəd), 124 saylı Şuşa - Ağdam - Xocalı - Xocavənd (4 namizəd), 123 saylı Kəlbəcər (5 namizəd) seçki dairələrinin təmsilçiləri iştirak edəcək. 65 saylı Saatlı - Sabirabad - Kürdəmir və 62 saylı Saatlı seçki dairələrinin nümayəndələri bir yerdə çıxış edəcəklər. Buna səbəb 62 saylı Saatlı seçki dairəsindən bir namizədin çıxışının qalmasıdır.
    05.11.10 Məqaləni oxumaq
     
    Səbail rayonunda “Abad həyət” layihəsi uğurla davam edir
    Səbail rayonunda “Abad həyət” layihəsinə əsasən Badamdar qəsəbəsində növbəti həyətin təmiri sona çatıb. Səbail rayon İcra Hakimiyyətindən KƏLAMİNFO-ya verilən məlumata görə, neftçilərin yaşadığı Badamdar yolu 107/109 ünvanda yerləşən 3 binanın yerləşdiyi həyət əsaslı surətdə təmir olunaraq sakinlərin istifadəsinə verilib. Burada uşaqların oynaması üçün əyləncə qurğuları quraşdırılıb, yeni ağaclar əkilib.
    04.11.10 Məqaləni oxumaq
     
    Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri açıqlanıb
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə oktyabr ayının III ongünlüyü üçün növbəti monitorinq həyata keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya ETSN-dən veriblər. Oktyabr ayının III ongünlüyündə Kür çayında suyun sərfi oktyabr ayının II ongünlüyünə nisbətən 19 m3/san azalaraq 148 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub.
    04.11.10 Məqaləni oxumaq
     
    Məhkumların islah edilməsinə ictimai nəzarəti həyata keçirən Komitənin səlahiyyət müddəti başa çatır
    Məhkumların islah edilməsində və penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsində ictimaiyyətin iştirakını təmin edən İctimai Komitənin dördüncü tərkibinin səlahiyyət müddəti bu il dekabrın 28-də başa catır. Bu barədə məlumatı KƏLAMİNFO-ya Ədliyyə Nazirliyi mətbuat xidmətindən veriblər. Komitənin fəaliyyəti Ədliyyə Nazirinin 25 aprel 2006-cı il tarixli 4-T ?-li Əmri ilə təsdiq edilərək dövlət qeydiyyatına alınmış Qaydalara əsasən həyata keçirilir və buna müvafiq olaraq Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə tərkibi aidiyyəti dövlət, habelə qeyri-hökumət təşkilatlarının nüfuzlu nümayəndələrindən, ictimai xadimlərdən ibarət olan Seçki Komissiyası tərəfindən İctimai Komitə üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi və təhlillərin aparılması həyata keçirilərək Komitənin yeni tərkibinin formalaşdırılması nəzərdə tutulur.
    04.11.10 Məqaləni oxumaq
     
    İTV-də bu axşam BDU-nun rektoru Abel Məhərrəmov, “Vəhdət” partiyasının sədri Tahir Kərimli və Rəfael Hüseynov çıxış edəcək
    Bu gün İTV-də 5 dairənin namizədləri çıxış edəcək. MSK-dan KƏLAMİNFO-ya verilən məlumata görə, 16 saylı Yasamal ikinci, 58 saylı Hacıqabul - Kürdəmir, 85 saylı Şamaxı, 121 saylı Laçın, 54 saylı Şabran - Siyəzən dairələrinin namizədləri İTV-nin ödənişsiz efir vaxtından istifadə edəcəklər. 16 saylı Yasamal ikinci seçki dairəsində Abel Məhərrəmov, 58 saylı Hacıqabul - Kürdəmir seçki dairəsində Rəfael hüseynov, 85 saylı Şamaxı seçki dairəsindən “Vəhdət” partiyasının sədri Tahir Kərimli, 54 saylı Şabran - Siyəzən seçki dairəsində millət vəkili Tahir Süleymaov da çıxış edənlər siyahısında olacaq.
    03.11.10 Məqaləni oxumaq
     
    MŞ-nin sədri Əflatun Amaşov Hollandiyaya yola düşüb
    Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov Avropa Mətbuat Şuraları Alyansının XII illik toplantısında iştirak etmək üçün Hollandiyaya yola düşüb. MŞ-dən KƏLAMİNFO-ya verilən məlumata görə, tədbir noyabrın 4-5-də Hollandiyanın paytaxtı Amsterdam şəhərində keçiriləcək. toplantıda alyansa üzv 30-dan artıq ölkənin mətbuat şuralarının hesabatı dinləniləcək, bu qurumların fəaliyyətindəki oxşar və fərqli cəhətlər ətrafında fikir mübadilələri aparılacaq. Azərbaycan MŞ-nin hesabatı və “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın yeni variantı müzakirəyə çıxarılacaq.
    03.11.10 Məqaləni oxumaq
     
    “EKO -2010” Gənclər Koalisiyası sorğulara və monitorinqlərə başlayır
    “EKO-2010” Gənclər Koalisiyası sorğulara və monitorinqlərə başlayır. EKO -2010” Gənclər Koalisiyasından KƏLAMİNFO-ya verilən məlumata görə, məqsəd “Ekologiyanın Dostu” Milli Mükafatının sahiblərini müəyyənləşdirməkdir. Bunun üçün Koalisiya ölkə ərazisində fəaliyyət göstərən bütün sahələr üzrə sorğular keçirəcək və monitorinqlər aparacaq. Sorğuların və monitorinqlərin nəticələri məlum olduqda KİV-lər vasitəsi ilə ictimaiyyətə çatdırılacaq.
    03.11.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 127 128 129 130 131 132 133 134 135 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30