Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 9 10 11 12 13 14 15 16 17 » #
    YAP funksioneri: “Onlar qanun qarşısında cavab verməlidirlər”
    “Açıq-aşkar görünür ki, özünü müxalif adlandıran bir qrup şəxsin şəhərin mərkəzində cəhd elədiyi aksiya birbaşa qanun pozuntusuna, ictimai asayişin pozulmasına yönəlib”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə bildirib. O qeyd edib ki, bu aksiya etiraz aksiyası deyil, bir qrup gəncin xuliqanlıq cəhdidir: “Çox təəssüf ki, bəzi müxalif partiyaların liderləri də bu qrup gənclərdən öz siyasi maraqları üçün istifadə edir”. Deputat onu da vurğulayır ki, bütün qanun pozucuları kimi, həmin qrup gənclər də qanun qarşısında cavab verməlidirlər. Qeyd edək ki, noyabrın 17-də paytaxtın Fəvvarələr meydanında bir qrup müxalif gənc qanunsuz aksiya keçirməyə cəhd edib.
    19.11.12 Məqaləni oxumaq
     
    Milli Məclisdə gələn ilin büdcə zərfi ilə bağlı müzakirələr başa çatıb
    Bu gün Milli Məclisdə üç gündür davam edən gələn ilin büdcə zərfi ilə bağlı müzakirələr başa çatıb. “KƏLAMİNFO” xəbər verir ki, büdcə paketinin müzakirəsi zamanı səslənən təkliflər baxılması üçün hökumətə göndərilib. Büdcə zərfinə “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2013-cü il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2013-cü il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin 2013-cü il üçün xərclər smetasi haqqında” və “Azərbaycan Respublikası Hesablama Palatasının 2013-cü il üçün xərclər smetası haqqında” qanun layihələri daxildir. Qeyd edək ki, Hökumət deputatların təkliflərinə noyabrın 30-da keçiriləcək plenar iclasda cavab verəcək.
    17.11.12 Məqaləni oxumaq
     
    Dövlət qulluqçularının etik davranış qaydaları ilə bağlı Komissiyaya 10 şikayət daxil olub
    Bu il dövlət qulluqçularının etik davranış qaydaları ilə bağlı vətəndaşlar tərəfindən Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya 10 şikayət daxil olub. Bu barədə məlumatı “KƏLAMİNFO”ya müsahibəsində DQMK-nin sədri Bəhram Xəlilov deyib. B.Xəlilov bildirib ki, həmin şikayətlər Komissiya tərəfindən araşdırılıb. Onun sözlərinə görə, şikayətlərin 6-sı əsassız olub. Şikayətlərin 2-si əsaslı olub və təmin edilib. Digər 2 şikayət isə hazırda qanunvericilikdə nəzərdə tutulmuş qaydada araşdırılır.
    16.11.12 Məqaləni oxumaq
     
    Hadı Rəcəbli: "Bəzi deputatlarımız xarici səfərlərə həsrətdirlər "
    “Bizim deputatların bəziləri xarici ezamiyyətə getməkdən beziblər, bəziləri isə xarici ezamiyyət üzünə həsrətdirlər”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında qurumun 2013-cü il xərclər smetası barədə qanun layihəsinin müzakirəsi zamanı Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib. O qeyd edib ki, baxmayaraq ki, bu səfərlər beynəlxalq qurumlarda təmsil olunmaq prinsipi ilə həyata keçirilir, istənilən halda bu məsələ nəzərə alınmalıdır: “10-15 ildir deputat kimi fəaliyyət göstərənlər var ki, xarici səfərlərə həsrətdirlər. Onların da xarici ölkələrdə olması fəaliyyətləri üçün müsbət hal olardı”.
    16.11.12 Məqaləni oxumaq
     
    SAM "Yaşıl iqtisadiyyat" mövzusunda Dəyirmi masa keçirəcək
    Noyabrın 15-də Prezident yanında Strateji Araşdırmalar Mərkəzi "Yaşıl iqtisadiyyat" mövzusunda Dəyirmi masa keçirəcək. SAM-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, tədbiri BMT Ətraf Mühit Proqramının regional direktoru Jan Dusik, ekologiya və təbii sərvətlər naziri Hüseyngulu Bağırov, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov və BMT İnkişaf Proqramının Rezident nümayəndəsi Antonius Broek giriş sözü ilə açacaq.
    14.11.12 Məqaləni oxumaq
     
    Aytən Mustafayeva: Ölkəmizin milli maraqlarına və təhlükəsizliyinə ciddi təhlükə təşkil edən təriqətlər var
    “Azərbaycanda xristianlar, yəhudilər və müsəlmanlar sülh və bir-birinə hörmət şəraitində yanaşı yaşayıblar. Ancaq təəssüflər olsun ki, hazırda bəşəriyyət inkişafın müasir mərhələsində mövcud olan dinlərin parçalanmasına istiqamətlənib, ölkə, cəmiyyət və insan təhlükəsizliyinə ciddi hədə olan destruktiv, radikal dini təriqətlərlə qarşılaşıb”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri AMEA İnsan Hüquqları İnstitutunda “Din və etiqad azadlığı: hüquqi, siyasi və ictimai aspektlər” mövzusunda keçirilən konfransda institutun direktoru, millət vəkili Aytən Mustafayeva deyib. O xatırladıb ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, İnsan Hüquqları üzrə Avropa Konvensiyası və digər sənədlərdə təsbit olunan dini etiqad azadlığı hüququna Azərbaycanda da ölkə Konstitusiyası və milli qanunvericiliklə təminat verilir: “Lakin digər insan hüquqları kimi bu hüquq da (Avropa Konvensiyasının 2-ci bəndinin 9-cu maddəsində göstərildiyi kimi) ictimai təhlükəsizliyi və dövlətin maraqlarını təhdid etdiyi təqdirdə məhdudlaşdırıla bilər”.
    14.11.12 Məqaləni oxumaq
     
    Millət vəkilləri müəllimlər və həkimlərin maaşlarının artırılmasını istəyiblər
    Milli Məclisin bu gün keçirilən iclasında deputatlar 2013-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bir sıra təkliflər və suallar səsləndiriblər. “KƏLAMİNFO” xəbər verir ki, deputat, Xalq artisti Zeynəb Xanlarova çıxışı zamanı iclasda iştirak edən hökumət üzvlərinə sual ünvanlayıb. “Xahiş edirəm, mənə deyin, bu büdcənin müəllimlərimizə, əlillərimizə, pensiyaçılarımıza, həkimlərimizə xeyri olacaqmı?” Əvvəlcə spiker Oqtay Əsədov bildirib ki, deputatların suallarına onların çıxışları yekunlaşandan sonra hökumət nümayəndələri tərəfindən cavab veriləcək. YAP icra katibinin müavini Mübariz Qurbanlı ipotekaya ayrılan vəsaitin artırılmasını təklif edib. O, ölkənin müxtəlif yerlərində yerli-yersiz hasarlamalar olduğunu vurğulayıb: “Düzdür, bəzən hasarlar lazım olur, amma ehtiyac olmadan da hasarlar çəkilir. Hesablama Palatası və digər qurumlar buna diqqət yetirməlidir”.
    14.11.12 Məqaləni oxumaq
     
    Azərbaycanda dinlərarası dialoq və tolerantlıq mərkəzinin yaradılması təklif edilib
    Azərbaycanda dinlərarası dialoq modelinin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə ölkədə dinlərarası dialoq və tolerantlıq mərkəzinin yaradılması təklif edilib. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov deyib. Dövlət Komitəsinin sədri xatırladıb ki, bu günlərdə Böyük Britaniya Parlamentində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Avropa multikulturalizminin perspektivləri: dinlərarası dialooq və dini tolerantlığın Azərbaycan modeli” mövzusunda konfrans keçirilib. Onun sözlərinə görə, həmin tədbirdə məruzəçilər və xarici iştirakçılar Azərbaycanda dinlərarası dialoq modelinin Avropa üçün önəm daşıdığını vurğulayıb, bu münasibətlərin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə ölkəmizdə dinlərarası dialoq və tolerantlıq mərkəzinin yaradılması təklifini irəli sürüblər: “Bu isə bir daha sübut edir ki, Azərbaycanda dövlət və din münasibətləri yüksələn xətlə inkişaf edir” deyə komitə sədri qeyd edib.
    14.11.12 Məqaləni oxumaq
     
    Qarabağla bağlı sayta ermənilərin kiber hücumu olub
    KarabakhİNFO.com e-jurnalı ermənilər tərəfindən kiber hücuma məruz qalıb. Lakin hücumun qarşısı saytın texniki heyəti tərəfindən alınıb. Bununla barışmayan erməni hakerləri jurnalın şef-redaktoru Zaur Qəriboğlunun “Fecebook” səhifəsi guya irqi ayrı-seçkilik saldığına görə, bloka salınmış, eyni zamanda jurnalın erməni dili bölməsinin redaktoru Qafar Çaxmaqlının “Facebook” səhifəsi, elektron poçtları erməni haker qrupu tərəfindən dağıdılaraq, ona internet jurnalda fəaliyyətinə son qoyması ilə bağlı xəbərdarlıq edilib. İndi əsasən jurnalın “Facebok” səhifəsi və qrupu hədəfə alınıb. Xatırladaq ki, jurnal Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) layihəsi əsasında təsis olunub. Layihənin rəhbəri və ideya müəllifi AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanovdur. Layihənin məqsədi Dağlıq Qarabağla bağlı həqiqətləri, faktları mümkün qədər əhatəli şəkildə dünyaya çatdırmaqdır.
    09.11.12 Məqaləni oxumaq
     
    "Azərbaycanda İslam: mövcud reallıqlar və ictimai rəy” sorğusunun təqdimatı olacaq
    Noyabrın 13-ü Strateji Araşdırmalar Mərkəzi "Azərbaycanda İslam: mövcud reallıqlar və ictimai rəy” mövzusunda aparılan sosioloji sorğunun təqdimat mərasimini keçirəcək. SAM-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, tədbirdə Azərbaycan Dini Araşdırmalar Mərkəzinin direktoru Elçin Əsgərov çıxış edəcək. SAM-ın direktoru Fərhad Məmmədov “Azərbaycanda dini durumun öyrənilməsi zərurəti və sosioloji tədqiqatın əsas xüsusiyyətləri”, qurumun elmi işçisi Sahib Cəfərov “Azərbaycanda İslam” sosioloji tədqiqatın təqdimatı”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov “Azərbaycanda Dövlət və din münasibətləri: mövcud reallıqlar və ictimai gözləntilər” mövzularında çıxışlar edəcəklər.
    08.11.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 9 10 11 12 13 14 15 16 17 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30