Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 125 126 127 128 129 130 131 132 133 » #
    Səlim Müslümov CAR-da Dünya Sosial Təminat Forumunda iştirak edəcək
    Cari ilin 29 noyabr 04 dekabr tarixlərində Cənubi Afrika Respublikasının Keyp Taun şəhərində Dünya Sosial Təminat Forumu keçiriləcək. Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) və Cənubi Afrika Respublikasının Sosial İnkişaf Departamentinin birgə təşkilatçılığı ilə baş tutacaq Forumda Azərbaycanı Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov təmsil edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya DSMF-dən veriblər.
    25.11.10 Məqaləni oxumaq
     
    Bakıda 16-cı Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları konfransı öz işinə başlayıb
    Bu gün Bakıda 16-cı Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları konfransı öz işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, konfransda çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, 16 illik tarixə malik olan bu konfrans hər il dünya ictimaiyyətinin diqqətini cəlb edən İKT forumu hesab olunur. “Son bir-neçə ildə sərgi-konfransın açılış mərasimində Azərbaycan prezidentinin işrirakı onu göstərir ki, ölkə rəhbərliyi bu prosesə ciddi önəm verir. Bu ilki konfrans isə öz layihələrinin həm sayca, həm də məzmunca çoxluğu ilə, həmçinin iştirakçı ölkələrin çoxluğu ilə əvvəlki illərdən fərqlənir”,-deyə Ə.Abbasov vurğulayıb. Konfransda BMT-nin Azərbaycanda resident əlaqələndiricisi Fikrət Akçuira isə bildirib ki, hazırda dünyada İKT sektorunun inkişafı texnoloji yenilikdə inqilabi həddə çatıb, O, bunu təqdirə layiq hal kimi dəyərləndirib. “Azərbaycan da bu kimi tədbirlərə üstünlük verməklə bu inkişafın yüksək nöqtələrində durur”,-deyə F.Akçuira fikirini açıqlayıb.
    25.11.10 Məqaləni oxumaq
     
    Rusiyalı mütəxəsislər azərbaycanlı müdavimlərə səyyar təkmilləşdirmə kursları keçəcəklər
    Bu gündən dekabrın 15-dək Rusiyanın Şüa Diaqnostikası üzrə Milli Konqresinin 4 nəfərdən ibarət tanınmış müəllim və professor heyəti həkimlərin tibbi bilik və bacarıqlarının artırılması məqsədi ilə azərbaycanlı müdavimlərə səyyar təkmilləşdirmə kursları keçəcəklər. Bu barədə məlumatı KƏLAMİNFO-ya Səhiyyə Nazirliyindən veriblər. Şüa diaqnostikası məsələlərinə həsr olunmuş kurslara Bakı şəhərindəki tibb müəssisələrində çalışan 20 həkim müdavim cəlb olunacaq. Kurslar 1 saylı Kliniki Tibbi Mərkəzdə həyata keçiriləcək.
    24.11.10 Məqaləni oxumaq
     
    “İKT və iqlim dəyişikliyi” mövzusunda konfrans keçiriləcək
    Noyabrın 24-də “İKT və iqlim dəyişiliyi” mövzusunda konfrans keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə verib. Onun sözlərinə görə, dünyada baş verən iqlim dəyişiklikləri ilə bağlı problemlərin aktuallığı, həmçinin Azərbaycanda “Ekologiya ili”ni nəzərə alaraq 16-cı Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransında bu mövzu da müzakirə olunacaq.
    23.11.10 Məqaləni oxumaq
     
    Bu gün Azərbaycanda ədliyyə işçilərinin peşə bayramıdır
    Bu gün Azərbaycanda ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd edilir. KƏLAMİNFO xəbər verir ki, Ədliyyə Nazirliyinin təsis edilməsinə xüsusi əhəmiyyət verilərək 1918-ci il may ayının 28-də Azərbaycan Demokratik Respublikasının elan edildiyi gün Ədliyyə Nazirliyi yaradılıb. Nazirlik öz işinə ilk növbədə ədliyyə strukturlarının, məhkəmələrin və istintaq sahələrinin bərpası ilə başlayıb, gərgin fəaliyyət nəticəsində məhkəmə aparatları tədricən bərpa edilib, binalar qaydaya salınıb, hüquq ədəbiyyatı kitabxanası yaradılaraq 6 aylıq hüquq kursları təşkil edilib. Həmçinin, ədliyyə orqanları və məhkəmələrin fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilib, o cümlədən 1918-ci il noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilib. Beləliklə, uzun bir tarixi yol qət edən ədliyyə işçilərində və hakimlərdə mə'nəvi stimul yaradılması məqsədilə onların peşə bayramı gününün müəyyən edilməsinə təşəbbüs göstərilərək 22 noyabr - 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi günün ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilməsi üçün dövlət başçısına müraciət edilib və ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edilib.
    23.11.10 Məqaləni oxumaq
     
    Son üç həftədə ölkə ərazisində 1 milyon 663 min 833 ədəd ağac və kol bitkisi əkilib
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mütəxəssisləri tərəfindən cari ilin payız mövsümünün 08-13 noyabr tarixlərində Respublika ərazisinin 418,89 ha sahəsində 878 739 ədəd müxtəlif ağac və kol bitkisi əkilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya ETSN-nin mətbuat xidmətindən veriblər. Respublika ərazisinin 63,57 ha sahəsində əkilən ağaclardan 76 min 269 ədədi Bakı və Bakı ətrafı ərazilərin payına düşür. ETSN-nin Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin əməkdaşları tərəfindən dövlət meşə fondu torpaqlarında isə heç bir əlavə vəsait xərclənmədən, nazirliyin daxili imkanları hesabına 355,32 ha sahədə 802 470 ədəd müxtəlif ağac və kol bitkisi əkilib. Əkilən ağaclar müəssisənin öz tinglik sahələrində yetişdirilib. Ümumiyyətlə, cari ilin payız əkin mövsümünün 01-13 noyabr tarixlərində Respublika ərazisində 1 mln. 663 min 833 ədəd ağac və kol bitkisi əkilib. Hazırda ərazilərdə əkin, meşəbərpa, suvarma və qulluq işləri davam etdirilir.
    20.11.10 Məqaləni oxumaq
     
    Səhiyyə Nazirliyi bölgələrdə növbəti qanvermə aksiyaları keçirib
    Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Saatlı, Sabirabad və Xızı Mərkəzi Rayon Xəstəxanalarında (MRX) könüllü qanvermə aksiyaları keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər. Aksiyalar zamanı Saatlı MRX-da 151 nəfər, Sabirabad MRX-da 83 nəfər, Xızı MRX-da isə 128 nəfər könüllü olaraq qan verib. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
    19.11.10 Məqaləni oxumaq
     
    KİV nümayəndələrinin iştirakı ilə reyd keçirilib
    Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər və Vergilər nazirliklərinin əməkdaşları növbəti reydi KİV nümayəndələrinin iştirakı ilə Abşeron rayonu Zığ şossesində yerləşən “Zeytun bağı” restoranında keçiriblər. Nazirliyin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, reyd zamanı sözügedən restoranda vəhşi təbiətdən götürülmüş iki ədəd ayının saxlanılması faktı aşkar edilərək qanunvericilikdə nəzərdə tutulmuş qaydada sənədləşdirilərək götürülüb. Növbəti reyd zamanı isə Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər və Vergilər nazirliklərinin əməkdaşları tərəfindən Bakı şəhər Nizami rayonu ərazisində yerləşən iaşə obyektinin həyətində 1 ədəd ceyranın, Şüvəlan qəsəbəsindəki “Xəzri” istirahət mərkəzində isə 1 ədəd ayının saxlanılması faktları aşkar edilib və sənədləşdirilərək götürülüb. Bu kimi reydlər Azərbaycanın digər rayonlarında da həyata keçirilib. Belə ki, Nabranda yerləşən “İsa bulağı” istirahət mərkəzində bir ədəd ayının qəfəsdə saxlanılması faktı aşkar edilərək qanunvericilikdə nəzərdə tutulmuş qaydada sənədləşdirilmiş və ayı götürülüb. Bütün hallarda qanunu pozmuş şəxslər AR “Heyvanlar aləmi haqqında” qanununa müvafiq olaraq inzibati qaydada məsuliyyətə cəlb edilərək cərimə olunublar. Hazırda respublika ərazisində bu kimi reydlər davam etdirilir.
    13.11.10 Məqaləni oxumaq
     
    Bakıda “İnsan hüquqları və azadlıqlarının müdafiəsinin Konstitusiya mexanizmləri” adlı konfrans keçirilir
    Bu gün Azərbaycan Respublikası Konstitusiyasının 15 illiyinə həsr olunmuş “İnsan hüquqları və azadlıqlarının müdafiəsinin Konstitusiya mexanizmləri” adlı konfrans keçirilir. KƏLAMİNFO xəbər verir ki, tədbirdə Türkiyə, Qazaxıstan, Ukrayna, Moldova, Rusiyanın Konstitusiya məhkəmələrinin nümayəndələri, Avropa Şurası Venesiya Komissiyası, ATƏT-in Bakı ofisi, Beynəlxalq Hüquqşünaslar İttifaqının nümayəndələri iştirak edirlər. Tədbirdə çıxış edən Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib ki, ötən 15 il ölkənin yeni tarixində mühüm yer tutur, Konstitusiyada bir sıra dəyişikliklər baş verib. Onun sözlərinə görə, Konstitusiyanın ən böyük bölməsi insan hüquq və azadlıqlarına həsr olunub.
    12.11.10 Məqaləni oxumaq
     
    X.Hacıyev: “Hazırda Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə edilən müraciətlərin sayı 1000-ə yaxındır”
    “Hazırda Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə edilən müraciətlərin sayı 1000-ə yaxındır”. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə Avropa İnsan Haqları Məhkəməsində Azərbaycandan olan hakim Xanlar Hacıyev verib. O Avropa İnsan Haqları Məhkəməsinə müraciətlərin böyük hissəsinin Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz evlərindən didərgin düşmüş azərbaycanlı məcburi köçkünlər tərəfindən edildiyini bildirib: “Digər müraciətlər isə hüquq-mühafizə orqanlarının işində yol verilən hüquq pozuntuları və məhkəmə sistemindəki prosedur qaydaları ilə əlaqədardır. Hazırda Avropa Məhkəməsinin Böyük Palatasında Azərbaycanla bağlı 50-yə yaxın iş var”,-deyə X.Hacıyev qeyd edib.
    12.11.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 125 126 127 128 129 130 131 132 133 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30