Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 124 125 126 127 128 129 130 131 132 » #
    Bu il Azərbaycanda 1854 nəfər narkotik istifadəçisi olan xəstə qeydə alınıb
    Cari il ərzində Respublika ərazisində ümumi diaqnozla 1854 nəfər narkotik istifadəçisi olan xəstə qeydə alınıb. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində Respublika Narkoloji Dispanserin rəsi müavini Afət Məmmədova bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycanda 24 minə yaxın narkotik istifadəçis qeydə alınıb. A.Məmmədov qeyd edib ki, bunlardan 580 nəfəri qadındır. “Ümumi diaqnozla bu il ərzində qeydə alınanların 750 nəfəri narkotk maddə istifadəçisidir. Qalanları isə başqa diaqnozla- alkoqolizm və taksikomaniya ilə qeydə alınıblar. Bunlardan da 5%-i qadın, qalanları isə kişidir. Yaş həddinə gəldikdə isə, əsasən xəstələr arasında 18- 32 yaş arası insanlarda narkomaniya daha çox üstünlük təşkil edir”,-deyə A.Məmmədov vurğulayıb. O, qeyd edib ki, Dispanserə əsasən xəstə o halda müraciət edir ki, tam narkoloji xəstəlik formalaşıb və xəstəlik artıq kecikmiş mərhələdir.
    30.11.10 Məqaləni oxumaq
     
    GVB həyata keçirdiyi layihənin təqdimatını keçirib
    Gənc Vətənpərvərlər Birliyi (GVB) Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Məktəblərdə fiziki hazırlıq üzrə tədrisin keyfiyyətlərinin yüksəldilməsi üzrə yeni təşəbbüslər” adlı layihəsinin təqdimatını keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya GVB-dən veriblər.
    29.11.10 Məqaləni oxumaq
     
    Azərbaycanda H5N1 virusunun monitorinqi keçiriləcək
    Dekabrın 13-dən 17-nə kimi Azərbaycanda H5N1 (“quş qripi”) virusunun yoxlanılması məqsədilə monitorinq keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Kənd Təsərrüffatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli bildirib. Onun sözlərinə görə, monitorinq əsasən Abşeron Milli parkında, Dəvəçi, Salyan, Ağcəbədi və Lənkərandakı Milli qoruqlarda, eləcədə dəniz sahillərində aparılacaq. Y.Xanvəli söyləyib ki, bu ərazilər köçəri quşların müvəqqəti məskunlaşdığı yerlərdir və ona görə də bu zonalarda Dövlət Baytarlıq Xidməti tərəfindən ilin bütün fəsillərində müşahidə aparlır.
    29.11.10 Məqaləni oxumaq
     
    L.Əliyeva: “Yaşadığımız yerdən asılı olmayaraq bizim hamımızı ümumi vətənimiz Azərbaycana olan məhəbbət birləşdirir”
    Frankfurtda keçirilən Dünya Azərbaycanlı Gənclərin I Konqresi həmvətənlərimiz arasında yalnız dostluq və işgüzar əlaqələrin yaranması üçün gözəl meydan deyil, həmçinin Vətənlə əlaqələrin möhkəmlənməsi, gənc insanların ictimai-siyasi fəallığının güclənməsi üçün unikal, nadir bir imkandır. KƏLAMİNFO xəbər verir ki, bu fikirlər noyabrın 27-28-i tarixlərində Almaniyanın Frankfurt şəhərindəki “The Westin Grand” otelində Dünya Azərbaycanlı Gənclərinin I Konqresində səslənən Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın müraciətində deyilib.
    29.11.10 Məqaləni oxumaq
     
    Azad Rəhimov Dünya Azərbaycanlı gənclərinin I konqresində iştirak etmək üçün FrankfurtĂ  yola düşür
    Bu gün gənclər və idman naziri Azad Rəhimov Dünya Azərbaycanlı gənclərinin I konqresində iştirak etmək üçün Almaniyanın Frankfurt şəhərinə yola düşür. Bu barədə məlumatı KƏLAMİNFO-ya Gənclər və İdman Nazirliyindən veriblər. Almaniyaya səfəri çərçivəsində nazir A.Rəhimov noyabrın 29-da Berlin şəhərində yerləşən Humboldt Universitetində “Azərbaycan tarixi” kafedrasının açılması münasibəti ilə “Azərbaycan Elm və Mədəniyyət Həftəsi”i tədbirlərinə qatılacaq, Alman-Azərbaycan əlaqələrinin inkişafında gənclərin rolu mövzusunda keçiriləcək müzakirələrdə çıxış edəcək. Qeyd edək ki, A.Rəhimov Almaniyaya İspaniyadan yola düşəcək. Nazir İspaniya Ali İdman Şurasının rəhbəri Xayme Lissavetzkinin dəvəti ilə noyabrın 24-dənbu ölkədə səfərdədir.
    27.11.10 Məqaləni oxumaq
     
    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri Polşada təlimdə iştirak ediblər
    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının “Sosial Müdafiənin İnkişafı Layihəsi: 2010-2012-ci illər üçün Modul Təlim Proqramları” layihəsində iştirak etmək üçün 8 nəfərlik nümayəndə heyəti Polşada təlim səfərində olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, Şərqi Avropada, xüsusən Polşada modul təlim proqramlarının hazırlanması və tətbiqi sahəsində qabaqcıl təcrübənin öyrənilməsi məqsədi ilə təşkil olunan səfər çərçivəsində Radom, Jeşuv və Varşavada görüşlər keçirilib, müzakirələr aparılıb.
    26.11.10 Məqaləni oxumaq
     
    Bu gün Ümumdünya İnformasiya Günüdür
    Hər il noyabrın 26-ı dünyada Ümumdünya İnformasiya Günü qeyd edilir. AMEA-nın İnformasiya Texnologiyaları İnstitutundan KƏLAMİNFO-ya verilən məlumata görə, BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusa malik olan Beynəlxalq İnformasiyalaşdırma Akademiyası və Ümumdünya İnformasioloji Parlamentin təşəbbüsü ilə qeyd olunan bu gün İKT sahəsində çalışanların peşə bayramıdır. Bəşər tarixində informasiya həmişə mühüm əhəmiyyət kəsb edib. XX əsrin ortalarından başlayaraq sosial tərəqqi, elm və texnikanın sürətli inkişafı nəticəsində informasiyanın rolu daha da artıb.
    26.11.10 Məqaləni oxumaq
     
    Bakıda “Bələdiyyələrin sosial sahədə və əhalinin ekoloji hüquqlarına dair imkanlarının artırılmasına dəstək” layihəsinin təqdimatı oldu
    Bu gün “Ambassador” otelində Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və Azad İstehlakçılar Birliyi (AİB) tərəfindən həyata keçirilən “Bələdiyyələrin sosial sahədə və əhalinin ekoloji hüquqlarına dair imkanlarının artırılmasına dəstək” layihəsinin başa çatması münasibətilə milli konfrans keçirildi. KƏLAMİNFO xəbər verir ki, konfransda çıxış edən AİB-in sədri Eyyub Hüseynov bildirdi ki, sözügedən layihə Hacıqabul, Saatlı, Sabirabad, Salyan, Neftçala rayonlarının 33 bələdiyyəsini və 50 kəndi əhatə edib. Həyata keçirilməsinə 33 400 avro məbləğində vəsait ayrılan layihə çərçivəsində həmin bələdiyyələrə 10 komputer, mebel dəstləri, bələdiyyə məlumat lövhələri verildiyini diqqətə çatdıran E.Hüseynov qeyd edib ki, bundan başqa, ərazidə çoxsaylı treninqlər keçirməklə, bələdiyyələr üçün məlumat bazası yaradılıb.
    26.11.10 Məqaləni oxumaq
     
    Bakıda Beynləxalq konfrans keçiriləcək
    Dekabrın 2-3-ü tarixlərində Bakıda “ECA 2010 – Yüksək İnnovasiya: Gənc sahibkarlar və yeni biznesin təşkili üçün investisiya hazırlığı və biznes inkubasiya infrastrukturunun möhkəmləndirilməsi” mövzusuna həsr olunmuş Şərqi Avropa və Mərkəzi Asiya Biznes İnkubatorları və Texnologiya Parkları Şəbəkəsinin (ECAbit) V beynəlxalq konfransı keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən veriblər. Konfrans GİN, Xəzər İnvestisiya Mərkəzi və ECAbit şəbəkəsinin təşkilatçılığı ilə və Dünya Bankının İnfoDev proqramının dəstəyi ilə keçirilir. Tədbirin keçirilməsində məqsəd innovasiya vasitəsilə iqtisadi və sosial inkişafa nail olmuş təcrübəni öyrənmək, biznes inkubatorlarının fəaliyyətlərinə dair beynəlxalq təcrübə ilə bölüşmək və bu prosesə gənc sahibkarları cəlb etməkdən ibarətdir. Konfransda innovasiya və biznes inkubasiya sahəsində çalışan 80 nəfərdən çox yerli və beynəlxalq ekspertlər iştirak edəcəklər. Konfrans çərçivəsində Dünya Bankının İnfoDev proqramı, Finlandiya Hökuməti və “Nokia” şirkəti arasında həyata keçirilən “İnformasiya iqtisadiyyatında davamlı biznesin qurulması” proqramı müzakirə ediləcək və növbəti illərə dair fəaliyyət strategiyası hazırlanacaq.
    26.11.10 Məqaləni oxumaq
     
    Respublika ərazisində 646 504 ədəd müxtəlif ağac və kol bitkisi əkilib
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən cari ilin payız mövsümünün 15-20 noyabr tarixlərində respublika ərazisinin 293,79 hektar sahəsində 646 504 ədəd müxtəlif ağac və kol bitkisi əkilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya ETSN-dən veriblər. Respublika ərazisinin 34,5 hektar sahəsində əkilən ağaclardan 39 864 ədədi Bakı və Bakı ətrafı ərazilərin payına düşür. Belə ki, Ələt-Salyan magistral avtomobil yolunun 5,2 hektar sahəsində 6550 ədəd, Bakı-Qazax magistral avtomobil yolunun Ələt-Atbulaq sahəsinin 4,7 hektar sahəsində 6600 ədəd, Bakı-Şamaxı magistral avtomobil yolunun 3,1 hektar sahəsində 4100 ədəd, Bakı-Quba magistral avtomobil yolunun 4,4 hektar sahəsində 3720 ədəd, Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun ətrafının 6,1 hektar sahəsində 7700 ədəd, Suraxanı-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun ətrafının 3 hektar sahəsində 1754 ədəd, Sabunçu-Atəşgah dairələri arasındakı ərazinin 1 hektar sahəsində 800 ədəd, Bayıl yamacının 3 hektar sahəsində 3140 ədəd, Atbulaq-Hacıqabul magistral avtomobil yolunun 4 hektar sahəsində 5500 ədəd ağac və kol bitkisi əkilib.
    25.11.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 124 125 126 127 128 129 130 131 132 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30