Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 123 124 125 126 127 128 129 130 131 » #
    “Kabel televiziyasının inkişafı: nailiyyətlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib
    Bu gün Bakıda “Crown” mehmanxanasında Milli Televiziya və Radio Şurası (MTRŞ) və Azərbaycan Kabel Operatorları Assosiasiyasının (AKOA) təşkilatçılığı ilə “Kabel televiziyasının inkişafı: nailiyyətlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən MTRŞ-nin sədri Nuşirəvan Məhərrəmli, bildirib ki, hazırda Azərbaycanda 14 kabel TV fəaliyyət göstərir. O, AKAO-nun yaranmasının zərurətdən irəli gəldiyini söyləyib və bu qurumun hüquqi bazasının hazırlanması və müzakirəsində Şura ilə birgə çıxış edəcəyinə əminliyini ifadə edib.
    03.12.10 Məqaləni oxumaq
     
    Bakıda “QHT-in yaradılmasına dair beynəlxalq standartlar” mövzusunda seminar keçirilir
    Bu gün Bakıda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT-in Bakı ofisi və Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “QHT-in yaradılmasına dair beynəlxalq standartlar” mövzusunda iki günlük seminar keçirir. KƏLAMİNFO xəbər verir ki, seminarda çıxış edən QHT Şurasının icraçı direktoru Fərasət Qurbanov bildirib ki, təmsil etdiyi qurum və ATƏT-in Bakı ofisinin birgə təşkilatçılığı ilə regionlarda QHT-lərə dəstək üçün birgə təlim keçirəcək. Onun sözlərinə görə, təlimlərdə ümumilikdə 20-yə yaxın mütəxəssis iştirak edəcək. “Təlimlərdə iştirak edəcək mütəxəssislərin 10 nəfəri QHT Şursı, 10 nəfəri isə ATƏT-in Bakı ofisi tərəfindən seçilib. Biz bu seçimə böyük məsuliyyətlə yanaşmışıq. Çünki bu təlimi keçirəcək şəxslər QHT işini, onun fəlsəfəsini, mahiyyətini və inkişaf yolunu bilən olmalıdır. O üzdən də biz təlimçilərin əksər hissəsini Milli QHT Formunun potensialını yüksək qiymətləndirərək bu işə cəlb etdik”,-deyə F.Qurbanov qeyd edib. ATƏT-in Bakı ofisinin nümayəndəsi Fiorentina Azizi bildirib ki, təmsil etdiyi qurum Azərbaycanda QHT biliklərinin artırılmasına hər zaman dəstək verir.
    03.12.10 Məqaləni oxumaq
     
    Cenevrədə Ümumdünya Radiorabitə seminarı keçiriləcək
    Cari ilin 6-10 dekabr tarixlərində İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının Ümumdünya Radiorabitə Seminarı keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Dövlət Radiotezliklər İdarəsindən veriblər. Tədbirdə Azərbaycanı DRİ-nin Beynəlxalq Əlaqələr və Koordinasiya şöbəsinin rəisi Mehti Ağagülov və şöbənin mühəndisləri – Nizami Abdullayev və Şamil Qasımzadə təmsil edəcək.
    02.12.10 Məqaləni oxumaq
     
    Ombudsman Aparatında Ümumdünya QİÇS-lə mübarizə gününə həsr olunan tədbir keçirildi
    Bu gün Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin (UNODS) birgə təşkilatçılığı ilə Ümumdünya QİÇS-lə mübarizə gününə həsr olunan tədbir keçirildi. KƏLAMİNFO xəbər verir ki, Ombudsman Aparatında təşkil edilən tədbirdə bir sıra millət vəkilləri, Ədliyyə, Səhiyyə nazirlikləri və QHT-lərin nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən ombudsman Elmira Süleymanova sözügedən problem və onun törətdiyi fəsadlardan danışıb. O, qonaqlara cəmiyyət arasında yayılan bu problemlərin həlli istiqamətində birgə mübarizənin vaciblinyi vurğulayıb. E.Süleymanova əlavə edib ki, həmin xəstəliyə düçar olan şəxslərə qarşı ayrı-seçkilik, diskirminasiya hallarına yol verilməməsi üçün müvafiq qanun qəbul edilib. O, bu xəstəliyin ümumilikdə cəmiyyətin problemi olduğunu diqqətə çatdırıb.
    02.12.10 Məqaləni oxumaq
     
    Geologiya İnstitutu CTBTO-nun dünya şəbəkəsi ilə təcrübə və məlumat mübadiləsini genişləndirir
    AMEA Geologiya İnstitutunun nəzdində fəaliyyət göstərən BMT-nin Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilə Təşkilatının (CTBTO) Azərbaycan Milli Məlumat Mərkəzi dünyadakı bütün Milli Məlumat Mərkəzləri ilə təcrübə və məlumat mübadiləsi aparmaq imkanını genişləndirir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Geologiya İnstitutundan veriblər. Bu məqsədlə beynəlxalq təşkilat institutun alimlərinə şəbəkədaxili məlumatlardan tam istifadə hüququnu verib. Belə ki, dünyada baş verən və CTBTO tərəfindən qeydə alınan seysmik hadisələr Azərbaycan Milli Məlumat Mərkəzində müşahidə olunacaq və digər mərkəzlərlə araşdırılıb təhlil ediləcək.
    01.12.10 Məqaləni oxumaq
     
    Elman Rüstəmov: “Azərbaycanda ipoteka kreditləşməsi sərtləşdirilmir”
    Azərbaycanda gələn il də ipoteka kreditləşməsi davam etdiriləcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib. O, qeyd edib ki, ipoteka kreditləşməsi sərtləşdirilmir, sadəcə onun şərtləri dəqiqləşdirilir. “İpoteka kreditlərini ölkə əhalisinin iqtisadi fəal hissəsi almalıdır. Azərbaycan Mərkəzi Bankı ipoteka kreditləşməsinin tənzimlənməsi mexanizmi barədə düşünür və proses çərçivəsində ipoteka kreditləşməsinin şərtlərinin sərtləşdirilməsi nəzərdə tutulmur. Biz çalışırıq ki, ipoteka kreditlərindən istifadə edənlərin sayında daha çox artım müşahidə olunsun”-deyə Mərkəzi Bankın sədri vurğulayıb.
    01.12.10 Məqaləni oxumaq
     
    MDB-yə üzv ölkələrin Sərhəd Qoşunları Komandanları Şurasının iclası keçiriləcək
    Sabah Belarusun paytaxtı Minsk şəhərində MDB-yə üzv ölkələrin Sərhəd Qoşunları Komandanları Şurasının növbəti-64-cü iclası keçiriləcək. KƏLAMİNFO MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iclas iki gün davam edəcək. İclasda MDB dövlətlərinin xarici sərhədlərinin dəqiq vəziyyəti və onun inkişaf tendensiyası müzakirə ediləcək, Şuranın bu ilki fəaliyyətinə, planlarının icrasına yekun vurulacaq, birgə xüsusi sərhəd əməliyyatları və operativ profilaktik tədbirlərin keçirilməsi haqqında fikir mübadiləsi aparılacaq. Qeyd edək ki, iclasın gündəliyinə ümumilikdə 10-a yaxın məsələ daxildir.
    01.12.10 Məqaləni oxumaq
     
    Dövlət Miqrasiya Xidməti işçi axtarır
    Azərbaycanın Dövlət Miqrasiya Xidməti (DMX) miqrasiya orqanlarına qulluğa qəbul ilə əlaqədar müsabiqə edan edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya DMX-nin İctimaiyyətlə əlaqələr şöbəsindən veriblər. Müsabiqə DMX-nin Aparatında, DMX-nin strukturuna daxil olan qurumlar - Bakı şəhər qanunsuz miqrantların saxlanılması mərkəzi, Şirvan regional miqrasiya idarəsi, Yevlax regional miqrasiya idarəsi, Yevlax şəhər qanunsuz miqrantların saxlanılması mərkəzi, Lənkəran regional miqrasiya idarəsi, Xaçmaz regional miqrasiya idarəsində və Tibb müəssisəsində işləmək istəyən Azərbaycan vətəndaşları üçün elan edilib. Müsabiqədə xarici dil biliklərinə malik olan vətəndaşlara üstünlük verilir.
    01.12.10 Məqaləni oxumaq
     
    Bakıda Əmanət Sığortaçılarının Avrasiya Regional Komitəsinin seminarı keçirilir
    Bakıda keçirilən Əmanət Sığortaçılarının Beynəlxalq Assosiasiyasının (İADİ) Avrasiya Regional Komitəsinin seminarı öz işini davam etdirir. KƏLAMİNFO xəbər verir ki, seminar “Maliyyə sisteminin stabilləşdirilməsində əmanətlərin sığortlanması sistemlərinin rolu” mövzusuna həsr edilib. Seminarda Rusiya, Ukrayna, Qazaxıstan, Qırğızıstan və Özbəkistan əmanətlərin sığortalanması təşkilatlarının nümayəndələri iştirak edirlər.
    30.11.10 Məqaləni oxumaq
     
    Bu gündən İordaniya Haşimilər Krallığında Azərbaycan Mədəniyyəti Günləri başlayır
    Bu gündən dekabrın 3-nə qədər İordaniya Haşimilər Krallığında Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək. Mədəniyyət günlərində iştirak etmək üçün nazir Əbülfəs Qarayevin rəhbərliyi ilə 50 nəfərlik nümayəndə heyəti İordaniya Krallığına yola düşüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyindən veriblər. Mədəniyyət Günləri çərçivəsində Əmman və Zarka şəhərlərində Azərbaycan incəsənət xadimlərinin iştirakı ilə konsert, foto və kitab sərgiləri təşkil ediləcək. Mədəniyyət Günlərinin təşkili iki ölkə arasında qarşılıqlı mədəni əməkdaşlığın inkişafına, xalqların bir-birini daha yaxından tanımasına, eyni zamanda ölkəmizin beynəlxalq aləmdəki müsbət imicinin daha da yüksəldilməsinə, Azərbaycan mədəniyyəti və incəsənətinin təbliğinə xidmət edəcək.
    30.11.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 123 124 125 126 127 128 129 130 131 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30