Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 122 123 124 125 126 127 128 129 130 » #
    Türkdilli ölkələrin Jurnalistlərinin Mediya Kulubu yaradılacaq
    Azərbaycan Parlament Jurnalistlər Birliyi (PJB) Türkiyə Qazetəcilər Federsiyası (TQF) ilə birgə Türkdilli ölkələrin Jurnalistlərinin Mediya Kulubunu yaradır. Kulub bütün türkdilli ölkələrin jurnalistləri üçün nəzərdə tutulub. Bu barədə məlumatı KƏLAMİNFO-ya PJB-in sədri Elşad Eyvazlı verib. Onun sözlərinə görə, artıq bu ideyaya Türkiyə dəstək verib, Azərbaycan dövlətinin də dəstək verəcəyi gözlənilir. “Bu kulubun yaradılmasında məqsəd odur ki, Tükdilli ölkələrin jurnalistlərinin ciddi bir şəbəkəsi yaradılsın və kulub işlək bir qurum kimi fəaliyyət göstərsin. Yəni, bura daxil olan ölkələrin jurnalistləri daim bir-biriləri ilə təmasda olsunlar. İstər qarşlıqlı səfərlərin şəklində, istərsə də yazı mübadiləsi şəklində. Bu şəbəkəyə qəzetlərlə yanaşı, agentliklər, xəbər saytları və s. daxildir”,-deyə E.Eyvazlı vurğulayıb.
    07.12.10 Məqaləni oxumaq
     
    Bir qrup rabitəçi fəxri adlarla təltif olunublar
    Bu gün Azərbaycanda rabitəçilərin peşə bayramı günüdür. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun əmri ilə bir qrup rabitəçi fəxri adlarla təltif olunublar. RİTN-dən KƏLAMİNFO-ya verilən məlumata görə, nazirin əmri ilə 32 nəfər rabitəçi “Rabitə ustası” fəxri adı ilə təltif olunub, 46 rabitəçi isə Fəxri Fərmanla təltif edilib.
    06.12.10 Məqaləni oxumaq
     
    Ombudsmanın jurnalistlər arasında elan etdiyi müsabiqənin nəticələri dekabrın 10-da açıqlanacaq
    Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) jurnalistlər arasında elan etdiyi “Hüquqlar – hamı üçün!” mövzusundakı müsabiqənin nəticələri dekabrın 10-da açıqlanacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Ombudsman Aparatının mətbuat xidmətinin rəhbəri Zemfira Məhərrəmli verib. Z.Məhərrəmi deyib ki, hazırda müsabiqənin Münisflər Heyəti daxil olan məqalələrə baxır. O, müsabiqəyə nə qədər jurnalist yazısının daxil olduğu barədə məlumat verməyib. Xatırladaq ki, Ombudsmanın elan etdiyi müsabiqə 10 dekabr – Beynəlxalq İnsan hüquqları günü və Avropa İnsan Hüquqları Konvensiyasının 60 illiyinə həsr edilib.
    06.12.10 Məqaləni oxumaq
     
    G.Məmmədova: “Hər il Azərbaycanda bağlanan nigahların 10 faizə yaxını pozulur”
    Hər il Azərbaycan ailəsi arasında bağlanan nigahların 10 faizə yaxını pozulur. Bu barədə məlumatı KƏLAMİNFO-ya müsahibəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) Ailə problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova söyləyib. Nigahların bağlanması halının azlığını diqqətə çatdıran G.Məmmədova tövsiyə edir ki, yeni qurulan ailələr mütləq rəsmi nigaha daxil olmalıdırlar. O, insanların nigahların pozulmasını adi hal kimi qiymətləndirdiklərini qeyd edib. Boşanma hallarının qarşısının alınması və digər bu kimi problemlərin aradan qaldırılması ilə bağlı Komitə tərəfindən maarifləndirici tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran G.Məmmədova bunun yaratdığı poblemlərlə əlaqədar gənclər, onların valideynlərinin məsuliyyəti ilə bağlı maarifləndirmə xarakterli kampaniyaların aparıldığını söyləyib.
    06.12.10 Məqaləni oxumaq
     
    Bakıda “Cənubi Qafqazda sabitlik və əməkdaşlıq imkanları” mövzusunda tədbir keçiriləcək
    Dekabrın 16-da Bakıda “Cənubi Qafqazda sabitlik və əməkdaşlıq imkanları” mövzusunda tədbir keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzindən (SAM) veriblər. Tədbiri SAM Qafqaz Universitetinin “Beynəlxalq Münaqişələri Araşdırma Mərkəzi” ilə birgə təşkil edəcək.
    06.12.10 Məqaləni oxumaq
     
    Bələdiyyələrin 47%-i “reket mətbuatın” “fəaliyyəti”ndən əziyyət çəkir
    “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi bələdiyyə və media münasibətlərinə aydınlıq gətirmək məqsədilə sentyabr-oktyabr aylarında Bakının 50 bələdiyyəsi arasında yazılı sorğu keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyindən veriblər.
    Əsasən bələdiyyənin bu günkü durumu, media ilə əlaqələrin səviyyəsi və müasir inormasiya texnologiyaların tətbiqi səviyyəsi ilə bağlı sualların daxil edildiyi sorğuda bələdiyyələrin 68% media ilə münasibətlərin intensiv xarakter daşımadığını, 20% münasibətlərin normal olduğunu, 12 % isə cavab verməkdə çətinlik çəkdiklərini bildirib. Bakı bələdiyyələrinin 82%-i sakinlərinə hesabat verdiklərini qeyd etsələr də, 38%-i bu hesabatın təqdimatından narazılığını ifadə ediblər.
    04.12.10 Məqaləni oxumaq
     
    MSK 94 saylı Bərdə kənd seçki dairəsinin dairə seçki komissiyasının tərkibini dəyişdi
    Bu gün Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. KƏLAMİNFO xəbər verir ki, əvvəlcə 94 saylı Bərdə kənd seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik edilib.
    İclasda Milli Məclisə keçirilmiş seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Müraciətlərdən birinin qanunla müəyyən edilmiş şikayətvermə müddəti ötürüldüyündən ərizəçinin özünə geri qaytarılması, birinin isə əsassız olduğundan təmin edilməməsi barədə qərarlar qəbul olunub.
    Komissiyanın iclasında cari məsələlərə də baxılıb.
    04.12.10 Məqaləni oxumaq
     
    Nazirlər Kabineti 2011-ci ildə Novruz, Ramazan və Qurban bayramları haqqında qərar qəbul edib
    Azərbaycan Nazirlər Kabineti 2011-ci ildə Novruz, Ramazan və Qurban bayramları haqqında qərar qəbul edib. KƏLAMİNFO Nazirlər Kabinetinin rəsmi saytına istinadən xəbər verir ki, qərara əsasən, 2011-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 30, 31 avqust Ramazan bayramı, 6, 7 noyabr isə Qurban bayramıdır.
    Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.
    Qərarı baş nazir A.Rasizadə imzalayıb.
    03.12.10 Məqaləni oxumaq
     
    KİV DF informasiya agentlikləri və jurnalist təşkilatları üçün ayrıca müsabiqə elan edəcək
    Gələn ilin yanvarında Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİV DDF) informasiya agentlikləri və jurnalist təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı ayrıca müsabiqə elan edəcək. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində KİF DF-nin sədri Vüqar Səfərli bildirib.
    O, qeyd edib ki, elan olunacaq müsabiqədə layihələrin maliyyə dəyəri hələ müəyyənləşməyib, hazırda bunun üzərində iş gedir. “Bu da gələn ayın ortalarına qədər müəyyənləşəcək. Biz indiki müsabiqəni ona görə ilk olaraq qəzet və jurnallar üçün elan etdik ki, Fondun birinci məqsədi qəzetləri maliyyələşdirməkdir”,-deyə sədr vurğulayıb. Qeyd edək ki, KİV DDF noyabrın 25-də ölkədə fəaliyyət göstərən qəzet və jurnalların layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib.
    03.12.10 Məqaləni oxumaq
     
    FHN-ə "20 Yanvar" və "Nəriman Nərimanov" metrolarına partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat daxil olub
    Fövqəladə Hallar Nazirliyinə Bakının Nəsimi və nərimanov rayonlarında, Bakı Metropoliteninin "20 Yanvar" və "Nəriman Nərimanov" stansiyalarına partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat daxil olub. Bu barədə məlumatı KƏLAMİNFO-ya FHN-dən veriblər.
    Dərhal Nazirliyin müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Xilasedicilər və hadisə yerində olan hüquq-mühafizə orqanlarının mütəxəssislərinin apardıqları birgə axtarış işləri nəticəsində həmin stansiyada və yaxınlıqda şübhəli əşya aşkar edilməyib.
    03.12.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 122 123 124 125 126 127 128 129 130 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30