Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  121 122 123 124 125 126 127 128 129  #
    AHİK-də ümummilli lider Heydər Əliyevin vəfatının növbəti ildönümü ilə bağlı tədbir keçirildi
    Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) ümummilli lider Heydər Əliyevin vəfatının növbəti ildönümü ilə bağlı tədbir keçirildi. KƏLAMİNFO xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin AHİK-dəki büstünün önünə tər çikəklər düzüb, xatirəsini ehtiramla yad ediblər.
    10.12.10 Məqaləni oxumaq
     
    Səhiyyə Nazirliyində geniş kollegiya iclası keçirilib
    Səhiyyə Nazirliyində geniş kollegiya iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən KƏLAMİNFO-a verilən məlumata görə, nazir Oqtay Şirəliyev iclasın əsas məqsədinin “Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqramı"ndan irəli gələn işləri müzakirə etmək olduğunu vurğulayıb. O.Şirəliyev respublikada qan xidmətinin təkmilləşdirilməsi məqsədilə görülmüş tədbirlər nəticəsində tədarük olunan qanın həcminin artmasından, qanın təhlükəsizliyinin təmin edilməsində laborator nəzarətin gücləndirilməsindən danışıb.
    10.12.10 Məqaləni oxumaq
     
    Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib
    ARDNŞ-nin Ekologiya İdarəsində ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin anım mərasimi keçirilib. ARDNŞ-dən KƏLAMİNFO-ya verilən məlumata görə, anım mərasimi ulu öndərin əbədi xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Toplantıda çıxış edənlər Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarını sonsuz hörmət və dərin ehtiramla yad ediblər. Dahi şəxsiyyətin Azərbaycan üçün olduqca ağır bir dövrdə yenidən hakimiyyətə qayıdışı, Heydər Əliyev siyasi kursunun bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi vurğulanıb. İdarənin Ekoloji Təbliğat və Sosial Məsələlər şöbəsinin rəisi Fizuli Hacıyev çıxış edərək, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən söz açıb, ölkəmizin inkişaf və tərəqqisi naminə onun gərgin əməyindən danışıb, xüsusilə milli iqtisadiyyatımızın lokamotivi olan neft-qaz sənayesinin bugünkü yüksəlişinə verdiyi tövhələr haqqında mərasim iştirakçılarına məlumat verib.
    10.12.10 Məqaləni oxumaq
     
    Aktauda Qazaxıstan-Azərbaycan biznes forumu keçirilir
    Bu gün Aktau şəhərində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Qazaxıstanda Azərbaycan Biznes İnvestisiyaları Assosiasiyasının təşkilatçılığı ilə Qazaxıstan-Azərbaycan biznes forumu keçirilir. İİN-dən KƏLAMİNFO-ya verilən məlumata görə, tədbirdə rəsmi şəxslərlə yanaşı, Azərbaycan və Qazaxıstan tərəfindən energetika, neft, maliyyə, sənaye, kənd təsərrüfatı, tikinti və s. sahələrdə fəaliyyət göstərən 130-a yaxın iş adamının iştirakı nəzərdə tutulur. Biznes forumda AZPROMO tərəfindən Azərbaycanın investisiya və ixrac imkanları ilə bağlı təqdimat keçiriləcək.
    10.12.10 Məqaləni oxumaq
     
    Ombudsman Aparatı erməni təcavüzündən bəhs edən materialları beynəlxalq ictimaiyyətə təqdim edib
    Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun əməkdaşı Rəşid Rumzadə İtaliyanın Sanremo şəhərində Beynəlxalq Humanitar Hüquq İnstitutu tərəfindən təşkil olunan “Hərbi münaqişələr, sülhməramlılıq missiyası, münaqişə obyektlərində iş” mövzusunda ixtisaslaşmış treninqdə iştirak edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Ombudsman Aparatından veriblər. Treninqdə həm hərbi, həm də mülki sahələri əhatə etməklə insan hüquqlarının müxtəlif aspektləri, həmçinin miqrasiya, qaçqınların hüquqlarına dair məsələlər müzakirə olunub.
    09.12.10 Məqaləni oxumaq
     
    Bakıda dövlət qulluqçuları üçün seminar təşkil edilib
    Bakıda Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) və Avropa İttifaqının maliyyəsi əsasında fəaliyyət göstərən, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) dövlət qulluğu sahəsində ixtisaslaşmış təşkilatı olan SİGMA-nın təşkilatçılığı ilə “Dövlət qulluğunda insan resurslarının idarəedilməsi sahəsində qanunçuluq və məcburilik” mövzusunda seminar təşkil edilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya DQMK-dən veriblər.
    08.12.10 Məqaləni oxumaq
     
    SAMF internet-medianın monitorinqinə başladı
    Söz Azadlığını Müdafiə Fondu (SAMF) internet-medianın monitorinqinin reallaşdırılmasına start verib. SAMF-dan KƏLAMİNFO-ya verilən məlumata görə, bir ay ərzində davam edəcək monitorinq zamanı ölkəmizdə müasir KİV sahəsi olan internet-medianın kütləvi informasiya vasitəsi kimi bir neçə parametrdən təhlil edilməsi planlaşdırılıb. Belə ki, monitorinq zamanı onların ayrı-ayrılıqda media qurumu kimi ölkə vətəndaşlarının informasiyaya olan tələbatını ödəməsi baxımından fəaliyyətləri, internet-media orqanlarında gündəlik informasiyaların həcmi, xəbərlərin yerləşdimə intervalı nəzərdən keçiriləcək. Habelə yerləşdirilən informasiyalarda siyasət, iqtisadiyyat, reklam, kriminal və əyləncə xəbərlərinə yer ayrılması təhlil ediləcək, o cümlədən xəbərlərin hazırlanmasında peşəkarlıq, operativlik, iri həcmli yazılarda milli-mənəvi dəyərlərə söykənən problemlərin analizi və Azərbaycan dilinin saflığının internet-mediada qorunması məsələlərinə xüsusi diqqət yetiriləcək.
    08.12.10 Məqaləni oxumaq
     
    Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı YAP bir sıra tədbirlər keçirəcək
    Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı hakim Yeni Azərbaycan Partiyası (YAP) bir sıra tədbirlər keçirəcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı verib. Onun sözlərinə görə, bu il də Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları Heydər Əliyevin xatirəsinin anım günü ilə bağlı müxtəlif tədbirlər keçirəcəklər. Həmçinin, Bakıda YAP-ın təşkilatçılığı ilə böyük bir tədbirin keçirilməsi planlaşdırılır.
    07.12.10 Məqaləni oxumaq
     
    Əli Həsənov: “Qaçqın və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılmasına 3.4 mlrd. dollar vəsait xərclənib”
    Bu günə kimi qaçqın və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılmasına 3.4 mlrd. dollar vəsait xərclənib. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlaman yap.org.az. saytına Qaçqınlar və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məlumat verib. Ə.Həsənov bildirib ki, bunun 800 mln. dolları beynəlxalq təşkilatların payına, 2.6 mlrd. dolları isə Azərbaycan dövlətinin üzərinə düşüb. “Son 10 il ərzində 67 qəsəbə salınıb. 1 mln/ 150 min kvadrat metr sahədə 20 min mənzilə 100 min qaçqın və məcburi köçkün köçürülüb. Qəsəbələrdə 126 məktəb, 40 bağça, 40 tibb məntəqəsi, 100 minlərlə kilometr su, elektrik, qaz xətti, yollar çəkilib. Bu sadalanan işlərin 70 faizi məhz, prezident İlham Əliyevin dövründə görülüb və bu gün də bu işlər davam etdirilməkdədir. Təkcə bu il 310 mln. manat vəsait xərclənib. Bu gün dünyanın heç bir konflikt yerində olmağadı bir hal Azərbaycanda baş verir. Yəni, Azərbaycan dövləti hazırda bir məcburi köçkünə 860 dollar pul xərcləyir.
    07.12.10 Məqaləni oxumaq
     
    Sumqayıtda “Gənclərin iştirakı ilə İnsan Hüquqlarının Tədrisi” mövzusunda təlim keçirilib
    Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi 10 dekabr-Ümumdünya İnsan Hüquqları Günü münasibəti ilə “Gənclərin iştirakı ilə insan hüquqlarının tədrisi” mövzusunda təlim təşkil edib. Sumqayıt şəhər İcra Hakimiyyətindən KƏLAMİNFO-ya verilən məlumata görə, təlim Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurasının (İREX)-Sumqayıt İcma Məlumat Mərkəzində baş tutub. İki günlük təlimdə şəhərdə fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələrindən və tələbələrdən ibarət 20 nəfər iştirak edib. Baş İdarənin gənclərlə iş sektorunun aparıcı məsləhətçisi İ. Kərimov fəal təlim metodu ilə gənclərə insan hüquqlarının tədrisinin vacibliyi, insan hüquqları anlayışı, hüquq bərabərliyi, gender bərabərliyi ilə yanaşı ayrıseçkilik və kseonofibayaya qarşı mübarizədə gənclərin rolu haqqında iştirakçıları məlumatlandırıb. Təlim proqramına uyğun olaraq gələcəkdə gənclərə insan hüquqlarının tədris edilməsi mövzusunda təlim proqramlarının və strategiyanın hazırlanması sahəsində iştirakçılar arasında geniş fikir mübadiləsi aparılıb.
    07.12.10 Məqaləni oxumaq
     
    Səhifələr : #  121 122 123 124 125 126 127 128 129  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30