Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 120 121 122 123 124 125 126 127 128 » #
    “Bakının strateji nəqliyyat planının hazırlanması” layihəsinin yekun planının təqdimatına həsr olunan konfrans keçirilib
    Bu gün Nəqliyyat Nazirliyində Azərbaycan ilə Yenidənqurma və İnkişaf Bankı arasında imzalanmış Qrant Sazişinə əsasən həyata keçirilən “Bakı şəhər ərazisi üçün strateji nəqliyyat planının hazırlanması” layihəsi çərçivəsində yekun planın təqdimatına həsr olunmuş konfrans keçirilib. Nəqdiyyat Nazirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, nəqliyyat nazirinin müavini Musa Pənahovun sədrliyi ilə keçirilən konfransda Nazirlər Kabinetinin, İqtisadi İnkişaf, Maliyyə, Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Bakı Şəhər İcra Hakimiyyətinin, “Bakı Metropoliteni”nin, “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndələri ilə yanaşı Dünya Bankının, Finlandiyanın “WSP” şirkətinin və Yunanıstanın “KLC” hüquq şirkətinin təmsilçiləri də iştirak edib.
    16.12.10 Məqaləni oxumaq
     
    Moskvadakı ixtişaşla bağlı saxlanılanlar arasında azərbaycanlı yoxdur
    Ötən gün Moskvada yerli xalqdan olan nümayəndələrlə qafqazlılar arasında baş verən ixtişaşla bağlı kütləvi saxlananlar arasında azərbaycanlı yoxdur. KƏLAMİNFO xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyi bəyanat verib. Həmçinin xəsarət alanların da arasında azərbaycanlı qeydə alınmayıb. “Hadisə millətçilər tərəfindən törədilib və bu hadisənin azərbaycanlılara heç bir aidiyyatı yoxdur. Rusiyada yaşayan azərbaycanlılara küçələrdə az görünmək tapşırığı verilib. Səfirlik tərəfindən onlara deyilib ki, imkan daxilində bu günlərdə lazım olmadan küçəyə çıxmasınlar”,-deyə bəyanatda bildirlir.
    16.12.10 Məqaləni oxumaq
     
    GUAM-a üzv ölkələrin gənc alimlərinin tədqiqatlara cəlb edilməsi məqsədilə “yay məktəbləri” təşkil ediləcək
    GUAM Katibliyində Mədəniyyət, elm və təhsil məsələləri üzrə İşçi Qrupunun 5-ci iclası keçirilib. Tədbirdə GUAM-a üzv ölkələrin profili nazirlikləri və qurumlarının nümayəndələri və digər aidiyyatlı şəxslər iştirak ediblər. KƏLAMİNFO GUAM-ın rəsmi saytına istinadən xəbər verir ki, iclasda mədəniyyət, elm və texnoloji inkişaf sahəsində regional əməkdaşlığın prioritet istiqamətləri müəyyən edilib, gənc alimlərin elm və texnoloji inkişaf sahəsində qabaqcıl tədqiqatlara cəlb edilməsi məqsədilə “yay məktəbləri”nin təşkili üzrə təkliflərin işlənilməsinə razılıq əldə olunub, 2011-ci ildə prioritet istiqamətlər üzrə video konfrasların təşkili barədə və GUAM-a üzv ölkələrin alimlərin birgə tədqiqat qrupunun yaradılması mümkünlüyü barədə məsələyə baxılıb, eləcə də mədəniyyət, elm və təhsil sahəsində GUAM qrant proqramlarının konsepsiyası barədə təkliflərin verilməsinə razılıq əldə edilib. İQ-nin növbəti iclasının gələn ilin I yarısında keçirilməsi planlaşdırılıb.
    16.12.10 Məqaləni oxumaq
     
    Azərbaycanda insan alveri ilə bağlı iki Milli Fəaliyyət planı təsdiq olunub
    Azərbaycanda insan alveri ilə bağlı iki Milli Fəaliyyət planı təsdiq olunub. KƏLAMİNFO xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin rəisi Cavad Şıxaliyev bildirib. Onun sözlərinə görə, birini plan uğurla başa çatdırılıb.“İlk plan 2004-2008 ci illəri əhatə edən birinci Milli Fəaliyyət planıdır. Burada nəzərdə tutulan bütün müddəalar uğurla həyata keçirildiyi üçün Azərbaycan prezidenti tərəfindən 2009-cu ilin fevral ayında ikinci Milli Fəaliyyət planı təsdiqləndi. Bu planın birinci bəndində Azərbaycanın Avropa Şurası İnsan Alverinə qarşı Mübarizə Konvensiyasına qoşulması nəzərdə tutulub”,-deyə İdarə rəsisi vurğulayıb. Onun sözlərinə görə, artıq bu il bu maddə ilə bağlı xeyli uğurlu addımlar atılıb.
    16.12.10 Məqaləni oxumaq
     
    İmran Nəcəfov: “Azərbaycanda Rusiyaya aparılan insan alveri qurbanları daha çox məcburi əməyin qurbanlarıdır”
    Statistikaya görə Azərbaycanda ötən il insan alverilə bağlı cinayət faktları ən yüksək göstəricidə olub. Belə ki, 2007-ci ildə 74 fakt, 2008-ci ildə 76 fakt və 2009-cu ildə isə 80 fakt qeydə alınıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəis müavini İmran Nəcəfov bildirib.
    15.12.10 Məqaləni oxumaq
     
    Cavad Şıxəliyev: “Azərbaycanda insan alveri ilə bağlı 70 cinayət faktı qeydə alınıb”
    Cari ildə Azərbaycanda insan alveri ilə bağlı 70 cinayət faktı qeydə alınıb. KƏLAMİNFO xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Cavad Şıxəliyev bildirib. İdarə rəisi qeyd edib ki, həmin cinayət faktları üzrə 34 insan alveri qurbanı müəyyən edilib.
    15.12.10 Məqaləni oxumaq
     
    AŞ nümayəndəsi: “Azərbaycandan insan alverində tranzit ölkə kimi istifadə olunur”
    Bu gün Bakıda “İnsan alveri ilə mübarizə və onun qarşısının alınması” adlı təlim seminar öz işinə başlayıb. KƏLAMİNFO xəbər veirir ki, seminarda Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin rəisi Cavad Şıxaliyev bildirib ki, Azərbaycanda insan alveri ilə bağlı mübarizə son illər yeni mərhələyə qədəm qoyub. O, qeyd edib ki, ölkəmiz bu sahədə Avropa Şurası ilə sıx əməkdaşlıq edir. “Biz həmçinin onu da unutmuruq ki, bu gün beynəlxalq aləmi narahat edən məsələlərdən biri məcburi əməkdir. Bu Azərbaycan üçün xarakterik olmasa da, ölkəmizdən bu istiqamətdə aparılan qurbanlar var”,-deyə C.Şıxaliyev vurğulayıb.
    15.12.10 Məqaləni oxumaq
     
    İdarə rəisi: “İnsan orqanlarının qanunsuz transplantasiyası ilə bağlı bir qisim vəzifəli şəxslər saxlanılıb”
    İnsan orqanlarının qanunsuz transplantasiyası ilə bağlı bir qisim vəzifəli şəxslər barəsində cinayət işi qaldırılıb. KƏLAMİNFO xəbər veirir ki, bu barədə jurnalistlərə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsini rəisi Cavad Şıxəliyev bildirib. O, qeyd edib ki, iş Baş Prokurorluq tərəfindən araşdırılır. “Artıq bununla bağlı rəsmi məlumat da yayılıb. Həmin insanlar arasında fakt üzrə vəzifə səlahiyyətləri ilə bağlı saxlanılanlar da var. İstintaq sirri olduğu üçün adları açıqlanmır”,-deyə idarə rəisi vurğulayıb. Onun sözlərinə görə, hazırda istintaq tədbirləri davam etdirilir.
    15.12.10 Məqaləni oxumaq
     
    Ölkədə ÜDM istehsalı 4,5 faiz artıb
    Cari ilin on bir ayı ərzində ölkədə Ümumi Daxili Məhsul (ÜDM) istehsalı 4,5 faiz və ya müqayisəli qiymətlərlə 1,4 mlrd. manat artaraq 36,6 mlrd. manata çatıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Dövlət Statistika Komitəsindən veriblər.
    Əlavə dəyər məhsul istehsalı sahələrində 3,4 faiz, xidmət sahələrində 6,2 faiz çoxalıb, 53,9 faizi sənaye sahələrində, 7,3 faizi tikinti kompleksində, 4,9 faizi kənd, ovçuluq və meşə təsərrüfatında, 6,0 faizi nəqliyyatda, 8,1 faizi ticarət və pullu xidmət sahələrində, 1,9 faizi rabitədə, 11,0 faizi digər sahələrdə istehsal olunub.
    15.12.10 Məqaləni oxumaq
     
    Səttar Mehbalıyev: “Sənayedə ölüm, ağır xəsarət alma hallarının sayı aşağı düşüb”
    Əvvəlki illərə nisbətən Azərbaycanın bütün sahələrində olduğu kimi, sənaye sahəsində də ölüm, ağır xəsarət alma hallarının sayı aşağı düşüb. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Mehbalıyev söyləyib. S.Mehbalıyev əlavə edib ki, Azərbaycanda əmək haqlarının verilməsi də normal vəziyyətə düşüb. “Əvvəllər əmək haqlarının verilməsində aylarla gecikmələr olurdu. İndi isə insanlar vaxtı-vaxtında aylıq məvaciblərini alırlar. İşləyən insanların sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün yerlərdə işəgötürənlər, sahə həmkarlar təşkilatları tərəfindən kollevtiv müqaviləyə əsasən bir çox işlək addımlar atılır”,-deyən S.Mehbalıyev istehsalatda ölüm, xəsarət alma hallarının dəqiq statistikası barədə məlmata malik olmadığını söyləyib.
    11.12.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 120 121 122 123 124 125 126 127 128 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30