Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 119 120 121 122 123 124 125 126 127 » #
    Spiker Oqtay Əsədov Avropa Parlamentinin prezidentinə etiraz məktubu göndərəcək
    Parlamentin bu gün keçirilən səhər iclasında spiker Oqtay Əsədov Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri üzrə nümayəndəsi Tomaş Parebanın Ermənistana və oradan da Dağlıq Qarabağa səfərinə münasibət bildirib. KƏLAMİNFO xəbər verir ki, O.Əsədov bu səfəri Azərbaycanın ərazi bütövlüyünün pozulması kimi qiymətlədirib. "Əsas problem ondadır ki, Avropa Birliyi tərəfindən Azərbaycanın ərazi bütövlüyü dəstəklənsə də, Avropa Parlamentinin nümayəndəsinin heç kimlə razılaşmamış Dağlıq Qarabağa səfər edib. Avropa parlamentinin belə bir hərəkəti münaqişənin həllinə mənfi təsir göstərir",-deyə sədr vurğulayıb. Bununla əlaqədar Avropa Parlamentininin prezidentinə etiraz məktubu göndərəcəyin deyən O.Əsədov bildirib ki, heç kimin hüquq pozmağa ixtiyarı yoxdur. Xatırladaq ki, ötən günlərdə Avropa Parlamentinin nümayəndəsi T.Pareba qondarma "Dağlıq Qarabağ Respublikasına" səfər edib və separatçı rejimin rəhbərliyi ilə görüşlər keçirib.
    22.12.10 Məqaləni oxumaq
     
    “Azercell” valideyn himayəsindən məhrum olan uşaqların “Yeni il arzuları”nı gerçəkləşdirəcək
    Yeni il bayramının gəlişi ilə bağlı “Azercell Telekom” MMC tərəfindən valideyn himayəsindən məhrum olan uşaqların “Yeni il arzuları”nı gerçəkləşdiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya “Azercell Telekom” MMC-dən veriblər. Şirkət tərəfindən bu il ilk dəfə uşaq evlərində yaşayan körpələr üçün keçirilən “Onlar da hədiyyə gözləyirlər...” layihəsinin unikallığı ondadır ki, istənilən şəxs bu uşaqların bayramına öz əvəzsiz töhfəsini verə bilər. Uşaqlar üçün nəzərdə tutulan hədiyyələr hal-hazırda “Park Bulvar” alış-veriş mərkəzinin birinci və ikinci mərtəbəsində yerləşdirilən 3 şam ağacından asılıb və ağacların üzərindəki hədiyyələr təsadüfən seçilməyib. Şirkət əməkdaşları uşaqların hər birindən istədiyi hədiyyəni öyrənib, onları ağacın üzərindəki rəngarəng yeni il oyuncaqlarının üzərinə yerləşdiriblər. Beləliklə də, istənilən şəxs bir və ya bir neçə hədiyyəni alıb onu arzulayan uşağın özünə təqdim etmək imkanı əldə edir. Hədiyyələrin təqdim edilməsi üçün “Azercell Telekom”un dəstəyi ilə dekabrın 28-də “Landmark”ın Rotunda zalında bir neçə uşaq evinin sakinləri üçün yeni il şənliyi keçiriləcək.
    21.12.10 Məqaləni oxumaq
     
    “Kommunal sektorda istehlakçı hüquqlarının müdafiəsi” layihəsinin təqdimat mərasimi keçirilib
    Bu gün Azərbaycan Media Mərkəzində Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi tərəfindən həyata keçirilən “Kommunal sektorda istehlakçı hüquqlarının müdafiəsinə yardım göstərilməsi” layihəsinin təqdimat mərasimi keçirilib. KƏLAMİNFO xəbər verir ki, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin kooridnatoru, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, Şəbəkə özündə 23 QHT-ni birləşdirir.
    20.12.10 Məqaləni oxumaq
     
    Bakıdan Parisə və Londona uçan təyyarələrimiz geri dönüb
    Avropada baş verən kəskin hava şəraiti ilə əlaqədar olaraq Bakıdan Parisə və Londona uçan təyyarələrimizi Şarl De Qol və Xitiro hava limanları qəbul edə bilməyiblər. Təyyarələrimiz məcburən Almaniyanın Köln şəhərində oturublar. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində Azərbaycan Hava Yolları Dövlət Konserinin (AZAL) mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli bildirib. Onun sözlərinə görə, həmin təyyarələr ötən gecə saat 04:00-da Bakıya qayıdıblar. “Sabah əgər bu şəhərlər hava şəraitini münasib bilib uçuşları qəbul edərsə, biz yenə uçuşlarımızı təşkil edəcəyik. Bu gün isə Bakıdan Frankfurta və Milana olan reyslərimizi yola salmışıq. Eyni zamanda bu gün Moskva, Ankara, Dubay və Tiflis şəhərlərinə uçuşlar yerinə yetirilib”,-deyə M.Səfərli vurğulayıb. Qeyd edək ki, artıq bir neçə gündür əksər Avropa ölkələrinə yağan güclü qar bu ölkələrin kommunikasiya xətlərində ciddi problem yaradıb.
    20.12.10 Məqaləni oxumaq
     
    Media əhlinin əksər dövlət qurumlarının mətbuat xidmətlərindən şikayətləri davam edir
    Dövlət qurumlarının mətbuat xidmətləri ilə jurnalistlərin əməkdaşlığında problemlər hələ də davam etməkdədir. Hər il olduğu kimi bu il KƏLAMİNFO bununla bağlı araşdırmasını davam etdirir. “Bizim yol” qəzetinin redaktor müavini Vüsalə Rüstəmova bildirir ki, bu il ərzində qəzetləri ilə əməkdaşlıqda yükəsk faəllıq göstərən qurumlar Əmək və Əhalinin Sosail Müdafiəsi, Ekologiya və Təbii Sərvətlər, Xarici İşlər, Gənclər və İdman nazirlikləri, Sosial Müdafiə Fondu, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Tələbə Qəbulu üzrə Dövlət Komitəsi olub. “İstənilən vaxt bu qurumların qapıları mətbuat olaraq üzümüzə açıq olub”,-deyə həmkarımız vurğulayıb.
    18.12.10 Məqaləni oxumaq
     
    AQUPDK-nin sədr müavini ölkəmizi Beynəlxalq konfransda təmsil edəcək
    Dekabrın 19-u Tehranda İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrin beynəlxalq konfransı keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, konfrnas “İKT-yə üzv ölkələrin inkişafında qadınları rolu” adı altında keçiriləcək. Tədbirdə Azərbaycanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədr müavini Sədaqət Qəhrəmanova təmsil edəcək. Onun rəhbərlik etdiyi nümayəndə heyəti sabah İrana yola düşür.
    17.12.10 Məqaləni oxumaq
     
    Yavər Camalov: “Mart ayına qədər 8 yeni istehsalat sahəsinin istifadəyə verilməsi nəzərdə tutulur”
    Müdafiə Sənayesi Nazirliyi yaranandan sonra qarşıya qoyulan ilk vəzifə sovetlər dövründən qalan müəssisələrin bərpası və yenidən qurulması, onların bazasında müdafiə təyinatlı məhsulların istehsalı olub. KƏLAMİNFO xəbər verir ki, bu barədə müdafiə sənayesi naziri Yavər Camalov bildirib.
    17.12.10 Məqaləni oxumaq
     
    Səhiyyə Nazirliyi və QMİ-nin keçirdiyi qanvermə aksiyasında 884 litr qan tədarük olunub
    Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə “Aşura günü” qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları bu gün də dava edib. Aksiyada 2210 nəfər könüllü olaraq qan verib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən veriblər. Aksiyalar Bakı şəhərində “Mir-Mövsüm ağa”, “Təzə pir”, “Bibi-Heybət”, “Cümə”, “Qaraçuxur”, “Soltan-Əli” məscidlərində, ET Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankında, həmçinin Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə şəhər məscidlərində, Gəncə İmamzadə məscidində, Lənkəran və Quba Mərkəzi Rayon Xəstəxanalarında keçirilib. Nəticədə iki günlük aksiyada 884 litr qan tədarük olunub. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq. Aksiya dünəndən başlayıb və məhərrəmlik ayı boyunca davam edəcək.
    17.12.10 Məqaləni oxumaq
     
    İçəri şəhər “Cümə” məscidində qanvermə aksiyası keçirilib
    Aşura günü ilə bağlı ənənəvi olaraq İçəri şəhər “Cümə” məscidində qanvermə aksiyası keçirilib. Səbail hayon İcra Hakimiyyətindən KƏLAMİNFO-ya verilən məlumata görə, səhər saatlarında başlanan qanvermə aksiyasında İçərişəhər “Cümə” məscidi dini icmasının üzvləri, dindarlar, digər məscidlərin dini icmalarının nümayəndələri və vətəndaşlar iştirak ediblər. Gün ərzində “Cümə” məscidində 200-dən artıq vətəndaş könüllü qan verib. Qanvermə aksiyasında Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun səyyar qan köçürmə laboratoriyasının əməkdaşlarına tam şərait yaradılıb. Keçirilən xeyirxah aksiya ilə əlaqədar məlumat verən İçəri şəhər “Cümə” məscidi dini icmasının sədri, axund hacı Surxay Məmmədli bildirib ki, dini mərasimlər zamanı qan çıxarmaq, zəncir vurmaq, bədənə hər hansı xəsarət gətirmək əvəzinə donor qanına çox ciddi ehtiyacı olan insanlara, ilk növbədə talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlara köməklik göstərmək savab işdir. “Biz bu işləri dəstəkləyirik və müsəlman qardaş və bacılarımızı belə işlərə qoşulmağa çağırırıq”,-deyə o əlavə edib.
    17.12.10 Məqaləni oxumaq
     
    “İRƏLİ” İB Ərzurumda keçiriləcək XXV Dünya Universitetlərarası Qış İdman Oyunlarına öz dəstəyini göstərəcək
    “İRƏLİ” İctimai Birliyi və Ərzurum “Sivil Toplum Dəstəkləmə Dərnəyi” arasında əldə olunan razılaşmaya əsasən “İRƏLİ” XXV Dünya Universitetlərarası Qış İdman Oyunları tədbirinin təşkil olunmasında öz dəstəyini göstərəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya “İRƏLİ”-dən veriblər. Bu məqsədlə təşkilatın fəallarından ibarət 20 nəfərlik nümayəndə heyətinin göstərilən müddətdə Ərzuruma səfəri planlaşdırılır. Müsabiqə əsasında seçilmiş nümayəndə heyətinin tərkibi müəyyən edilib və səfərə hazırlıq başlanıb. Qeyd edək ki, XXV Dünya Universitetlərarası Qış İdman Oyunları 27 yanvar - 06 fevral 2011-ci il tarixlərində Türkiyənin Ərzurum şəhərində keçiriləcək. Universiadaya 5 qitənin 57 ölkəsindən 3000 nəfərdən artıq idmançının qatılması gözlənilir.
    16.12.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 119 120 121 122 123 124 125 126 127 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30