Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 118 119 120 121 122 123 124 125 126 » #
    Fazil Mustafa: “Müxalif partiyaların Milli Məclisin rəhbərliyində təmsil olunması zəruridir”
    “Parlament seçkilərində uğur qazanan müxalif partiyaların Milli Məclisin rəhbərliyində təmsil olunması zəruridir və biz bu mövqeyin üzərində daim qalacayıq”. Bunu KƏLAMİNFO-ya müsahibəsində Milli Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bildirib. O, qeyd edib ki, bu məsələdə beynəlxalq təşkilatlar da israrlı olmalıdırlar. “Bununla bağlı parlamentdə mövcud olan müxalif partiyalar olaraq bizim ümumi rəyimiz də var. Yəni parlamentin sədarətində müxalif partiyalarda təmsil olunsun. Adətən bizim ümumi rəyimizin qarşına belə bir arqument qoyulur ki, parlamentdə müxalifətin tərkibi yetərincə deyil. Lakin, biz bu arqumenti alt- üst eləmişik. Onda gərək BMT-də Çin digər azsaylı ölkələrə, məsələn, Azərbaycana hüquqi baxımdan meydan oxusun ki, onun əhalisinin sayı bizdən dəfələrlə çoxdur. Əlbəttə ki, bu yanaşma düzgün deyil. Məhz bu baxımdan bizim parlamentdə də bizə qarşı qoyulan arqumentləri rədd etmişik”,-deyə müxalif millət vəkili vurğulayıb.
    28.12.10 Məqaləni oxumaq
     
    Bakıda “Vətəndaşı olmayandan, olmaz ölkə vətəndaşı” mövzusunda elmi praktik konfrans keçirilib
    Gənc Vətənpərvərlər Birliyi (GVB) Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və yeni illə əlaqədar “Vətəndaşı olmayandan, olmaz ölkə vətəndaşı” mövzusunda elmi praktik konfrans keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya GVB-dən veriblər. Tədbirdə çıxışlardan sonra birliyin fəxri diplomları paylanıb. Vətənpərvərlik və gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin artırılmasında jurnalist yazılarına və gənclərin milli hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində yüksək təşkilatçılıq fəaliyyətinə və xidmətlərinə görə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının icracı direktoru Fərasət Qurbanov, QHTXEBER.AZ saytının redaktoru Səfər Alışanlı, KƏLAMİNFO İnformasiya Agentliyinin muxbiri Atif Eyvazov, “Qoşa Ulduz” jurnalının baş redaktoru Gülzar Namazova, gvb.ucoz.com saytın redaktoru Natiq Qocayev fəxri diplomla təltif olunublar.
    27.12.10 Məqaləni oxumaq
     
    Keçmiş Travmatologiya Xəstəxanasının binasında yanğın baş verib
    Bakının Səbail rayonu ərazisində, keçmiş Travmatologiya Xəstəxanasının binasında yanğın baş verib. KƏLAMİNFO xəbər verir ki, yanğın saat 10.00 radələrində xəstəxananın damında başlayıb. Yanğının qısaqapanmadan baş verdiyi bildirilir. Hadisə yerinə xeyli sayda yanğınsöndürən maşın cəlb olunub. Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev və nazirliyin digər yüksək vəzifəli şəxsləri də hadisə yerindədirlər. Yanğının qonşu binalara keçməsinin qarşı alınıb Hazırda üçmərtəbəli binanın 3-cü mərtəbəsi yanır.
    25.12.10 Məqaləni oxumaq
     
    Hirkan Milli Parkında 731,56 manat məbləğində qanunsuz olaraq ağaclar kəsilib
    Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hirkan Milli Parkında Şüvü meşəbəyliyinin 5 saylı meşə dolayında 671,58 manat nırx dəyərində 32,77 m3 həcmində 17 ədəd, 6 saylı meşə dolayında isə 59,98 manat nırx dəyərində 11,99 m3 həcmində 3 ədəd yaş köküstə müxtəlif cinsli ağacların kəsilməsi faktı aşkar edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya ETSN-nin mətbuat xidmətindən veriblər.
    24.12.10 Məqaləni oxumaq
     
    DQMK əməkdaşları Dövlət İdarəçilik Akademiyasının tələbələri ilə görüşüb
    Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) əməkdaşları Dövlət İdarəçilik Akademiyasının (DİA) tələbələri ilə görüşüb. DQMK-dən KƏLAMİNFO-ya verilən məlumata görə, görüş DİA-da baş tutub. Görüşdə DQMK-nin Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdir müavini Rauf Məcidbəyli, Hüquq sektorunun müdiri Vüqar Əsgərov və Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin aparıcı məsləhətçisi Seymur Alıyev iştirak ediblər. Görüşdə R.Məcidbəyli DQMK-nin fəaliyyəti, son illər dövlət qulluğu sahəsində aparılan islahatlar, dövlət qulluğuna qəbulla bağlı tətbiq olunan yeniliklər və təmsil etdiyi qurum tərəfindən 2010-cu oktyabr-noyabr aylarında elan edilən müsabiqələrin gedişatı barədə ətraflı məlumat verib. Sonra R.Məcidbəyli və V.Əsgərov tələbələri maraqlandıran sualları cavablandırıblar.
    24.12.10 Məqaləni oxumaq
     
    SKMF Xızı rayonu üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır
    İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Xızı rayonunda "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib. İİN-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, SKMF tərəfindən Xızı rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib: İntensiv heyvandarlıq və arıçılıq (arı məhsullarının sənaye üsulu ilə emalı və qablaşdırılması) təsərrüfatlarının inkişafı;
    23.12.10 Məqaləni oxumaq
     
    ETSN “Azər-Yod” MMC-yə icrası məcburi olan göstəriş verib
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Neftçala rayon Mirqurbanlı kəndinin bir qrup sakini adından “Azər-Yod” MMC-yə məxsus Neftçala yod zavodunda xlorun, kükürd qazlarının, yod və sulfat turşularının atmosferə buraxılması, eləcə də zavodun yod yatağında hasil olunan yodlu suyun nəql olunan boru xəttindən torpağa sızaraq törətdiyi şoranlaşma ilə əlaqədar daxil olub. Şikayət məktubu Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları, “Azər-Yod” MMC-nin icraçı direktoru A.Abdullayevin və şikayətçilərin iştirakı ilə yerində araşdırılıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya ETSN-dən veriblər.
    23.12.10 Məqaləni oxumaq
     
    Türkiyənin gənclər və idman direktoru Yunus Akgülün Bakıya səfəri başlayıb
    Bu gün Türkiyənin gənclər və idman direktoru Yunus Akgülün rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfəri başlayır. Gənclər və İdman Nazirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, səfər çərçivəsində qonaqlar ümummilli lider Heydər Əliyevin məzarını, və “Şəhidlər Xiyabanını” ziyarət edəcəklər. Sabah isə Y.Akgülün gənclər və idman naziri Azad Rəhimovla görüşü olacaq. Bununla yanaşı qonaqlar Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, “İrəli” İctimai Birliyinin nümayəndələri və bir sıra rəsmilərlə görüşlər keçirəcəklər. Nümayəndə heyəti eyni zamanda idman bazaları ilə tanış olub, Şağan Olimpiya İdman Kompleksinə səfər edəcək. Üç gün davam edəcək səfər proqramı çərçivəsində Türkiyənin Gənclər və İdman Direktoru Yunus Akgül şəhərimizin tarixi yerləri ilə tanış olub, “İçəri şəhər” də ekskursiya etmək imkanı əldə edəcək. Səfər 25 dekabr tarixinədək davam edəcək.
    23.12.10 Məqaləni oxumaq
     
    Bu gün Minskdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq məsələləri üzrə ekspert qrupunun iclası işə başlayıb
    Bu gün Minskdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq məsələləri üzrə ekspert qrupunun iclası keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, ekspertlər üç sənəd layihəsini gözdən keçirəcəklər.
    22.12.10 Məqaləni oxumaq
     
    E.Süleymanova: “İnformasiya ilə bağlı ayrıca şöbə yaradılacaq”
    “İnformasiya ombudsmanı səlahiyyətinin insan hüquqları üzrə müvəkkilə həvalə olunması çox böyük məsuliyyətdir”. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ombudsman Elmira Süleymanova bildirib. O, qeyd edib ki, əslində əvvəllər də mandatları dövlət orqanları, vəzifəli şəxslər tərəfindən pozulan hər bir hüququn bərpasına çalışmaq olub. “Bura mühüm bir vəzifə də həvalə olundu”,-deyə İnsan hüquqları üzrə müvəkkil vurğulayıb. Onun sözlərinə görə, informasiya əldə etmək hüququ tək jurnalistlərə aid deyil. “Hər bir kəs istənilən dövlət qurumundan tam dolğun informasiya ala bilər. Bundan əvvəl də bizə informasiya almaq hüququnun pozulmasına dair müraciətlər daxil olub. Belə bir işin bizə praktiki olaraq həvalə olunması xüsusi diqqət və yanaşma tələb edir.
    22.12.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 118 119 120 121 122 123 124 125 126 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30