Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 117 118 119 120 121 122 123 124 125 » #
    Misir Mərdanov: “Hicabla bağlı qəbul olunmuş qərar həyata keçiriləcək”
    “Hicabla bağlı qəbul olunmuş qərar həyata keçiriləcək. Heç kim buna şübhə etməsin”. KƏLAMİNFO xbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov İran İslam Respublikasının ruhanisi, Ayətullah Nasir Məkarim Şirazinin Azərbaycan orta məktəblərində hicaba qadağa qoyulması barədə qərarla bağlı fikirlərinə münasibət bildirərkən deyib. M.Mərdanov qeyd edib ki, bu məsələdə əsas məqsəd Azərbaycan qanunlarına hörmət etməkdir: “Biz hamını buna dəvət edirik. Əminəm ki, bu işimiz uğurlu olacaq. Bu iş heç kəsə, o cümlədən İslam dininə, müsəlmançılığa qarşı qoyulmayıb. Əslində bizim gördüyümüz iş İslamın nüfuzunu artırmaq üçün atılan addımdır. Mən bunu məsuliyyət hissi ilə deyirəm”,-deyə nazir vurğulayıb. Qeyd edək ki, Ayətullah Nasir Məkarim Şirazi Azərbaycandakı orta məktəblərdə hicaba qoyulan qadağa ilə bağlı açıqlamasında Azərbaycan müsəlman ölkəsi olduğu üçün İslam ehkamlarına, o cümlədən hicaba riayət olunmasının vacibliyini vurğulayıb.
    31.12.10 Məqaləni oxumaq
     
    Cari ilin 11 ayının yekunu üzrə orta illik inflyasiya 5.5% olub
    Cari ilin 11 ayında Mərkəzi Bank valyuta bazarında 1 mlrd. dolardan çox həə xarici valyuta alışı həyata keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mərkəzi Bankdan veriblər. Manatın ABŞ dollarına qarşı nominal məzənnəsi sabit qalaraq 0.4% möhkəmlənib. Qeyri-neft sektoru üzrə real effektiv məzənnə demək olar ki, neytral qalıb, Azərbaycanın qeyri-neft ixracının çox hissəsinin getdiyi yaxın xarici ölkələr üzrə isə ucuzlaşıb ki, bu da rəqabət qabiliyyətinə müsbət təsir edib.
    30.12.10 Məqaləni oxumaq
     
    Sabirabad rayon perinatal mərkəzinin açılışı olub
    Səhiyyə naziri Oqtay Şirəliyevin iştirakı ilə Sabirabad rayon perinatal mərkəzinin açılışı olub. Bu barədə məlumatı Səhiyyə Nazirliyindən veriblər. İki mərtəbəli, bütün tibbi avadanlıq, sarğı və dərman preparatları ilə təmin olunmuş mərkəzin birinci mərtəbəsi əsasən hamiləliyin patologiyası və qəbul bölməsi kimi, 2-ci mərtəbəsi isə fərdi doğuş və laboratoriya otaqları kimi nəzərdə tutulub. Mərkəzdə yenidoğulmuşların intensiv terapiya palatası habelə əməliyyat bloku da bütün müasir tibbi standartlara cavab verən avadanlıqlarla tam təmin olunub. Burada istilik və qida ilə təminata da ciddi diqqət ayrılıb. Mərkəz 156 min yerli əhali, 5 minə yaxın qaçqın və ətraf rayonların sakinlərinə xidmət göstərəcək.
    30.12.10 Məqaləni oxumaq
     
    Əmək pensiyalarının ödəniş xərclərinin proqnozu 1852,4 mln. manat nəzərdə tutulur
    2011-ci il ərzində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi və sığorta-pensiya islahatlarının təmin edilməsi siyasəti davam etdiriləcək. Fondun mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, bu baxımdan 2011-cu ildə əhaliyə ödənişlər DSMF-nin xərclərinin 97,2%-i səviyyəsində və ya 1916,98 mln. manat proqnozlaşdırılır. Əhaliyə ödənişlərin 2011-ci il üçün nəzərdə tutulan proqnozu 2010-cu ilə nisbətən 200,0 mln. manat və ya 11,7% çoxdur. Gələn ildə əmək pensiyalarının ödənişi xərclərinin proqnozu 1852,4 mln. manat nəzərdə tutulur ki, bu da 2010-cu ilə nisbətən 11,4 % və ya 189,9 mln. manat çoxdur. Əmək pensiyalarının baza hissəsi üzrə xərclərin proqnozu əlavələrlə birgə 1317,13 mln. manat məbləğində nəzərdə tutulur ki, bu da 2010-cu ilə nisbətən 12,8 % və ya 149,6 mln. manat çoxdur. Pensiyanın sığorta hissəsinin əmək pensiyalarının ödənişi xərclərində xüsusi çəkisi 2011-ci ildə 29% təşkil edəcək.
    30.12.10 Məqaləni oxumaq
     
    PA-nın rəhbəri Ramiz Mehdiyev 20 Yanvar faciəsinin iyirmi birinci ildönümünün keçirilməsinə dair Sərəncam verib
    Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi birinci ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilib. KƏLAMİNFO xəbər verir ki, sənəddə respublikanın şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda faciənin ildönümünə həsr olunmuş tədbirlərin - konfrans, yığıncaq və mühazirələrin keçirilməsi, tamaşa, sənədli və bədii filmlərin nümayiş etdirilməsi, bu tədbirlərin mətbuatda ətraflı işıqlandırılması, dünyanın aparıcı KİV-lərində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində Qanlı 20 Yanvar barədə materiallara geniş yer verilməsi nəzərdə tutulub. Tədbirlər planına əsasən, dünya ictimaiyyətinin diqqətini yenidən Qanlı Yanvar faciəsinə yönəltmək üçün Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, Azərbaycan icmaları tərəfindən müvafiq tədbirlər həyata keçiriləcək.
    29.12.10 Məqaləni oxumaq
     
    Bu il 105 jurnalist peşə borcunu yerinə yetirərkən həlak olub
    Jurnalistlərin peşəkar fəaliyyəti üçün ən təhlükəli ölkələr Meksika və Pakistan hesab olunur. KƏLAMİNFO BBC-yə istiadən xəbər verir ki, Meksikada bu il 14 jurnalist qətlə yetirilib. Onların qətl səbəbi isə narkobaronlar və cinayətkar qruplaşmaların fəaliyyətinin araşdırılması ilə məşğul olmalarıdır. Eyni nəticə Pakistanda da qeydə alınıb. Jurnalistlər üçün ən təhlükəli ölkələr siyahısında Meksika və Pakistandan sonra Honduras, İraq, Filipin, Rusiya və Kolumbiya yer alır.
    29.12.10 Məqaləni oxumaq
     
    Azərbaycanda 2011 il üçün qadın və uşaq problemləri üzrə tədbirlər planı hazırlanıb
    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində (AQUPDK) ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Komitədən veriblər. İclasda komitə sədri Hicran Hüseynova qurumun cari ildə fəaliyyətini geniş təhlil edib və qarşıda duran vəzifələr barədə danışıb. Tədbirdə AQUPDK üzrə görülən işlər barədə məruzələr dinlənilib. Bildirilib ki, Azərbaycan ailə institutunun sosioloji aspektlərini öyrənmək məqsədi ilə “Müasir Azərbaycanda ailə və nikah institutu: sosioloji təhlil” mövzusunda tədqiqat aparılıb, tövsiyələr hazırlanıb.
    28.12.10 Məqaləni oxumaq
     
    Mehriban xanım Əliyeva “Gənclərin dostu” mükafatına layiq görülüb
    Bu gün Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva “Gənclərin dostu” mükafatına layiq görülməsi ilə bağlı tədbir keçirilib. KƏLAMİNFO xəbər verir ki, mükafat “Gənc Liderlər” Uşaq və Gənclər Təşkilatı tərəfindən təqdim olunub. Təşkilatın sədri Fərid Şahbazlı mükafat bütün sahələrdə olduğu kimi, gənclərə göstərdiyi diqqət və qayığısına görə Mehriban xanım Əliyevaya verildiyini bildirib.
    28.12.10 Məqaləni oxumaq
     
    MTRŞ-nın radio yayımı üçün 103.3-cü tezlik resursuna elan etdiyi müsabiqə başa çatıb
    Milli Televiziya və Radio Şurası tərəfindən 25 noyabr 25 dekabr 2010-cu il tarixədək radio yayımı üçün 103.3-cü tezlik resursuna elan edilmiş müsabiqə başa çatıb. Bu barədə məlumatı AZADİNORM-ya MTRŞ-dan veriblər. Radio yayımı üçün 103.3-cü tezlik resursuna elan edilmiş müsabiqədə üç iddiaçı, yəni iki hüquqi şəxs – “Golden Prince” MMC (“Azad Xəbər”), “Obyektiv – Televiziya və Radio Yayım Şirkəti” MMC (“Radio Obyektiv”) və bir fiziki şəxs - Cəfərov Rəsul Ağahəsən oğlu (“nativ radio”) sənədlərini Şuraya təqdim edib. Şura tərəfindən "Televiziya və radio yayımı haqqında" AR qanununun tələblərinə uyğun olaraq 1 ay müddətində müsabiqənin nəticələrinə baxılacaq və "Televiziya və radio yayımı haqqında" qanunun 15.5-ci maddəsinin və "Teleradio yayımı sahəsində xüsusi razılıq (lisenziya) üçün keçirilən müsabiqənin Qaydaları"nın tələblərinə uyğun olaraq müvafiq qərar qəbul ediləcək.
    28.12.10 Məqaləni oxumaq
     
    ARDNŞ prezidenti TPAO şirkətinin nümayəndə heyətini qəbul edib
    Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Türkiyə Petrollari Anonim Ortaqlığı (TPAO) şirkətinin prezidenti Mehmet Uysalın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. ARDNŞ-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, R.Abdullayev TPAO ilə ARDNŞ-nin uzun müddət ərzində “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, Bakı-Tbilisi-Ceyhan kimi layihələr çərçivəsində tərəfdaşlıq etdiklərini bildirib, həmin layihələrin bu gün də uğurla davam etdiyini söyləyib.
    28.12.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 117 118 119 120 121 122 123 124 125 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30