Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 116 117 118 119 120 121 122 123 124 » #
    Sumqayıtda əhaliyə 414,4 min manat dəyərində içməli su verilib
    Sumqayıt şəhərində güzəştsiz əhalinin 67,5%-i su sayğacı ilə təmin edilib. Sumqayıt şəhər İcra Hakimiyyətindən KƏLAMİNFO-ya verilən məlumata görə, bu barədə “Azərsu” SC Su ölçü cihazlarının istismarı təsərrüfatı və su satışı müəssisəsinin Sumqayıt filialından məlumat verilib. Ötən ilin dekabr ayında şəhərin güzəştsiz əhalisinə 414,4 min manat dəyərində içməli su verilib. Bunun müqabilində əhali tərəfindən 273,5 min manat dəyərində ödəniş olub ki, bu da 66 faiz təşkil edir. Ödənişdə iştirak etmiş abonentlərin sayı isə 45962 nəfərdir. Qeyd edək ki, hazırda Sumqayıt şəhərinin güzəştsiz əhali kateqoriyası üzrə 68600 nəfər abonent vardır.
    10.01.11 Məqaləni oxumaq
     
    Sabahdan ölkə ərazisində qar yağacaq
    Sabahdan Azərbaycanın rayonlarında hava yağıntılı olacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Milli Hidrometeorologiya Departamentindən veriblər. Bəzi yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 4-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək. Yanvarın 9-10-da dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Arabir intensivləşəcəyi, ayrı-ayrı yerlərdə güclü olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 4-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.
    08.01.11 Məqaləni oxumaq
     
    Böyük və Kiçik Qafqaz çaylarında ongünlük normadan yüksək sululuq müşahidə olunur
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən KƏLAMİNFO-ya verilən məlumata görə, hazırda Böyük və Kiçik Qafqaz çaylarında ongünlük normadan yüksək sululuq (ongünlük normanın 120-260 %-i), Lənkəran-Astara bölgəsi çaylarında isə ongünlük normadan aşağı sululuq (ongünlük normanın 50-70%-i) müşahidə olunur. Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 112 m3/san (ongünlük normanın 68,7 %-i), Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 53 m3/san (ongünlük normanın 75,1 %-i ) təşkil edir.
    07.01.11 Məqaləni oxumaq
     
    Ötən il internet resurs hazırlayan bələdiyyələrin sayı 42-ə çatıb
    “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin apardığı araşdırmalara görə, ötən il internet resurs hazırlayan bələdiyyələrin sayı 42-ə çatıb. “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, bunların ikisi yerli orqanların öz vəsaitləri hesabına, beşi isə layihə çərçivəsində istifadəyə verilib. Paytaxtın Binəqədi və Qaraçuxur bələdiyyələri ilə yanaşı, Ağcabədi və Bərdə rayonlarının beş bələdiyyəsinin internet resursu artıq istifadədədir. Qeyd edək ki, rayon bələdiyyələrinin resursları donor təşkilatlarının ayırdığı qrant hesabına İqtisadi Təşəbbüslər Mərkəzi tərəfindən hazırlanıb. İlk bələdiyyə resursu isə 2001-ci ildə Mərdəkan bələdiyyəsi tərəfindən hazırlanıb.
    07.01.11 Məqaləni oxumaq
     
    Ötən il rabitə və informasiya texnologiyaları sahəsi üçün uğurlu olub
    Ötən il ərzində informasiya-kommunikasiya texnologiyaları (İKT) və poçt sektorundan əldə olunan gəlirlərin həcmi 2009-cu ilə nisbətən 31,3% artaraq 1158,9 mln. manata çatıb. Bu barədə məlumatı KƏLAMİNFO-a rabitə və İnflrmasiya Texnologiyaları Nazirliyindən veriblər.
    Ötən il rabitə və informasiya texnologiyaları sahəsində bir sıra vacib işlər görülüb və mühüm uğurlar qazanılıb.
    Belə ki, regionların telekommunikasiya şəbəkəsinin tam elektronlaşması başa çatdırılıb, ölkənin ən ucqar yaşayış məntəqələrində müasirtipli elektron ATS-lərin qurulması təmin edilib.
    06.01.11 Məqaləni oxumaq
     
    DSMF-ya 49 614 müraciət ünvanlanıb
    Ötən il ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) "190" nömrəli telefon məlumat xidmətinə ümumilikdə 49 614 müraciət ünvanlanıb. DSMF-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, sorğu və müraciətlərin 54%-i canlı rejimdə, birbaşa olaraq məsləhətçi-operatorlar tərəfindən cavablandırılıb. Telefon məlumat xidmətinə daxil olan müraciətlərin 46%-i isə qeyri-iş günlərinə təsadüf edib və bu zaman suallara avtomatik olaraq elektron operator tərəfindən standart formada cavablar verilib.
    06.01.11 Məqaləni oxumaq
     
    DƏM-in əsasnaməsi və təşkilati strukturu üzrə qaydalarla bağlı təkliflər hazırlanacaq
    Ötən ilin iyul ayından etibarən Dövlət Əmək Müfəttişliyinin (DƏM) beynəlxalq tələblərə cavab verən strategiyasının həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planına dəstək verilməsi məqsədi ilə hazırlanmış Dövlət Əmək Müfəttişliyinin Potensialının Artırılması layihəsinin icrasına başlanılıb. DƏM-in mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, 3 illik layihə çərçivəsində yerli və beynəlxalq ekspertlərin Azərbaycanda toplanacağı, DƏM-in rəhbər işçiləri ilə sıx əməkdaşlıq edərək, adıçəkilən qurumun potensialının gücləndirilməsinə dəstək vermək məqsədi ilə bir çox fəaliyyətlər həyata keçirəcəyi nəzərdə tutulur. Bu fəaliyyətlər peşə qəzaları və xəstəliklərinin azaldılması, iş şəraitinin yaxşılaşdırılması, işəgötürənlər, işçilər və ictimaiyyətin məlumatlandırılması səviyyəsinin artırılması və iş yerlərində qəzaların qarşısının alınması məsələsinə sosial tərəfdaşların (işəgötürənlər birlikləri və həmkarlar ittifaqları) cəlb olunmasına xidmət edəcək.
    06.01.11 Məqaləni oxumaq
     
    E.Hüseynov: “İstehlakçı hüququnu qoruyacaq yeni mükəmməl mexanizm yaradılacaq”
    Azad İstehlakçılar Birliyi (AİB) tərəfindən istehlakçıların huquqlarının daha mükəmməl qorunması üçün yeni mexanizm yaradılacaq. Bu barədə KƏLAMİNFO-ya AİB sədri E.Hüseynov məlumat verib. Təşkilat sədri deyib ki, yeni mexanizm yaratmaq məqsədilə Avarasiya Fonduna dəstəklənməsi üçün dəyəri 28 300 dollar olan “İnfilyasiyanın aşağı düşməsi üçün istehlakçıların kollektiv məsuliyyətinin artırılması” adlı layihə təqdim edilib. E.Hüseynov bildirib ki, 8 aya həyata keçiriləcək 3 mərhələdən ibarət olacaq layihə çərçivəsində istehlakçı hüququnu qoruyacaq yeni mükəmməl mexanizm yaradılaraq hökumətə, biznesmenlərə təqdim olunacaq.
    06.01.11 Məqaləni oxumaq
     
    Baş Prokurorluq 100 ştat vahidi üzrə müsabiqə elan edir
    Baş Prokurorluq “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq prokurorluq orqanlarına qəbul olunmaq arzusunda olan şəxslər üçün 100 ştat vahidi üzrə müsabiqə elan edir. Baş Prokurorluqdan KƏLAMİNFO-ya bildiriblər ki, prokurorluq orqanlarına işə qəbul olunmaq istəyən və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər aşağıda qeyd edilən sənədləri təqdim etməklə Baş Prokurorluğa müraciət edə bilərlər: Prokurorluğa işə qəbul olunmaq istəyən hər bir namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, prokuror və ya müstəntiq vəzifəsinə yararlığı və layiqliyinin müəyyən edilməsi məqsədi ilə aşkarlıq şəraitində, şəffaf üsullarla, beynəlxalq tələblərə uyğun keçirilən ixtisas imtahanları (test və yazılı imtahanlar) və müsahibədən ibarət müsabiqə təşkil ediləcək. Müsabiqədə bərabər nəticələr əldə etmiş şəxslərdən xarici dilləri mükəmməl bilənlərə üstünlük veriləcək.
    06.01.11 Məqaləni oxumaq
     
    Avropada havaların kəskin dəyişməsi damazlıq cins inəklərin ölkəyə gətirilməsinə təsir göstərib
    Ötən il Azərbaycana gətirilməsi nəzərdə tutulan cins malların ölkəyə idxal olunması tam olaraq başa çatmayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya "Aqrolizinq" ASC-nin mətbuat xidmətinin rəhbəri Pirvəli Həsənov söyləyib. Onun sözlərinə görə, Azərbaycan hökuməti tərəfindən ötən il bu məqsədlə ayrılan 3 mln. manat vəsait hesabına 902 baş cins damazlıq heyvanın ölkəyə gətirilməsi nəzərdə tutulurdu. Ancaq indiyədək 715 baş heyvan respublikaya gətirilib. Qalan 187 baş damazlıq heyvanın ötçn ilin sonuna kimi ölkəyə gətirilməsi planlaşdırılmışdı . Lakin Avropada havaların kəskin dəyişməsi ilə əlaqədar bu iş dayandırılıb. Çox güman ki, ötən il üçün nəzərdə tutulan cins inəklərin tam olaraq gətirilməsi yanvar-fevral aylarında baş tutacaq”,-deyə P.Həsənov bildirib. Xatırladaq ki, “Aqrolizinq” ASC Almaniya və digər ölkələrdən Azərbaycana cins mallar gətirir.
    05.01.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 116 117 118 119 120 121 122 123 124 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30