Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 115 116 117 118 119 120 121 122 123 » #
    Azərbaycanda “Aktual.az” saytı fəaliyyətə başlayıb
    Bu həftədən etibarən Azərbaycanda “Aktual.az” saytı fəaliyyətə başlayıb. Saytla tanış olan kimi yəqin ki, hamını bu sual maraqlandıracaq: bu qədər internet informasiya saytları bolluğunda “Aktual.az”a nə ehtiyac var idi? KƏLAMİNFO xəbər verir ki, bu suala “Aktual.az”ın cavabı çox sadədir: ehtiyac var idi...
    13.01.11 Məqaləni oxumaq
     
    Badamdar və Bibiheybət qəsəbə nümayəndəlikləri 2010-cu illə bağlı hesabat verdilər
    Səbail rayonunun Badamdar və Bibiheybət qəsəbə nümayəndəliklərində 2010-cu ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Səbail rayon İcra Hakimiyyətindən veriblər.
    13.01.11 Məqaləni oxumaq
     
    Dövlət Miqrasiya Xidmətinə 5.117 müraciət daxil olub
    Ötən ilin dekabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, bərpa, xitam, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 5.117 müraciət daxil olub. Bu barədə məlumatı KƏLAMİNFO-ya DMX-dən veriblər. Müraciətlərin hər biri ayrı-ayrılıqda öyrənilib və ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq icra edilib. Həmçinin Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən qanunsuz miqrasiyanın, o cümlədən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycanda olma, habelə müvəqqəti və daimi yaşama qaydalarının pozulması hallarının aşkar edilərək qarşısının alınması məqsədi ilə müvafiq tədbirlər həyata keçirilmişdir.
    13.01.11 Məqaləni oxumaq
     
    Ekspert: “Məcburi köçkünlərə sosial yardımda dəyişikliklərin edilməsi dövlət büdcəsində ciddi qənaətin yaranmasına gətirib çıxarmayacaq”
    Məcburi köçkünlərə sosial yardımda dəyişikliklərin edilməsi dövlət büdcəsində ciddi qənaətin yaranmasına gətirib çıxarmayacaq. Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov KƏLAMİNFO-ya müsahibəsində bildirb. İqtisadçının sözlərinə görə, məsələ təkcə məcburi köçkünlərə verilən vəsaitin böyük olmasında deyil. “Onlara verilən yardım mexanizminin dəyişdirilməsi, bir sıra məcburi köçkün ailələrinə yardımın dayandırılması sosial təminat baxımından da arzuolunan deyil. Məcburi köçkünlər sosial baxımdan ən az təmin olunan təbəqədir.
    12.01.11 Məqaləni oxumaq
     
    Azərbaycanda 443 min əlil var
    “Azərbaycanda ötən ilin yekunlarına görə 443 min əlil var ki, onların da 80 mindən çoxu birinci qrup, 260 mini isə ikinci qrup əlillərdir”. Bunu KƏLAMİNFO-ya müsahibəsində “Müstəqil Həyat” İnkişaf və Dəstək Mərkəzinin direktoru Aydın Xəlilov bildirib. Onun sözlərinə görə, bununla belə bu əlillərin ölkədə dəqiq sayı kimi qəbul edilə bilməz. “Çünki əlillik dərəcəsi almaq proseduru bir çox insanların bu işi axıra qədər çatdırmasına imkan vermir. Mənə elə gəlir ki, bu barədə qanunvericilikdə müəyyən iş aparılmalıdır. Çünki, hazırda elə insanlar var ki, yalandan əlillik alır, elə adamlar da var həqiqi əlil olduğu halda bu addan rəsmən hələ də məhrumdur. Məhz bu problemlə bağlı hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müvafiq baza hazırlayır.
    12.01.11 Məqaləni oxumaq
     
    Bu gün nazir Əli Abbasov Pakistana yola düşür
    Bu gün rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov İslam Konfransı Təşkilatının Elm və Texnoloji Əməkdaşlıq Komitəsinin (COMSTESH) Baş Assambleyasının 14-cü toplantısında iştirak etmək üçün Pakistanın paytaxtı İslamabada yola düşür. Bu barədə məlumatı KƏLAMİNFO-ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən veriblər. Toplantı Pakistanın prezidenti, COMSTESH-nin sədri Asif Əli Zərdarinin sədrliyi ilə baş tutacaq. Açılış mərasimində Ə.Abbasov ölkəmizdə İKT, elm, texnolgiya sahəsində həyata keçirilən dövlət siyasəti bağlı çıxış edəcək. O, Regional İnnovasiya Zonaları, “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihələri haqqında məlumat verəcək. İclas yanvarın 13-ə kimi davam edəcək. Qeyd edək ki, Azərbaycan qurumda Daimi Komitənin ali orqanı olan İcraiyyə Komitəsinin üzvüdür. İcraiyyə Komitəsinin ötən ilin mart ayında Ər-Riyad şəhərində keçirilmiş toplantısı zamanı komitə üzvləri son illər ölkəmizdə yüksək texnologiyalar və süni peyklər sahəsində aparılan nümunəvi işləri nəzərə alaraq Azərbaycanı nativ enerji mənbələri üzrə islam ölkələri şəbəkəsinin əlaqələndiricisi seçib.
    12.01.11 Məqaləni oxumaq
     
    Xəzər rayonunun müasir kadastrının yaradılması nəzərdə tutulub
    Xəzər rayonunun şəhər kadastrı layihəsinin həyata keçirilməsi və müasir kadastrın yaradılması nəzərdə tutulub. Bu layihəyə qrant ayrılması üçün Azərbaycan hökuməti və Koreyanın Beynəlxalq Əməkdaşlıq Agentliyinə (KOİCA) müraciət olunub. Bu barədə məlumatı KƏLAMİNFO-ya açıqlamasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzinin direktoru Nazim İsmayılov söyləyib.
    11.01.11 Məqaləni oxumaq
     
    Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
    Sabah Bakı Fond Birjasında Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. BFB-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, notların buraxılış parametrləri dövlət qeydiyyat Âą-si 50100230S, ümumi həcmi 12 mln. AZN, hərraca çıxarılan həcm 12 mln. AZN, bir notun nominal dəyəri 100 AZN, notların tədavül müddəti 28 gün, ödəmə tarixi fevral ayının 9-na kimidir. Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümümi sayı (rəqabətli və qeyri-rəqabətli) 3-dən artıq olmamalıdır! Qeyd edək ki, hərrac zamanı, notlar buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.
    11.01.11 Məqaləni oxumaq
     
    Son iki ayda Mətbuat Şurasına qəzetlərlə bağlı 30 ərizə- şikayət daxil olub
    Son iki ayda Mətbuat Şurasının (MŞ) “Reket jurnalistikaya” qarşı Mübarizə Komissiyasına qəzetlərin “reket” fəaliyyəti ilə bağlı ümumilikdə 30 ərizə-şikayət daxil olub. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində Komissiyasının sədri Vüqar Rəhimzadə bildirib. O, qeyd edib ki, bu ərizələrdən 10-u MŞ-nın Şikayətlər üzrə Komissiyasından daxil olub. “Bu komissiya adətən onlara daxil olan ərizələri araşdırır və hansının tərkibində “reket”çilik əlaməti varsa onu bizə ünvanlayır. Bu müddət ərzində onlardan bizə daxil olan 10 ərizə məhz bu xarakterlidir. 20 ərizə isə şikayətçilər tərəfindən birbaşa bizə ünvanlananlardır”,-deyə komissiya sədri vurğulayıb. V.Rəhimzadənin sözlərinə görə, şikayətlər əsasən qəzetlər tərəfindən vətəndaşların şərəf və ləyaqətinin alçaldılması, hədə- qorxu və s. məzmunludur. “Hətta şikayətləri araşdırarkən şahid oluruq ki, onlardan bəzilərinin rəhbərləri əvvəllər “reket” elan olunan qəzetlərin sahiblərdir ki, indi başqa adla fəaliyyət göstərirlər.
    11.01.11 Məqaləni oxumaq
     
    Azərbaycanlı mütəxəssis “Olimpiya dərəcəli” hakim adını alıb
    ABŞ-ın Florida ştatında FİLA prezidenti Rafael Martinettinin rəhbərliyi altında Hakimlər Kollefiyasının növbəti iclası keçirilib. Dünya hakimlərinin hakimlik dərəcələrinin artırılmasının müzakirə edildiyi iclasda hakimlik dərəcəsi artırılanlar arasında Azərbaycan Güləş Federasiyası Hakimlər Kollegiyasının sədri Əjdər Cəfərovun da adı var. Bu barədə məlumatı KƏLAMİNFO-ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən veriblər.
    10.01.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 115 116 117 118 119 120 121 122 123 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30