Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 114 115 116 117 118 119 120 121 122 » #
    GVB “20 Yanvar faciəsi qan yaddaşımızdır” mövzusunda tədbir keçirib
    Gənc Vətənpərvərlər Birliyi 20 Yanvar faciəsinin 21-ci ildönümünə həsr olunmuş “20 Yanvar faciəsi qan yaddaşımızdır” mövzusunda tədbir keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya GVB-nin mətbuat və informasiya şöbəsindən veriblər. Tədbirdə çıxış edən GVB-nin sədri Muğan Əliyev ulu öndər Heydər Əliyev və şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etdikdən sonra 20 Yanvar faciəsi haqqında geniş məlumat verib. O, qeyd edib ki, artıq faciədən 21 il keçib, ancaq 20 Yanvar faciəsini törədənlər məhkəmə məsuliyyətinə cəlb olunmayıb.
    17.01.11 Məqaləni oxumaq
     
    Vaqif Əsədov: «Ötən 2010-cu il ərzində paytaxt üzrə 1010 yol-nəqliyyat hadisəsi baş verib»
    Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovun verdiyi məlumata əsasən, ötən 2010-cu il ərzində paytaxt üzrə 1010 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 288 ölü, 1001 yaralı qeydə alınmışdır. Bu da 2009-cu il ilə müqayisədə 33 yol-nəqliyyat hadisəsinin azalması deməkdir. Lakin hadisələrin sayı azalsa da, ölüm halları stabil olaraq qalıb və xəsarət dərəcələri yüngülləşdirilib.
    16.01.11 Məqaləni oxumaq
     
    Vaqif Əsədov: «Yol-nəqliyyat hadisələri əsasən avtomobillərin yüksək sürətlə hərəkət etməsinin nəticəsidir»
    Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovun verdiyi xəbərə görə, ən çox qəza halları baş verən yerlərin adını sadalayıb: «Yol-nəqliyyat hadisələri əsasən sürət həddini aşma ehtimalı olan Heydər Əliyev, Babək, Nobel, Qara Qarayev və Ziya Bünyadov prospektlərində baş verir».
    15.01.11 Məqaləni oxumaq
     
    «Yol hərəkəti haqqında» Qanunun 40-cı maddəsinin tələblərini pozan piyadalar inzibati xətalar məcəlləsinin 152-ci maddəsinə uyğun şəkildə məsuliyyətə cəlb ediləcək
    Yanvar ayının 6-dan bu günə qədər yol polisi əməkdaşları tərəfindən yeraltı, yerüstü piyada keçidləri ətrafında keçirdiyimiz tədbirlər zamanı 117 piyada saxlanılıb məsuliyyətə cəlb edilmişdir. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovun verdiyi məlumata görə, yeraltı, yerüstü piyada keçidlərindən keçməyən və müxtəlif bəhanələr gətirən piyadaların gətirdikləri bəhanə onları məsuliyyətdən azad edə bilməz və kimliyindən asılı olmayaraq «Yol hərəkəti haqqında» Qanunun 40-cı maddəsinin tələblərini pozan piyadalar inzibati xətalar məcəlləsinin 152-ci maddəsinə uyğun şəkildə məsuliyyətə cəlb edilərək, 10 manat məbləğində cərimə ediləcək.
    15.01.11 Məqaləni oxumaq
     
    Vaqif Əsədov: «DYP Bakı şəhərində avtomobillərin qanunsuz yerlərdə saxlanması ilə fəal mübarizə aparır»
    «Paytaxtın bir sıra küçələrində avtomobillərin dayanması vəziyyətini göstərən xüsusi parklanma nişanları vardır ki, avtomobillər də bu parklanma nişanlarının tələbinə uyğun olaraq saxlanılmalıdır. Tıxacların, qəzaların qarşısının alınması məqsədi ilə evakuatorlar vasitəsi ilə nəqliyyat vasitələrini qadağan olunmuş yerlərdə saxlayan sürücülərin avtomobilləri evakuasiya olunur və evakuasiya olunan avtonəqliyyat vasitələri müvəqqəti mühafizə olunan dayanacaqlara qoyulur ki, sonradan sürücü evakuasiya xərcini və törətdiyi xətaya uyğun cərimə ödədikdən sonra avtonəqliyyat vasitəsi müvəqqəti mühafizə olunan dayanacaqdan buraxılır». Bu sözləri Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bizə verdiyi müsahibədə açıqlayıb.
    15.01.11 Məqaləni oxumaq
     
    Bu gün Xoşbəxt Yusifzadənin dogum günüdür
    Bu gün görkəmli alim, Milli Elmlər Akademiyası və Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, Gürcüstan Milli Elmlər Akademiyasının xarici üzvü, ARDNŞ-in birinci vitse-prezidenti, professor Xoşbəxt Yusifzadənin dogum günüdür. KƏLAMİNFO xəbər verir ki, bu gün onun 81 yaşı tamam olur. O, 1930-cu il yanvarın 14-də Bakıda anadan olub. 1952-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirib. Mühəndis-geoloqdur. 1952-ci ildə “Neft daşları” NQÇİ-də geoloq, baş geoloq, 1970-ci ildən Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyində baş direktorun müavini, eyni zamanda baş geoloq vəzifələrində işləyib. 127 elmi əsərin, o cümlədən 8 monoqrafiyanın, 4 ixtiranın müəllifidir. İki “Qırmızı Əmək Bayrağı” və “Şərəf nişanı” ordenləri, 1982 və 1991-ci illərdə Azərbaycan Respublikasının Dövlət mükafatlarını alıb, medallar və fəxri fərmanlarla təltif edilib. “SSRİ-nin fəxri neftçisi”, “Yer təkinin fəxri kəşfiyyatçısı adlarına layiq görülüb. Azərbaycan Respublikasının “Əməkdar mühəndisi”dir.
    15.01.11 Məqaləni oxumaq
     
    Sosial siyasət komitəsi tərəfindən parlamentin yaz sessiyasına 6 qanun layihəsi təqdim olunub
    Milli Məclisin Sosial siyasət komitəsi tərəfindən parlamentin yaz sessiyasının müzakirələrinə təxminən 6 qanun layihəsi təqdim olunacaq. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində komitənin sədr müavini Musa Quliyev bildirib. O, qeyd edib ki, bu qanun layihələrinin üzərində işlər aparılıb və müzakirəyə çıxarılması planlaşdırılıb. “Bura “Sosial xidmət haqqında”, “Reproduktiv sağlamlıq haqqında”, “Ailə həkimi haqqında”, “Gənc ailələrin sosial müdafiəsi haqqında”, “Siqaretçəkmənin məhdudlaşdırılması haqqında” qanun layihələri, Sağlamlıq və Sosial Müdafiə məcəllələrinin hazırlanması, Əmək və Ailə məcəllələrinə əlavə və dəyişikliklərin edilməsi daxildir”,-deyə millət vəkili vurğulayıb. Onun sözlərinə görə, il ərzində daha bir neçə qanun layihəsinin də komitə tərəfindən parlamentin müzakirəsinə çıxarılması gözlənilir.
    14.01.11 Məqaləni oxumaq
     
    Rayonlarda yenidən güclü qar yağacağı gözlənilir
    Sabahdan Azərbaycanın rayonlarında yenidən güclü qar yağacağı gözlənilir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Milli Hidrometeorologiya Departamentindən veriblər. Sabah respublika üzrə hava şəraitinin gecə və səhər dumanlı olacağı, bəzi şimal və qərb rayonlarında qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimal olunur. Şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 8-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti təşkil edəcək. Bakıda və Abşeron yarımadasında isə sabah hava şəraitinin dəyişkən buludlu əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı ehtimal olunur. Cənub-qərb küləyinin əsəcəyi, axşam şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 4-6, gündüz 8-10 dərəcə isti təşkil edəcək.
    14.01.11 Məqaləni oxumaq
     
    Səhiyyə Nazirliyi lisenziyasız fəaliyyət göstərən 42 apteki cərimələyib
    Səhiyyə Nazirliyinin Dərman vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət şöbəsi tərəfindən respublika ərazisində fəaliyyət göstərən əczaçılıq müəssisələrində reydlər keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər. Reydlər əczaçılıq fəaliyyəti qaydalarını yoxlamaq məqsədi ilə təsdiq olunmuş plana əsasən və plandan kənar təkrar aparılıb. Ümumilikdə respublika üzrə 860 aptek təşkilatına baxış keçirilib ki, bunlardan 324 aptekin xüsusi razılıq (lisenziya) əsasında, 463 aptekin Əczaçılıq və Tibb Sənayesi Birliyinin tabeliyində, 73 aptekin qeyri-qanuni fəaliyyət göstərməsi aşkarlanıb. Aşkar olunan qeyri-qanuni apteklərin fəaliyyətləri tərəfimizdən dayandırılıb. Xüsusi razılıq (lisenziya) olmadan əczaçılıq fəaliyyəti ilə məşğul olma faktı ilə əlaqədar könüllü şəkildə fəaliyyətlərini dayandırmayan 42 aptekə İnzibati Xətalar Məcəlləsinin 64.1. maddəsi ilə cərimə protokolları tərtib edilib. Həmçinin keçirilən reydlər nəticəsində dövlət qeydiyyatı və müvafiq yararlıq sertifikatı olmayan 4046 seriya (26587 qutu), istifadə müddəti bitmiş 415 qutu dərman preparatları tərəfimizdən aşkar olunaraq müsadirə edilib.
    14.01.11 Məqaləni oxumaq
     
    Nazirlər Kabineti Gənclər və İdman Nazirliyinin kollegiyasına dəyişiklik edib
    Nazirlər Kabineti “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin kollegiyasının tərkibi haqqında” qərarına dəyişiklik edib. KƏLAMİNFO Nazirlər Kabinetinin rəsmi saytına istinadən xəbər verir ki, kollegiyanın üzvü Novruzov Sucaxan Müseyib oğlu İsmayılov Xəqani Eldar oğlu ilə əvəzlənib. Nazirlər Kabineti bu qərarı Gənclər və İdman Nazirliyinin təklifi əsasında verib. Qeyd edək ki, Sucaxan Novruzov bu yaxınlaradək Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri olub. O, hazırda Muxtar Respublikanın Həmkarlar Konfederasiyasının sədridir. Xaqani İsmayılov isə Naxçıvanın yeni gənclər və idman naziridir.
    13.01.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 114 115 116 117 118 119 120 121 122 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30