Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  113 114 115 116 117 118 119 120 121  #
    DSMF-yə xarici ölkələrdən daxil olan müraciətlərin sayı azalıb
    Ötən il ərzində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) xarici ölkələrin sığorta-pensiya qurumları, əcnəbi vətəndaşlar və xaricdə yaşayan Azərbaycan vətəndaşları tərəfindən daxil olan müraciətlərin sayı 2009-cu illə müqayisədə 21,2 % azalıb. DSMF-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, 2010-cu ildə Fondun Beynəlxalq əlaqələr şöbəsinə daxil olan 1869 müraciət arasında MDB ölkələrindən ünvanlanan müraciətlər üstünlük təşkil edib. Qeyd olunan dövr ərzində MDB ölkələrindən 1190 müraciət göndərilib. Bu müraciətlərin mövzusu vətəndaşların pensiya hüququnun təmin edilməsi ilə bağlı zəruri hesab olunan müvafiq rəsmi sənədlərin hazırlanaraq təqdim olunması, konkret hallar üçün zəruri ikitərəfli münasibətlərin tənzimlənməsindən ibarətdir.
    21.01.11 Məqaləni oxumaq
     
    Azərbaycanda 459 nəfər QİÇS-ə yoluxub
    Ötən il Azərbaycanda İİV-infeksiyası/QİÇS-ə yoluxmada yeni aşkar olunan insanların sayı 459 təşkil edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Respublika QİÇS-lə Mübarizə Mərkəzindən veriblər. Yoluxanlardan 97,4% Azərbaycan, 2,6% isə əcnəbi vətəndaşdır. Qeydiyyata alınmış Azərbaycan vətəndaşından 80,3% kişi, 19,7% qadındır.
    21.01.11 Məqaləni oxumaq
     
    «Keç yeraltı keçiddən, uzaq ol təhlükədən!» devizi altında aksiya keçirilib - Fotoreportaj
    Bu yaxınlarda Bakı şəhər DYP İdarəsi tərəfindən 46 saylı Məktəbdənkənar Tərbiyə işi Mərkəzi ilə birgə «Uşaqlar və Yol Təhlükəsizliyi Layihəsi»nə uyğun olaraq «Keç yeraltı keçiddən, uzaq ol təhlükədən!» devizi altında maarifləndirici aksiya keçirilib. Sözügedən aksiyanın keçirilməsinin başlıca məqsədi uşaqları gələcəkdə baş verə biləcək təhlükədən qorumaq üçün onlara yol hərəkəti qaydalarını öyrətmək idi. Bu gün bu, olduqca aktual məsələdir. Burada əsas diqqət təhlükəsizlik üçün yollarda düzgün davranış vərdişlərinin formalaşdırılmasına yönəldilib.
    20.01.11 Məqaləni oxumaq
     
    DRİ-də istifadə olunan bütün avadanlıqlara texniki baxış keçirilib
    Dövlət Radiotezliklər İdarəsində (DRİ) istifadə olunan bütün avadanlıqlara texniki baxış keçirilib və bir çox kompüterlərin parametrlərində bu günkü günün tələblərinə uyğun dəyişikliklər aparılıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya DRİ-dən veriblər. Təkmilləşdirmə işləri mütamadi olaraq aparılır. Hazırda DRİ-də 102 ədəd stolüstü kompüter dəsti və 32 ədəd “notebook” təyinatı üzrə istifadə olunur.
    20.01.11 Məqaləni oxumaq
     
    Ötən il qeydə alınan 10 min 612 cinayət hadisəsinin 79 faizinin üstü açılıb
    Bakı şəhər prokurorluğu orqanları tərəfindən 2010-cu ildə qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində görülən işlərə və qarşıda duran vəzifələrə həsr olunan əməliyyat müşavirəsi keçirilib. Baş Prokurorluqdan KƏLAMİNFO-ya verilən məlumata görə, Bakı şəhər prokuroru Əziz Seyidov qeyd edib ki, hesabat dövrü ərzində 10 min 612 cinayət hadisəsi qeydə alınıb, onların 79 faizinin üstü açılıb. Bildirib ki, uzun müddət bağlı qalan 5 qəsdən adamöldürmə, çoxsaylı quldurluq hadisələri törətmiş şəxslərin ifşa edilməsi, xeyli miqdarda qanunsuz narkotik vasitənin və psixotrop maddələrin dövriyyədən çıxarılması hüquq mühafizə orqanlarının əlaqəli birgə fəaliyyətinin nəticəsi kimi qiymətləndirilib.
    19.01.11 Məqaləni oxumaq
     
    Bakıda 5 saylı Klinik Xəstəxananın təmirdən sonra açılışı olub
    Bu gün Bakıda 5 saylı Klinik Xəstəxananın poliomielit şöbəsinin əsaslı təmirdən sonra açılışı olub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən veriblər. Burada kəskin süst iflicli xəstələrin müalicə və reabilitasiyası nəzərdə tutulub. 2 mərtəbəli, 25 çarpayılıq şöbənin 1-ci mərtəbəsində qəbul, şok əleyhinə otaq, izolyator otaqları, mətbəx və 3 palata, 2-ci mərtəbəsində isə manipulyasiya, fizioterapiya otağı və 9 palata yerləşdirilib. Tam müasir tibbi avadanlıqla təchiz olunmuş xəstəxanada istilik, qida və dərman preparatları ilə də tam təmin olunub.
    19.01.11 Məqaləni oxumaq
     
    Yanvarın 20-də Bakı Polis Qarnizonu gücləndirilmiş iş rejimdə çalışacaq
    Yanvarın 20-də Bakı Polis Qarnizonu gücləndirilmiş iş rejimdə çalışacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Bakı şəhər Baş Polis İdarəsindən veriblər. Məlumatda bildirilir ki, 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar Daxili İşlər Nazirliyində xüsusi tədbirlər planı hazırlanıb. Həmin plana əsasən, yanvarın 20-si səhər saat 7-dən, axşam saat 18-dək Hüseyn Cavid və Parlament prospektləri və Mehdi Hüseyn küçəsindən Teleteatradək yollar bağlanacaq. Həmin küçələrdə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq. Şəhidlər Xiyabanını ziyarət saat 11.00-dan başlayacaq və 19.00-dək davam edəcək. Vətəndaşlar 20 saylı orta məktəbin qarşısından Parlament prospekti ilə Şəhidlər Xiyabanı istiqamətində hərəkət edəcəklər. Yanvarın 20-də saat 12.00-da paytaxtda bir dəqiqəlik sükut elan ediləcək.
    19.01.11 Məqaləni oxumaq
     
    Sabahdan Bakıya güclü qar yağacaq
    Sabahdan Bakıda və Abşeron yarımadasında güclü qar yağacağı gözlənilir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Milli Hidrometeorologiya Departamentindən veriblər. Bu gün axşama doğru yağıntıların gözləndiyi yarımadada gecə sulu qara keçəcəyi gözlənilir. Sabah da hava şəraitinin yağıntılı olacağı, sulu qar yağacağı və axşama doğru qara keçəcəyi gözlənilir. Paytaxtda şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0-4, gündüz 2-4 dərəcə isti təşkil edəcək. Rayonlarında isə sabah hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə qarın güclü olacağı ehtimal olunur. Şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 0-6 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti, dağlarda gecə 5-12 dərəcə şaxta, gündüz 0-6 dərəcə şaxta təşkil edəcək.
    18.01.11 Məqaləni oxumaq
     
    BMT MDB dövlətləri üçün "Dünya iqtisadiyyatının vəziyyəti və perspektivləri - 2011-ci il” məruzəsini təqdim edib
    Birləşmiş Millətlər Təşkilatı (BMT) "Dünya iqtisadiyyatının vəziyyəti və perspektivləri, 2011-ci il" məruzəsini təqdim edib. KƏLAMİNFO BMT-nin Avropa ölkələrinin iqtisadi komissiyasına istinadən xəbər verir ki, 2010-cu ildə MDB ölkələrində iqtisadiyyatın inkişafında yenilənmə və regionda iqtisadi canlanma müşahidə olunub. Bu da maliyyə axınlarının artmasına səbəb olub. Gəlirlərin miqyasının artması isə regionda aşağı səviyyəli gəlirli insanlar üçün böyük əhəmiyyət daşıyır. Məruzədə qeyd olunur ki, MDB dövlətlərində 2010-cu il üçün iqtisadi artımların göstəricisi 4.1% olub və bu templə davam edəcəyi təqdirdə 2011 və 2012-ci illər üçün artımın müşahidə olunacağı gözlənilir. Azərbaycan üçün bu göstəricilər 2010-cu il üçün 3.5%, 2011-ci il üçün 3%, 2012-ci il üçün 6.5% artım gözlənilir.
    18.01.11 Məqaləni oxumaq
     
    Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1 800 452 nəfərə yüksəlib
    Yanvarın 1-dən bu günə kimi Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 9,79 % artıb. DSMF-nın mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, “2009-2015-ci illərdə Azərbaycanda sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq davam etdirilən tədbirlər nəticəsində 2010-cu il ərzində DSMF tərəfindən əlavə olaraq 160 523 sığortaolunana fərdi şəxsi hesab açılıb. Nəticədə Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1 mln. 800 min 452 nəfərə yüksəlib. DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 55,4 %-i kişi, 44,6 %-i isə qadındır.
    18.01.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  113 114 115 116 117 118 119 120 121  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30