Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 112 113 114 115 116 117 118 119 120 » #
    Binəqədi qəsəbə icra nümayəndəliyi ötən ilin yekunları ilə bağlı hesabat verdi
    Binəqədi qəsəbə icra nümayəndəliyində ötən ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirilib. KƏLAMİNFO xəbər verir ki, yığıncaqda Binəqədi rayon İcra Hakimiyyətinin (RİH) başçısı Alı Qocayev və digər rəsmi şəxslər iştirak edib. Ötən ilin yekunları ilə bağlı hesabatı təqdim edən qəsəbə icra nümayəndəsi Salam Əsgərəlizadə 2010-cu ildə müxtəlif məhəllədaxili yollarda ümumilikdə 1 km məsafəyə asfalt örtüyü döşəndiyini, qəsəbə ərazisində Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə salınmış “1941-1945-ci il xatirə abidəsi” parkında bərpa-abadlıq işləri aparıldığını, Binəqədi-Novxanı yolu ətrafında abadlıq işləri görüldüyünü, III mədən korpus 119-dan 112-ci korpusadək olan 800p/m-in avtomobil yolunun cari təmir olunduğunu, eyni zamanda qəsəbənin müxtəlif yerlərində ümumilikdə 238 ədəd ağac əkildiyini vurğulayıb.
    25.01.11 Məqaləni oxumaq
     
    Xəzər dənizinin Azərbaycan sektoruna mənsub sahil zolağında 1427 ekoloji monitorinq keçirilib
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi (XKEMİ) 2010-cu il ərzində Xəzər dənizinin Azərbaycan sektorunun sahil zolağında, çimərlik ərazilərində, eləcə də, dənizdə fəaliyyət göstərən müəssisə və obyektlərdə, üzən vasitələrdə və təyin edilmiş koordinatlar üzrə açıq dənizdə, Xəzər dənizinin Azərbaycan sektoruna mənsub sahil zolağında 1427 ekoloji monitorinq keçirib.Bu barədə məlumatı KƏLAMİNFO-ya ETSN-dən veriblər. Monitorinqin məqsədi dənizdə və sahil zolağında fəaliyyət göstərən, birbaşa və ya dolayı yolla (kollektor, kanal, çay və s. vasitəsilə) Xəzər dənizinə antropogen təsir göstərən müəssisələrdə formalaşan bütün növ (maye, qaz, bərk və s.) tullantıların dəniz suyuna, flora və faunasına, həmçinin digər su obyektlərinə göstərdiyi təsiri təhlil və tədqiq edərək məlumat toplamaq, təsirin minimuma endirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə nail olmaqdır.
    25.01.11 Məqaləni oxumaq
     
    Ölkə üzrə havanın temperaturu kəskin qalxacaq
    Sabahdan etibarən respublika üzrə havanın temperaturu kəskin qalxacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Milli Hidrometeorologiya Departamentindən veriblər. Bakıda və Abşeron yarımadasında havanın sabah dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimal olunur. Cənub-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 3-6, gündüz 10-14 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarına isə, sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı ehtimal olunur. Cənub küləyinin əsəcəyi, əsasən dağlıq ərazilərdə arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti təşkil edəcək.
    25.01.11 Məqaləni oxumaq
     
    Bakıda “Quran elmə yol göstərir” adlı elmi konfrans təşkil edilib
    Bakıda Gənclərin “Mənəvi İnkişafı” İctimai Birliyi tərəfindən 350 nəfərin iştirak etdiyi “Quran elmə yol göstərir” adlı elmi konfrans təşkil edilib. Gənclərin “Mənəvi İnkişafı” İctimai Birliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, konfransda alimlər, tədqiqatçılar, QHT rəhbərləri, media nümayəndələri və tələbələr iştirak edib. Konfransın əsas məqsədi kainatı, Yer kürəsini, canlıları tədqiq etməyin və Allahın yaratma sənətini kəşf edərək insanlara açıqlamağın yollarından birinin elm olduğunu bildirmək olub. Bundan başqa, konfransda Quran və elmin paralelliyini göstərən elmi faktlar da sadalanıb.
    Tədbirdə mühazirələrlə yanaşı, sərgi də təşkil olunub. Sərgidə təkamül nəzəriyyəsinin əsassızlığını sübut edən, canlıların qətiyyən təkamül keçirmədiyini göstərən milyonlarla il yaşı olan fosillər (daşlaşmış canlı və bitki qalıqları) nümayiş etdirilib.
    25.01.11 Məqaləni oxumaq
     
    S.Oğan: “Xacalı qətliamının Avropada tanıdılması üçün tədbirlər keçiriləcək”
    Ankarada Türkiyə Azərbaycan Dərnəyinin (TAD) I Konfransı keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Diasporla İş üzrə Dövlət Komitəsindən (DİDK) veriblər. Tədbirdə DİDK-nin nümayəndəsi Elnar Məmmədov, Azərbaycan və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov və KİV təmsilçiləri iştirak ediblər.
    24.01.11 Məqaləni oxumaq
     
    İran səfirliyinin “Səhər-2” kanalının anti-Azərbaycan kampaniyası ilə bağlı mövqeyi yoxdur
    “İranın “Səhər-2” televiziya kanalında Azərbaycan əleyhinə aparılan kampaniya ilə bağlı İranın Azərbaycandakı səfirliyinin hələ ki, heç bir mövqeyi yoxdur”. Bu sözləri KƏLAMİNFO-ya səfirliyn mətbaut xidmətinin rəhbəri Abbas İsgəndəri bildirib.
    O, qeyd edib ki, hazırda məsələ ilə bağlı səfirlik araşdırma aparır və yaxın günlərə Azərbaycan mətbuatına geniş açıqlama veriləcək.
    Qeyd edək ki, artıq neçə gündür bu ölkənin “Səhər-2” kanalı hər gün müxtəlif çağırışlar səsləndirərək insanlarda anti-Azərbaycan əhval-ruhiyyəsi formalaşdırmağa çalışır. Bununla faktiki olaraq, “Səhər-2” birbaşa Azərbaycanın daxili işlərinə qarışır.
    24.01.11 Məqaləni oxumaq
     
    DSMF-nin fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 28% artıb
    Ötən il ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 28% artıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya DSMF-dən veriblər.
    24.01.11 Məqaləni oxumaq
     
    “Quran elmə yol göstərir” mövzusunda konfrans keçiriləcək
    Yanvarın 23-də “Park İnn” otelində “Gənclərin Mənəvi İnkişafı” İctimai Birliyinin təşkilatçılığı ilə “Quran elmə yol göstərir” mövzusunda konfrans keçiriləcək. İB-dən KƏLAMİNFO-ya verilən məlumata görə, konfransda millət vəkilləri və tanınmış ictimai-siyasi xadimlər də iştirak edəcəklər. Qeyd edək ki, tədbirdə həmçinin milyonlarla il yaşı olan fosillər (qalıqlar) nümayiş etdiriləcək.
    22.01.11 Məqaləni oxumaq
     
    Daxili İşlər Nazirliyində kollegiya iclası keçiriləcək
    Sabah Daxili İşlər Nazirliyində kollegiya iclası keçiriləcək. İclas 2010-cu ilin yekunlarına həsr olunacaq. Bu barədə KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib. Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə keçiriləcək iclasda ötən ildə daxili işlər orqanlarının fəaliyyəti müzakirə ediləcək, həyata keçirilən tədbirlər, ölkədəki krimnogen vəziyyət barədə nazirlik rəhbərliyinin hesabat məruzəsi ilə çıxış etməsi nəzərdə tutulub.
    21.01.11 Məqaləni oxumaq
     
    Azərbaycanın cənub bölgəsində zəlzələ olub
    Ötən gecə Azərbaycanın cənub bölgəsində zəlzələ qeydə alınıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Seysmoloji Xidmət Mərkəzindən veriblər. Zəlzələnin episentri Biləsuvar rayonun cənub hissəsində qeydə alınıb. Titrəyiş yerli vaxtla saat 01.58-də qeydə alınıb. Zəlzələnin episentrində titrəyiş rixter şkalası üzrə 3,1 bal gücündə olub. Ümumi dərinlik 40 kilometr qeydə alınıb.
    21.01.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 112 113 114 115 116 117 118 119 120 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30