Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  111 112 113 114 115 116 117 118 119  #
    Ombudsman: “Mətbuat ombudsmanının fomalaşdırılması ilə bağlı böyük iş aparılmalıdır”
    Təkcə jurnalistlər deyil, ümumiyyətlə hər bir vətəndaşın haqqı var ki, istənilən dövlət qurumundan məlumat alsın. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında ombudsman Elmira Süleymanova söyləyib.
    Mətbuat ombudsmanının fomalaşdırılması istiqamətində hansı ilkin prosesin aparıldığına münasibət bildirən E.Süleymanova qeyd edib ki, sözügedən məsələ ilə bağlı böyük iş aparılmalıdır. “Çünki bizim altı ay vaxtımız var. İlk səsvermədən altı ay sonra “İnsan hüquqları üzrə müvəkkil haqqında” Konstitusiya Qanununa gərək ikinci dəfə səs verilsin ki, mətbuat ombudsmanı məsələsi qüvvəyə minsin. Mən bu altı ayı istəyirəm ki, səmərəli istifadə edim.
    29.01.11 Məqaləni oxumaq
     
    Səhiyyə Nazirliyi səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin müsahibə mərhələsinin nəticələrini açıqlayıb
    Səhiyyə Nazirliyi yanvarın 26-da keçirdiyi praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti ikinci - müsahibə mərhələsinin nəticələrini açıqlayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər.
    Müsahibədə 12.01.2011-ci il tarixində anesteziologiya-reanimatologiya ixtisası üzrə test imtahanı verən və birinci mərhələdən uğurlu nəticələr əldə edən həkimlər iştirak ediblər. Sertifikasiya komissiyanın yekdil qərarına görə, müsahibədə iştirak edən 7 həkim növbəti mərhələni də uğurla keçiblər.
    28.01.11 Məqaləni oxumaq
     
    Azərbaycanda 122 781 aztəminatlı ailə dövlətdən ünvanlı sosial yardım alır
    Cari ilin 1 yanvar tarixinə olan məlumata əsasən, ölkəmizdə 552 514 nəfər ailə üzvünü əhatə edən 122 781 aztəminatlı ailə dövlətdən ünvanlı sosial yardım alır. Bu barədə məlumatı KƏLAMİNFO-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən veriblər.
    Hər ailəyə ödənilən yardımın orta aylıq məbləği 108,54 manat, bir ailə üzvünə düşən orta aylıq yardımın məbləği isə 24,12 manat təşkil edir. Ünvanlı sosial yardım təyin olunan ailələrdən 48 675 mini tərkibində 3 və daha çox uşaq olan ailələrdir ki, bu da yardım alanların 39,6%-ni təşkil edir.
    28.01.11 Məqaləni oxumaq
     
    Qəbələ Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilib
    Səhiyyə Nazirliyinin təşkilatçılığı, Mərkəzi Qan Bankının və onun Şəki bölməsinin iştirakı ilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Səhiyyə Nazirliyindən veriblər. Aksiya zamanı 230 nəfər könüllü olaraq qan verib. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
    28.01.11 Məqaləni oxumaq
     
    III Asiya IAESTE Forumu Bakıda keçiriləcək
    Taylandın Bankok şəhərində İAESTE təşkilatının 64-cü illik konfransı keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya ATB-dən veriblər. Konfransda ölkəmizi Azərbaycan Tələbələr Birliyinin baş katibi Vüqar Rüstəmli təmsil edib. Konfrans 21-27 yanvar 2011-ci il tarixlərində müxtəlif fəaliyyətləri özündə birləşdirərək 80-dən çox ölkədən 250 nümayəndənin iştirakı ilə baş tutub. Konfans Tayland Kralının müşavirinin çıxışı ilə başlayıb. Daha sonra şirkət rəhbərləri, konfrans sponsorları, universitet rəhbərlərinin çıxışları ilə davam edib.
    27.01.11 Məqaləni oxumaq
     
    EİF növbəti məsləhət seminarını keçirib
    Prezident yanında Elmin İnkişafı Fondu (EİF) növbəti məsləhət seminarını keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya EİF-dən veriblər.
    Seminarda AMEA-nın  Neft-Kimya Prosesləri, Geologiya, Genetik Ehtiyatlar,  Radiasiya Problemləri, Zoologiya, Fizika institutları, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Texniki Universiteti, Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu, Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutu, Elmi-Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutu, Elmi-Tədqiqat Baytarlıq İnstitutu, Elmi-Tədqiqat Əkinçilik İnstitutu, “Azərbaycan Hava Yolları” QSC Aviasiya Meteoroloji Mərkəzi, Mərkəzi Klinik Xəstəxanası, Elmi Cərrahiyyə Mərkəzi, Azərbaycan Təfəkkür Gənclər Assosiasiyası İctimai Birliyi, “Əqli Mülkiyyət və İnnovasiya” İctimai Birliyi, və digər qurumların nümayəndələri iştirak ediblər.
    26.01.11 Məqaləni oxumaq
     
    SKMF Lənkəranda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır
    İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Lənkəran rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır. Bu barədə məlumatı KƏLAMİNFO-ya İİN-dən veriblər. Qeyd edək ki, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2011-ci il yanvarın 21-də Lənkəran rayonunda “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirib.
    26.01.11 Məqaləni oxumaq
     
    Piyadaların təhlükəsizliyinin təmin edilməsi istiqamətində yeni tədbirlər həyata keçiriləcək
    2011-ci il ərzində hərəkətin bir mərkəzdən idarə və nəzarət olunması nəzərdə tutulan xüsusi əmr imzalanıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib. «Həmin əmrə müvafiq olaraq Bakı şəhər Baş Polis İdarəsində cəmlənən yetərincə qüvvənin hesabına təhlükəsizliyin tam təmin olunması üçün «Yol hərəkəti haqqında» Qanunun tələblərinə uyğun bütün mümkün tədbirlər görüləcək, məqsədli şəkildə keçirilən qabaqlayıcı tədbirlər hesabına yol-qəza hadisələrinin sayının aşağı salınması istiqamətində qanunamüvafiq şəkildə fəaliyyət göstərəcək, hər bir hərəkət iştirakçısının təhlükəsizliyini təmin edəcək, nəinki sürücülərin, ümumiyyətlə, piyadaların da təhlükəsizliyinin təmin edilməsi istiqamətində yeni tədbirlər həyata keçirəcəyik”, - deyə Vaqif Əsədov vurğulayıb.
    26.01.11 Məqaləni oxumaq
     
    SAMF mətbuat xidmətlərinin ənənəvi reytinq sorğusuna start verdi
    Söz Azadlığını Müdafiə Fondu (SAMF) “Ən operativ mətbuat xidmətinin müəyyən edilməsi”ni aydınlaşdıracaq reytinq sorğusuna start verib. SAMF-ın mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, fond media və xidmət əməkdaşlarının münasibətlərinin inkişaf səviyyəsini araşdırır. İkinci dəfə həyata keçirilən rəy sorğusu 2009-cu il noyabr ayından “KİV və mətbuat xidmətləri: mövcud vəziyyətin təhlili və strateji inkişaf istiqamətləri” adlı layihənin davamı kimi həyata keçirilir. Sorğu KİV-mətbuat xidməti münasibətlərinin 2010-cu ildə hansı istiqamətə doğru dəyişdiyini aydınlaşdırmaq niyyətilə reallaşdırılacaq. Bununla yanaşı sorğunun keçirilməsində məqsəd öz üzərlərinə düşən həssas və məsuliyyətli bir vəzifəni hüquqi, demokratik dövlət idarəçiliyi prizmasından yerinə yetirən dövlət orqanlarının mətbuat xidmətlərinin adlarını geniş ictimaiyyətə açıqlamaq, bununla da mətbuat xidməti institutları əməkdaşlarının işlərinə daha tələbkar yanaşmalarına və xüsusən də jurnalistlərin peşə fəaliyyəti zamanı üzləşdikləri əsassız maneələrin aradan qaldırılmasına yardımçı olmaqdır. Rəy sorgusu fondun könüllüləri tərəfindən həyata keçiriləcək.
    26.01.11 Məqaləni oxumaq
     
    Ombudsman Milli Məclisə amnistiya elan edilməsi ilə bağlı müraciət edib
    Ombudsman E.Süleymanova Milli Məclisə amnistiya elan edilməsi ilə bağlı müraciət edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Ombudsman Aparatının mətbuat xidmətindən veriblər. Müraciətdə qeyd olunub ki, insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar sırasında amnistiya və əfvetmə xüsusi yer tutur. Bildirilib ki, müstəqil Azərbaycan dövlətində amnistiya siyasətinin əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulub və bu siyasət onun layiqli davamçısı prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Aparılan demokratik-hüquqi islahatların və dövlətin cinayət-hüquq siyasətinin humanistliyinin təzahürünün tərkib hissəsini təşkil edən 9 amnistiya aktı qəbul olunub və 48 əfv fərmanı imzalanıb, on minlərlə insan ailəsinə və cəmiyyətə qovuşub.
    25.01.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  111 112 113 114 115 116 117 118 119  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30