Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 110 111 112 113 114 115 116 117 118 » #
    Azərbaycanda pensiyaların 99 faizinin ödənişi plastik kartlarla həyata keçirilir
    Azərbaycanda kəndlərdə yaşayan əmək pensiyaçılarının 98 faizi, şəhərlərdə yaşayan pensiyaçıların isə 100 faizi üzrə pensiyalar plastik kartlarla ödənilir. Bu barədə məlumatı KƏLAMİNFO-ya DSMF-dən veriblər. Ümumilikdə hazırda Azərbaycanda pensiyaların 99 faizinin ödənişi plastik kartlarla həyata keçirilir. Bu məqsədlə 497, o cümlədən kənd və qəsəbələrdə 113 bankomatın istifadəsi təmin edilib.
    02.02.11 Məqaləni oxumaq
     
    Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun proqram rəhbəri Ali Məhkəmənin kollegiya sədri ilə görüşüb
    Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun proqram rəhbəri Britta Şvartz və hüquq layihəsi üzrə məsləhətçi Dr. Falk Bomsdorf Ali Məhkəmənin cinayət kollegiyasının sədri Şahin Yusifovla görüşüb. Bu barədə KƏLAMİNFO-ya Ali Məhkəmədən məlumat verilib. Görüşdə kollegiya sədri Ali Məhkəmədə cinayət və cinayət prosessual hüquq sahəsində müxtəlif seminar və tədbirlərin keçirilməsini və bu sahədə Almaniya ilə təcrübə mübadiləsinin yaradılmasının əhəmiyyətindən danışıb. Həmçinin əməkdaşlığın konkret prioritetləri müəyyənləşdirilib. Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun proqram rəhbəri Britta Şvartz Azərbaycanın məhkəmə-hüquq sistemi ilə əməkdaşlığa xüsusi önəm verdiklərini və bu əməkdaşlığın qarşılıqlı fayda verəcəyini vurğulayıb.
    02.02.11 Məqaləni oxumaq
     
    Azad Rəhimov: “Azərbaycanda 200-dən artıq gənclər təşkilatı qeydiyyata alınıb”
    “Hazırda Azərbaycanda 200-dən artıq gənclər təşkilatı qeydiyyata alınıb. Onlar bu il Gənclər və İdman Nazirliyinin gənclər siyasəti ilə bağlı layihələrinə cəlb olunacaqlar”. KƏLAMİNFO xəbər verir ki, bunları jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov bildirib. O, qeyd edib ki, bu il gənclər siyasəti sahəsində yeni layihələrin reallaşdırılması nazirliyin prioritet tapşırıqlarından biridir. “Bundan əlavə, azərbaycanlı gənclərin beynəlxalq miqyaslı tədbirlərdə iştirakına da diqqət ayrılacaq. Bununla bağlı bizim xüsusi planlarımız var”,-deyə nazir vurğulayıb. Qeyd edək ki, bu gün Azərbaycanda Gənclər Günü qeyd olunur.
    02.02.11 Məqaləni oxumaq
     
    Nazir: “Gənclərin məşğulluq probleminin həlli üçün əmək yarmarkaları keçiriləcək”
    Bu gün Azərbaycan gənclərinin sosial problemlərinin həll olunmasında əsas məsələ məşğulluqdur. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov bildirib. O, qeyd edib ki, bu il gənclərin məşğulluq probleminin həlli üçün əmək yarmarkalarının və kursların keçirilməsi üçün addımlar atılacaq. “İl ərzində gənc biznesmenlərin müsabiqəsinin keçiriləcəyi də gözlənilir”,-deyə nazir vurğulayıb. Onun sözlərinə görə, əcnəbi gənclərin Azərbaycana marağını oyatmaq üçün beynəlxalq gənclər düşərgələri yaradılacaq. “Həmçinin Azərbaycan gənclərinin bu il də xaricə göndərilməsi layihələri həyata keçiriləcək”,-deyə A.Rəhimov əlavə edib.
    02.02.11 Məqaləni oxumaq
     
    Ali Məhkəmənin Aparat rəhbəri Dünya Bankının layihə rəhbəri ilə görüşüb
    Dünya Bankının ədliyyə sisteminin müasirləşdirilməsi layihəsinin rəhbəri Klaus Deker Ali Məhkəmənin Aparat rəhbəri Əlirza Kərimovla görüşüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Ali Məhkəmədən veriblər. Ə.Kərimov müasir informasiya texnologiyaları sahəsində Ali Məhkəmədə həyata keçirilən tədbirlər barədə məlumat verib, elektron kargüzarlıq və sənəd dövriyyəsi sisteminin məhkəmə aparatı işinin sürətləndirilməsində və məlumatların elektron vasitələrlə yayimlanmasının əhəmiyyətini xüsusi qeyd edib.
    02.02.11 Məqaləni oxumaq
     
    Ölkə əhalisinin 31,4 faizini gənclər təşkil edir
    Ölkə əhalisinin 2,9 milyon nəfərini və ya 31,4 faizini gənclər təşkil edir. Dövlət Statistika Komitəsindən KƏLAMİNFO-ya verilən məlumata görə, gənclərin 53 faizi şəhər yrelərində, 47 faizi isə kənd yerlərində yaşayır. Gənclərin yarısını qadınlar təşkil edir. Son 5 ildə gənc analar tərəfindən doğulan uşaqların sayı 12 faiz artıb və bütövlükdə doğulan körpələrin 82 faizi gənc ailələrdə dünyaya gəlib. Ötən il ölkədə nikaha daxil olanların 75 faizini gənclər təşkil edib və son beş ildə nikah bağlayan gənclərin sayı 12 faiz artıb. İlk dəfə nikaha daxil olan kişilərin orta yaşı 27, qadınların isə 23-dür. Boşananlar arasında gənclərin xüsusi çəkisi 23 faiz təşkil edir. Gənclərin sağlam həyat tərzi sürmələri və idmanın müxtəlif növləri ilə məşğul olmaları üçün ölkəmizdə geniş şərait yaradılır, hər il yeni idman kompleksləri, stadionlar, üzgüçülük hovuzları və digər obyektlər tikilib istifadəyə verilir. Ötən il müxtəlif beynəlxalq yarışlarda gənc idmançılarımız tərəfindən 675 medal qazanılıb, onların da 206-sı Olimpiya idman növləri üzrə olan medallardır.
    02.02.11 Məqaləni oxumaq
     
    Səhiyyə Nazirliyinə məxsus Milli Onkologiya Mərkəzinin ərazisində yanğın olub
    Bakı şəhəri, Yasamal rayonunda Səhiyyə Nazirliyinə məxsus Milli Onkologiya Mərkəzinin ərazisində yanğın olub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) veriblər. Nəticədə ərazidə yerləşən ümumi sahəsi 250 kv.m olan birmərtəbəli yeməkxana binasının çardağının yanar konstruksiyaları 30 kv.m sahədə və ona bitişik ümumi sahəsi 35 kv.m olan krematoriya otağının yanar konstruksiyaları içərisindəki əşyalarla birlikdə yanıb. Hadisə yerinə cəlb edilən yanğınsöndürənlər yeməkxana binasının qalan hissəsini yanğından mühafizə ediblər. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
    01.02.11 Məqaləni oxumaq
     
    SAM-ın elmi işçiləri NİSA-nın qış sessiyasında məruzə ilə çıxış edəcəklər
    Bakıda keçirilən Azərbaycan-NATO Beynəlxalq Məktəbinin (NİSA) qış sessiyası davam edir. Xarici İşlər Nazirliyi (XİN) və NATO-nun İctimai Diplomatiya Bölməsinin dəstəyi ilə keçirilən sessiya fevralın 6-dək davam edəcək. Sessiya çərçivəsində Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) elmi işçiləri Rəşad Kərimov və Zaur Şiriyev “Staksnet nümünəsində təhlükəsizliyə yeni hədələr” və “Gələcək onillikdə Avropanın təhlükəsizliyinin təminində Avropa İttifaqının və NATO-nun iş birliyi” mövzularında məruzələrlə çıxış edəcəklər. Bu barədə məlumatı KƏLAMİNFO-ya SAM-ın mətbuat xidmətindən veriblər. Qeyd edək ki, sessiyada XİN, NATO-ya üzv və tərəfdaş ölkələr, həmçinin alyansın müvafiq strukturları, NATO Müdafiə Kolleci, Avropa Diplomatiya Akademiyası, Avropa Təhlükəsizlik Məsələləri üzrə Marşal Mərkəzi, Metropolitan Universiteti, Gənclərin Atlantik Müqavilə Təşkilatı və NATO-nun müxtəlif ölkələrdəki daimi nümayəndəliklərdən ekspertlər məruzəçi qismində iştirak edirlər.
    01.02.11 Məqaləni oxumaq
     
    Millət vəkili: “Ölkədə Gənclər Fondu yaradılmalıdır”
    Bu gün ölkəmizdə sosialyönümlü layihələrin həyata keçirilməsi prosesi gedir. Bu mənada gənclərə verilən ipoteka kreditlərini xüsusilə qeyd etmək lazımdır. Hesab edirəm ki, bu gün sosial ipoteka çox vacib bir şərtdir və bundan daha yaxşı bəhrələnmək üçün müəyyən təkmilləşmələr də aparılmalıdır. KƏLAMİNFO xəbər verir ki, bu barədə yap.org.az saytına Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri, Milli Məclisin deputatı Fuad Muradov bildirib.
    01.02.11 Məqaləni oxumaq
     
    Heydər Əliyev Fondunun dəstəyi ilə II Azərbaycan-Alman Cərrahiyyə Günləri başlayıb
    Bu gün Heydər Əliyev Fondunun dəstəyi ilə Səhiyyə Nazirliyinin M.topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində II Azərbaycan-Alman Cərrahiyyə Günləri başlayıb. Heydər Əliyev Fondundan KƏLAMİNFO-ya verilən məlumata görə, fevralın 4-dək davam edəcək tədbirdə Almaniyanın Heydelberq Universitetinin Mannheym Cərrahiyyə Klinikasının rəhbəri və Almaniya Cərrahlar Cəmiyyətinin sədri, professor Stefan Postun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir. Tədbirdə respublikamızın müxtəlif klinikalarında çalışan 200-dək cərrah, endoskopist və əməliyyat tibb bacıları üçün məruzələrin, treninqlərin və birbaşa translyasiya ilə nümunəvi əməliyyatların keçirilməsi nəzərdə tutulub. Bu treninqlər regionda ilk dəfə olaraq xüsusi müasir treninq modelləri əsasında aparılacaq. Bundan başqa, 50-dək xəstənin alman professorları tərəfindən təmənnasız müayinə və məsləhəti, cərrahi və endoskopik müalicəsi də nəzərdə tutulub.
    01.02.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 110 111 112 113 114 115 116 117 118 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30