Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  109 110 111 112 113 114 115 116 117  #
    Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının Katibliyinə 719 000 manat vəsait ayrılıb
    Nazirlər Kabineti “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin 2011-ci il üçün xərclər smetası”nı təsdiq edib. Nazirlər Kabinetindən KƏLAMİNFO-ya verilən məlumata görə, qərar 2011-ci il yanvarın 1-dən qüvvəyə minib. Nazilər Kabinetinin qərarına əsasən Şuranın Katibliyinə 2011-ci il üçün ümumilikdə 719 000 manat vəsait ayrılıb. Bura ştatda olan işçilərin əməkhaqqı, ştatdankənar işçilərin əməkhaqqı, əməyin ödənişi ilə bağlı sair pul ödənişləri, dövlət sosial müdafiə fonduna ayırmalar, həmçinin mətbu nəşrlərinin təsis olunması, xüsusi bülletenlərin buraxılması, konfransların, simpoziumların, forumların təşkil edilməsi, üzvlərin bu tədbirlərdə iştirakı ilə əlaqədar xidməti ezamiyyə, ekspertlərin qonorar xərclərinin ödənilməsi və fəaliyyəti ilə bağlı xərclər daxildir.
    07.02.11 Məqaləni oxumaq
     
    DMX-də qulluq keçən işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi normaları təsdiq edilib
    Nazirlər Kabineti Dövlət Miqrasiya Xidmətində (DMX) qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi normalarını təsdiq edib. Nazirlər Kabinetindən KƏLAMİNFO-ya verilən məlumata görə, DMX-də qulluq keçən xüsusi rütbəsi olan işçilər geyim forması və fərqlənmə nişanları ilə Xidmətin saxlanılması üçün dövlət büdcəsində nəzərdə tutulan vəsaitlər hesabına təmin ediləcəklər. Qərara görə, DMX-də qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması 1 ildən 4 ilədək, fərqlənmə nişanları isə ali, böyük və orta xüsusi rütbəsi olan işçilərə hər geyim forması üçün 1,5 il müddətinə verilir.
    07.02.11 Məqaləni oxumaq
     
    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi beş illiyini qeyd edir
    Fevralın 06-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) yaranmasından beş il ötür. KƏLAMİNFO xəbər verir ki, bu münasibətlə bu gün AQUPDK sədri Hicran Hüseynova başda olmaqla komitənin kollektivi Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də tər çiçəklər düzülüb. Bundan sonra komitənin kollektiv Şəhidlər Xiyabanını da ziyarət edərək şəhidlərin məzarı üzərinə gül dəstələri düzüblər.
    05.02.11 Məqaləni oxumaq
     
    Aydın Əliyev: “11 nəfərlik dəstə barədə başlanmış cinayət işinin istintaqı yekunlaşıb”
    Dövlət Gömrük Komitəsi (DGK) 11 nəfərlik dəstə barədə başlanmış cinayət işinin istintaqını yekunlaşdırılaraq materialları məhkəməyə göndərib. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında DGK sədri Aydın Əliyev bildirib. Onun sözlərinə görə, həmin dəstədən 4 nəfər DGK əməkdaşıdır. “Cinayətkar dəstə müxtəlif cianyət əməlləri ilə sənədlərin saxtalaşdırılması, korrupsiya və digər məqamlarla təqsirli bilinirlər. Dəstə barədə cinayət işinin istintaqı bir neçə orqan tərəfindən aparılır. Yaxın günlərdə bununla bağlı ictimaiyyətə təfərrüatlı məlumat veriləcək”,-deyə A.Əliyev bildirib. O, qeyd edib ki, DGK-nın Daxili Təhlükəsizlik İdarəsi tərəfindən vətəndaşların müraciətləri qəbul edilir, araşdırılaraq müvafiq tədbirlər həyata keçirilir.
    04.02.11 Məqaləni oxumaq
     
    Səhiyyə Nazirliyində yol verilmiş nöqsanlar müzakirə olunub
    Səhiyyə Nazirliyində geniş kollegiya iclası keçirilib. Tibb müəssisələrinin baş həkimləri və Elmi Tədqiqat İnstitutlarının direktorlarının iştirakı ilə keçirilən iclas əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi məsələlərinə həsr olunub. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər. İclasda nazir Oqtay Şirəliyev səhiyyə və tibb elmi sahəsində son illər ərzində görülən işlər, aparılan islahatlar haqda məlumat verib. O.Şirəliyev hazırda əhaliyə verilən dərman preparatlarının siyahısının genişləndirilməsinin nəzərdə tutulduğunu deyib. Ölkə səhiyyəsində qan xidmətinin təkmilləşdirilməsi və bu sahədə görülən işlər haqda da nazir tərəfindən məlumat verilib. Bildirilib ki, bu gün qan problemi də həll olunur. Hazırda mərkəzləşdirilmiş qaydada stasionar tibb müəssisələri lazım olan qan və qan komponentləri ilə tam təmin olunur və bu proses daha da sadələşdirilmiş qaydada həyata keçirilir. Görülən işlərin nəticəsi kimi, stasionarlarda çarpayıların işi də yaxşılaşdırılıb.
    04.02.11 Məqaləni oxumaq
     
    S.Müslümov: "2009-2015-ci sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq islahatlar davam etdiriləcək”
    Ötən il ölkədə əhalinin pul gəlirləri keçən ilə nisbətən 12,3 %, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 9,1 %, əmək pensiyasının orta aylıq məbləği isə 12% artıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib O qeyd edib ki, 2010-cu ilin yekunlarına əsasən, yoxsulluğun səviyyəsi daha da aşağı düşərək 9,1 % təşkil edib. “Ölkədə həyata keçirilən islahatların tərkib hissəsi kimi sığorta-pensiya sisteminin təkmilləşdirilməsi və davamlı inkişafa nail olunması 2010-cu ildə Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətinin əsas istiqamətlərini təşkil edib. Ötən il Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 1764,7 mln. manat təşkil edib ki, bu da 2009-cu ilə nisbətən 163,3 mln. manat və ya 10,2 faiz çoxdur”,- deyə o vurğulayıb. O həmçinin 2010-cu ildə Dövlət Sosial Müdafiə Fondunun xərcləri 1764,1 mln. manat olduğunu nəzərə çatdırıb.
    04.02.11 Məqaləni oxumaq
     
    “Bakıelektrikşəbəkə” ASC-nin 11 əməkdaşı tutduğu vəzifələrindən azad edilib
    Prezident İlham Əliyevin tapşırığı əsasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın yanvarın 27-də keçirilən iclasında verilmiş tapşırıqlardan irəli gələn vəzifələr “Bakıelektrikşəbəkə” ASC-də müzakirə edilib. ASC-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, “Bakıelektrikşəbəkə” ASC İdarə Heyətinin sədri Baba Rzayev abonentlərə göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, enerji istehlakçılarının şikayətləri üzrə operativ tədbirlərin görülməsi məqsədi ilə iş planının hazırlandığını bildirib.
    03.02.11 Məqaləni oxumaq
     
    Azad Rəhimov, GİN-nin əməkdaşları, gənclər təşkilatlarının nümayəndələri Fəxri Xiyabanı ziyarət ediblər
    Bu gün 2 fevral Gənclər Günü münasibətilə gənclər və idman naziri Azad Rəhimov, nazirliyin əməkdaşları, gənclər təşkilatlarının nümayəndələri Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. KƏLAMİNFO xəbər verir ki, görkəmli aftamoloq alim, zərifə xanım Əliyevanın məzarı önünə gül dəstələri düzülüb. Qeyd edək ki, 1997-ci ildə ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə Gənclər Gününün təsdiq olunub. 1996-ci il fevralın 2-də ümummilli liderin təşəbbüsü ilə Azərbaycan Respublikası Gənclərinin I Forumu keçirilib.
    03.02.11 Məqaləni oxumaq
     
    Bu gün Azərbaycanda Gənclər Günüdür
    Bu gün Azərbaycanda Gənclər Gününü qeyd edilir. Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. Azərbaycanda Gənclər Günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başlayıb. 1997-ci ildə ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə Gənclər Gününün təsdiq olunub. 1996-ci ildə məhz fevralın 2-də ümummilli liderin təşəbbüsü ilə Azərbaycan Respublikası Gənclərinin I Forumu keçirilib. Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, bu ilin əvvəlinə ölkə əhalisinin 2,9 milyon nəfərini və ya 31.4 faizini 14-29 yaşında olan gənclər təşkil edir. Onların 50 faizi kişi, 50 faizi isə qadınlardır. Azərbaycanda doğulan körpələrin 82 faizi gənc ailələrdə dünyaya göz açıb. Son 5 ildə gənc analar tərəfindən doğulan uşaqların sayı təxminən 12 faiz artıb.
    02.02.11 Məqaləni oxumaq
     
    DSX tərəfindən yanvar ayı ərzində 44 halda dövlət sərhədinin pozulmasının qarşısı alınıb
    Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən yanvar ayı ərzində 44 halda dövlət sərhədinin pozulmasının qarşısı alınıb, nəticədə 85 nəfər saxlanılıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya DSX-dən veriblər. Sərhəd rejimi qaydalarını pozduqlarına görə, 43 halda 87 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb. Azərbaycan sərhədçiləri ötən ay ərzində axtarışda olan 79 nəfəri də saxlayıblar. Ötən ayın 18-də Heydər Əliyev adına Beynəlxalq hava limanında "Tehran-Bakı" aviareysində 9 nəfər Əfqanıstan vətəndaşı saxta Böyük Britaniya pasportu ilə saxlanılıblar.
    02.02.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  109 110 111 112 113 114 115 116 117  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30