Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  108 109 110 111 112 113 114 115 116  #
    Düşmən iki istiqamətdə mövqelərimizi atəşə tutub
    Ermənilər ötən gün saat 18.05-dən 18.10-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 12.45-dən 12.50-dək və fevralın 10-da saat 05.35-dən 05.45-dək Ağdam rayonu Cəvahirli və Baş Qərvənd kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən KƏLAMİNFO-a verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
    11.02.11 Məqaləni oxumaq
     
    ANAMA yanvar ayında 2,280,925 kv/m ərazini mina və PHS-dən təmizləyib
    Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən cari ilin yanvar ayı ərzində 2,280,925 kv/m ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. ANAMA-dan KƏLAMİNFO-ya verilən məlumata görə, hesabat dövrundə 3,366 PHS və 4 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Əməliyyatlarda 480 nəfər minaaxtaran mütəxəssis və 120 nəfər yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 37 minaaxtaran it iştirak edir.
    10.02.11 Məqaləni oxumaq
     
    DRI-nin baş mühəndisi İsveçrəyə gedəcək
    2012 ci ildə İsveçrənin Cenevrə şəhərində Dünya Radiorabitə konfransı keçiriləcək. Qeyd olunan tədbirlə əlaqədar olaraq bu ilin fevral ayının 14 də həmin şəhərdə konfransda iştirak edəcək nümayəndə heyətinin işçi qrupunun toplantısı keçiriləcək. Bu məqsədlə Dövlət Radiotezliklər İdarəsinin baş mühəndisi İlham Əfəndiyev adı çəkilən ölkəyə ezam olunacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Dövlət radiotezliklər İdarəsindən veriblər. Toplantı fevralın 25-də öz işini yekunlaşdıracaq.
    10.02.11 Məqaləni oxumaq
     
    Hicran Hüseynovanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Liviyaya gedib
    Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynovanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Liviyaya gedib. Bu barədə məlumatı KƏLAMİNFO-ya AQUPDK-dən veriblər. Səfərdə məqsəd Liviyada ailə-uşaq mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycanı təmsil etməkdir. Konfransda H.Hüseynovanın məruzə ilə çıxışı da gözlənilir.
    09.02.11 Məqaləni oxumaq
     
    Rusiya ilə İran arasında Azərbaycandan keçən dəmir yolunun layihəsi barədə razılığa gəlinib
    Rusiya ilə İran arasında Rəşt - Astara (İran) - Astara (Azərbaycan) dəmir yolunun layihəsi barədə danışıqlar aparılıb. KƏLAMİNFO rus mətbuatına istinadən xəbər verir ki, bu barədə İranın Dəmiryol İdarəsinin rəhbəri Əbdüləli Sahib Məhəmmədi bildirib. O, qeyd edib ki, Rusiya ilə əməkdaşlıqda dəmir yollarının yenidən qurulması, ikitəkərli dəmir yollarına keçid, Təbriz-Azərşəhr qolunun elektrikləşdirilməsi və ölkənin dəmir yollarının modernləşdirilməsi nəzərdə tutulub. “Bu gün Rusiya İranla bu ölkədəki bəzi dəmir yolları qollarının elektrikləşdirilməsi üzrə əməkdaşlıq edir. Artıq Rusiya əməkdaşlığı genişləndirməyə və Azərbaycadan keçən bu xəttə investisiya qoymağa hazırdır”,-deyə o, əlavə edib.
    08.02.11 Məqaləni oxumaq
     
    Cari ilin yanvar ayında ölkə üzrə pərakəndə əmtəə dövriyyəsi 1,2 mlrd. manat olub
    Cari ilin yanvar ayında ölkə üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 2010-cu ilin yanvar ayına nisbətən 8,6 faiz artaraq 1,2 mlrd. manat olub. Dövlət Statistika Komitəsindən KƏLAMİNFO-ya verilən məlumata görə, dövriyyənin 14,3 faizi hüquqi şəxslərin, 45,4 faizi hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların, 40,3 faizi yarmarka və bazarlarda fəaliyyət göstərən fiziki şəxslərin hesabına formalaşıb. Ay ərzində ölkə sakinləri ticarət şəbəkəsindən 812,9 mln. manatlıq ərzaq məhsulları, 411,2 mln. manatlıq qeyri-ərzaq malları alıblar. Yanvar ayında əhaliyə 411,0 mln. manatlıq və ya 10,3 faiz çox pullu xidmətlər göstərilib. Xidmətlərin 79,0 faizi hüquqi, 21,0 faizi fiziki şəxslərin payına düşüb və onların tərəfindən əhaliyə müvafiq olaraq 7,3 və 23,2 faiz çox pullu xidmət göstərilib.
    08.02.11 Məqaləni oxumaq
     
    Dünyanın 147 ölkəsi ilə 27,9 mlrd. dollar məbləğində idxal-ixrac əməliyyatları aparılıb
    Ötən il Azərbaycanda qeydiyyatda olan hüquqi və fiziki şəxslər dünyanın 147 ölkəsindəki tərəfdaşları ilə 27,9 mlrd. ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparıblar. Dövlət Statistika Komitəsindən KƏLAMİNFO-ya verilən məlumata görə, xarici ticarət dövriyyəsinin 21,3 mlrd. dollarını və ya 76,4 faizini Azərbaycandan ixrac olunmuş mallar, 6,6 mlrd. dollarını (23,6 faizini) ölkəmizə idxal edilmiş məhsullar təşkil edib. 2009-cu illə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 34,1 faiz, o cümlədən ixrac 45,1 faiz, idxal 7,8 faiz artıb. Hesabat dövründə ixrac idxalı 3,2 dəfə üstələyib və 14,7 mlrd. dollarlıq müsbət xarici ticarət saldosu yaranıb. Xarici ticarət əməliyyatlarının dörddə üç hissəsi İtaliya, Fransa, Rusiya Federasiyası, İsrail, Amerika Birləşmiş Ştatları, Ukrayna, Türkiyə, Çin, Xorvatiya, İndoneziya, Malayziya, Sinqapur və Almaniya dövlətləri ilə aparılıb.
    08.02.11 Məqaləni oxumaq
     
    Bu gün Təhlükəsiz İnternet Günüdür
    Bu gün dünyada Təhlükəsiz İnternet Günü kimi qeyd olunur (Safer Internet Day). Bu gün Azərbaycanda da qeyd olunur. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, 2004-cü ildə Avropa Komissiyası tərəfindən təşəbbüs edilən bu gün internetin təhlükəsizliyinin təmin olunması istiqamətində reallaşdırılan qlobal kampaniyanın bir hissəsidir və hər il fevralın ilk çərşənbə axşamı qeyd olunur.
    08.02.11 Məqaləni oxumaq
     
    Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov “Vətən övladı” ordeniylə mükafatlandırılıb
    Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov “Vətən övladı” ordeniylə mükafatlandırılacaq. KƏLAMİNFO “Xəbər-Moldovaya” istinadən xəbər verir ki, ““Dədə Qorqud” Milli Fondu və “Azərbaycan dünyası” beynəlxalq jurnalının rəhbərliyi, Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzovu Kişinyovda Moldova və Azərbaycan arasında dostluq və ölkələrarası əlaqələrin inkişafında xidmətinə görə bu mükafata layiq görülüb. Təqdimat fevralın 10-da olacaq. Qeyd edək ki, “Azərbaycan dünyası” jurnalı 1998-ci ildən rus və ingilis dillərində nəşr olunan ilk Azərbaycan jurnalı olub.
    08.02.11 Məqaləni oxumaq
     
    Ombudsman Aparatının əməkdaşı Estoniyada beynəlxalq seminarda iştirak edib
    Ombudsman Aparatının əməkdaşı, Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvü Rəvan Səmədov Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən beynəlxalq seminarda iştirak edib. Ombudsman Aparatının mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, seminar Beynəlxalq Həbsxana İslahatı və Zennström Philanthropies təşkilatının dəstəyi ilə reallaşıb. Digər Avropa ölkələrinin MPM-lərinin və milli insan hüquqları təsisatlarının nümayəndələrinin iştirakı ilə baş tutan, eləcə də İşgəncələrin Qarşısının Alınması üzrə Assosiasiyanın və Beynəlxalq Həbsxana İslahatı Təşkilatının təmsilçilərinin də qatıldığı seminarda azadlıqdan məhrumetməyə dair təcrübə, Avropa regionunda xidmət istifadəçilərinin rolunun artırılmasına Ümumdünya Səhiyyə Təşkilatının baxışı və töhfələri və digər mövzularda məruzələr dinlənilib.
    08.02.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  108 109 110 111 112 113 114 115 116  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30