Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 107 108 109 110 111 112 113 114 115 » #
    “VƏTƏN UĞRUNDA!” QHT Koalisiyası təsis edilib
    “RESURS” Gənclərin İnkişafı, “SİVİLİZASİYA” Monitorinq və Araşdırmalar və “Qaçqın və Məcburı Köçkün Qadınların İnkişaf Mərkəzi” İctimai Birliklərinin rəhbərləri bir araya gələrək “VƏTƏN UĞRUNDA!” QHT Koalisiyasının təsis edilməsi barədə qərar qəbul ediblər. Təsis yığıncağının qərarına əsasən “RESURS” Gənclərin İnkişafı İctimai Birliyinin sədri Samir Mehdizadə “VƏTƏN UĞRUNDA!” QHT Koalisiyasının koordinatoru seçilib. Bu barədə KƏLAMİNFO-ya QHT-nın mətbuat xidmətindən məlumat verilib. “Koalisiyanın qarşısında duran əsas prioritet vəzifə vətəndaşların milli-vətənpərvərlik hisslərinin gücləndirilməsi, vətənimizin işğal altında olan ərazilərinin düşməndən azad edilməsi üçün bütün fədakarlıqlara daim hazır olmaq kimi hisslərin gənclərə aşılanmasıdır.
    15.02.11 Məqaləni oxumaq
     
    Qaçqın və məcburi köçkünlər ayrı-ayrı şəxslərə məxsus üç minə yaxın evi zəbt edib
    Azərbaycanda, xüsusən də paytaxt Bakıda ayrı-ayrı şəxslərin evlərini zəbt edən qaçqın və məcburi köçkünlər üçün hələlik evlər tikilmir, ancaq bu barədə dövlətdə müzakirələr gedir və yəqin ki, bu məsələyə də baxılacaq. Bu barədə açıqlamanı KƏLAMİNFO-ya müsahibəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Sənan Hüseynov söyləyib. Çoxsaylı insanların evlərini zəbt edən ailələrin bu vaxta qədər niyə çıxarılmaması və bu işin hazırda hansı vəziyyətdə olmasına münasibət bildirən S.Hüseynov açıqlayıb ki, hazırda 3 minə yaxın belə zəbt olunmuş ev var. O, Dövlətqaçqınkomun bununla bağlı hər hansı tədbirin görüb-görmədiyinə də aydınlıq gətirib.
    14.02.11 Məqaləni oxumaq
     
    Rusiyanın Kazan şəhərindən Azərbaycana dörd meyit gətirilib
    Dünən axşam Rusiya Federasiyasından Azərbaycana dörd meyit gətirilib. Rusiyanın Kazan şəhərində faciəvi şəkilədə ölənlərdən 3-ü Masallı rayonu, 1-i isə Cəlilabad rayon Şiləvəngə kənd sakinidir. KƏLAMİNFO-nun Cənub bürosu Cəlilabadın Şiləvəngə kəndindən olan mərhum Quliyev Saleh Ağabala oğlunun yaxınlarından əldə etdiyi məlumata görə, hadisə evin yanması səbəbindən baş verib. Belə ki, mərhum Saleh Quliyev bir müddət əvvəl Rusiya Federasiyasının Kazan şəhərinə tikintidə işləmək üçün gedib. Hadisə baş verən gün isə S.Quliyev Masallıdan olan dostunun evində qonaq olub.
    14.02.11 Məqaləni oxumaq
     
    Sərnişin daşıyanlar müəyyən edilmiş tarifdən artıq gediş haqqı tələb edərlərsə 40 manatdan 50 manatadək cərimə oluna bilərlər
    Parlamentdə müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə əlavələr qəbul olunarsa nəqliyyat vasitələrində müəyyən edilmiş tarifdən daha yüksək gediş haqqının tətbiq edilməsinə görə 40 manatdan 50 manatadək cərimə tətbiq olunacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseyli bildirib. O, qeyd edib ki, bura həmçinin şəhərdaxili, şəhərlərarası və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda siqaret çəkilməməsi də aiddir.
    14.02.11 Məqaləni oxumaq
     
    RİTN-nin nümayəndə heyəti Cenevrədə Ümumdünya Radiorabitə Konfransına hazırlıq toplantısında iştirak edir
    Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndə heyəti 2012-ci ildə keçiriləcək Ümumdünya Radiorabitə Konfransına (ÜRK) hazırlıq toplantısında iştirak edir. İsveçrənin Cenevrə şəhərində başlanan hazırlıq toplantısı Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən təşkil olunub. Bu barədə KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib. Tədbirdə peyk rabitəsi, radioteleviziya yayımı, eləcə də radiotezliklərlə əlaqədar ÜRK-2012-də baxılacaq məsələlər və ölkələrdən daxil olan təkliflər müzakirə ediləcək. Toplantı fevralın 25-dək davam edəcək.
    14.02.11 Məqaləni oxumaq
     
    Bahar Muradova: "Azərbaycanda həyata keçirilən korrupsiya ilə bağlı mübarizə tədbirləri dövlətin gələcək perspektivinə hesablanıb"
    "Hazırda Azərbaycanda həyata keçirilən korrupsiya ilə bağlı mübarizə tədbirləri dövlətin gələcək perspektivinə hesablanmış proqramlara uyğun həyata keçirilir". KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib. O, qeyd edib ki, bu mübarizəni hərənin bir cür qiymətləndirməsi təbiidir. Onun sözlərinə görə, ölkədə korrupsiya ilə bağlı aparılan mübarizənin bir istiqaməti mübarizənin şəffaflğının təmin olunması və məlumatların ictimaiyyətə çatdırılmasıdır. "Hesab edirəm ki, aparılan mübarizə bu formada qiymətləndirilməlidir. Daha əsası da odur ki, Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizənin ərəb ölkələrində baş verənlərlə heç bir əlaqəsi yoxdur. Azərbaycanda korrupsiya birdən artmayıb və bu sahədə heç nə baş verməyib. Bunun nə Tunislə, nə də Misirlə heç bir əlaqəsi yoxdur.
    12.02.11 Məqaləni oxumaq
     
    Parlamentin iclasında korrupsiyaya qarşı mübarizə barədə danışılıb
    Bu gün Milli Məclisin yaz sessiyasının növbəti iclası öz işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, iclasda spiker Oqtay Əsədov ilk növbədə cari məsələlər toxunub. O, son günlər ölkədə korrupsiyaya qarşı mübarizənin əhəmiyyətindən danışıb. Daha sonra məsələ millət vəkilləri tərəfindən müzakirə olunub. Millət vəkili Asim Mollazadə bildirib ki, parlament korrupsiyaya qarşı mübarizədə özünün xüsusi töhfəsini verə bilər. "Bununla bağlı müvafiq qanunların üzərində işləmək olar. Xüsusilə təhsil və səhiyyə sahəsində korrupsiyaya qarşı mübarizə üçün buna ehtiyac var",-deyə A.Mollazdə vurğulayıb.
    11.02.11 Məqaləni oxumaq
     
    Azərbaycanda dünyasını dəyişmiş müharibə əlillərinin ailələri mənzillə təmin oluna bilər
    Gələn həftə Milli Məclisin Sosial siyasət komitəsində dünyasını dəyişmiş müharibə əlillərinin ailələrinin mənzillə təmin olunması ilə bağlı müvafiq qanunvericiliyə əlavələr müzakirə olunacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə millət vəkili Qənirə Paşayeva bildirib. O, qeyd edib ki, bu, hazırda ən vacib məsələlərdən biridir və buna hüquqi qiymət verməyin zamanı gəlib. "Şəhid övladlarının imtiyazlarından 18 yaşından sonra da istifadə etmə imkanlarının artırılması vacibdir. Bununla bağlı mütləq qanunvericilikdə dəyişikliklər edilməlidir",-deyə o, vurğulayıb. Q.Paşayeva həmçinin Milli Məclisdə Qarabağla bağlı qapalı dinləmələrin keçirilməsini də təklif edib.
    11.02.11 Məqaləni oxumaq
     
    Jurnalistlər üçün MediaCell xidməti ilə bağlı məsələyə Ülviyyə Həsənzadə aydınlıq gətirdi
    “Azercell Telekom” MMC-nin Korporativ Əlaqələr və Sosial Məsuliyyət Departamentinin rəhbəri Ülviyyə Həsənzadə bu yaxınlarda jurnalistlər üçü elan olunacaq MediaCell xidməti ilə bağlı məsələyə aydınlıq gətirib. Ü.Həsənzadə bu barədə KƏLAMİNFO-ya müsahibəsində bildirib. O, qeyd edib ki, MediaCell xidmətində jurnalistlər tək öz həmkarları ilə deyil, ölkə üzrə bütün “Azercell” abonentləri ilə yüksək güzəştli tariflərlə danışacaqlar. “Həmçinin xidmət daxilində jurnalistlərə digər güzəştlər də nəzərdə tutulub, sadəcə olaraq bu haqda indi açıqlama vermək istəmirik ki, xidmət istifadəyə veriləndə bu, sürpriz olsun.
    11.02.11 Məqaləni oxumaq
     
    Əli Abbasov: “Azərbaycanda rominq tarifləri 20-25% aşağı düşüb, amma bu, çox azdır”
    “Azərbaycanda rominq tarifləri 20-25% aşağı düşüb, amma bu, çox azdır və mobil operatorlar da bunu başa düşür. Rouminq tarifləri hazırda yüksəkdlir və bu qiymətlər bir qədər də aşağı salınmalıdır”. KƏLAMİNFO xəbər verir ki, bu barədə akçıqlamanı rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. Ə.Abbasov qeyd edib ki, rouminq xidmətləri sahəsində qiymətlərin formalaşması xarici operatorlardan da asılı olduğuna görə, bu məsəsələ digər ölkələrin operatorları ilə aparılan danışıqlar nəticəsində həll olunur. Bu səbəbdən cari ilin birinci yarısında bu iş davam etdiriləcək. O, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin ölkədə fəaliyyət göstərən mobil rabitə operatorlarının rouminq tariflərinin endirilməsi səviyyəsindən də razı olmadığını vurğulayıb.
    11.02.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 107 108 109 110 111 112 113 114 115 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30