Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 106 107 108 109 110 111 112 113 114 » #
    RİTN rəsmisi: ““Azərpoçt” MMC-nin bank xidməti göstərən şöbələri ölkədəki bankların bütün şöbələrindən iki dəfə çoxdur”
    Tezliklə “Azərpoçt” MMC-nin bütün respublikada fəaliyyət göstərən 1493 poçt bölməsindən 1200-ü bank və maliyyə xidmətlərini həyata keçirəcək. Bu da ölkədəki bütün bankların şöbələrindən iki dəfə çoxdur. KƏLAMİNFO xəbər verir ki, bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Poçt sektorunun müdiri Novruz Məmmədov bildirib. O, qeyd edib ki, “Azərpoçt”la müqayisədə hazırda Azərbaycanda 45 bank var və onların da ölkə üzrə cəmi 600-ə yaxın şöbələri var. “Eyni zamanda onların kənd yerlərində şöbələri yoxdur. Amma, “Azərpoçt” MMC-nin iki dəfə onlardan çox təkcə bank fəaliyyəti ilə məşğul olan şöbələri var ki, bunların arasında kəndlərdə də fəaliyyət göstərən şöbələr mövcuddur. Eyni zamanda daimi olaraq şöbələrimizin müxtəlif valyuta ilə nağd pulu var ki, bu da daha operativ və çevik pul köçürmələri edilməsində vacib rol oynayır”,-deyə sektor müdiri vurğulayıb. Onun sözlərinə görə, bu şöbələr 50-ə yaxını digər xidmətləri də həyata keçirir.
    16.02.11 Məqaləni oxumaq
     
    GTMŞ 15 illik yubileyini “Gülüstan”da qeyd edəcək
    Sabah Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının yaranmasının 15 illik yubileyi münasibəti ilə “Gülüstan” sarayında təntənəli tədbir keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya GTMŞ-dan veriblər. 21 noyabr 1995-ci ildə 11 gənclər təşkilatı tərəfindən təsis olunan və 1996-cı il yanvarın 31-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatından keçən ARGTMŞ Azərbaycan gənclərinin yeganə konfederativ strukturu, əməkdaşlıq mərkəzi, gənclər qurumlarının əlaqələndiricisi və gənclərin beynəlxalq inteqrasiyasını təşkil edən qurumdur. Hal-hazırda Milli Şura öz ətrafında 70 təşkilatı birləşdirir.
    16.02.11 Məqaləni oxumaq
     
    Millət vəkili: “Paytaxtda nəqliyyat vasitələrində insan sağlamlığı üçün ciddi təhlükəli olan siqnalların sayı çoxalıb”
    “Bu gün Bakı şəhərində hərəkət edən nəqliyyat vasitələrində quraşdırılan insan oraqnizmi üçün təhlükəli siqnalların sayı artıb və bununla bağlı qanunvericilikdə mütləq tədbir görüləməlidir”. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində millət vəkili Aytən Mustafayeva bildirib. O, qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinə qəbul olunacaq əlavələrdə bu faktların nəzərə alınacağı gözlənilir. “Çünki, əhalinin sıx yaşadığı paytaxtımızda avtomobillərə quraşdırılan belə səsgücləndiricilər getdikcə ciddi narahatlıqlar doğurmağa başlayır. Əgər əvvəllər bu cür səsgücləndiricilərinə şəxsi avtomabillərdə rast gəlinirdisə, artıq iri sərnişin avtobusları da bundan qanunsuz istifadə etməyə başlayıb. Bu da ciddi şəkildə şəhər sakinlərinin rahatlğını pozur və sağlamlıq üçün ciddi fəsadlar yaradır. Ona görə də mən təklif etmişəm ki, müvafiq qanun layihəsinə düzəlişlər edilərkən bu mütləq nəzərə alınsın”,-deyə millət vəkili vurğulayıb. Qeyd edək ki, hazırda Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə müvafiq əlavələr müzakirə olunur və burada sərnişin daşıma vasitələri ilə bağlı bir sıra müddəalar nəzərdə tutulub.
    16.02.11 Məqaləni oxumaq
     
    Natiq Abbasov: “Azərbaycan özünü elektirik enerjisi ilə tam təmin edir”
    Azərbaycan elektirik enerjisi sahəsində daxili təlabatını tam təmin edir. KƏLAMİNFO xəbər verir ki, bunu sənaye və energetika nazirinin müavini Natiq Abbasov bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycanın generasiya gücü 6400 mVt-a çatır. “2006-ci ildə Azərbaycanda 24 mlrd. kVt/saat elektirik enerjisi istehsal olunurdu ki, onun da 23 mlrd. kVt/saatı daxili təlabata yönəldirilrdi. Hazırda ölkəmizdə yeni İES, SES-lər istifadəyə verilib. Azərbaycanda elektirik enerjisindən istifadə edən abonentlərin 98%-i sayğaclarla təmin olunub.
    15.02.11 Məqaləni oxumaq
     
    Bakıda “Risklərin Təhlili və İdarəçiliyinə dair” Gürcüstan və Azərbaycan arasında ikitərəfli seminar öz işinə başlayıb
    Bu gün Dövlət Gömrük Komitəsinin Regional Tədris Mərkəzində “Risklərin Təhlili və İdarəçiliyinə dair” Gürcüstan və Azərbaycan arasında ikitərəfli seminar öz işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən BMT-nin Cənubi Qafqazda Narkotiklərə Nəzarət Proqramının koordinatoru Məzahir Əfəndiyev bildirib ki, seminar Avropa Birliyi və BMT-nin birgə “Cənubi Qafqaz ölkələrində İnteqrə edilmiş Sərhəd İdarəçiliyi Sistemlərinə Dəstək” layihəsi çərçivəsində həyata keçirilir. Onun sözlərinə görə, seminar ərəfəsində sərhəd idarəçiliyi ilə bağlı risklərin təhlili prosesinin təşkili və idarə olunması sahəsində Avropa standartları təqdim olunacaq.
    15.02.11 Məqaləni oxumaq
     
    Nazir müavini Natiq Abbasov: “Azərbaycan Avropaya qaz ixrac etməyə hazırdır”
    Azərbaycan Avropaya qaz ixrac etməyə hazırdır. KƏLAMİNFO xəbər verir ki, bu barədə sənaye və energetika nazirinin müavini Natiq Abbasov bildirib. “Son beş ilə baxsaq, Azərbaycan 2006-cı ildə hər il 9 mlrd. kubmetr qaz hasil edib və həmçinin daxili tələbatı ödəyib. 2010-cu ildə isə ölkəmiz qaz hasilatını 27 mlrd. kubmetrə çatdırıb”,-deyən N.Abbasov bu göstəricinin ölkəmiz üçün yüksək rəqəm olduğunu söyləyib. Bu göstəricinin 2020-ci ilə qədər ikiqat artacağını bildirən N.Abbasov vurğulayıb ki, Azərbaycan hazırda qonşu Türkiyə, Gürcüstan və İrana qaz ixrac edir.
    15.02.11 Məqaləni oxumaq
     
    Hərbiçilərimiz NATO-nun FTP əsasən keçirilən tədbirlərə qatılacaqlar
    NATO ilə Azərbaycan arasında imzalanmış Fərdi Tərəfdaşlıq Planına (FTP) əlavə olaraq, Azərbaycan hərbçiləri fevralın 19-dan 29-dək Oberammerqauda (Almaniya) NATO akademik təlimatçılar kursun çərçivəsində təlimatçı qismində iştirak edəcəklər. Bu barədə məlumatı KƏLAMİNFO-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər. Fevralın 21-25-də isə yenə həmin şəhərdə Akademik təlimatçılar kursu olacaq. Fevralın 21-də Ankarada Silahlı münaqişə hüququ kursu başlanacaq. Fevralın 28-dən martın 11-dək isə Budapeşt şəhərində müəllimlər üçün hərbi terminologiya kursu təşkil olunacaq. Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən fevralın 28-də İzmir şəhərində Döyüş sursatlarını məhvetmə kursu, fevralın 20-dən martın 11-dək isə Ankarada Qoruma-təhlükəsizlik kursu keçiriləcək. Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.
    15.02.11 Məqaləni oxumaq
     
    Hava nəqliyyatında MDB ölkələrinə yükdaşıma tarifləri 2,3 faiz bahalaşıb
    Cari ilin yanvar ayında nəqliyyat sektoru üzrə tarif indeksləri əvvəlki aya nisbətən 100,2 faiz, keçən ilin müvafiq dövrünə nisbətən isə 96,3 faiz təşkil edib. Dövlət Statistika Komitəsindən KƏLAMİNFO-ya verilən məlumata görə, dəmir yolu nəqliyyatında yükdaşıma tarifləri yerli əlaqə üzrə 24,8 faiz, tranzit yüklərin daşınması üzrə 1,8 faiz bahalaşıb, digər ölkələrə göndərilmə üzrə 4,2 faiz, digər ölkələrdən gətirilmə üzrə 0,1 faiz ucuzlaşıb. Dəmir yolu nəqliyyatında beynəlxalq əlaqədə sərnişindaşıma tarifləri 0,6 faiz ucuzlaşıb. Dəniz nəqliyyatı vasitəsilə uzaq xaricə və MDB ölkələrinə yükdaşıma tarifləri hər iki istiqamət üzrə müvafiq olaraq 0,1 faiz aşağı düşüb. Hava nəqliyyatında MDB ölkələrinə yükdaşıma tarifləri 2,3 faiz bahalaşıb, sərnişindaşıma tarifləri yerli əlaqədə 18,4 faiz, MDB ölkələri üzrə 9,2 faiz, uzaq xaricə isə 0,2 faiz ucuzlaşıb. Boru kəməri nəqliyyatında yükdaşıma tarifləri neftin nəqli üzrə 4,0 faiz, qazın nəqli üzrə isə 2,5 faiz bahalaşıb Avtomobil nəqliyyatında yükdaşıma tariflərində 0,1 faiz ucuzlaşma müşahidə olunub.
    15.02.11 Məqaləni oxumaq
     
    Prezident Administrasiyasına daxil olan şikayətlərin sayı azalıb
    Ötən il Prezident Administrasiyasına daxil olan şikayətlərin sayı əvvəlki ilə nisbətən azalıb. Bu, həm Prezident Administrasiyasında, həm də respublikanın mərkəzi və yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətlərinə baxılması işinə diqqətin artırılmasının nəticəsidir. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumat Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun “Azərbaycan” qəzetinin 15 fevral sayında dərc olunan məqaləsində qeyd olunub.
    15.02.11 Məqaləni oxumaq
     
    Penitensiar Xidmətinin rəisi, general-leytenant N.Ələkbərov vəzifəsindən çıxarılıb
    Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi, general-leytenant Nazim Ələkbərov vəzifəsindən çıxarılıb. KƏLAMİNFO xəbər verir ki, N.Ələkbərovun işdən çıxarılma səbəbləri hələlik məlum deyil. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən faktı təsdiqləsələr də, generalın hansı səbəblərdən vəzifəsindən azad olunması, yaxud onun postuna hansı şəxsin gətirilməsi haqqında məlumata malik odmadıqlarını söylədilər.
    15.02.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 106 107 108 109 110 111 112 113 114 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30