Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 103 104 105 106 107 108 109 110 111 » #
    SAMF internet-medianın monitorinqini başa çatdırıb
    Söz Azadlığını Müdafiə Fondu (SAMF) internet-medianın fəaliyyəti ilə bağlı bir ay ərzində həyata keçirdiyi monitorinqi yekunlaşdırıb. SAMF-dan KƏLAMİNFO-ya verilən məlumata görə, monitorinq “Lent.az”, “Mediaforum.az”, “Modern.az”, “Milli.az”, “Qafqazinfo.az” və “Qaynar.info” xəbər portallarının üzərində reallaşdırılıb. Monitorinq zamanı SAMF-ın ekspert qrupu gündə 5 dəfə olmaqla adıçəkilən resursların virtual məkandakı fəaliyyətini araşdırıb. Monitorinq nəticəsində məlum olub ki, ən müasir KİV sahəsi kimi, internet-media ölkə əhalisinin informasiya ilə təminatında bir sıra uğurlara imza atıblar.
    04.03.11 Məqaləni oxumaq
     
    Bu gündən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161" nömrəli "Qaynar xətt"i fəaliyyətə başlayıb
    Korrupsiyaya qarşı mübarizənin yeni müstəvidə daha səmərəli təşkilinin təmin edilməsi, korrupsiya halları ilə üzləşmiş vətəndaşlara ixtisaslaşmış cinayət təqibi orqanı kimi Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə birbaşa və maneəsiz müraciət etmək imkanlarının yaradılması, onların müraciətləri üzrə dərhal təxirəsalınmaz tədbirlər görülməklə korrupsiya hüquqpozmalarının aşkar edilməsi və bu sahədə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi ilə bağlı fəaliyyətin daha məqsədyönlü təşkili məqsədi ilə, Baş prokurorun əmri ilə həmin idarənin nəzdində "161" nömrəli "qaynar xətt" əlaqə mərkəzi yaradılıb və onun fəaliyyətini tənzimləyən qaydalar təsdiq olunub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Baş Prokurorluqdan veriblər.
    04.03.11 Məqaləni oxumaq
     
    Jurnalistlər üçün müsabiqə elan olunub
    Azərbaycan Gənclər Təşkilatları Milli Şurası ilə Parlament Jurnalistlər Birliyi Azərbaycanın müstəqilliyinin 20 illiyi münasibəti ilə jurnalistlər üçün yazı müsabiqəsi élan edib. KƏLAMİNFO xəbər verri ki, bu barədə açıqlama verən Milli Şuranın sədri, millət vəkili Fuad Muradov bildirib ki, burada əsas məqsəd Azərbaycanın müstəqillik tarixini, müstəqilliyimizin oturuşmasında umumilli lider Heydər Əliyevin rolunu bir daha geniş oxucu kütləsi ilə bölüşməkdir.
    03.03.11 Məqaləni oxumaq
     
    Parisdə Milli Sərgi keçirilir
    Bu gündən etibarən Fransanın paytaxtı Parisdə Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə 5-ci Qlobal Konfrans çərçivəsində MHŞT üzrə Milli Sərgi keçirilir. Dövlət Neft Fondundan KƏLAMİNFO-ya verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti MHŞT üzrə Milli Sərgidə iştirak edir. Milli Sərgidə Azərbaycana aid video və foto materiallar, MHŞT-nin Azərbaycanda tətbiqinə dair müxtəlif broşür və kitabçalar, xatirə hədiyyələri konfrans iştirakçılarına təqdim edilib. Xatırladaq ki, MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzvü statusunu alan ilk MHŞT ölkədir və MHŞT prosesinə 2003-cü ildə qoşulub. Azərbaycan MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilib. Sərgi iki gün davam edəcək.
    03.03.11 Məqaləni oxumaq
     
    “Azərbaycan mediasında redaksiya azadlığı, etika və şəffaflıq” mövzusunda başlayan konfrans başa çatıb
    Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “Azərbaycan mediasında redaksiya azadlığı, etika və şəffaflıq” mövzusunda keçirilən konfrans başa çatıb. KƏLAMİNFO xəbər verir ki, “Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlının aparıcılığı ilə keçirilən konfransda ölkənin müxtəlif KİV rəhbərləri və təmsilçiləri iştirak edib.
    03.03.11 Məqaləni oxumaq
     
    Səhiyyə mütəxəssislərinin tibb müəssisələrinə təhkim olunması barədə əmr imzalanıb
    Səhiyyə mütəxəssislərinin tibb müəssisələrinə təhkim olunması haqqında səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən imzalanmış əmrin davamı olaraq yeni “Ezamiyyə barədə ”əmr imzalanıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən veriblər. Əmrə əsasən respublikanın şəhər və rayonlarında əhaliyə tibbi yardımın göstərilməsi ilə bağlı yaranan mübahisəli məsələlərin yerində araşdırılması və həllinin təmin edilməsi məqsədi ilə respublikanın 16 iri şəhər və rayonlarına tibb mütəxəssisləri ezam olunacaqlar.
    03.03.11 Məqaləni oxumaq
     
    Daxili işlər orqanları əməkdaşlarının xidməti qaydalarnına əlavlər edilib
    Nazirlər Kabineti “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası”na əlavələr edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Nazirlər Kabinetindən veriblər. Yeni qərara əsasən, “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası”nın 2-ci bəndinin on birinci abzasında “əlavə (xidmət illərinə, xüsusi şəraitdə vəzifələrin icrasına, əlahiddə xidmətə görə)” sözlərindən sonra “hamiləliyə və doğuşa görə ödənişli məzuniyyət, qismən ödənişli sosial, habelə həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyi olan uşağa qulluq etmək üçün uşaq dörd yaşına çatanadək əlavə ödənişsiz məzuniyyət” sözləri əlavə edilib.
    02.03.11 Məqaləni oxumaq
     
    Ombudsman Cəlilabadın sel basan ərazilərindəki sakinlərin vəziyyətini diqqətdə saxlayır
    İnsan Hüquqları üzrə Müvəkkilin tapşırığına əsasən, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Z.İsmayılov və əməkdaşı B.Əliyev Cəlilabad rayonunda sel basan ərazilərdə olub, sakinlərlə görüşüb və problemlərini öyrəniblər. Ombudsman Aparatından KƏLAMİNFO-ya verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, Cəlilabad rayonundakı Mişarçayın üzərindəki bəndin möhkəmləndirilməsi tədbirləri başa çatdırılıb, “daş kanalı” adlanan su kanalında suyun səviyyəsi bir metrdən çox aşağı düşüb. Həmçinin rayonda elektrik enerjisi və qaz təminatı normal vəziyyətdədir. Rayonun Cavadxan və Ə.Vahid küçəsində yerləşən evlərin həyətinə dolan su Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən qurudulur. Ombudsmanın nümayəndələri ilə söhbət zamanı sakinlər vaxtında lazımi tədbirlər görüldüyündən razılıqlarını bildirib, əhaliyə böyük tələfat və ziyan dəyməsinin qarşısının alındığını söyləyiblər.
    02.03.11 Məqaləni oxumaq
     
    Dünya Azərbaycanlılarının III Qurultayı ilə bağlı ciddi hazırlıq işləri aparılır
    Cari ilin iyul ayında Bakı şəhərində keçiriləcək Dünya Azərbaycanlılarının III Qurultayı ilə bağlı ciddi hazırlıq işləri aparılır. Bu barədə məlumatı KƏLAMİNFO-ya müsahibəsində Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat katibi Bəhruz Nəzərov söyləyib. O qeyd edib ki, qurultaya hazırılqla bağlı xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarına da müvafiq tapşırıqlar verilib. Qurultayın dəqiq tarixinə gəlincə, B.Nəzərov qeyd edib ki, hələlik tarix dəqiqləşməyib. Onun sözlərinə görə, toplantıda Dünya Azərbaycanlılarının II qurultayından keçən dövr ərzində görülən işlər müzakirə olunacaq, eyni zamanda Azərbaycan diasporunun müasir dövrdə qarşısında duran vəzifələr, gələcək fəaliyyət perspektivləri ilə bağlı fikir mübadiləsi aparılacaq. Komitə sözçüsü hazırda diaspor təşkilatlarının əvvəlki illərə nisbətən daha fəal fəaliyyət göstəridiklərinə də toxunub və əlavə edib ki, onların fəaliyyəti bundan sonra daha da aktivləşəcək. Qeyd edək ki, DİDK-də növbəti qurultayın təşkili ilə bağlı Tədbirlər Planı hazırlanıb və İşçi qrup yaradılıb.
    01.03.11 Məqaləni oxumaq
     
    Ombudsman Aparatının əməkdaşları ünvanlı sosial yardım və əlilliyin təyin edilməsi ilə əlaqədar şikayətləri araşdırıb
    Bir sıra vətəndaşlar ünvanlı sosial yardımların və tibbi-sosial ekspert komissiyalarında əlilliyin təyin edilməsi zamanı problemlərlə üzləşdikləri ilə bağlı Ombudsman Elmira Süleymanovaya şikayət ediblər. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırma əsasında Ombudsman Aparatının və adı çəkilən nazirliyin əməkdaşları Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Biləsuvar və Cəlilabadda rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi mərkəzlərinin və müvafiq zona Tibbi-Sosial Ekspert Komissiyaları (TSEK) rəhbərlərinin, həmçinin Müvəkkilin Cəlilabad Regional Mərkəzi nümayəndələrinin və vətəndaşların iştirakı ilə yerlərdə 3 günlük birgə araşdırma aparıblar. Ombudsman Aparatından KƏLAMİNFO-ya verilən məlumata görə, ünvanlı sosial yardımlarla bağlı imtina verilən ailələrin şikayətləri müvafiq sənədlər üzrə bir daha araşdırılıb və onların bəzilərinə köməklik göstərilib.
    01.03.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 103 104 105 106 107 108 109 110 111 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30