Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 101 102 103 104 105 106 107 108 109 » #
    Y.Yakub: “Azərbaycanda İKT sahəsində əldə olunan nailiyyətlər bizi sevindirir”
    Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda İsrailin “Wazana Group Ltd” şirkətinin idarəetmə və investisiya üzrə məsləhətçisi doktore Yuri Yakub ilə görüş keçirilib. AMEA-dan KƏLAMİNFO-ya verilən məlumata görə, görüşdə əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Səfər çərçivəsində AMEA prezidenti akademik Mahmud Kərimovla görüşdüyünü qeyd edən qonaq ölkəmizə gəlişinin biznes inkubatorların, texnoparkların yaradılması istiqamətində Azərbaycanda görülən işlərlə tanış olmaq məqsədi daşıdığını vurğulayıb. O, İKT-nin dünya iqtisadiyyatının dinamik inkişaf edən perspektivli sektoruna çevrildiyini bildirib: “Azərbaycanda İKT sahəsində əldə olunan nailiyyətlər bizi sevindirir. Mənim bu gün burada olmağımın səbəbi respublikanın müvafiq qurumları, qabaqcıl elmi müəssisələr ilə əməkdaşlığımızı genişləndirmək, öz təcrübəmizlə sizi tanış etməkdir”,-deyən qonaq təmsilçisi olduğu şirkətin ölkəmizdə İKT sahəsində məhsul və xidmətlərin istehsalı üzrə fəaliyyət göstərən biznes inkubatorların yaradılmasında əməkdaşlığa hazır olduğunu vurğulayıb.
    17.03.11 Məqaləni oxumaq
     
    Millət vəkili: “Ağıllı olsunlar; ölkəni qarışdırmasınlar”
    “Xarici ölkələrdəki ağalarının düdüyünü çalanlara, dönüklərə müraciət edirəm ki, ölkədə asayişi pozmasınlar”. KƏLAMİNFO xəbər verir ki, belə bir ittihamla millət vəkili Yaqub Mahmudov çıxış edib. O, qeyd edib ki, son günlər bəzi qüvvələr Azərbaycanda aranı qarışdırmaq üçün həvəsləniblər. “İnandırıram ki, onlar üçün sabitlik şəraitində yaşayan ölkə yox, daimi çaxnaşma lazımdır. Biz bilirik ki, bu barmaqlar ərəb ölkələrinə də haradan gəlir. Ağıllı olsunlar; ölkəni qarışdırmasınlar”,-deyə Y.Mahmudov bəyan edib.
    17.03.11 Məqaləni oxumaq
     
    Səfir İ.Muxtarov Meksikanın enerji naziri Xose Antonio Meade ilə görüşüb
    Azərbaycanın Meksikadakı səfiri İ.Muxtarov bu ölkənin yeni təyin edilmiş enerji naziri Xose Antonio Meade ilə görüşüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Meksikadakı səfirliyimizdən veriblər. Görüş zamanı tərəflər iki ölkə arasında enerji sektorunda əlaqələrin inkişaf etdirilməsi üçün mövcud potensialın əhəmyyətini vurğulayıb və əməkdaşlığın gələcək inkişaf perspektivlərini nəzərdən keçiriblər. Səfir İ.Muxtarov, həmçinin Azərbaycanın enerji emalı və istehsalı sahəsinin tarixi inkişaf prosesi, Nobel qardaşlarının Bakıda fəaliyyəti, Neft Daşları şəhərciyinin tikilişi tarixi, habelə müasir dövrdə Azərbaycanın enerji siyasəti, dünya miqyasında enerji sektorunun inkişafında mühüm rol oynayan mütəxəssislər hazırlamış Azərbaycan Dövlət Neft Akademiyasının fəaliyyəti haqda X.A.Meadeyə geniş məlumat verib.
    16.03.11 Məqaləni oxumaq
     
    “Xalq komputeri” layihəsi çərçivəsində satılan komputerlərin sayı 12020-ə çatıb
    Azərbaycanda həyata keçirilən “Xalq komputeri” layihəsi çərçivəsində satılan kompyuterlərin sayı artıb. KƏLAMİNFO xəbər verir ki, sözügedən layihə çərçivəsində satılan kompyuterlərin sayı artıq 12020-ə çatıb. Qeyd edək ki, layihənin operatoru BestComp Group şirkətidir. Sonralar layihəyə İT sahəsində digər avadanlıq və xidmət təchizatçıları da qoşulublar. Komputerlərin çatdırılması və ödənişlərin qəbulu “Azərpoçt” MMC vasitəsilə həyata keçirilir. “Xalq komputeri” layihəsinin hazırkı mərhələsinin əsas məqsədi orta ümumtəhsil məktəbləri və ali təhsil müəssisələrinin müəllim, tələbə və şagirdlərinə, eləcə də dövlət müəssisələrinin işçilərinə güzəştli şərtlərlə bazar qiymətindən ucuz və ödəniş müddətini 12 ay uzatmaqla kompüter əldə etmək imkanı yaratmaqdır. Xatırladaq ki, ötən həftə sözügedən layihə çərçivəsində satılan komputerlərin sayı 11800 olub.
    15.03.11 Məqaləni oxumaq
     
    Azərbacanda ard-arda üç dəfə 3,5 bal gücündə zəlzələ olub
    Bu gün yerli yaxtla saat 11:52:25-də Şirvan şəhərindən 40 km şimali-şərqdə , 12 ballıq cədvəl üzrə episentrdə 3.5 bal gücündə zəlzələ olub. AMEA-nın Respublika Seismoloji Xidmət Mərkəzindən KƏLAMİNFO-ya verilən məlumata görə, zəlzələ Şirvan və Hacıqaqbulda 3.0 bal , Sabirabadda 2.0 bala qədər hiss edilib. İnsan təlafatı və tikililərdə dağıntı yoxdur. Bundan bir qədər sonra saat 12:14:42-də Şirvan şəhərindən 35 km şimalda, 12 ballıq cədvəl üzrə yenə episentrdə 3.5 bal gücündə yeraltı təkanlar qeydə alınıb zəlzələ Şirvan və Hacıqaqbulda 3.0 bal , Sabirabadda 2.0 bala qədər hiss edilib. İnsan təlafatı və tikililərdə dağıntı yoxdur. Dahasonra yenə yerli yaxtla 12:26:41-də Şirvan şəhərindən 35 km şimalda zəlzələ baş verib. Bu dəfə zəlzələ hiss olunmayıb.
    15.03.11 Məqaləni oxumaq
     
    Millət vəkili: “Bəzi beynəlxalq təşkilatlar Azərbaycanda “insan haqları” deyilən anlayışı necə gəldi insanlara sırıyırlar”
    Bu gün bəzi beynəlxalq təşkilatlar öz maraqları çərçivəsində Azərbaycanda “insan haqları” deyilən anlayışı necə gəldi insanlara sırıyırlar. KƏLAMİNFO xəbər verir ki, bu barədə millət vəkili Yaqub Mahmudov bildirib. Deputat qeyd edib ki, həmin təşkilatlar Azərbaycanda 1 mln. qaçqının gələcək taleyi ilə maraqlanmırlarsa o zaman burada hansı həqiqi insan haqlarından söhbət gedir? Y.Mahmudovun sözlərinə görə, həmin qurumların ölkəmizdə insan haqlarına bu cür öz maraqlarından yanaşması xalqımızın gələcəyinin məhvinə aparır. “Ona görə də o müstəvidəki insan haqları mövzusunu biz heç bir müzakirələrdə nəzərə almamalıyıq. O təşkilatlar Azərbaycanda maraqlarına uyğun yalnız bir qrupu dəstəkləməklə müdafiə edir. Biz bunu vaxtında nəzərə alaraq bununla bağlı qanunvericilikdəki boşluqları doldurmalıyıq”,-deyə millət vəkili vurğulayıb.
    14.03.11 Məqaləni oxumaq
     
    “Xocalı Soyqırımını Tanıtma” İB 9 yaşlı Fariz Bədəlovun ermənilər tərəfindən qətli ilə bağlı bəyanat verdi
    Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyi 9 yaşlı Ağdam rayonu sakini Fariz Bədəlovun erməni silahlıları tərəfindən qətlz qtnbhbkvzcb ilə bağlı mətbuat konfransı keçirib. KƏLAMİNFO xəbər verir ki, konfransda birliyin sədri Şamil Sabiroğlu bildirib ki, baş verən hadisə böyük faciədir və bu faciə ilə bağlı bütün Azərbaycan xalqı həmrəy olmalıdır. Onun sözlərinə görə, körpənin snayper gülləsi ilə vururlması onun təsadüfən deyil, hədəf seçilərək öldürülməsini göstərir. “Bununla bağlı təşkilatımız bəyanat da hazırlayıb. Bəyanatda bildirilir ki, Ermənistan silahlı qüvvələri cəbhəyanı ərazilərdə dinc soydaşlarımızı, xüsusilə də uşaqları hədəfə alması insanlığa və müharibə qaydalarına, beynəlxalq konvensiyalara ziddir. Bəyanatda qeyd olunur ki, beynəlxalq təşkilatlar - BMT, Avropa Şurası, xüsusilə də münaqişənin həllinə vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri bu qətliama obyektiv münasibət bildirməlidirlər”,-deyə Ş.Sabiroğlu bəyanatlarını açıqlayıb. O, qeyd edib ki, bu bəyanat ölkədəki bütün xarici dövlətlərin səfirliklərinə və nümayəndəliklərə göndəriləcək.
    12.03.11 Məqaləni oxumaq
     
    Bakıda məişət zorakılığının qarşısının alınmasına həsr olunan konfrans keçirilib
    Bu gün ATƏT-in Bakı ofisi və Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) birgə təşkilatçılığı ilə “Məişət zorakılığının qarşısının alınması haqqında qanunun dəstəklənməsi: məlumatlandırma və beynəlxalq təcrübə” mövzusunda konfrans keçirilib. KƏLAMİNFO xəbər verir ki, hökumət, vətəndaş cəmiyyəti nümayəndələri, hüquq-mühafizə orqanları əməkdaşları, beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən konfransda məişət zorakılığının Azərbaycanda əhatə dairəsi və təsirindən bəhs edilib, sözügedən qanunun detalları müzakirə olunub, iştirakçılara beynəlxalq təcbürə və mütərəqqi nümunələr haqqında məlumat verilib. Konfransda həmçinin bu təcrübələrin Azərbaycanda münasib olub-olmadığına dair hökumət və vətəndaş cəmiyyəti nümayəndələri arasında müzakirə aparılıb.
    11.03.11 Məqaləni oxumaq
     
    Ombudsman Elmira Süleymanova ABŞ-ın ölkəmizdəki səfirini qəbul edib
    Ombudsman Elmira Süleymanova ABŞ-ın ölkəmizdəki səfiri Metyu Brayzanı onun xahişi ilə qəbul edib. Ombudsman Aparatının mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, görüşdə E.Süleymanova qonağın təmsil etdiyi səfirliklə insan hüquqları sahəsində qarşılıqlı əlaqələrini davam etdirilməsinin əhəmiyyətini söyləyib və gələcək əməkdaşlığın prioritetləri müəyyənləşdirilib. O, bu günlərdə Milli Məclisdə növbəti İllik məruzə ilə çıxış etdiyini, məruzənin böyük səs çoxluğu ilə qəbul edildiyini bildirib, fəaliyyətində dövlət qurumları, QHT-lər, vətəndaş cəmiyyəti ilə bərabər, beynəlxalq təşkilatlar və xarici ölkələrin Azərbaycandakı səfirlikləri ilə əməkdaşlığa da önəm verdiyini bildirib.
    11.03.11 Məqaləni oxumaq
     
    Ədliyyə orqanlarında işə qəbulla bağlı müsabiqə elan olunub
    Azərbaycan ədliyyə orqanlarında işə qəbulla bağlı müsabiqə elan olunub. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, sayca beşinci olan müsabiqəyə çıxarılan vakant vəzifələr əsasən nazirliyin icra, penitensiar, tibb xidmətlərində, regional ədliyyə və qeydiyyat şöbələrində, eləcə də digər ədliyyə sahələrindədir.
    10.03.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 101 102 103 104 105 106 107 108 109 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30