Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 100 101 102 103 104 105 106 107 108 » #
    “Dünya erməni işğalı faktına siyasi qiymət verməlidir”
    Liviya, Misir, Yəməndə baş verən iğtişaşlara BMT, NATO, ABŞ dərhal müdaxilə etdi. NATO onlara müharibə elan edir, səlib yürüşü təşkil edir. Lakin həmin beynəlxalq qurumlar dünyanın ən dəhşətli faciəsi olan “Xocalı soyqrımına”, “31 mart” soyqrımına biganə qalıb. Hələ də Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsinə siyasi qiymət verilməyib. KƏLAMİNFO xəbər verir ki, bu barədə Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov 31 mart soyqrımına həsr olunan tədbirdə bildirib. O, ATƏT-in Minsk qrupunun fəaliyyətini tənqid edərək, təşkilatın bu ilər ərzində heç bir yenilik etmədiyini vurğulayıb. Sədr həmçinin emənilərin törətdikləri 31 mart soyqrımından danışıb.
    29.03.11 Məqaləni oxumaq
     
    Millət vəkili: “Müxalifət korrupsiyaya qarşı mübarizədə çirkli pulların yuyulduğu məkana çevrilməməlidir”
    “Azərbaycanda korrupsiyaya qarşı mübarizəni prezidentin könülü, hər hansı kənar indekslər və kənar dalğalar olmadan seçdiyi göz qabağındadır”. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib. O həmçinin qeyd edib ki, bu iş qanunvericilik müstəvisində aparılmalıdır ki, qanunlardakı boşluqlardan istifadə edilməsin. “Mən bu müstəvidə aparılan işlərlə bağlı çoxsaylı misallar göstərə bilərəm. Son iki ayda baş verən proseslər fonunda vətəndaşların da dövlətdə gedən proseslərə xüsusi etimadının yarandığını kimsə inkar edə bilməz”,-deyə millət vəkili vurğulayıb. Z.Oruc bəzilərindən fərqli olaraq, korrupsiyaya qarşı mübarizənin bolşevik ruhu ilə aparılmasını düzgün hesab etmir. “Çünki bu, dünya tarixində çox mənfi nəticələr doğurub, Azərbaycanda da ciddi problemlər meydana çıxara bilər. Mənim anlamımda, cənab prezidentin də qeyd etdiyi kimi, bu proses davamlı olmalıdır. Yaxın aylarda ola bilər ki, kadr islahatlarının, ayrı-ayrı şəxslərin istefaya göndərilməsinin şahidi olaq. Bu prosesin davamlı xarakter alması üçün biz çox işləməliyik. Müxalifət də bu mübarizədə kimlərəsə sığorta sənədi verməməli, çirkli pulların yuyulduğu məkana çevrilməməlidir,-deyə o, əlavə edib.
    29.03.11 Məqaləni oxumaq
     
    qhtxeber.az informasiya portalında dəyişikliklər baş verib
    Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qhtxeber.az informasiya portalında dəyişikliklər baş verib. Bu barədə məlumatı KƏLAMİNFO-ya qhtxeber.az saytından veriblər. QHT sektorunun əsas tribunası olan qhtxeber.az-dakı dəyişikliklər vətəndaş cəmiyyəti təmsilçilərinin fəaliyyətinin səmərəliliyinin artırılmasına yönəlib. Saytın redaktoru Jalə Tofiqqızı bildirib ki, QHT-lərin fəaliyyətinin qhtxeber.az-da geniş işıqlandırılması məqsədilə imkanlar daha da artırılıb. Saytda baş verən əsas yenilik isə QHT TV rubrikasının açılmasıdır. Belə ki, artıq saytda QHT sektorunun fəaliyyətində baş verən önəmli hadisələrin video görüntüləri də yer alacaq.
    28.03.11 Məqaləni oxumaq
     
    Qurban Yetirmişli “Qafqazda seysmik təhlükəsizlik” mövzusunda keçirilən konfransda iştirak edib
    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin Baş direktoru Qurban Yetirmişli Gürcüstanda səfərdə olub. Səfəri çərçivəsində AMEA RSXM-in Baş direktoru NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramı çərçivəsində “Qafqazda seysmik təhlükəsizlik” mövzusunda keçirilən konfransda iştirak edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Respublika Seysmoloji Xidmət Mərkəzindən veriblər.
    28.03.11 Məqaləni oxumaq
     
    Türkiyədə 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar konfrans keçiriləcək
    Martın 30-da Türkiyənin İğdır şəhərində 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar konfrans keçiriləcək. Türkiyə Azərbaycan Dərnəyindən KƏLAMİNFO-ya verilən məlumata görə, İğdır və bölgədə Azərbaycan türklərinə qarşı soyqırımlar və erməni iddiaları mövzunda keçiriləcək konfransda hər iki ölkədən olan ziyalılar, Azərbaycan Milli Məclisinin deputatları, qeyri-hökumət təşkilatlarının təmsilsiləri iştirak edəcəklər. Tədbirdə ermənilərin Azərbaycanın tarixi torpaqlarında xalqımıza qarşı törətdiyi soyqırımla bağlı müzakirələr aparılacaq, həmin hadisələrə həsr olunmuş film nümayiş etdiriləcək. Konfrans çərçivəsində Ermənistanın “Metsamor” AES-nin fəaliyyətinin dayandırılması üçün çağırışlar ediləcək.
    28.03.11 Məqaləni oxumaq
     
    Azərbaycan Silahlı Qüvvələrinin iki yüksək rütbəli zabiti yol qəzasına ölüb
    Azərbaycan Silahlı Qüvvələrinin iki yüksək rütbəli zabiti yol qəzasına düşüb. KƏLAMİNFO-nun qərb bölgəsi üzrə müxbirinin verdiyi məlumata görə, hadisə martın 27-də gecə qeydə alınıb. İçərisində zabitlərin olduğu “Mercedes” markalı avtomobil Şəmkir rayonu ərazisində yoldan çıxaraq aşıb. Nəticədə avtomobilin içində olan şəxslər, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin qərargah rəisi, mayor Nəsimi Xankişiyev və rabitə bölüyünün rəis müavini, mayor Tahir Məmmədov aldıqları xəsarətlər nəticəsində hadisə yerində ölüblər. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
    28.03.11 Məqaləni oxumaq
     
    Bu gün Azərbaycanın milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günüdür
    Bu gün Azərbaycanın milli təhlükəsizlik orqanları əməkdaşları peşə bayramlarını qeyd edirlər. KƏLAMİNFO xəbər verir ki, peşə bayramı ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı üzərinə əklil qoyublar. MTN işçiləri görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla anıb, məzarı üzərinə gül dəstəsi qoyublar. Nazirliyin əməkdaşları sonra Şəhidlər Xiyabanına gələrək, ölkəmizin müstəqilliyi uğrunda canlarından keçən oğul və qızlarımızın unudulmaz xatirəsini yad edib, məzarları üstünə gül dәstәlәri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar. Xatırladaq ki, 1919-cu il mart ayının 28-də Azәrbayҹan Demokratik Respublikasının Hərbi naziri Səməd bəy Mehmandarovun və Baş Qərargah rəisi Məmməd bəy Sulkeviçin imzaladıqları 157 saylı əmrlə Hərbi Nazirliyinin Baş Qərargahının general-kvartirmeystr şöbəsində kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradılıb.
    28.03.11 Məqaləni oxumaq
     
    Azərbaycan RRB-nin Qazaxıstanda keçirilən iclaslarına qatılacaq
    Aprelin 01-də Qazaxıstanın Almatı şəhərində Regional Rabitə Birliyinin (RRB) Poçt Rabitəsi üzrə Komissiyasının 32-ci və RRB-nin Poçt Rabitəsi Operatorları Şurasının 21-ci bircə iclası keçiriləcək. Toplantıda üzv kimi Azərbaycan da iştirak edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) mətbuat xidmətindən veriblər. Azərbaycanı tədbirlərdə RİTN-nin Poçt sektorunun müdiri Novruz Məmmədov təmsil edir. Tədbirdə poçt xidmətlərinin bütövlüyü, davamlılığı və təhlükəsizliyinə dair məsələlər, birgə poçt markalarının buraxılması layihəsi, eləcə də RRB çərçivəsində ekspress-poçt (EMS) sisteminin yaradılmasına dair konsepsiyanın həyata keçirilməsi və digər vacib istiqamətlər müzakirə olunacaq. Birgə iclasdan qabaq 29-31 mart tarixlərində Ümumdünya Poçt İttifaqının “Xidmət keyfiyyətinin yüksəldilməsi” adlı Strateji regional layihəsi çərçivəsində, yerlərdə təyin olunmuş poçt operatorlarına köməkliyin göstərilməsi üzrə regional yanaşmaya dair məsələlərə həsr olunmuş seminar keçiriləcək.
    28.03.11 Məqaləni oxumaq
     
    Sabah Tiflisdə 10-cu Gürcüstan Beynəlxalq Neft, Qaz, İnfrastruktur və Enerji konfransı işə başlayacaq
    Martın 29-30-u tarixlərində Gürcüstanın paytaxtı Tiflisdə 10-cu Gürcüstan Beynəlxalq Neft, Qaz, İnfrastruktur və Enerji Konfransı (GİOGİE 2011) keçiriləcək. Gürcüstanın Enerji, Təbii Sərvətlər və Ətraf Mühitin Mühafizəsi, Regional İnkişaf və İnfrastruktur nazirlikləri, Gürcüstan Beynəlxalq Neft, Qaz Korporasiyası (GOGC) və Böyük Britaniya-Gürcüstan Ticarət Palatasının təşkilatçılığı ilə keçiriləcək beynəlxalq tədbirdə 150-dən çox qonağın iştirak edəcəyi gözlənilir. Konfransda Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzini (SAM) enerji məsələləri üzrə ekspert Gülmirə Rzayeva iştirak edəcək. SAM-ın mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumatia görə, tədbirdə Gürcüstanın neft, qaz, energetika və infrastrukturu sektorunda son işləmələr, beynəlxalq enerji təhlükəsizliyi, Xəzər-Qara Dəniz enerji koridoru, regional enerji layihələri, nəqletmə, beynəlxalq və yerli neft-qaz şirkətlərinin əməkdaşlıq imkanları, Azərbaycanın enerji siyasəti və digər bu kimi məsələlər əsas müzakirə mövzuları olacaq.
    28.03.11 Məqaləni oxumaq
     
    Səhiyyə Nazirliyi elan verdi
    Səhiyyə Nazirliyi tərəfindən çap edilmiş vahid resept blanklarının alınması üçün tabeliyindən asılı olmayaraq bütün tibb və əczaçılıq fəaliyyəti ilə məşgul olan müəssisələr nazirliyə müraciət etməlidirlər. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər. Resept blanklarının tibb müəssisələrinə paylanılması Səhiyyə Naziliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən aparılir.
    18.03.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 100 101 102 103 104 105 106 107 108 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30