Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 97 98 99 100 101 102 103 104 105 » #
    Azərbaycan insan hüquqları sahəsində öhdəliklərini uğurla yerinə yetirir
    Ombudsman  Elmira Süleymanova Avropa Şurasının (AŞ) Media bölümü üzrə proqram məsləhətçisi Leyla Dervisagici qəbul edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Ombudsman Aparatının mətbuat xidmətindən veriblər.
    Görüşdə ombudsman qeyd edib ki, Azərbaycan insan hüquqlarının təmini sahəsində öz üzərinə götürdüyü öhdəlikləri uğurla yerinə yetirməkdədir. E.Süleymanova bugünlərdə Vyana şəhərində ATƏT-in Əlavə İnsan Ölçüsü üzrə görüşündə iştirakı ilə bağlı məlumat verib. O, fəaliyyətinin ilk dövrlərindən nüfuzlu beynəlxalq qurumlarla, o cümlədən AŞ ilə insan hüquqları sahəsində qarşılıqlı əlaqələrin qurulduğunu, bu əməkdaşlığın davam etdirilməsinin zəruriliyini söyləyib.
    22.04.11 Məqaləni oxumaq
     
    Ombudsman daxili işlər naziri və Baş prokurora müraciət edib
    Ombudsman Aparatının əməkdaşları Bakı Şəhər Baş Polis İdarəsinin İnzibati həbs olunanların saxlanma məntəqəsində 17 aprel 2011-ci il tarixdə baş verən aksiya zamanı saxlanılan şəxslərlə görüşüblər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Ombudsman Aparatının mətbuat xidmətindən veriblər. İQHSM-də saxlanılan şəxslər orada saxlanma şəraiti və müəssisə əməkdaşlarının onlarla rəftarından şikayət etməyiblər. Ombudsman daxili işlər naziri və Baş prokurora məktubla müraciət edərək, başçəkmə zamanı saxlanılan şəxslərdən alınan məlumatların yoxlanılmasını, qanun çərçivəsində tədbir görülməsini və nəticəsi barədə məlumat verilməsini xahiş edib.
    21.04.11 Məqaləni oxumaq
     
    Hicran Hüseynova: “Qadınların nikah yaşının 18-ə qaldırılması ilə bağlı öhdəliyimiz var”
    “Qadınların nikah yaşının 18-ə qaldırılması ilə bağlı Azərbaycanın beynəlxalq konvensiya qarşısında öhdəliyi var və bu öhdəliyi də mütləq yerinə yetirməlidir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova bildirib. O qeyd edib ki, Azərbaycan digər sahələrdə olduğu kimi nikah məsələsində də öhdəliyi yerinə yetirəcək. Parlamentin Sosial siyasət komitəsinin bu məsələnin hələ tez olması ilə bağlı rəyinə münasibət bildirən H.Hüseynova deyib ki, bunun gec və ya tez olmasına heç kim qərar verə bilməz. “Burada əsas əhalinin buna münasibətidir ki, hazırda rəhbərlik etdiyim komitə bununla bağlı respublika üzrə iş aparır.
    21.04.11 Məqaləni oxumaq
     
    Düşmən Gədəbəy və Xocavənd istiqamətində mövqelərimizi atəşə tutub
    Ermənilər aprelin 19-da saat 12.35-dən 13.05-dək Ermənistanın Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 18.55-dən 18.58-dək isə Xocavənd rayonu Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
    20.04.11 Məqaləni oxumaq
     
    Azərbaycan Ordusunun iki əsgəri yaralanıb
    Ermənistan Silahlı Qüvvələrinin Xocavənd rayonu istiqamətində atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun iki əsgəri yaralanıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya bildiriblər ki, hadisə Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında qeydə alınıb. Azərbaycan Ordusunun əsgərləri - 1991-ci il təvəllüdlü Fazil Elxan oğlu Abdullayev və 1990-cı il təvəllüdlü Elşən İsfəndiyar oğlu Nəzərov düşmən gülləsinə tuş gəlib. Hər iki əsgər hospitala yerləşdirilib. F.Abdullayevin vəziyyəti orta ağır qiymətləndirilir. E.Nəzərov isə yüngül xəsarət alıb. Qeyd edək ki, yaralılardan biri Gədəbəy, digəri isə Kəlbəcər Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.
    20.04.11 Məqaləni oxumaq
     
    DSMF ilin birinci yarısından elektron hesabat sistemini tətbiq edəcək
    Dövlət Sosial Müdafiə Fondu bu ilin ilk yarısından etibarən elektron hesabat sistemini təqdim edəcək. Bu barədə “KƏLAMİNFO”ya fondun mətbuat xidmətindən bildirilib. Mətbuat xidmətinin məlumatında qeyd edilir ki, elektron hesabat proqramı artıq hazırdır: “Hazırda sınaq işləri həyata keçirilir. Bu ilin birinci yarısından sistemin tətbiqinə başlayacağıq”. Qeyd edək ki, vergi hesabatları artıq bir neçə ildir elektron həyata keçirilir. DSMF-nin özündə isə avtomatlaşdırılmış fərdi uçot sistemi tətbiq olunur.
    19.04.11 Məqaləni oxumaq
     
    İKT sektorunda 24 faizlik artım qeydə alınıb
    Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2011-ci ilin I rübünün yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib. Nazirlikdən “KƏLAMİNFO”a verilən məlumatda bildirilir ki, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov kollegiya iclasında ölkə başçısının Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı proqram xarakterli çıxışından irəli gələn vəzifələr və perspektivlər barədə danışaraq, informasiya-kommunikasiya texnologiyalarının böyük kommersiya əhəmiyyəti daşıması, sektorun yeni gəlir mənbəyinə çevrilməsinin gələcəkdə bu sektorda əldə olunacaq gəlirlərin ölkə iqtisadiyyatının inkişafına güclü təsir göstərəcəyini qeyd edib.
    19.04.11 Məqaləni oxumaq
     
    Məlahət İbrahimqızı: Radikal müxalifət dövlətimizin nüfuzuna zərbə vurmaq istəyir
    “Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq istəyən qüvvələr heç vaxt məqsədlərinə çatmayacaq. Çünki xalqımız həmin qüvvələri çoxdan tarixin arxivinə göndərib”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri yap.org.az saytına açıqlamasında YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib. M.İbrahimqızı bildirib ki, bu gün radikal müxalifət dövlətimizin nüfuzuna zərbə vurmaq istəyir. Onun sözlərinə görə, belə hərəkətləri yalnız antimilli qüvvələr edə bilər. “Amma belə cəhdlərin heç bir mənası yoxdur. Çünki ictimaiyyətin qanunsuz mitinq cəhdlərinə kəskin etirazı bir daha təsdiqləyir ki, xalqımız bir daha 1990-cı illərin əvvəlini yaşamaq istəmir. Ölkə vətəndaşları Prezidentimizin ətrafında sıx birləşib və həyata keçirilən siyasəti dəstəkləyirlər” - deyə YAP Siyasi Şurasının üzvü vurğulayıb.
    18.04.11 Məqaləni oxumaq
     
    Əhalinin əmanətləri artıb
    Əhalinin banklara qoyduğu əmanətlərin məbləği keçən ilin müvafiq dövrü ilə müqayisədə 29.7 faiz artaraq mart ayının 1-nə 3.1 milyard manata çatıb. Milli valyuta ilə vəsait qoyuluşu 44.5 faiz, xarici valyuta ilə 18.8 faiz artaraq müvafiq olaraq 1.5 milyard və 1.6 milyard manat olub. “KƏLAMİNFO”nun məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin ötən rüblə bağlı hesabatında bildirilir. Hesabatda qeyd edilir ki, bu müddət ərzində verilmiş kreditlərin məbləği 2010-cu ilin iki ayı ilə müqayisədə 9.7 faiz artaraq 9.2 milyard manat təşkil edib. Kreditlərin 72.7 faizi uzun müddətə verilmiş, 5.6 faizinin ödəmə vaxtı keçib: “Martda 1 ABŞ dolları 0.79 manata, 1 Avro 1.11 manata, 100 Rusiya rublu 2.79 manata, yanvar-mart aylarında isə müvafiq olaraq 0.80, 1.09 və 2.72 manata bərabər olub”.
    15.04.11 Məqaləni oxumaq
     
    Bakıda MDB iştirakçısı olan dövlətlərin Bədən tərbiyəsi və idman üzrə Şurasının növbəti iclası keçirilir
    Bu gün Bakıda MDB iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş iştirakçılarının Bədən tərbiyəsi və idman üzrə Şurasının növbəti iclası başlayıb. KƏLAMİNFO xəbər verir ki, iclasda Azərbaycanla yanaşı, Rusiya, Qazaxıstan, Tacikistan, Belarus, Qırğızıstan, Moldova, Özbəkistan və Türkmənistandan olan nümayəndə heyəti işğtirak edir. İclasda idman və gənclər sahəsini əhatə edəcək bir sıra mövzular müzakirə olunacaq.
    15.04.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 97 98 99 100 101 102 103 104 105 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30