Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 95 96 97 98 99 100 » #
    Bu günə qədər Liderlik Məktəbini 350-dək məzun bitirib
    Ombudsmanın Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdindəki Liderlik Məktəbində tədbir keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Ombudsman Aparatından veriblər. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, kimya elmləri doktoru, professor Vaqif Abbasovun dəvət olunduğu tədbirdə məktəbin yetirmələri, valideynlər və müəllimlər iştirak ediblər. Tədbirdə çıxış edən V.Abbasov ölkəmizdə uşaq hüquqlarının müdafiəsi və həyata keçirilməsi, uşaq və gənclərin təlim-tərbiyəsi, ahəngdar inkişafı və sağlamlığı problemlərinin həllinə dövlət tərəfindən mühüm əhəmiyyət verildiyi, uşaqların problemlərinin milli prioritetlər səviyyəsinə qaldırıldığı, Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir standartlara cavab verən çoxsaylı yeni məktəb binasının tikildiyi, təhsil, məktəbəqədər və sağlamlıq müəssisələri və uşaq evlərinin əsaslı təmir olunduğunu vurğulayıb.
    03.11.09 Məqaləni oxumaq
     
    TQDK Lənkəranda elmi-metodiki seminar keçirib
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Lənkəran şəhərində 3 fənn üzrə- riyaziyyat, Azərbaycan dili və ədəbiyyat, fizika fənləri elmi-metodiki seminarlar keçirib. Bu barədə məlumatı TQDK-nın mətbuat xidmətindən veriblər. Oktyabrın 31-də riyaziyyat fənni üzrə, noyabrın 1-də isə Azərbaycan dili, ədəbiyyat və fizika fənləri üzrə elmi-metodiki seminarlar keçirilib. Seminarlarda TQDK-nın müvafiq fənlər üzrə ekspertləri, mütəxəssisləri, Astara, Biləsuvar, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonlarının müəllimləri və mütəxəssisləri iştirak ediblər.
    02.11.09 Məqaləni oxumaq
     
    BDU-da təbiət və humanitar elmlərə həsr olunan beynəlxalq konfrans keçirilir
    Bu gün Bakı Dövlət Universitetində (BDU) təbiət və humanitar elmlərlə bağlı beynəlxalq konfrans işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, konfransda çıxış edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov bildirib ki, elmi konfrans rəhbərlik etdiyi ali təhsil ocağının yubileyi çərçivəsində keçirilir. Konfransda 1300-ə yaxın məruzəçinin iştirak etdiyini diqqtə çatdıran A.Məhərrəmov yığıncaqda 800-dən artıq məruzənin dinləniləcəyini söyləyib. O, konfransa 40-a yaxın xarici qonağın qatıldığını vurğulayıb və bildirib ki, onlar Gürücüstan, Rusiya, Ukrayna, Tacikistan, Rumıniya, Almaniya, Özbəkistan və digər ölkələrdəndir. Onun sözlərinə görə, konfransda xarici mütəxəssislərin də məruzələri dinləniləcək. A.Məhərəmov qeyd edib ki, məruzələr 16 ixtisas üzrə olacaq. Rəhbərlik etdiyi ali təhsil ocağının tarixindən bəhs edən A.Məhərəmov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətin yadigarı olaraq yaranan universitetdə noyabrın 12-də ilk məruzə dinlənilib. O, dövrdə universitetin 44 nəfər əməkdaşdan ibarət olduğunu xatırladan A.Məhərrəmov onlardan 2-nin mili kadr olduğunu söyləyib.
    31.10.09 Məqaləni oxumaq
     
    BDU-nun yubileyinə müxtəlif ölkələrdən 70-ə yaxın nümayəndə heyəti qatılacaq
    Bakı Dövlət Universitetinin (BDU) noyabrın 2-də dövlət səviyyəsində keçiriləcək yubiley tədbirinə dünyanın 20-ə yaxın ölkəsindən müxtəlif ali təhsil ocaqlarının rektorları qatılacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə musahibəsində BDU-nun rektoru, akademik Abel Məhərrəmov verib. A.Məhərrəmov qeyd edib ki, Lomonosov adına Moskva Dövlət Universiteti (MDU) və Türkiyənin müxtəlif aparıcı universitetlərin rektorlarının da qatılacağı konfransa bütövlükdə müxtəlif ölkələrdən 70-ə yaxın nümayəndə heyəti gələcək. Onun sözlərinə görə. nümayəndə heyətləri arasında Avropa və Amerikadan da qonaqlar olacaq.
    30.10.09 Məqaləni oxumaq
     
    TQDK Naxçıvan MM prokurorluq orqanlarında işləmək istəyənlər üçün test imtahanı keçirir
    Sabah Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə müvafiq olaraq Naxçıvan Muxtar Respublikası prokurorluq orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. İşə qəbulla bağlı sənədlərin qəbulu cari ili naprel ayının 1-dən avqustun 1-dək aparılıb, 14 ştat vahidi üzrə müsabiqədə iştirak etmək istəyən 62 nəfərin namizədliyi qeydə alınıb. Test imtahanı 3 saat davam edəcək və imtahanda namizədlərə 100 sualdan ibarət sual kitabçası təqdim olunacaq. İxtisas üzrə 80 sual hüququn müxtəlif sahələrini əhatə edir və bu sualların hər biri 1 balla qiymətləndirilir. Digər 20 sual isə namizədlərin məntiqi nəticə çıxarmaq qabiliyyətini yoxlamaq üçün nəzərdə tutulub. Məntiqi suallara verilən hər düzgün cavab 0.5 balla qiymətləndirilir. Müsabiqə qaydalarına uyğun olaraq test imtahanında 60 və daha çox bal toplamış namizədlər növbəti mərhələyə buraxılacaqlar. İmtahanın nəticələri TQDK-nın (www.tqdk.gov.az) internet saytında yerləşdiriləcək.
    30.10.09 Məqaləni oxumaq
     
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası növbəti elmi-metodiki seminarını keçirib
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tarix fənni üzrə növbəti elmi-metodiki seminarını keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Seminarda ali məktəblərin II ixtisas qrupu və 9 illik təhsil bazasından orta ixtisas məktəbləri üçün tarix fənnindən qəbul proqramlarının təkmilləşdirilməsinin müzakirəsi olub. Seminar iclasında II ixtisas qrupu üzrə “Azərbaycan tarixi” və 9 illik təhsil bazasından orta ixtisas məktəbləri üçün qəbul proqramları geniş müzakirə edilib. Orta məktəb dərsliklərində əsaslı dəyişikliklər olmadığından, qəbul proqramlarında yalnız redaktə xarakterli düzəlişlər aparılıb. Ali məktəblərin II ixtisas qrupu və 9 illik təhsil bazasından orta ixtisas - məktəbləri üçün qəbul proqramlarının ədəbiyyat siyahısına Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş və 2005-2009-cu illərdə nəşr edilmiş tarix dərslikləri əlavə edilib.
    30.10.09 Məqaləni oxumaq
     
    ADA Beynəlxalq münasibətlər və diplomatiya üzrə iki illik magistraturaya tələbə qəbulu elan edir
    Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında 2010-2011-ci tədris ili üçün Beynəlxalq münasibətlər və diplomatiya üzrə iki illik magistraturaya tələbə qəbulu başlanıb. ADA-dan KƏLAMİNFO-ya verilən məlumata görə, ingilis dilində olacaq təhsil proqramı Azərbaycan və xarici ölkə vətəndaşları üçün nəzərdə tutulub. Magistratura bakalavr dərəcəsini yeni bitirənlərlə yanaşı, həmçinin müəyyən iş təcrübəsinə malik insanlar üçün də nəzərdə tutulub. Tərtib olunmuş təhsil proqramı dövlət müəssisələrində müvafiq sahələr üzrə işləyənlərin peşəkarlığının artırılması üçün də yaxşı vasitədir. Təhsilin əyani olmasına baxmayaraq, ADA tələbələrinə həftədə 20 saatdan çox olmamaq şərti ilə işləməyə icazə verilir. Tələbə qəbulu ilə bağlı qaydalarla tanış olmaq istəyənlər ADA-nın vebsaytına (www.ada.edu.az) müraciət edə bilərlər.
    28.10.09 Məqaləni oxumaq
     
    TQDK-da kimya fənni üzrə elmi-metodiki seminar keçirilib
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) kimya fənni üzrə elmi-metodiki seminar keçirilib. TQDK-dan KƏLAMİNFO-a verilən məlumata görə, seminarda gündəlik məsələ, 2010-cu ildə ali məktəblərə I ixtisas qrupu üzrə keçiriləcək qəbul imtahanları üçün kimya fənnindən qəbul proqramının müzakirəsi olub. Seminar iclasında müzakirələr nəticəsində proqramda yalnız redaktə xarakterli düzəlişlər və müəyyən dəqiqləşmələr aparılması təklif edilib. Növbəti seminar iclasında 2009-cu ildə ali məktəblərə I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında kimya fənnindən (C variantı) təklif olunan test tapşırıqlarının elmi-metodiki təhlili aparılacaq.
    27.10.09 Məqaləni oxumaq
     
    Təhsil Nazirliyinə 51 müraciət daxil olub
    Sentyabrın 1-dən oktyabrın 16-dək Təhsil Nazirliyinin “qaynar-xətt”inə 51 müraciət daxil olub. Bu barədə məlumatı Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin böyük məsləhətsisi, “qaynar-xətt”in koordinatoru Ənvər İmanov verib. Ə.İmanov qeyd edib ki, müraciətlərin 60 faizi ümumtəhsil müəssisələrində dərslik məsələsi ilə bağlı olub. Onların 25 faizinin məktəbəqədər tərbiyyə müəssisələri ilə əlaqədar olduğunu diqqətə çatdıran Ə.İmanov müraciətlərin 10 fazinin isə müəllimlərin aylıq məvaciblərinin gecikməsi ilə bağlı olduğunu söyləyib. O, vətəndaşlar tərəfindən ünvanlanan müraciətlərin 5 faizinin səlahiyyətləri çərçivəsində olduğunu da açıqlayıb. “Bəzən 75 yaşlı müəllimlər müracit edirlər ki, məni niyə fəxri adla təltif etmirlər. Biz də cavab veririk ki, bu məsələ bizim səlahiyyətlərimiz xaricindədir. Ona görə də biz, məcburən belə müraciətləri də qeydə alırıq”,-deyə Ə.İmanov əlavə edib. Onun sözlərinə görə, “qaynar-xətt”ə daxil olan məlumatlarla əlaqədar noyabr ayının əvvəllərində ətraflı açıqlama veriləcək.
    27.10.09 Məqaləni oxumaq
     
    Bakıda təhsil sərgisi keçiriləcək
    Oktyabrın 31-də “Hyat Regency” otelinin Bakı zalında Malayziya universitetlərinin təhsil sərgisi keçiriləcək. Bu barədə məlumatı Təhsil Nazirliyindən veriblər. Sərgidə Malayziya Kebangsaan, Putra Universiteti, Multimedia, Curtin Texnologiya, Limkokwing Yaradıcı Texnologiya universitetləri və Kasturi Beynəlxalq Kolleci iştirak edəcəklər. Qeyd edək ki, Malayziya universitetləri xaricdən gələn tələbələr üçün münasib təhsil xərcləri əsasında müxtəlif istiqamətlər üzrə təhsil proqramları təklif edir. Bundan başqa, Malayziyada Avstraliya və Birləşmiş Krallığın bir sıra universitetlərinin filialları fəaliyyət göstərir və tələbələr bu universitetlərdə də yüksək keyfiyyətli təhsil almaq imkanı əldə edirlər. Xatırladaq ki, sərgi noyabrın 1-də başa çatacaq.
    26.10.09 Məqaləni oxumaq
     
    Səhifələr : # « 95 96 97 98 99 100 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30