Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 94 95 96 97 98 99 100 » #
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası növbəti elmi-metodiki seminarını keçirib
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) fizika fənni üzrə növbəti elmi-metodiki seminarını keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. İclasda 2009-cu ildə ali məktəblərə IV ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında fizika fənnindən istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki təhlili aparılıb. Təhlil göstərib ki, test tapşırıqları daha çox məntiqə əsaslanaraq nəzəri biliklərin tətbiqini, fiziki hadisə və proseslərin mahiyyətinin dərk edilməsinə, abituriyentlərin fizika fənnindən bilik və bacarıqlarının aşkara çıxarılmasına imkan verib. Abituriyentlərin əksəriyyəti mayelərin sıxlığının ölçülməsinə aid cihaza, çevrə üzrə bərabərsürətli hərəkətə aid hesablama tipli, sürtünmə qüvvəsinə aid qrafik tipli test tapşırıqlarına yaxşı, atom fizikası və elektrik sahəsinə aid hesablama tipli, impulsa, ağırlıq qüvvəsinə, həndisi optikaya aid keyfiyyət tipli və müxtəlif mühitlərdə elektrik cərəyanına aid qrafik tipli tapşırıqlara isə nisbətən zəif nəticə göstəriblər. Növbəti seminar iclasında müzakirə davam etdiriləcək.
    11.11.09 Məqaləni oxumaq
     
    Təhsil Nazirliyi zərurət yaranacağı təqdirdə tədrisi dayandıracaq
    Azərbaycanda aşkar olunan “donuz qripi” ilə əlaqədər ölkədə fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədrisin dayandırılması hələlik nəzərdə tutulmayıb. Bu barədə məlumatı Təhsil Nazirliyinin mətbuat xidmətindən veriblər. Nazirlikdən bildirilib ki, ölkədə xəstəliklə əlaqədar kritik vəziyyət yaranarsa və buna görə Səhiyyə Nazirliyinin tövsiyyəsi olarsa, o zaman təhsil müəssisələrində tədris dayandırıla bilər. “Xəstəliyin əhatə dairəsi genişlənərsə, o halda Səhiyyə Nazirliyi hökumətə müraciət edə bilər. Həmin müraciətdə təhsil müəssisələrinin bağlanması da göstərilərsə və bu təsdiq olunarsa o zaman məktəblər bağlana bilər”,-deyə nazirlikdən məsələyə münasibət bildirilib.
    11.11.09 Məqaləni oxumaq
     
    Ali məktəb tələbələrinin fənn olimpiadasının II turu keçiriləcək
    Noyabrın 14-də Bakı Slavyan Universitetində (BSU) Ali məktəb tələbələrinin XIV Respublika fənn olimpiadasının II turu keçiriləcək. Bu barədə məlumatı Təhsil Nazirliyindən veriblər. Tədbir Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarına əsasən reallaşacaq.
    10.11.09 Məqaləni oxumaq
     
    TQDK-da növbəti elmi-metodiki seminar keçirilib
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) Psixometriya üzrə növbəti elmi-metodiki seminar keçirilib. Bu barədə məlumatı TQDK-nın mətbuat xidmətindən veriblər. Seminar iclasında 2010-cu ildə magistraturaya qəbul imtahanı üçün məntiqi təfəkkürün yoxlanması üzrə qəbul proqramının, “Magistr” jurnalında dərc olunacaq test tapşırıqları nümunələri və onlara dair veriləcək izahlı məlumatın müzakirəsi aparılıb.
    10.11.09 Məqaləni oxumaq
     
    Təhsil müəssisələrin sayının 500-ə çatdırılması planlaşdırılır
    Cari ilin sonunadək Azərbaycan təhsil şəbəkəsinə (Azedunet) qoşulacaq təhsil müəssisələrin sayının 500-ə çatdırılması planlaşdırılır. Hazırda isə 350-ə yaxın müəssisə bu şəbəkəyə qoşulub, daha 150 məktəbin şəbəkəyə qoşulması istiqamətində iş gedir. Bu barədə məlumatı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən veriblər. Azedunet şəbəkəsinə qoşulmuş məktəblər vahid yüksək sürətli intranet-şəbəkəsi çərçivəsində birləşdirilir. Vahid təhsil şəbəkəsinin mövcudluğu ölkə çərçivəsində təhsil ocaqları arasında yüksək sürətli məlumat mübadiləsini təmin etməyə imkan verir.
    09.11.09 Məqaləni oxumaq
     
    TQDK-da növbəti elmi-metodiki seminar keçirilib
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) “Coğrafiya” fənni üzrə növbəti elmi-metodiki seminar keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Gündəlik məsələ, 2009-cu il ali məktəblərin II ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında “Coğrafiya” fənnindən istifadə olunmuş test tapşırıqlarının (A variantı 85-100) elmi-metodik və statistik təhlili olub. Çıxışlarda qeyd olunub ki, abituriyentlərə təqdim edilmiş test blokunda “Coğrafiya” fənninə kompleks yanaşılıb, onun müxtəlif aspektlərinə, mövzuların yeni, aktual istiqamətlərinə diqqət verilib.
    07.11.09 Məqaləni oxumaq
     
    TQDK-da növbəti elmi-metodiki seminar keçirilib
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) İngilis dili fənni üzrə növbəti elmi-metodiki seminar keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Seminar iclasında statistik məlumatlardan da istifadə etməklə 2009-cu ildə magistraturaya qəbul imtahanlarında təklif olunan test tapşırıqlarının elmi-metodiki təhlilinə başlanılıb. Müzakirələr zamanı “A” variantında təklif olunmuş test tapşırıqlarının qəbul proqramına uyğun şəkildə tərtib edildiyi və bu proqramda verilmiş dərsliklər və dərs vəsaitləri çərçivəsindən kənara çıxmadığı qeyd edilib. Test bloku içərisində bakalavrların düzgün cavab verməkdə çətinlik çəkdiyi və cavab verməkdən imtina etdiyi test tapşırıqları müəyyənləşdirilərək təhlil edilib, bunların səbəblərinin müəyyən edilməsi istiqamətində müzakirələr aparılıb. Müzakirələr göstərib ki, tərcümə ilə əlaqədar test tapşırıqlarına bakalavrların çox hissəsi düzgün cavab verib. Seminarda qərara alınıb ki, magistraturaya qəbul imtahanlarında təklif olunmuş digər variantlardakı test tapşırıqlarının elmi-metodiki təhlili növbəti seminar iclasında da davam etdirilsin.
    06.11.09 Məqaləni oxumaq
     
    Milli Elm Fondu müsabiqə elan edib
    Azərbaycan Milli Elm Fondu (MEF) İnnnovasiya Tədqiqatları Elmi Mərkəzinə işə qəbulu üçün müsabiqə elan edib. Fondun direktoru Fuad İsmayılovun KƏLAMİNFO-ya verdiyi məlumata görə, müsabiqə mərkəzə laboratoriya meneceri tələb olunduğu üçün elan olunub. Qeyd edək ki, müsabiqədə iştirak etmək arzusunda olan şəxs 30 yaşdan yuxarı, elmi dərəcəli, bir neçə Qrant müsabiqələrinin qalibi, beynəlxalq konfransların iştirakçısı olmalıdır. Bundan əlaıvə, o, qəzet və jurnallarda elmi-publisistik məqalələrlə çıxış edən şəxs olmalıdır. Maraqlananlar noyabrın 30-dək müvafiq sənədrləri MEF-yə (www.ansf.az) (012 497-15-26) təqdim edə bilərlər. Qeyd edək ki, sözügedən mərkəz enerji, kənd təsərrüfatı və biotexnologiya sahəsinin elmi tədqiqıni aparır.
    05.11.09 Məqaləni oxumaq
     
    Beynəlxalq Təhsil Sərgisi-2009 keçiriləcək
    Cari ilin 7 noyabr tarixində “Beynəlxalq Təhsil Sərgisi- 2009”a qatılan hər bir gənc bir sıra nüfuzlu xarici universitetlər haqda məlumat toplamaqla yanaşı, yerli universitetlərlə əməkdaşlıq əlaqələri də qura biləcək. Bu barədə məlumat Gənclər və İdman Nazirliyi mətbuat xidmətindən veriblər. Kaspi Təhsil Mərkəzi tərəfindən Landmark otelinin Rotunda Zalında keçiriləcək sərgidə Glasgow Universiteti (Böyük Britaniya), East Anglia Universiteti (Böyük Britaniya), Glion Ali Təhsil İnstitutu (İsveçrə), INTO (Böyük Britaniya), Study Group (Böyük Britaniya), Kendall College (ABŞ) kimi nüfuzlu universitetlər və təhsil müəssisələri iştirak edəcək. Sərgiyə qatılanlar iştirakçı universitetlər haqda ümumi məlumatla tanış olmaq, universitetlərə müraciət formaları və müddətləri, ərizələrin doldurulması qaydaları, müxtəlif pillələr üzrə təhsil formaları, bakalavr, magistr proqramları, eləcə də dil kursları haqda geniş məlumat almaq imkanı qazanacaqlar.
    05.11.09 Məqaləni oxumaq
     
    “Şərq filologiyası məsələləri” toplusunun 4-cü buraxılışı işıq üzü görüb
    Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şərqşünaslıq İnstitutunun “Şərq filologiyası məsələləri” toplusunun 4-cü buraxılışı çapdan çıxıb. AMEA-dan KƏLAMİNFO-ya verilən məlumata görə, topluda ərəb, fars və türk filologiyasının aktual məsələlərinə dair məqalələr öz əksini tapıb. toplunun ərəb filologiyası bölməsində “Mağara” simvolizmi, “Min bir gecə” nağılları, İran filologiyası bölməsində Nizaminin meracnamələri, Hafiz və Nəsimi şeirlərində “Can” və “Cahan” anlayışlarının poetik-irfani dəyərləri, İslam inqilabı ərəfəsində İran hekayəsi, “Təzkürətül-övliya” əsərinin konseptual məqamları, Cami və Füzulinin “Hədisi ərbəin” əsərlərinin müqayisəsi əks olunub. Türk filologiyası bölməsində isə türk aşıq ədəbiyyatının inkişaf tarixi, satiranın nəzəri məsələləri, yeni türk hekayəçiliyinin formalaşması, türkcədən Azərbaycan dilinə tərcümənin leksik-semantik problemləri, Nazim Hikmətin dramaturgiyası və şərq folklor qaynaqlarından və digər məqalələrdən bəhs olunub.
    04.11.09 Məqaləni oxumaq
     
    Səhifələr : # « 94 95 96 97 98 99 100 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30