Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 91 92 93 94 95 96 97 98 99 » #
    AMEA-nın Neft-Kimya Prosesləri İnstitutu beynəlxalq mükafata layiq görülüb
    Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Neft-Kimya Prosesləri İnstitutu “European Quality” (Avropa keyfiyyəti) Beynəlxal mükafata layiq görülüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər. İnstitut mükafata Avropa standartlarına uyğun yüksək keyfiyyətli təhsil xidmətlərinin əldə olunması üçün təşəbbüs göstərdiklərinə görə layiq görülüb.
    18.12.09 Məqaləni oxumaq
     
    Gürcüstanın Azərbaycan dilli məktəbləri arasında 4-cü uşaq rəsm əsərlərinin müsabiqəsi keçirilib
    Bu gün Tiflisdə Vernisaj Sərgi Salonunda Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş Gürcüstanın Azərbaycan dilli məktəbləri arasında 4-cü uşaq rəsm əsərləri müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi təşkil olunub. Mərasimdə Heydər Əliyev Fondunun nümayəndəsi də iştirak edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Gürcüstandakı səfirliyimizdən veriblər. Müsabiqədə Gürcüstanda fəaliyət göstərən 24 azərbaycan dilli məktəb iştirak edərək 368 uşaq rəsmlərini təqdim edib. Mükafatlar 16 şagirdə və 5 məktəbə təqdim olunub.
    17.12.09 Məqaləni oxumaq
     
    TQDK-da növbəti elmi-metodiki seminar keçirilib
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) fizka fənni üzrə növbəti elmi-metodiki seminar keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. İclasda 2010-cu ildə ali məktəblərə qəbul imtahanlarında fizka fənnindən tətbiq ediləcək test modelinin müzakirəsinin davamı olub. Seminar iclasında test modeli barədə təkliflər və iradlar bildirilib. Test modeli irad və təkliflər nəzərə alınmaq, müəyyən düzəlişlər edilməklə qəbul olunub. Növbəti seminar iclasında test tərtibi metodikası ilə bağlı müzakirə aparılacaq.
    17.12.09 Məqaləni oxumaq
     
    ADA-nın magistraturasına sənəd vermiş bakalavrlar imtahanın ilk mərhələsini dekabrın 19-da verəcəklər
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Respublika ali məktəblərinin MBA və TEMPUS beynəlxalq proqramları üzrə magistraturasına və Azərbaycan Diplomatik Akademiyasının magistraturasına sənəd vermiş bakalavrlar üçün imtahanın ilk mərhələsi barədə məlumat yayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Məlumatda bildirilir ki, imtahanın birinci mərhələsinin dekabrın 19-da keçiriləcək. İmtahanda iştirak etmək üçün bakalavrlar sabahdan etibarən öz elektron ərizələrinə daxil olaraq birinci mərhələ üçün "İmtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidirlər. Bakalavrlar “İmtahana buraxılış vərəqəsi"ni və şəxsiyyəti təsdiq edən sənədi imtahana mütləq gətirməlidirlər.
    15.12.09 Məqaləni oxumaq
     
    Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının növbəti iclası keçiriləcək
    Dekabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının növbəti iclası keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər. İclasda Prezident Administrasiyası, Milli Məclis, Nazirlər Kabinetinin məsul şəxsləri, təhsil, kənd təsərrüfatı, səhiyyə, rabitə və informasiya texnologiyaları, müdafiə sənayesi, ekologiya və təbii sərvətlər, sənaye və energetika nazirləri, aparıcı ali məktəblərin rəhbərləri, AMEA Rəyasət Heyətinin üzvləri və başqaları iştirak edəcəklər.
    14.12.09 Məqaləni oxumaq
     
    Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasında Memorandum imzalandı
    Bu gün Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasında “Təhsildə əməkdaşlıq” Proqramı üzrə Anlaşma Memorandumu imzalandı. KƏLAMİNFO xəbər verir ki, mərasimdə çıxış edən təhsil naziri Misir Mərdanov “Microsoft” şirkəti ilə 2006-2009-cu illəri əhatə edən Memorandumun imzalandığını xatırlatdı. M.Mərdanov sözügedən Memorandumun vaxtının başa çatdığı üçün növbəti sənədin imzalanmasının zəruri olduğunu qeyd edib. Sənədin imzalanmasında məqsədin təhsildə İKT-nin inkişaf etdirilməsi olduğunu diqqətə çatdıran M.Mərdanov əlavə edib ki, yeni Memoranduma müəllimlərin treninqi, məktəblərin internetə qoşulması, Windovs, ofis proqramları, “Xalq kompüteri” və digər layihələr daxildir. Bu sahədə bir sıra işlərin də görüldüyünü vurğulayan M.Mərdanov DATA Mərkəzinin yaradıldığını xatırlatdı və bildirdi ki, bu günə qədər həmin mərkəzə Azərbaycanın 500-dən çox məktəbi qoşulub və gələn il bu iş başa çatdırılacaq. “İnnovativ məktəb” Proqramı çərçivəsində Braziliyada Forum keçirildiyini qeyd edən nazir bildirib ki, həmin proqrama dünyanın 110 ölkəsi qatılıb və orada seçilən 31 məktəb arasında Bakı şəhərinin 7 saylı məktəbinin də adı var.
    11.12.09 Məqaləni oxumaq
     
    M.Mərdanov “Beynəlxalq olimpiadada qalib olan şagirdlərin birbaşa ali məktəbə qəbulu məsələsi hələ müəyyənləşdirilməyib”
    Yeni qəbul olunan “Təhsil haqqında” qanunda beynəlxalq olimpiadada qalib olan şagirdlərin birbaşa ali məktəbə qəbulu ilə bağlı məsələ yoxdur. KƏLAMİNFO xəbər verir ki, bu açıqlamanı təhsil naziri Misir Mərdanov söyləyib. “Qanunda yazılıb ki, beynəxalq olimpiadaların qalibləri ali məktəblərə müsabiqədən kənar qəbul oluna bilərlər. Hansı olimpiadanın bu sıraya daxil olmasını isə hökumət müəyyənləşdirir. Düşünürəm ki, o, hələ müəyyənləşməyib və bu olimpiadanın o işə aidiyyatı yoxdur”,-deyən nazir şagirdlərin gələcək perspektivlərini belə şərh edib.
    10.12.09 Məqaləni oxumaq
     
    Misir Mərdanov: “Məktəblərdən şəhid adlarının götürülməsi məlumatı həqiqətə uyğun deyil”
    Orta məktəblərdə şəhid adları və onların lövhələrinin götürülməsi məlumatı həqiqətə uyğun deyil. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı təhsil naziri Misir Mərdanov verib. Şəhid adlarının və onların lövhələrinin məktəblərdən götürülməsinin mümkün olmadığını vurğulayan nazir məsələnin araşdırılacağını söyləyib. Xatırladaq ki, sözügedən məsələ ilə bağlı Milli Qurtuluş Partiyası (MQP) dekabrın 8-də bəyanat yayıb. Məlumatda vurğulanıb ki, orta məktəblərdə şəhid adları və onların lövhələrinin götürülməsi prosesi başlayıb.
    10.12.09 Məqaləni oxumaq
     
    TQDK-da növbəti elmi-metodiki seminarlar keçirilib
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) Ali məktəblərin magistratura pilləsi üçün xarici dillər (ingilis, alman, fransız və rus dilləri) və bakalavr pilləsi üçün rus dili fənni üzrə növbəti elmi-metodiki seminar keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Magistratura pilləsi üçün keçirilən seminarda müxtəlif ali təhsil müəssisələrini təmsil edən mütəxəssislər iştirak edib. 2010-cu ilin qəbul imtahanlarında bakalavrlara təklif olunacaq test tapşırıqlarının əsasən hansı bölmələrini əhatə etməsi barədə fikir mübadiləsi aparılıb. Əsasən məntiqi düşünmə qabiliyyəti, öyrənilən dildə fikrini ifadə etmə və oxunulan materialı anlama səviyyəsi, dil və nitq sahəsində qazanılmalı olan bilik və bacarıqlar, bir sözlə, xarici dildən ünsiyyət məqsədilə istifadə etmək bacarığının yoxlanılmasına xidmət edən test tapşırıqlarına üstünlük vermək qərara alınıb. Növbəti seminarda yeni tipli test tapşırığı nümunələrinin təhlili davam etdiriləcək.
    10.12.09 Məqaləni oxumaq
     
    Təhsil naziri Misir Mərdanov PA-nın rəhbəri Ramiz Mehdiyevin məqaləsini təqdir edir
    Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin məqaləsində qeyd edilən fikirləri təqdir edir və onu tamamilə doğru hesab edirik. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov söyləyib. Məqalədən əvvəl məsələ ilə bağlı görüş keçirildiyini xatırladan M.Mərdanov həmin görüşdə iştirak etdiyini söyləyib. “Biz orada deyilənlərin hamısını doğru hesab edirik. Çalışacağıq ki, bundan sonra işimizdə belə problemlər olmasın”,-deyə M.Mərdanov məsələyə münasibət bildirib. Xatırladaq ki, dekabrın 8-i “Azərbaycan” qəzetində Prezident Administrasiyasının rəhbəri R.Mehdiyevin “İctimai və humanitar elmlər: zaman kontekstində baxışâ€ť mövzusunda məqaləsi çap edilib.
    10.12.09 Məqaləni oxumaq
     
    Səhifələr : # « 91 92 93 94 95 96 97 98 99 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30