Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 90 91 92 93 94 95 96 97 98 » #
    TQDK-da növbəti elmi-metodiki seminar keçirilib
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) Azərbaycan dili və ədəbiyyat fənni üzrə növbəti elmi-metodiki seminar keçirilib. Bu barədə məlumat KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən verilib. İclasda yeni tipli test tapşırıqlarının tərtibi metodikası ilə bağlı müzakirələr və bir neçə formada hazırlanmış test tapşırıqları nümunələrinin təqdimatı olub. Təhlil olunan test tapşırıqları aid olduğu mövzular üzrə abituriyentlərin bilik və bacarıqlarını tətbiqetmə yönümlü olub. Test tapşırıqlarının mürəkkəblik dərəcəsinə və qabiliyyət göstəricilərinə görə hazırlanmasına qoyulan tələblərdən bəhs edilib. Növbəti seminar iclasında müzakirə davam etdiriləcək.
    29.12.09 Məqaləni oxumaq
     
    ADU-nun rektor Səməd Seyidov Avstriyanın Qrats Universitetində birillik təhsil almağa göndərilən tələbələrlə görüşüb
    Bu gün Azərbaycan Dillər Universitetində (ADU) rektor, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun Avstriyanın Qrats Universitetində birillik təhsil almağa gedəcək alman dili fakültəsinin III kurs tələbələri Əli Daşdəmirov və Günay Abidova ilə görüşü keçirilib. Bu barədə məlumatı ADU-dan veriblər. Görüşdə təhsil nazirinin müavini Elmar Qasımov, Avstriyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Ziqlinde Şpanland, tələbələrin valideynləri və ADU-nun professor-müəllim heyəti iştirak ediblər. Qeyd edək ki, tələbələr iki mərhələdə keçirilmiş imtahan (yazılı və şifahi) vasitəsilə seçiliblər.
    28.12.09 Məqaləni oxumaq
     
    TQDK-da 2009/2010-cu tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə həsr olunmuş mətbuat konfransı keçirilib
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) 2009/2010-cu tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə həsr olunmuş mətbuat konfransı keçirilib. KƏLAMİNFO xəər verir ki, konfransda TQDK sədri Məleykə Abbaszadə 2009-2010-cu il ali məktəblərə qəbul imtahanlarında iştirak etmək üçün 112875 abituriyentin sənəd verdiyini bildirib. Onun sözlərinə görə, əvvəlki illə müqayisədə sənəd verənlərin sayı 3645 nəfər azalıb. Abituriyentlərin 48,80%-i oğlanlar, 51,20%-i isə qızların təşkil etdiyini nəzərə çatdıran M.Abbaszadə 2009-cu ildə orta ümumtəhsil məktəblərinin 108271 məzunu olduğunu və onların 66619 nəfərinin ali məktəblərə sənəd verdiyni vurğulayıb. M.Abbaszadə qeyd edib ki, ali məktəblərə qəbul imtahanlarında 107347 nəfər, magistraturaya 14711 nəfər (I tur imtahanında) və 6294 nəfər (II tur imtahanında), əsas təhsil bazasında texnikumlara qəbul imtahanlarında isə 26062 nəfər iştirak edib. TQDK sədri cari il ali məktəblərə 29030 plan yeri ayrıldığını, onlardan 19725 yer Azərbaycan bölməsi, 3042 yer rus bölməsi, qalan 6263 yer isə hər iki bölmənin birgə müsabiqəsi üçün nəzərdə tutulduğunu söyləyib.
    26.12.09 Məqaləni oxumaq
     
    Azərbaycanın cənub bölgəsindən sənəd verən abituriyentlərin 95%-ni oğlanlar təşkil edib
    Azərbaycanın cənub bölgəsindən bu il sənəd verən abituriyentlərin 95%-ni oğlanlar təşkil edib. KƏLAMİNFO xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında bildirib. M.Abbaszadə qeyd edib ki, ölkənin cənub bölgəsində, xüsusilə də Yardımlı və Masallıda bu il hər 400 abituriyentin cəmi 10%-ni qızlar təçkil edib. Təbiətdə belə halın qeyri-mümkünlüyünü söyləyən TQDK sədri bunu həmin bölgədə qızların erkən yaşlarından təhsildən ayrı düşmələri ilə əlaqələndirib. M.Abbaszadə ölkənin qərb bölgəsində isə abituriyentlər arasında qızların oğlanlardan üstünlük təşkil etdiyini vurğulayıb. Onun sözlərinə görə, bu bölgədə də abituriyentlər arasında oğlanların azlığı erkən yaşlarından onların təhsili buraxıb digər ölkələrə iş dalınca getməsidir. TQDK sədri ümumilikdə respublika üzrə abituriyentlər arasında oglan və qızların yarı-yarıya faizdə olduğunu bildirib.
    26.12.09 Məqaləni oxumaq
     
    Ali məktəblərin MBA və TEMPUS proqramları üzrə magistraturasına qəbul imtahanının ikinci mərhələsi keçirilir
    Bu gün Bakıda, Azərbaycan Beynəlxalq Universitetinin binasında ali məktəblərin MBA və TEMPUS beynəlxalq proqramları üzrə magistraturasına qəbul imtahanının ikinci mərhələsi keçirilir. KƏLAMİNFO xəbər verir ki, saat 14:00-da başlanan imtahan 30 dəqiqə davam edəcək. Dekabrın 19-da birinci mərhələ üzrə keçirilən imtahanda iştirak etmiş 479 bakalavrın 190 nəfəri qəbul imtahanının ikinci mərhələdə iştirak hüququ qazanıb. Bu mərhələdə isə bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla yoxlanılır. İmtahanın nəticələri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının www.tqdk.gov.az internet səhifəsində yerləşdiriləcək. Qaydalara əsasən, seçdiyi ixtisasların hər hansı biri üzrə müsabiqədə iştirak etmək üçün bakalavrın iki mərhələ üzrə imtahanlardan topladığı ümumi bal (ballarının cəmi) 75-dən, o cümlədən ixtisas üzrə testdən topladığı bal 20-dən az olmamalıdır. Tədrisi ingilis dilində olan ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün bakalavrın İngilis dilindən topladığı bal 15-dən az olmamalıdır.
    26.12.09 Məqaləni oxumaq
     
    ADU-nun iki tələbəsi Avstriyada təhsil almağa göndəriləcək
    Dekabrın 28-də Azərbaycan Dillər Universitetində (ADU) ali təhsil ocağının rektoru, professor Səməd Seyidov, Avstriyanın Qrats Universitetində bir illik təhsil almağa gedəcək Alman dili fakültəsinin III kurs tələbələri Əli Daşdəmirov və Günay Abidova ilə görüş keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya ADU-nun mətbuat xidmətindən veriblər. Görüşdə təhsil nazirinin müavini Elmar Qasımov, Avstriyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Ziqlinde Şpanland, tələbələrin valideynləri və ADU-nun professor-müəllim heyəti iştirak edəcək. Qeyd edək ki, tələbələr iki etapda (yazılı və şifahi) imtahan vasitəsilə seçilib.
    25.12.09 Məqaləni oxumaq
     
    Rusiya Elmlər Akademiyası İqtisadi Strateji İnstitutunun Baş direktoru Strateji Araşdırmalar Mərkəzində olub
    Bu gün Rusiya Elmlər Akademiyasının İctimai Elmlər bölməsinin İqtisadi Strateji İnstitutunun təsisçisi və baş direktoru Aleksandr Ageyev Azərbaycan Respublikasının Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) qonağı olub. KƏLAMİNFO xəbər verir ki, A.Ageyev tədbirdə “Qlobal enerji təhlükəsizliyi və nativ enerji mənbələri” mövzusunda məruzə ilə çıxış edib. Bazarın müxtəlif seqmentlərinin qəbul edilən siyasi qərarlardan asılı olduğunu deyən A.Ageyev mövcud iqtisadi böhranın daha çox orta təbəqəyə zərbə vurduğunu bildirib. Rusiya Elmlər Akademiyasının rəsmisi korporativ, regional və dövlət səviyyəsində strateji idarəetmə, proqnozlaşdırma, innovasiya strategiyaları, menecment və investisiyaların beynəlxalq standartları sahələri üzrə tədbir iştirakçılarına məlumat verib. Mərkəzin konfrans zalında təşkil edilən tədbirdə SAM-ın əməkdaşları, elm və təhsil sahəsinin təmsilçiləri, QHT nümayəndələri, regional və beynəlxalq münasibətlər üzrə mütəxəssislər iştirak ediblər.
    24.12.09 Məqaləni oxumaq
     
    A.Məhərrəmov: “Elmin inkişafı üçün ilk növbədə maliyyə imkanlarını artırmaq lazımdır”
    Elmin inkişafı üzrə strategiyanı müəyyənləşdirmək üçün çoxfunksiyalı fəaliyyət lazımdır. KƏLAMİNFO xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov jurnalistlərə açıqlamasında bildirib. Elmin inkişafı üçün ilk növbədə maliyyə imkanlarını artırmağın lazım olduğunu söyləyən A.Məhərrəmov dövlət tərəfindən bu sahəyə vəsaitin ayrıldığını qeyd edib. O, qeyd edib ki, cari ildə ölkə başçısının göstərişinə uyğun olaraq bu islahatları həyata keçirmək üçün 17 mln. manat vəsait ayrılıb. A.Məhərrəmov bunun 10 milyonunun cihazların alınması, 7 milyonunun isə elmin inkişafı istiqamətində Dövlət Proqramlarının həyata keçirilməsinə ayrıldığını söyləyib. O, bu məbləğin bir qisminin xərclənsə də, digər bir qisminin hələ də istifadə olunmadığını vurğulayıb. “Amma mən hesab edirəm ki, 2010-cu ildə ayrılan bu vəsaitlərin hamısı xərclənməlidir. Əgər xərclənməsə, biz inkişaf edə bilmərik. İslahatları həyata keçirmək üçün bu maliyyə vəsaitindən səmərəli istifadə etmək lazımdır”,-deyə A.Məhərrəmov söyləyib.
    23.12.09 Məqaləni oxumaq
     
    Ali məktəb tələbələrinin təhsil haqlarında ciddi artım olmayıb
    Ödənişli əsaslarla oxuyan ali məktəb tələbələrinin təhsil haqlarında ciddi artım olmayıb və yaxın gələcəkdə də gözlənilmir. KƏLAMİNFO xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov jurnalistlərə müsahibəsində bildirib. Onun sözlərinə görə, təkcə BDU-da özəl ali məktəblərlə müqayisədə ödəniş haqqı olduqca aşağıdır. A.Məhərrəmov BDU-da ödənilən təhsil haqqının əsas hissəsinin də tədris prosesinin maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldiyini söyləyib. Təhsil haqqında artımın çox cüzi olduğunu diqqətə çatdıran A.Məhərrəmov bunun da əsasən ali məktəbə avadanlıqların gətirilməsinə və digər tədris xərclərinə sərf olunduğunu bildirib. “Universitetdə nə qədər maddi-texniki baza güclü olsa, təhsilin keyfiyyəti də bir o qədər yüksək olar”,-deyə A.Məhərrəmov vurğulayıb.
    23.12.09 Məqaləni oxumaq
     
    TQDK ali məktəblərin MBA və TEMPUS proqramları üzrə ADA-nın magistraturasına qəbul imtahanının birinci mərhələsini keçirəcək
    Sabah Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərin MBA və TEMPUS beynəlxalq proqramları üzrə magistraturaya və Azərbaycan Diplomatik Akademiyasının magistraturasına qəbul imtahanının birinci mərhələsini keçirəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-dan veriblər. Sənədlərin qəbulu noyabrın 26-dan dekabrın 4-dək aparılıb. Bakalavrlar internet vasitəsilə “Elektron ərizə” doldurub, daha sonra TQDK-da yaradılmış Sənəd Qəbulu Komissiyasında ərizələrini təsdiq etdiriblər. MBA və TEMPUS proqramları üzrə təqdim olunan 273 plan yerinin müsabiqəsində iştirak etmək üçün 424 bakalavr ərizəsini təsdiq etdirib. Onlardan 360 nəfəri MBA, 64 nəfəri isə TEMPUS proqramı üzrə magistraturaya sənəd verib. Azərbaycan Diplomatik Akademiyasının magistraturasına isə 123 nəfər sənəd verib.
    19.12.09 Məqaləni oxumaq
     
    Səhifələr : # « 90 91 92 93 94 95 96 97 98 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30