Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  89 90 91 92 93 94 95 96 97  #
    Dövlət İqtisad Universitetinin 80 illiyi qeyd olunacaq
    Bu il Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİİU) 80 illiyi təntənəli şəkildə qeyd olunacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı universitetin rektoru, millət vəkili Şəmsəddin Hacıyev verib. Ş.Hacıyev bildirib ki, universitetin çoxminli professor-müəllim və tələbə heyəti bu şanlı hadisəni yeni böyük uğurlarla qarşılamağa hazırlaşır. Onun sözlərinə görə, bu məqsədlə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.
    08.01.10 Məqaləni oxumaq
     
    Milli Məclisin yaz sessiyasının iş planına ali və orta ixtisas təhsili haqqında qanun layihəsi təqdim olunacaq
    Milli Məclisin yaz sessiyasının iş planına ali və orta ixtisas təhsili haqqında qanun layihəsi də daxil ediləcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev verib. Ş.Hacıyev bildirib ki, “Təhsil haqqında” qanun çərçivə qanunudur və bu sənədin əsasında təhsilin bütün pillələrinə dair ayrı-ayrı qanunlar qəbul ediləcək.
    08.01.10 Məqaləni oxumaq
     
    Akademik Ramiz Mehdiyevin məqaləsi ilə bağlı vəzifələr və poroblemlərə həsr olunan tədbir keçirildi
    Bu gün Azərbayacan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitunda tədbir keçirilib. KƏLAMİNFO xəbər verir ki, institunun direktoru, professor İlham Məmədzadə bildirib ki, tədbir Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” məqaləsi ilə bağlı vəzifələr və poroblemlərə həsr olunub. Azərbaycançılıq idelogiyasının inkişaf etdirilməsi və bu istiqamətdəki problemlərdən bəhs edən İ.Məmmədzadə qeyd edib ki, bununla bağlı çoxsaylı yazılar olmasına baxmayaraq, hələlik milli ideologiyada modernləşmə həddi bir qədər ləng gedir. İdeologiyanın fəlsəfi tərəfində əsasən ümumiliyin üstünlük təşkil etdiyini vurğulayan İ.Məmmədzadə ümilikdən konkretlik və reallığa doğru addımlamağın zəruri olduğunu söyləyib. O, bu işlərdə institutun şöbə müdirlərinin də üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb.
    08.01.10 Məqaləni oxumaq
     
    TQDK-nın Şəki Regional Bölməsində elmi-metodiki seminarlar keçiriləcək
    Yanvarın 9-10-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Şəki Regional Bölməsində Azərbaycan dili, ədəbiyyat, riyaziyyat, tarix və fizika fənləri üzrə elmi-metodiki seminarlar keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Seminarlarda xüsusi internet proqramlarının təbiqi ilə iclas salonundan TQDK-nın inzibati binası ilə canlı videobağlantı qurulacaq və müzakirələrə Komissiyanın rəhbərliyi də qoşulacaq. Tədbir iştirakçıları TQDK rəhbərliyinə qəbul imtahanlarının təşkili, imtahanda istifadə edilən test tapşırıqları, qəbul proqramları barədə fikirlərini, rəy və təkliflərini bildirəcək, onlar üçün maraq doğuran məsələlərə dair suallar ünvanlayacaqlar. Qeyd edək ki, TQDK-nın Şəki Regional Bölməsində keçiriləcək seminarların qrafiki, gündəliyi komissiyanın rəsmi internet saytında yerləşdirilib.
    07.01.10 Məqaləni oxumaq
     
    TQDK-da növbəti elmi-metodiki seminar keçirilib
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) kimya fənni üzrə növbəti elmi-metodiki seminar keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mərbuat xidmətindən veriblər. Seminarda yeni tipli test tapşırıqlarının müzakirəsi aparılıb. Təqdim olunmuş test tapşırıqlarının hər biri qəbul proqramına və orta məktəb dərsliklərinə uyğunluq baxımından məzmuna, mürəkkəblik dərəcələri və qabiliyyət göstəricilərinə görə; məntiqi düşüncəyə, nəzəri biliklərin tətbiqinə əsaslanan, kimyəvi proses və hadisələrin mahiyyətinin açılmasına yönəlmiş olması baxımından təhlil edilib. Müzakirələr nəticəsində qəbul olunmuş test tapşırıqlarının analoqlarının hazırlanıb test bankına verilməsi qərara alınıb. Növbəti seminar iclasında test tərtibi metodikası ilə bağlı müzakirələr aparılacaq.
    06.01.10 Məqaləni oxumaq
     
    TQDK qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirələrinə start verib
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirələrinə start verib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Respublikanın müxtəlif bölgə mərkəzələrində keçiriləcək bu müşavirələrdə TQDK-nın, Təhsil Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının, müxtəlif ali, orta ixtisas və orta təhsil müəssisələrinin rəhbərləri, nümayəndələri iştirak edəcəklər. Müşavirələrdə müvafiq bölgə üzrə ayrı-ayrı şəhər və rayonların orta məktəb məzunlarının qəbul imtahanlarında göstərdikləri nəticələr geniş müzakirə olunacaq.
    05.01.10 Məqaləni oxumaq
     
    Təhsil Nazirliyi 2009-cu ilin yekunlarını təqdim etdi
    Bu gün Təhsil Nazirliyində 2009-cu ilin yekunlarına dair tədbir keçirildi. KƏLAMİNFO xəbər verir ki, hesabatı təqdim edən təhsil naziri Misir Mərdanov öncə prezident İlham Əliyev tərəfindən təhsillə bağlı imzalanan sərəncamları xatırlatdı. M.Mərdanov cari ilin yekunları ilə bağlı hesabatı təqdim edib. Hesabatda bildirilir ki, Azərbaycanda bu il 312 nəfər fəxri adlarla mükafatlandırılıb. 11 gəncin adı gənc istedadların qızıl kitabına daxil olub. İlin ən vacib hadisələrindən biri də “Təhsil haqqında” Qanunun qəbuludur. Qanunun icra mexanizmləri ilə əlaqədar nazirlik tərəfindən işçi qrupu yaradılıb və 35 adda sənəd imzalanaraq təsdiq olunması üçün Nazirlər Kabinetinə göndərilib. Bu il təhsilə 1,3 mlrd. manat vəsait ayrılıb. Son beş ildə 450 minlik 2000 məktəb tikilərək şagirdlərin istifadəsinə verilib. Son iki ildə 28 uşaq bağçası inşa edilib, 30-u isə təmir olunub. Bu illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə 300-dək, o cümlədən cari il 6 məktəb istifadəyə verilib. İkipilləli məktəblərin faizi 73-dən 49-a enib. Təhsilin informasiyalaşdırılması diqqət mərkəzində olub.
    30.12.09 Məqaləni oxumaq
     
    “Azərbaycan məktəbi” jurnalının 85 illik yubileyi qeyd edilib
    Bu gün Təhsil Nazirliyində “Azərbaycan məktəbi” jurnalının 85 illik yubileyi qeyd edilib. KƏLAMİNFO xəbər verir ki, yubiley mərasimində çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, təhsil mətbuatının tarixini öyrənmək, fəaliyyətlərini təhlil etmək və gələcək perspektivlərini müzakirə etmək çox vacibdir. Təhsilin inkişafında jurnalın mühüm rol oynadığını vurğulayan M.Mərdanov əlavə edib ki, son 20 ilin hadisələri təhsillə bağlı olan mətbuatın istiqamətini mənfiyə doğru dəyişə bilmədi. Onun sözlərinə görə, bu mətbuat öz durumunu saxlaya və Azərbaycan məktəbinə xidmət edə bildi. Təhsil mətbuatı ilə bağlı müəyyən iradların da mövcudluğunu söyləyən nazir qeyd edib ki, hər bir mətbuat orqanı öz mövqeyini çəkinmədən bildirməlidir. O, jurnalın işinin bundan sonra daha da güclənəcəyinə, Azərbaycan təhsil tarixinin araşdırılmayan məqamlarını işıqlandırılacağına ümid etdiyini bildirib. Sonda M.Mərdanov jurnalın iki əməkdaşını “Qabaqcıl təhsil işçisi” döş nişanı, səkkiz nəfərini isə Fəxri Fərmanla təltif edib.
    30.12.09 Məqaləni oxumaq
     
    TQDK-da növbəti elmi-metodiki seminar keçirildi
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) kimya fənni üzrə növbəti elmi-metodiki seminar keçirildi. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. İclasda 2010-cu ildə ali məktəblərə IV ixtisas qrupu üzrə qəbul imtahanında kimya fənnindən tətbiq ediləcək test modelinin müzakirəsinin davamı olub. Müzakirəyə təqdim olunan test tapşırıqlarının hər biri ixtisas qrupunun peşə xüsusiyyətləri nəzərə alınmaqla, məzmuna, mürəkkəblik dərəcəsi və qabiliyyət göstəricilərinə görə elmi-metodiki baxımdan təhlil edilib. Müzakirələr nəticəsində test tapşırıqları ilə bağlı iradlar və təkliflər bildirilib. Müəyyən düzəlişlər edilməklə, qəbul olunmuş test tapşırıqları daha çox məntiqi düşüncəyə, nəzəri biliklərin tətbiqinə əsaslanan, kimyəvi proses və hadisələrin mahiyyətinin açılmasına yönəlmiş, əsasən sxem, qrafik və cədvəl tiplidir. Növbəti seminar iclasında müzakirələr davam edəcək.
    30.12.09 Məqaləni oxumaq
     
    Müəllimlərin sayı 173 mindən 170-ə enib
    Son iki ildə müəllimlərin sayı azalıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı təhsil naziri Misir Mərdanov verib. M.Mərdanov bildirib ki, müəllimlərin sayı 173 mindən 170 minə enib. Müəllimlərin işə qəbulunun elektron vasitələrlə həyata keçirildiyini diqqətə çatdıran M.Mərdanov əlavə edib ki, bu proses 2009-2010-cu tədris ilində bütün ölkəni əhatə edəcək.
    30.12.09 Məqaləni oxumaq
     
    Səhifələr : #  89 90 91 92 93 94 95 96 97  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30