Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  87 88 89 90 91 92 93 94 95  #
    TQDK-da Ağstafada zona müşavirəsi keçirir
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Ağstafa şəhərində ali məktəblərə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirəsi keçirir. KƏLAMİNFO xəbər verir ki, tədbirdə TQDK sədri Məleykə Abbaszadə 2009/2010-cu tədris ili üçün keçirilmiş qəbul imtahanlarının elmi-statistik təhlilinə dair ətraflı məruzə ilə çıxış edib. Zona müşavirəsində TQDK-nın əməkdaşları, ekspertləri, eləcə də Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonlarının Təhsil Şöbələrinin rəhbərləri, adı çəkilən rayonların qabaqcıl məktəblərinin direktorları və müəllimləri iştirak ediblər.
    28.01.10 Məqaləni oxumaq
     
    ASK ilə Azərbaycan Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanacaq
    Sabah Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Azərbaycan Universiteti (AU) arasında əməkdaşlıq müqaviləsi imzalanacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya ASK-dan veriblər. Bu müqavilə Azərbaycanda bizneslə təhsilin maraqlarının uzlaşdırılması, rəqabət qabiliyyətli milli kadrların yetişdirilməsi naminə yeni tərəfdaşlıq mühitinin formalaşdırılmasına töhfələr verməsi, müasir elmi-texniki nailiyyətlərin sahibkarlığımızın inkişafına yönəldilməsi, sahibkarlıq subyektlərinin maarifləndirilməsi, təkmilləşdirilməsi və inkişafına kömək göstərilməsi məqsədi daşıyır. Müqaviləni Sahibkarlar Təşkilatları Milli Konfederasiyası tərəfindən ASK-nın prezidenti Məmməd Musayev, Azərbaycan Universiteti tərəfindən isə universitetin rektoru Akif Musayev imzalayacaqlar.
    27.01.10 Məqaləni oxumaq
     
    TQDK Ağstafada elmi-metodiki seminarlar keçirir
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Ağstafa şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Azərbaycan dili və ədəbiyyat, tarix fənləri üzrə elmi-metodiki seminarlar keçirir. TQDK-dan KƏLAMİNFO-ya verilən məlumata görə, xüsusi internet proqramlarının tətbiqi sayəsində iclas salonundan TQDK-nın inzibati binası ilə canlı videobağlantı qurulacaq və müzakirələrə komissiyanın rəhbərliyi də qoşulacaq. Tədbir iştirakçıları TQDK rəhbərliyinə qəbul imtahanlarının təşkili, imtahanda istifadə edilmiş test tapşırıqları, qəbul proqramları barədə fikirləri, rəy və təkliflərini bildirəcək, onlar üçün maraq doğuran məsələlərə dair suallar ünvanlayacaqlar. Seminarlarda komissiyanın məsul əməkdaşları, mütəxəssisləri, ekspertləri, həmçinin Ağstafa, Gədəbəy, Qazax, Şəmkir, Tovuz və digər yaxın rayonların müəllimləri, təhsil ictimaiyyətinin nümayəndələri iştirak edirlər. Seminarlarda müəllimlərə qəbul proqramlarındakı, dərsliklərdəki dəyişikliklər və əlavələr barədə məlumat veriləcək. 2009-cu ildə qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqları elmi-metodiki cəhətdən təhlil olunacaq.
    27.01.10 Məqaləni oxumaq
     
    Azərbaycan Tələbələr Birliyi BMT-nin tanıdığı təşkilatla əməkdaşlıq edir
    Bu gündən etibarən Azərbaycan Tələbələr Birliyi (ATB) The International Association for the Ex of Students for Technical Experience-Tələbələrin Texniki Təcrübəsinin Mübadiləsi Beynəlxalq Assosasiyasında (İAESTE) tam hüquqlu üzvu olaraq ölkəmizi təmsil edir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Birliyin mətbuat xidmətindən veriblər. Azərbaycan İAESTE-yə üzv olan 85-ci ölkə kimi qeydiyyata alınıb. İAESTE bütün dünyada tələbə mübadiləsini həyata keçirən beynəlxalq təşkilatdır. Bu ildən etibarən azərbaycanlı tələbələr xarici ölkələrin müxtəlif universitetlərində və ya biznes qurumlarında təcrübə keçmək imkanı əldə edəcəklər. Həmçinin, xarici tələbələr də Azərbaycanda belə bir fəaliyyəti həyata keçirə biləcəklər.
    26.01.10 Məqaləni oxumaq
     
    ADU-nun beynəlxalq əlaqələrinə həsr olunan mətbuat konfransı keçiriləcək
    Yanvarın 23-də Azərbaycan Dillər Universitetində (ADU) bu ali təhsil ocağının beynəlxalq əlaqələrinə həsr olunan mətbuat konfransı keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya ADU-nun mətbuat xmidmətindən veriblər. Konfransda universitetin nümayəndə heyətinin Türkiyənin paytaxtı Ankara şəhərinə səfəri, Hacəttəpə və Ankara universitetləri ilə imzalanan əməkdaşlıq müqaviləsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək. ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribova və Tərcümə fakültəsinin dekanı, professor Vilayət Hacıyevin iştirak edəcəyi tədbir İnformasiya Resurs Kompleksində təşkil olunacaq.
    23.01.10 Məqaləni oxumaq
     
    TQDK Ağstafa şəhərində fənlər üzrə regional elmi-metodiki seminarlara start verir
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Ağstafa şəhərində fənlər üzrə elmi-metodiki seminarlara start verir. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Plan üzrə seminarlar Riyaziyyat və Tarix fənnləri üzrə keçiriləcək. Hər iki seminar yanvarın 26-da saat 11:00-da Ağstafa şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək. TQDK-nın sektor müdüri Afiqə Batıyevanın rəhbərlik etdiyi elmi-metodiki seminarlara Ağstafa ilə birlikdə Qazax və Tovuz rayonunun müəllim və mütəxəssisləri də cəlb olunacaq. İclaslarda hər iki fənn üzrə ayrı-ayrı ixtisas qruplarında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki baxımdan təhlili haqqında müzakirələr aparılacaq.
    22.01.10 Məqaləni oxumaq
     
    Təhsil Nazirliyində Türkiyənin mili təhsil naziri ilə görüş keçirildi
    Bu gün Təhsil Nazirliyində Türkiyənin mili təhsil naziri Nimət Çubukçu ilə görüş keçirildi. KƏLAMİNFO xəbər verir ki, görüşdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirdi ki, bu həmkarının Azərbaycana ilk səfəridir. İki ölkə arasında təhsil sahəsindəki əlaqələri daha da genişləndirmək arzusunda olduğunu söyləyən M. Mərdanov əlavə etdi ki, N.Çubukçu bu gün bir sıra təhsil ocaqlarında olacaq. O, görüşdə mövcud protokolların genişləndirilməsi, Türkiyədə ölkəmizin tələblərinə uyğun ixtisaslar, xüsusilə tibb sahəsi üzrə kadr hazırlığının genişləndirilməsi, Azərbaycanda təhsil alan türkiyəli tələbələr, eləcə də Türkiyə universitetlərində təhsil alan azərbaycanlı tələbələrin təhsili ilə bağlı məsələlərin müzakirə olunacağını da söylədi.
    21.01.10 Məqaləni oxumaq
     
    Təhsil Nazirliyinə məxsus uşaq bağçası yanıb
    Quba rayonu, Qonaqkənd kəndində Təhsil Nazirliyinə məxsus uşaq bağçasının yerləşdiyi ümumi sahəsi 240 kv.m. olan ikimərtəbəli binanın yanar konstruksiyaları yanıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) veriblər. Binanın içərisindəki əşyalar isə ümumilikdə 120 kv.m.sahədə yanıb. Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.
    21.01.10 Məqaləni oxumaq
     
    Türkiyə ali məktəblərində 517 azərbaycanlı dövlət xətti ilə təhsil alır
    Hazırda Türkiyə ali məktəblərinin müxtəlif pillələrində 517 nəfər gənc azərbaycanlı dövlət xətti ilə təhsil alır. Onlardan 209-u bakalavr, 96-ı magistr, 117-i doktorantura, 95-i isə tibbdə uzmanlıq dərəcəsi üzrə təhsillərini davam etdirirlər. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı təhsil naziri Misir Mərdanov verib. M.Mərdanov bildirib ki, bu ölkədə öz hesabına təhsi alan azərbaycanlı tələbələrin sayı isə bundan bir neçə dəfə çoxdur. “Ümumiyyətlə 2007-ci ildən başlayaraq bir qrup azərbaycanlı tələbənin adı “2007-2015-ci illərdə Azərbaycan Gənclərinin xaric ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na daxil edilib. 2009-2010-cu tədris ilində isə sözügedən proqram çərçivəsində 75 nəfər xarici ölkələrə göndərilib. Onlardan 55 nəfəri tibbdə uzmanlıq dərəcəsi üzrə təhsil alır”,-deyə nazir vurğulayıb. Azərbaycanın 21 ali təhsil ocağında isə 4073 nəfər Türkiyə vətəndaşının təhsil aldığını xatırladan M.Mərdanov onlardan 139 nəfərinin dövlət xətti ilə təhsillərini Azərbaycanda davam etdirdiklərini söyləyib.
    21.01.10 Məqaləni oxumaq
     
    TQDK-da növbəti elmi-metodiki seminar keçirilib
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) Kimya fənni üzrə növbəti elmi-metodiki seminar keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Seminarda yeni tipli test tapşırıqlarının müzakirəsi aparılıb. Seminar iclasında BDU-nun əməkdaşları, dosent Rakif Qasımov və Xamməd Əsədov hazırladıqları test tapşırıqlarını müzakirəyə təqdim ediblər. Hər bir tapşırıq məzmun, mürəkkəblik dərəcəsi və nominasiya baxımından təhlil edilib. Müzakirələr nəticəsində daha çox məntiqi təfəkkürə əsaslanan, kimyəvi hadisə və proseslərin mahiyyətinin açılmasına yönəlmiş, ümumiləşmə və izahat tipli tapşırıqların analoqlarının hazırlanıb test bankına verilməsi qərara alınıb. Növbəti seminar iclasında müzakirə davam etdiriləcək.
    20.01.10 Məqaləni oxumaq
     
    Səhifələr : #  87 88 89 90 91 92 93 94 95  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30