Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 86 87 88 89 90 91 92 93 94 » #
    AMEA-nın müxbir üzvü R.Məmmədovun elmi-pedaqoji fəaliyyətinin 35 illiyinə həsr olunan elmi konfrans keçirilb
    Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunda AMEA-nın müxbir üzvü, Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini professor Ramiz Məmmədovun anadan olmasının 60, elmi-pedaqoji fəaliyyətinin 35 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Geologiya İnstitutundan veriblər. “Xəzər dənizi və ətraf region ekosistemləri: təhlükə və risklər” adı altında təşkil edilmiş tədbirdə AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru akademik Akif Əlizadə, Coğrafiya İnstitutunun direktoru akademik Budaq Budaqov və digər elm xadimləri iştirak ediblər. Konfransda “Xəzərin və Azərbaycan təbiətinin sistemli tədqiqatçısı”, “Coğrafiya İnstitutu ilə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin əməkdaşlığına dair” və “Xəzər dənizinin tədqiqi: nəticələr və perspektivlər” mövzularında çıxışlar dinlənilib.
    04.02.10 Məqaləni oxumaq
     
    Gəncədə ali məktəblərə qəbul imtahanlarının keçirilməsi nəzərdə tutulub
    Bu il Azərbaycanda ali məktəblərə birinci ixtisas qrupu üzrə qəbul imtahanları Gəncə şəhərində keçirilməsi nəzərdə tutulub. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə söyləyib. Onun sözlərinə görə, bu, həmin ixtisas qrupuna sənəd verəcək abituriyentlərin sayından da asılı olacaq. Qeyd edək ki, Azərbaycanda indiyə kimi qəbul imtahanları Bakı, Sumqayıt və Naxçıvan şəhərlərində keçirilib.
    04.02.10 Məqaləni oxumaq
     
    M.Abbaszadə: “Buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsini dəstəkləyirik”
    Bu gün Bakı şəhərində yerləşən 1 saylı orta məktəbdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sonuncu müşavirəsi keçirildi. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov qeyd etdi ki, 400-dən artıq müəllim və pedaqoji rəhbərliyin iştirak etdiyi yığıncaqda ötən ilin tələbə qəbulu, həmçinin təhsillə bağlı yekunlar, gələcəkdə qarşıda duran vəzifələr müzakirə olunacaq. Son illər Azərbaycanda təhsil sahəsində islahatların aparıldığını və bu sahədə inkişafın olduğunu diqqətə çatdıran M.Mərdanov təəssüflə bildirdi ki, bəziləri təhsilin səviyyəsinin son bir ildə kəskin aşağı düşdüyünü iddia edirlər. Bunula razılaşmayan nazir qeyd etdi ki, təhsil elə bir sahədir ki, onun səviyyəsinin bir ildə kəskin aşağı düşməsi qeyri-mümkündür. O, bu sahədə irəliyə doğru atılan addımlarda TQDK ilə birgə işlər aparmağın zəruri olduğunu vurğuladı.
    04.02.10 Məqaləni oxumaq
     
    Ali məktəblərə tələbə qəbulunda ciddi dəyişiklik olmayacaq
    Cari il ali məktəblərə keçiriləcək tələbə qəbulunda ciddi dəyişiklik olmayacaq. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə söyləyib. O qeyd edib ki, dəyişiklik yalnız Azərbaycan bölməsində rus dilinin xarici dil kimi tətbiq olunması olacaq. M.Abbaszadə qəbulda olan dəyişikliklərlə bağlı ən azı iki il əvvəl ictimaiyyəti məlumatlandırdıqlarını söyləyib.
    03.02.10 Məqaləni oxumaq
     
    TQDK-da “ABŞ təhsilinə ümumi baxış, tələbə qəbulu üzrə qərarların qəbulu” mövzusunda təqdimat keçirilib
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) Azərbaycan Diplomatik Akademiyasının tələbə qəbulu üzrə direktoru Cənis Ostin “ABŞ təhsilinə ümumi baxış, tələbə qəbulu üzrə qərarların qəbulu” mövzusunda təqdimat keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-dan veriblər. Cənis Ostin ABŞ ali məktəblərinə tələbə qəbulu və maliyyə yardımı üzrə 30 ildən artıq təcrübəsi olan mütəxəssisdir. Tədbirdə TQDK-nın sədri Məleykə Abbaszadə, sədrin müavini Namiq Babayev, komissiyanın əməkdaşları və ekspertləri iştirak ediblər.
    03.02.10 Məqaləni oxumaq
     
    TQDK-da növbəti elmi-metodiki seminar keçirilib
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) kimya fənni üzrə növbəti elmi-metodiki seminar keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. İclasda yeni tipli test tapşırıqlarının müzakirəsi aparılıb. Seminar iclasında Bakı şəhəri 18 saylı orta məktəbin müəllimi Gültəkin Qayyayeva hazırladığı test tapşırıqlarını müzakirəyə təqdim edib. Hər bir tapşırıq məzmun, mürəkkəblik dərəcəsi və nominasiya baxımından təhlil edilib. Müzakirələr nəticəsində daha çox məntiqi təfəkkürə əsaslanan, kimyəvi hadisə və proseslərin mahiyyətinin açılmasına yönələn, ümumiləşmə və izahat tipli tapşırıqların analoqlarının hazırlanıb test bankına verilməsi qərara alınıb. Növbəti seminar iclasında müzakirə davam etdiriləcək.
    02.02.10 Məqaləni oxumaq
     
    Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib
    Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib. Parlamentdən KƏLAMİNFO-ya verilən məlumata görə, komitənin sədri Şəmsəddin Hacıyev 2009-ci ilin payız sessiyası ərzində komitənin gördüyü işlər barədə məlumat verib. Ş.Hacıyev bildirib ki, hesabat dövründə Elm və təhsil komitəsinin 4 iclası keçirilib və gündəliyə daxil olan 7 məsələyə baxılıb. Ötən payız sessiyasında geniş müzakirələrdən sonra ölkə üçün çox əhəmiyyətli olan “Təhsil haqqında” qanun qəbul edilib. Bu müddətdə iki qanun layihəsinin - “Elm və dövlət elmi-texniki siyasəti haqqında” və “Ali təhsil haqqında” sənədlərin hazırlanması istiqamətində işlər görülüb. Hesabat dövründə komitəyə 79 müraciət daxil olub. Ş.Haciyev komitədə 2010-cu ilin yaz sessiyası zamanı görüləcək işlər barədə də danışıb. Qeyd edib ki, komitənin iş planına “Elm siyasəti haqqında”, “Ali təhsil haqqında”, “Kəşflərin hüquqi qorunması haqqında” qanun layihələri daxil edilib, eyni zamanda digər komitələrlə birgə Milli Məclisə çıxarılacaq sənədlərin müzakirəsi nəzərdə tutulub.
    02.02.10 Məqaləni oxumaq
     
    TQDK Bakı üzrə zona müşavirəsi keçirəcək
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) cari il fevralın 3-də Bakı şəhərində 2009/2010-cu tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirəsi keçirəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Tədbirdə TQDK sədri Məleykə Abbaszadə 2009/2010-cu tədris ili üçün keçirilmiş qəbul imtahanlarının elmi-statistik təhlilinə dair ətraflı məruzə ilə çıxış edəcək.
    01.02.10 Məqaləni oxumaq
     
    Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının iclası keçirilib
    Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının elmin istiqamətləri üzrə Problem Şuraların sədrləri ilə iclas keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər. İclasda AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov “Abşeron yarımadasında müasir geodinamik şərait” mövzusunda elmi məruzə ilə çıxış edib. Məruzədə o, Abşeron yarımadasında seysmoloji vəziyyətin öyrənilməsi və mümkün zəlzələnin proqnozlaşdırılması ilə bağlı aparılan elmi tədqiqatlar haqqında ətraflı məlumat verib.
    01.02.10 Məqaləni oxumaq
     
    TQDK xüsusi qabiliyyət tələb edən ixtisaslar üçün vəsaitlər nəşr edib
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) 2010/2011-ci tədris ili üçün ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarının hazırlıq işləri çərçivəsində xüsusi qabiliyyət tələb edən ixtisaslarla bağlı mətbuat konfransı keçirlib. KƏLAMİNFO xəbər verir ki, TQDK-ın sədr müavini Namiq Babayev ötən ilin imtahanlarında əvvəlki illərlə müqayisədə xüsusi qabiliyyət tələb edən sahələrdə iştirak edən abituriyentlər arasında kifayət qədər artımın olduğunu bildirib. N.Babayev ötən ilin xüsusi qabiliyyət tələb edən imtahanlarında ümumilikdə müxtəlif ixtisaslar üzrə iştirak edən 10000 abituriyentdən 7089-nun müvəffəqiyyətlə keçdiyini söyləyib. O, vurğulayıb ki, TQDK bu istiqamətdə zəruriyyəti nəzərə alaraq növbəti il üçün bu sahədə vəsaitlər də nəşr edib. Tədbirdə bu ixtisaslara aid TQDK-nın nəşr etdiyi 5 istiqamtdə olan nəşrlər də təqdim olunub. Bunlar təsviri sənət, musiqi sənəti, memarlıq və dizayn, teatr, kino və xoreoqrafiya sənətləri, bədən tərbiyəsi və idman ixtisasları haqqındadır. N.Babayev növbəti il üçün xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qiymətləndirmə meyarlarının yeni formada tərtib olunduğunu əlavə edib. O, hər istiqamət üzrə ali məktəblərin, orta (11 illik) və əsas (9 illik) təhsil bazasından orta ixtisas məktəblərinin qəbul proqramlarının təkmilləşdirildiyini də vurğulayıb.
    29.01.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 86 87 88 89 90 91 92 93 94 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30