Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 5 6 7 8 9 10 11 12 13 » #
    Müəllimlər tələbələri güdəcək
    Artıq oxu vərdişlərini gizlətmək mümkün olmayacaq. Çünki dünyada ədəbiyyatsevərlərlə yanaşı, müəllim və tələbə kollektivinin sevimlisi olan e-kitab oxuyucuları artıq agent sisteminə birləşir. “KƏLAMİNFO” “Popsci”-yə istinadən xəbər verir ki, “CourseSmart” adlı proqramın avtomatik yüklənməsi ilə müəllimlər tələbələrinin oxuma vərdişlərini izləyə biləcəklər. Belə ki, tədris mərkəzi və iri təhsil ocaqları nəzdində istifadəyə verilmiş “Kindle”lər müəllimlərin e-kitabına birləşəcək. Bunun vasitəsilə müəllimlər tələbələrinin gün ərzində nə qədər oxuduqlarını, nə oxuduqlarını, hansı məlumatları yüklədiklərini görə biləcəklər. Məlumat üçün bildirək ki, Villanova, Rasmussen, Texas universitetləri artıq sistemə qoşulub.
    22.11.12 Məqaləni oxumaq
     
    Mahmud Kərimov: Elmi fəaliyyətin səmərəliliyinin daha da artırılması üçün müəyyən tədbirlər görülür
    “AMEA-da elmi fəaliyyətin səmərəliliyinin daha da artırılması, ölkənin digər elm müəssisələrində və ali məktəblərində aparılan fundamental və tətbiqi araşdırmaların əlaqələndirilməsi, onların nəticələrinin sosial-iqtisadi və digər sahələrdə tətbiqinin təmin edilməsi, elmi kadrlardan düzgün istifadə edilməsi məqsədilə müəyyən tədbirlər görülür”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri AMEA prezidenti, akademik Mahmud Kərimov İnformasiya Texnologiyaları İnstitutunda keçirilən Elektron elm problemləri üzrə I Respublika elmi-praktiki konfransda deyib. M.Kərimov deyib ki, ölkə başçısının gələcəklə bağlı əhəmiyyətli çağırışları respublikada biliyin ön plana keçməsi, əmək fəaliyyətinin İKT-nin imkanlarından istifadə etməklə daha yüksək səviyyədə qurulması, elektron elmin formalaşması üçün zəmin yaradır və bu istiqamətdə alimlər öz töhfələrini verməlidir.
    17.11.12 Məqaləni oxumaq
     
    ADU professoru Beynəlxalq cəmiyyətin Direktorlar Şurasında təmsil olunacaq
    Azərbaycan Dillər Universitetinin 1 saylı İngilis dili fakültəsinin dekanı, professor Əfqan Abdullayev AUDEM (Dünya Universitetlərinin Demokratiya Uğrunda Alyansı) cəmiyyətinin Direktorlar Şurasına üzv seçilib. “KƏLAMİNFO” xəbər verir ki, Dünya Universitetlərinin bu Alyansı 1990-ci ildə ABŞ-ın Nyu-York Dövlət Universiteti tərəfindən təsis edilib və ABŞ Dövlət Departamentinin dəstək verdiyi cəmiyyətlər sırasındadır. AUDEM-in 23-cü illik konfransı bu il oktyabrın 28-30-da Polşada keçirilib. 80-dən çox nüfuzlu universiteti birləşdirən bu cəmiyyətin əsas məqsədi demokratik dəyərlər, sivil-hüqüqi dövlət quruculuğu, qloballaşma dövründə mədəniyyətlərarası inteqrasiya məsələlərinin yaranmasında universitetlərin rolunun daha da gücləndirilməsindən ibarətdir. AUDEM-in üzvü olmaq üçün universitetlər müəyyən kriteriyalara cavab verməlidir. Azərbaycandan bu cəmiyyətə ilk olaraq 2007-ci ildə Azərbaycan Dillər Universiteti qəbul olunub. Sonrakı illərdə Xəzər Universiteti və Azərbaycan Turizm İnstitutu da AUDEM-in üzvü olub.
    15.11.12 Məqaləni oxumaq
     
    Allahşükür Paşazadə: Milli maraqlara uyğun dini dərsliklər hazırlanmalıdır
    “Əhalinin dini maarifləndirilməsinə ehtiyac var. Maarifləndirmənin biri yolu da kitablar, dərsliklərin hazırlanmasıdır”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri AMEA İnsan Hüquqları İnstitutunda “Din və etiqad azadlığı: hüquqi, siyasi və ictimai aspektlər” mövzusunda keçirilən konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib. Şeyx hesab edir ki, xüsusi bir mətbəə yaradıla və orada əhalinin maarifləndirilməsi ilə bağlı vəsaitlər çap edilə bilər. Dini dərsliklərin bəziləri tərəfindən düzgün qarşılanmadığını diqqətə çatdıran Şeyx deyib ki, oxumaq istəyənlər həmin dərsliklərdən istirahət və başqa günlərdə istifadə edə bilərlər. Yəni bu, məcburi deyil. A.Paşazadənin sözlərinə görə, dərsliklər Azərbaycanın milli maraqları, adət-ənənələrinə uyğun olmalıdır.
    15.11.12 Məqaləni oxumaq
     
    Təhsil Nazirliyi bəzi məktəb direktorlarını cəzalandırıb
    Cari ilin oktyabr ayında Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (əlaqə telefonu: 146; faks: 496-37-61; elektron poçt ünvanı: qaynar-xett@edu.gov.az) 974 müraciət daxil olub. Təhsil Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, müraciətlərin 857-si telefonla, 117-si isə elektron poçt vasitəsilə qəbul edilib. Daxil olan müraciətlərin əksəriyyəti sorğu xarakterlidir. Bir sıra müraciətlərdə ümumi təhsil, ilk peşə-ixtisas təhsili, orta ixtisas və ali təhsil müəssisələrindəki çatışmazlıqlardan bəhs olunur. Bu qəbildən olan 73 müraciət əsasında araşdırmalar aparılıb, nöqsanların aradan qaldırılması istiqamətində müvafiq işlər görülüb.
    14.11.12 Məqaləni oxumaq
     
    BDU-nun diplomları Türkiyədə tanınacaq
    Bakı Dövlət Universitetinin (BDU) verdiyi diplomlar Türkiyədə tanınacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında BDU rektoru Abel Məhərrəmov bildirib. O qeyd edib ki, bu, diplomların qarşılıqlı tanınması üzrə Ankara Universiteti ilə BDU arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən həyata keçiriləcək: “Memoranduma əsasən BDU hüquq fakültəsinin 30 tələbəsi və Ankara Universitetinin 30 tələbəsi ikili diplom alacaqlar. Bu günədək Türkiyə tələbələrinin Azərbaycanda aldıqları diplomlar Türkiyədə tanınmırdı və aparılan danışıqlar nəticəsində belə nəticəyə gəldik”.
    14.11.12 Məqaləni oxumaq
     
    Misir Mərdanov: “Orta məktəblərimizdə fransız dilinin tədrisinə dəstək göstərməyə hazırıq”
    “Fransanın Azərbaycandakı səfirliyi ilə birgə ölkələrimiz arasında təhsil sahəsi üzrə birgə əməkdaşlığın inkişafına, orta məktəblərimizdə fransız dilinin tədrisinə dəstək göstərməyə hazırıq”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri təhsil naziri Misir Mərdanov Fransanın ölkəmizdəki səfiri Paskal Mönye ilə görüşündə səsləndirib. M.Mərdanov ikitərəfli əlaqələrin yalnız ali təhsil müəssisələri çərçivəsində deyil, təhsilin digər pillələri üzrə də genişləndirilməsinin önəmini vurğulayıb. Nazir Fransanın KNOUS təşkilatı ilə imzalanan müqavilə çərçivəsində görülən işlərə və bu baxımdan müəyyən problemlərin mövcud olduğuna Azərbaycan-Fransa təhsil əlaqələrinin daha yüksək səviyyəyə qaldırılması baxımından bir sıra təkliflər irəli sürən Paskal Mönye səfirliyin müvafiq sahə üzrə nəzərdə tutduğu işlərdən danışıb. Səfir bu məqsədlə birgə işçi qrupunun yaradılmasını və 3 illik proqram hazırlanmasını təklif edib.
    09.11.12 Məqaləni oxumaq
     
    Azərbaycanla Türkiyə təhsil sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir
    Təhsil naziri Misir Mərdanov Türkiyənin ölkəmizdəki səfiri İsmail Alper Coşkun ilə görüşüb. “KƏLAMİNFO” xəbər verir ki, görüşdə M.Mərdanov Azərbaycanla Türkiyə arasındakı qarşılıqlı dostluğa, qardaşlığa əsaslanan çoxtərəfli və inkişaf etmiş münasibətlərə toxunub, iki ölkənin təhsil sahəsindəki əlaqələrin inkişafı üçün olduqca geniş potensialın mövcudluğunu nəzərə çatdırıb. Ölkəmizdə fəaliyyət göstərən Türk liseyləri və Qafqaz Universitetinin fəaliyyətini yüksək dəyərləndirən nazir təhsil sahəsində mövcud əməkdaşlığın daha səmərəli təşkili üçün münasibətlərin yeni müstəvidə inkişafı məsələsinə diqqət çəkib. Təhsil naziri hər iki ölkənin müvafiq mütəxəssisləri arasında bu istiqamətdə müzakirələrin aparılmasının zəruriliyini qeyd edib.
    08.11.12 Məqaləni oxumaq
     
    İlqar Orucov: Akademiya magistr hazırlığı prosesində iştirak edə bilər
    “Azərbaycan Milli Elmlər Akademiyasında təhsilin magistratura pilləsində tədrisinin təşkilinin mümkünlüyü çoxdandır ki, bir neçə dəfə təklif edilib və müzakirə olunub. Bunun üçün həm elmi kontingent, həm də maddi-texniki baza var. Ona görə də hesab edirəm ki, Akademiya bu prosesdə iştirak edə bilər”. Bu barədə açıqlamanı “KƏLAMİNFO”ya Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gənclərin İntellektual İnkişaf Mərkəzinin direktoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru İlqar Orucov deyib.
    08.11.12 Məqaləni oxumaq
     
    İnformatika fənni üzrə elmi-metodiki seminar keçirilib
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında 2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanı ilə əlaqədar informatika üzrə elmi-metodiki seminarın növbəti iclası keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, seminarda müxtəlif ali təhsil müəssisələrini təmsil edən mütəxəssislər iştirak edirdilər.

    Seminar iştirakçıları 2013/2014-cü tədris ili üçün nəzərdə tutulan informatika üzrə qəbul proqramının müzakirəsini davam etdirdilər. Bir sıra bölmələrə redaktə xarakterli düzəlişlər edilməklə proqram qəbul edilib.
    Növbəti seminarda 2012-ci ildə keçirilən magistratura səviyyəsinə qəbul imtahanında informatika fənni üzrə istifadə olunan test tapşırıqlarının (A, C variantları) statistik göstəricilər əsasında elmi-metodiki təhlili aparılacaq.
    07.11.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 5 6 7 8 9 10 11 12 13 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30