Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 85 86 87 88 89 90 91 92 93 » #
    Təhsil Nazirliyinin əməkdaşları Slovakiyaya gediblər
    Bu gündən fevralın 25-dək Slovakiyanın Bratislava şəhərində “Həmkara dəstək” mövzusunda beynəlxalq seminar keçirilir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Təhsil Nazirliyindən veriblər. Seminarda ölkəmizi Təhsil Nazirliyinin nəzdindəki Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin əməkdaşı Ayaz Abuşov, “Təhsildə Əməkdaşlıq” proqramı üzrə “Microsoft Azərbaycan” şirkətinin meneceri Emin Axundov və “Mədəd” təşkilatından Teymur Məmmədov təmsil edirlər. “Microsoft” şirkətinin təşkilatçılığı ilə keçiriləcək seminarın məqsədi müxtəlif ölkələrdən olan nümayəndələrə peşəkarlıq səviyyələrinin artırılması üçün “Həmkara dəstək” adlı tədris proqramı haqqında ətraflı məlumat verməkdir.
    23.02.10 Məqaləni oxumaq
     
    ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin 1 ilinə həsr olunan tədbir keçirildi
    Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin 1, qurumun mətbu orqanı olan “Poliqlot” qəzetinin isə 10 illiyinə həsr olunan tədbir keçirildi. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən ADU-nun rektoru, professor Səməd Seyidov bildirdi ki, bir il öncə rəhbərlik etdiyi təhsil ocağının İctimaiyyətlə əlaqələr və mətbuat xidməti, 10 il əvvəl isə “Bilik” qəzetinin bağlanmasından sonra “Poliqlot” qəzeti fəaliyyətə başlayıb. ADU-nun keçdiyi yola nəzər salan S.Seyidov qeyd edib ki, ümummilli lider Heydər Əliyev və hazırki prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində ADU Azərbaycanı dünyaya, dünyanın isə Azərbaycana gətirilməsinə çalışıb. Hazırda ADU-nun 3 korpusunun fəaliyyət göstərdiyini diqqətə çatdıran S.Seyidov universitetdə 5 mindən çox tələbənin təhsil aldığını vurğulayıb. O, Azərbaycanda bir sıra xarici dillərin də tədris olunduğunu qeyd edib.
    20.02.10 Məqaləni oxumaq
     
    Paytaxtın IV sinif şagirdləri riyaziyyat fənnindən test imtahanı veriblər
    Bu gün Bakının Nərimanov rayonunda yerləşən məktəblərin IV sinif şagirdləri riyaziyyat fənnindən test yoxlamasından keçiblər. Bu barədə məlumatı KƏLAMİNFO-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən veriblər. BŞTİ-nin 2010-cu il üçün qəbul olunan Fəaliyyət Planına əsasən eksperiment xarakteri daşıyan ilk yoxlamada 1955 şagird iştirak edib. Hər birində 15 sual olmaqla 10 variant tərtib olunub. Sualları cavablandırmaq üçün şagirdlərə 45 dəqiqə vaxt ayrılıb. Yoxlamanın cavabları 3 gün ərzində bəlli olacaq. Qeyd edək ki, sınaq testlərinin Bakının digər rayonlarında yerləşən məktəblərdə də təşkil olunacağı gözlənilir.
    18.02.10 Məqaləni oxumaq
     
    TQDK Lənkəranda müəllimlər üçün seminar-məşğələlərə start verib
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Lənkəran regional bölməsində növbəti tədris ili üçün ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında nəzarətçi kimi iştirak edəcək müəllimlər üçün seminar-məşğələlərə start verib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Məşğələlərdə müəllimlər qəbul imtahanlarında nəzarətçi müəllimlərin vəzifələri və göstərəcəkləri fəaliyyətlərin məzmunu ilə ətraflı tanış olub, onların sualları cavablandırılır. Məşğələlərin səmərəliliyini təmin etmək üçün əyani vəsaitlərdən və videomateriallardan istifadə edilir. Seminar-məşğələlərdə Lənkəran rayonunun 294 müəlliminin iştirakı nəzərdə tututur. Lənkəran şəhər 1 saylı orta məktəbdə keçirilmiş ilk iki seminar-məşğələlədə 73 nəfər iştirak edib. TQDK-nın Lənkəran regional bölməsinin əməkdaşları tərəfindən aparılan bu məşğələlər fevralın 19-dək davam edəcək.
    17.02.10 Məqaləni oxumaq
     
    Məleykə Abbaszadə Fransada İAEA İcraiyyə Komitəsinin iclasında iştirak edir
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Fransaya səfər edib. TQDK-dan KƏLAMİNFO-ya verilən məlumata görə, M.Abbaszadə bu gündən fevralın 20-dək Fransada keçiriləcək İAEA-nın (Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya) İcraiyyə Komitəsinin iclasında iştirak edəcək. İclasda İAEA-nın fəaliyyəti ilə bağlı gündəlik məsələlər, İcraiyyə Komitəsi üzvlərinin hesabatı, cari ilin sentyabr ayında Assosiasiyanın Tailandda keçiriləcək 36-cı beynəlxalq konfransına hazırlıq prosesi müzakirə ediləcək. Tədbirdə həmçinin, ayrı-ayrı ölkələrin təhsil sistemində qiymətləndirmə ilə bağlı mexanizmlər, qayda və standartlar, habelə, müxtəlif qiymətləndirmə sistemlərinin müqayisəli təhlili, müzakirəsi və uyğunlaşdırılması istiqamətində fikir mübadiləsi aparılacaq. Qeyd edək ki, TQDK-nın sədri Məleykə Abbaszadə 2007-ci ildən İAEA-nın İcraiyyə Komitəsinin həqiqi üzvüdür.
    16.02.10 Məqaləni oxumaq
     
    TQDK tələbə qəbulu qaydalarını təsdiq etdi
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən tələbə qəbulu qaydaları təsdiq olunub. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. 2010/2011-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları ölkə Prezidentinin “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” 10 fevral 2010-cu il tarixli Fərmanına uyğun olaraq təsdiq olunub. Qeyd edək ki, bu qaydalar TQDK orqanı olan “Abituriyent” jurnalının 1-ci sayında dərc ediləcək.
    13.02.10 Məqaləni oxumaq
     
    Təhsil naziri Misir Mərdanov məktəblərdə meyvə satışı ilə bağlı ideyanı bir daha dəstəklədi
    Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) məktəblərdə meyvə satışı ilə bağlı ideyasını dəstəkləyirəm. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında bildirib. Məktəb yaşlı uşaqların təzə meyvə yeməsinə ehtiyac olduğunu diqqətə çatdıran M.Mərdanov əlavə edib ki, bu ideyadan düzgün nəticə çıxarılmalıdır. “Əgər bu məsələdən düzgün nəticə çıxarılacaqsa, onu dəstəkləyirəm. Amma elə etmək lazım deyil ki, buna görə də hardasa pul yığsınlar”,-deyən nazir mətbuatın gündəmində olan məsələyə belə münasibət bildirib.
    10.02.10 Məqaləni oxumaq
     
    Azərbaycan və Belarus arasında İKT sahəsində müqavilələr imzalanıb
    Azərbaycan və Belarus informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında müqavilə imzalayıb. KƏLAMİNFO xəbər verir ki, müqavilənin imzalanması Bakıda keçirilən informasiya texnologiyaları üzrə birinci Azərbaycan-Belarus biznes forumu zamanı baş tutub. Sənədi Belarus Dövlət İnformatika və Radioelektronika Universitetinin rektoru Mixail Batur və Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədov imzalayıb. Forum çərçivəsində həmçinin Azərbaycanın "Ultra" şirkəti və "ST-Qrup" Belarus İnnovasiya Birliyi arasında müqavilə imzalanıb. Sənədi "Ultra" şirkətinin rəhbəri Tahir Mirkişili və "ST-Qrup"un Baş direktoru Aleksandr Mukovozçik imzalayıb.
    09.02.10 Məqaləni oxumaq
     
    TQDK nəzarətçi müəllimlər üçün seminar-məşğələlər keçirəcək
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) növbəti tədris ili üçün ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında nəzarətçi kimi iştirak edəcək müəllimlər üçün seminar-məşğələlər keçirəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Seminar-məşğələlərin məqsədi nəzarətçi-müəllimləri qəbul imtahanının texnologiyası ilə yaxından tanış etmək, imtahanları təlimata uyğun keçirməyə hazırlamaqdır. Seminarlar TQDK-nın təşkilat şöbəsinin məsul əməkdaşları tərəfindən aparılacaq. Seminarlarda Bakı və Sumqayıt şəhərlərinin orta məktəblərindən nəzarətçi qismində cəlb olunacaq müəllimlər iştirak edəcək. Seminar-məşğələlərdə iştirak edən müəllimlər, xüsusən də bu prosesə ilk dəfə cəlb edilən nəzarətçilər aprel ayından etibarən TQDK tərəfindən keçiriləcək sınaq imtahanlarında nəzarətçi kimi iştirak etməyə dəvət olunacaqlar. Bu da onların seminarlarda əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq etmələrinə kömək edəcək. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər qəbul imtahanlarına cəlb olunacaqlar.
    08.02.10 Məqaləni oxumaq
     
    AMEA Aşqarlar Kimyası İnstitutunun yaranmasının 45 ili tamam olur
    Bu il Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Aşqarlar Kimyası İnstitutunun (AKİ) yaranmasının 45 ili tamam olur. AMEA-dan KƏLAMİNFO-ya verilən məlumata görə, AKİ 1965-ci ildə Kuybışev adına AZETNEİ-də və sonradan Azərbaycan Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutunda fəaliyyət göstərən ixtisaslaşdırılmış laboratoriyanın əsasında yaradılıb. İnstitut yaradılarkən onun tərkibində aşqarlar kimyası sahəsində mühüm istiqamətləri əhatə edən 12 laboratoriya təşkil edilib. 1980-cı ildə AİK-nin təcrübi-texnoloji bazası əsasında “Aşqar” Təcrübi İstehsalı ilə Xüsusi Texnoloji Büro yaradılıb və indiyədək AKİ-nin nəzdində fəaliyyət göstərir. Hazırda institut 15 laboratoriya və 4 şöbədən ibarətdir. İnstitutda 229 əməkdaş çalışır. Onlaprdan 2 nəfəri akademik, 16-ı elmlər doktoru və 47-i isə elmlər namizədidir.
    05.02.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 85 86 87 88 89 90 91 92 93 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30