Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 82 83 84 85 86 87 88 89 90 » #
    Sınaq imtahanlarında iştirak etmək üçün 31 538 abituriyent qeydiyyatdan keçib
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sınaq imtahanlarını cari il aprelin 4-dən etibarən respublikanın 18 şəhərində həyata keçirəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. İlk sınaq imtahanı Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Şəmkir, Ağstafa, Yevlax, Kürdəmir, İmişli, Şirvan, Lənkəran və Biləsuvar şəhərlərində, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Culfa, Şərur və Şahbuz rayonlarında keçiriləcək. Bu imtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə martın 16-dan aparılıb və 31 538 abituriyent qeydiyyatdan keçib. İmtahanlarda istifadə olunan sual kitabçaları TQDK-nın aparıcı mütəxəssisləri və ekspertləri tərəfindən hazırlanıb və orta məktəb dərsliklərinə, qəbul imtahanları proqramlarına tamamilə uyğundur.
    01.04.10 Məqaləni oxumaq
     
    YUNESKO ekspertləri AMEA-da islahatların aparılması ilə bağlı təkliflər hazırlayıb
    Azərbaycan Milli Elmlər Akademiyasında islahatların aparılması ilə bağlı YUNESKO ekspertlərinin Azərbaycana səfəri hələlik baş tutmayıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov söyləyib. Onun sözlərinə görə, ekspertlər Azərbaycana yanvar ayında gəlməsi nəzərdə tutulsa da, hələlik gəlməyiblər. “YUNESKO ekspertlərin fəaliyyətini maliyyələşdirməlidir. Hələ bu məsələ öz həllini tapmayıb. Ekspertlər təkliflərini hazırlayıblar, amma bu təkliflər hələlik bizimlə müzakirə olunmayıb”,-deyən M.Kərimov Azərbaycanda elmə maraq göstərən gənclərin sayının az olmasının səbəbini də açıqlayıb. “Bu sahədə məvaciblər aşağıdır, alimlərin, xüsusilə də gənc alimlərin sosial təminat məsələləri hələ istənilən səviyyədə həll olunmur. Onların yataqxana, mənzillə təminatı, əmək haqqı, təqaüd məsələləri kompleks həllini tapandan sonra yəqin ki, elmə maraq da artacaq”,-deyə M.Kərimov vurğulayıb.
    31.03.10 Məqaləni oxumaq
     
    EİF qrantlar və layihələr üzrə müsabiqə elan edəcək
    Cari ilin mayında Prezident yanında Elmin İnkişafı Fondu (EİF) qrantlar və layihələr üzrə müsabiqə elan edəcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı fondun icraçı direktoru Elçin Babayev söyləyib. O, artıq fondun formalaşması prosesinin başa çatdığını da xatırladıb. “May ayında biz artıq qrantlar və layihələr üzrə ilk müsabiqəmizi elan edə biləcəyik. Çox istərdik ki, bu tarix mayın 10-na təsadüf etsin. Elm adamlarından dövlətimizin, elmimizin inkişafına kömək edəcək layihələr gözləyəcəyik”,-deyən E.Babayev son zamanlar humanitar və ictimai elmlər sahəsində yeniləşmə aparmağa meylin artdığını da vurğulayıb.
    30.03.10 Məqaləni oxumaq
     
    AMEA-nın institutları yeni təkliflər hazırlayıb
    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ayrı-ayrı institutları tərəfindən elmin inkişafı ilə bağlı yeni təkliflər hazırlanaraq Rəyəsət Heyətinə təqdim olunub. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı AMEA-nın prezidenti Mahmud Kərimov söyləyib. Təkliflərin əsasən humanitar və ictimai elmləri əhatə etdiyini diqqətə çatdıran M.Kərimov əlavə edib ki, daxil olan təkliflər Rəyasət Heyətində müzakirə olunub. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlər davam etdirilir.
    30.03.10 Məqaləni oxumaq
     
    TQDK qəbul imtahanlarına hazırlaşan gənclər üçün sınaq imtahanını keçirəcək
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Ali məktəblərə qəbul imtahanlarına hazırlaşan gənclər üçün ilk sınaq imtahanını aprelin 4-də keçirilməsini planlaşdırır. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Sınaq imtahanlarında iştirak etmək üçün qeydiyyat artıq başlanıb.
    30.03.10 Məqaləni oxumaq
     
    Təhsil naziri Misir Mərdanov sərt danışdı
    Bəzi adamlar, hətta bəzən dövlət məmurları da Azərbaycanın ali məktəblərində heç bir iş getmədiyini, ölkə gənclərinin savadsız olması barədə fikir yaratmağa çalışırlar. Guya bu gənclərlə ölkəni irəli aparmaq olmaz. Bu fikirlərin hamısını əsassız hesab edir və özümə qarşı atılmış güllə sayıram. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri təhsil naziri Misir Mərdanov doktorant və gənc tədqiqatçıların mükafatlandırılması mərasimindəki çıxışında səsləndirib. M.Mərdanov rektorlar, deputatlar, müəllimlər, nə də ki, gənclərin bu cür fikirlərə qarşı çıxmadığından təəssüfləndiyini söylədi. “Bu yaxınlarda parlamentdə hökumətin hesabatı dinlənildi. Bizim MM-in üzvü olan bir neçə rektorumuz var, onların bəziləri komitə sədridir. Akademiklərin də hamısı Bakı Dövlət Universitetinin kafedra müdiridir. Bir adam təhsil haqqında heç nə danışmadı. Kənd təsərrüfatına baxan kənd təsərrüfatından, energetikaya baxan isə öz sahəsindən danışdı, amma təhsil haqqında, təhsildə baş verən yeniliklər haqqında danışmadılar.
    20.03.10 Məqaləni oxumaq
     
    Təhsil naziri alimlərin əsasən yaşlılardan ibarət olmasından narahatdır
    İndiki alimlərin əsasən yaşlılardan ibarət olması və bu sırada gənclərin azlığı narahatçılıq doğurur. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri təhsil naziri Misir Mərdanov söyləyib. Gənc alimlərin sayının çoxaldılması və onların stimullaşdırlmasına böyük ehtiyacın olduğunu diqqətə çatdıran M.Mərdanov gənc nəsil alimlərin sayının beynəlxalq səviyyəyə uğunlaşdırmağın zəruriliyini qeyd edib. O, bunun üçün müvafiq qurum, o cümlədən Ali Attestasiya Komissiyası ilə birgə müvafiq işlərin görülməsinə eyhtiyac olduğunu söyləyib. M.Mərdanov həmçinin əlavə edib ki, ali təhsil müəssisələrində elmin inkişafı üçün ciddi iş görülməlidir.
    19.03.10 Məqaləni oxumaq
     
    Ali məktəblərin qəbul planı Nazirlər Kabinetinə təqdim edilib
    Ali məktəblərin qəbul planı Nazirlər Kabineti və İqtisadi İnkişaf Nazirliyinə təqdim olunub. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı təhsil naziri Misir Mərdanov söyləyib. Cari ilin qəbul planında yeniliklərlə bağlı məsələyə münasibət bildirən M.Mərdanov qeyd edib ki, bu il bakalavr və magistr pilləsində elə bir ciddi dəyişiklik yoxdur.
    19.03.10 Məqaləni oxumaq
     
    Təhsil naziri orta məktəblərdə mətbuat katibliyinin yaradılmasını məqbul saymır
    Düşünürəm ki, orta məktəblərdə mətbuat katibliyinin yaradılmasının heç bir əhəmiyyəti olmaz. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri təhsil naziri Misir Mərdanov söyləyib. Təhsil Nazirliyi və Bakı şəhəri üzrə Təhsil İdarəsində mətbuat xidmətlərinin fəaliyyət göstərdiyini diqqətə çatdıran M.Mərdanov bildirib ki, bu strukturlardan yetərincə məlumat almaq olar. “Biz fikirləşirik ki, nazirlikdə bu işi qaydaya salmaq üçün “qaynar xətt” xidməti yaradaq. Yəni, nazirlikdə ola bilər şöbə və şöbədən də kiçik bir qurum yarada bilərik. Ora biz “Azərcell”lə danışıb bu xidmətdən pulsuz istifadə edilməsinə imkan yaratmaq istəyirik.
    19.03.10 Məqaləni oxumaq
     
    Doktorant və gənc tədqiqatçılar mükafatlandırılıb
    Bu gün Təhsil Nazirliiyndə doktorant və gənc tədqiqatçıların mükafatlandırılması mərasimi keçirilib. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov ötən ilin 4-5 dekabr tarixlərində doktorant və gənc tədqiqatçıların XIV Respublika elmi konfransı keçirildiyini söyləyib.
    19.03.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 82 83 84 85 86 87 88 89 90 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30