Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 81 82 83 84 85 86 87 88 89 » #
    Elmar Qasımov: “Çalışırıq ki, təhlükəsizliklə bağlı prosses bütün təhsil müəssisələrini əhatə etsin”
    Təhsil Nazirliyinin əsas məqsədlərindən biri də təhsil ocaqlarında nizam-intizam və təhlükəsizliyin yüksək səviyyədə təmin olunmasıdır. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini Elmar Qasımov bildirib. Onun sözlərinə görə, bu məqsədlə universitetlərdə daxili nizam-intizamı qaydaya salmaq üçün müəyyən xidmətlər yaradılıb. Nazir müavini qeyd edib ki, təhlükəsizliklə bağlı orta məktəblərdə də müəyyən tədbirlər hayata keçirilir. “Bu işləri təhsil ocaqlarının rəhbərləri həyata keçirsələr də Təhsil Nazirliyi ciddi diqqət yetirir”,-deyə E.Qasımov əlavə edib. Ötən il Neft Akademiyasında baş verən hadisənin yalnız hansısa təhsil ocağına deyil, Azərbaycana qarşı törədilən cinayət adlandıran E.Qasımov bildirib ki, cinayətlə bağlı işlər artıq yekunlaşıb.
    07.04.10 Məqaləni oxumaq
     
    Elektron təhsil ümumrespublika müsabiqəsinə start verildi
    Bu gün Təhsil Nazirliyi tərəfindən elektron təhsil ümumrespublika müsabiqəsinə start verildi. KƏLAMİNFO xəbər verir ki, bununla bağlı Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Məlumat və Resurs Mərkəzində tədbir keçirilidi. İdarənin rəhbəri Samir Məmmədov bildirdi ki, cari il Təhsil Nazirliyi tərəfindən təhsildə İKT ili elan olunub və bu məqsədlə müsabiqə elan olunub. O, müsabiqəyə Microsoft Azərbaycan, İntel, AZ.DU.NET, ULTRA, HP və MƏDƏT təşkilatlarının dəstək verdiklərini söylədi. Müsabiqənin rəsmi internet səhifəsinin hazırlandığını diqqətə çatdıran S.Məmmədov bildirdi ki, müsabiqənin keçirilməsində məqsəd elektron tədris resurslarından, internet texnologiyalarından tədris prosesində istifadəni populyarlaşdırmaq, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni qaydalarını üzə çıxarmaq, İKT-dən istifadə edən fəal müəllimləri həvəsləndirməkdən ibarətdir.
    06.04.10 Məqaləni oxumaq
     
    AMEA-nın vitse-prezidentləri Moskvaya gedəcəklər
    Aprelin 7-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidentləri, akademiklər Akif Əlizadə və Nailə Vəlixanlı Rusiya Federasiyasına (RF) səfər edəcəklər. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər. Səfərin məqsədi aprelin 8-də Moskvada keçiriləcək faşizm üzərində qələbənin 65 illiyinə həsr olunan beynəlxalq konfransda iştirak etməkdir. Qeyd edək ki, səfər aprelin 10-dək davam edəcək.
    05.04.10 Məqaləni oxumaq
     
    TQDK növbəti sınaq imtahanını aprelin 11-də keçirəcək
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərin qəbul imtahanlarına hazırlaşmalarına kömək məqsədilə sınaq imtahanı keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Respublikanın 28 şəhər və rayonunda keçirilmiş imtahanda iştirak etmək üçün 31 538 abituriyent qeydiyyatdan keçib. Sınaq imtahanı ümumilikdə 35 binada keçirilib, prosesin idarə olunmasına 123 imtahan rəhbəri, 1039 nəzarətçi-müəllim cəlb olunub. Sınaq imtahanının nəticələrinin aprelin 8-də TQDK-nın internet saytında yerləşdirilməsi nəzərdə tutulub. Növbəti sınaq imtahanı isə aprelin 11-də keçiriləcək. Hazırda aprelin 11-də və 18-də keçiriləcək sınaq imtahalarına yazılış davam edir.
    05.04.10 Məqaləni oxumaq
     
    Azərbaycanın 45 ali təhsil müəssisəsində 6813 əcnəbi təhsil alır
    Bu gün Təhsil Nazirliyində “Əcnəbi vətəndaşların Azərbaycan Respublikasında təhsili (real vəziyyət, problemlər, perspektivlər)” mövzusunda kollegiya iclası keçirilib. KƏLAMİNFO xəbər verir ki, təhsil naziri Misir Mərdanov və ali məktəb rektorlarının iştirakı ilə keçirilən iclasda əcnəbi vətəndaşların ölkəmizdə təhsili ilə bağlı nazir müavini Elmar Qasımovun təqdimatı olub. E.Qasımov bildirib ki, iclasın əsas müzakirə obyekti əcnəbi tələbələrin təlim-tədris prosesinin təkmilləşdirilməsi, ölkəmizin ali təhsil müəssisələrində təhsil alan əcənbilərin cəmiyyətə inteqrasiyası və yerli şəraitə uyğunlaşdırlması, ali məktəblərdə onlar üçün fəaliyyət göstərən hazırlıq fakültə, mərkəz və şöbələrin maddi-texniki bazalarının təkmilləşdirilməsidir.
    03.04.10 Məqaləni oxumaq
     
    Təhsil naziri Misir Mərdanov meydanda tək qalıb
    Çox təəssüf ki, Azərbaycanda rəsmi vəzifə tutan adamlar da son vaxtlar cəmiyyətdə belə bir fikir formalaşdırırlar ki, guya Azərbaycanın təhsil sistemi dağılır, təhsil işçilərinin hamısı rüşvətxordur, Azərbaycan təhsili məhvə gedir. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri təhsil naziri Misir Mərdanov ali məktəb rektorlarının iştirakı ilə keçirilən kollegiya iclasında söyləyib. M.Mərdanov qeyd edib ki, ən təəssüf doğuran hal isə odur ki, bu ağır və məsuliyyətli işi şərəflə öz çiynində aparan adamlar bu hücumların qarşısında susur. Nazir, Azərbaycanda yüksək təhsil alan kifayət qədər qabiliyyətli şəxslərin olduğunu vurğulayıb. “Hətta böyük vəzifə tutan adamlar rəsmi elan edirlər ki, mənim bu qədər boş yerim var, heç bir nəfər də adam tapmıram ki, götürüm işləsin. Bu söhbətlər dəfələrlə mənim yanımda olub.
    02.04.10 Məqaləni oxumaq
     
    ADU-da “Ali təhsil müəssisələrinin KİV-lə əlaqəsi” mövzusunda Dəyirmi masa keçirilib
    Bu gün Azərbaycan Dillər Universitetində (ADU) “Ali təhsil müəssisələrinin KİV-lə əlaqəsi” mövzusunda Dəyirmi masa keçirilib. KƏLAMİNFO xəbər verir ki, ali təhsil ocağının İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin təşəbbüsü, Təhsil Nazirliyi, Azərbaycan Mətbuat Şurası (MŞ) ilə birgə təşkil edilən tədbirdə çıxış edən ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynab Kazımova çalışdığı təhsil ocağının rəhbərliyi tərəfindən mətbuat xidmətinə göstərilən diqqət, sərbəstlik və verilən səlahiyyətləri, ümumilikdə mediaya göstərilən qayğı və dəstək olduğunu vurğulayıb. ADU-da mətbuat xidməti strukturunun fəaliyyətinin səmərəli olması üçün bu amillərin mühüm faktor olduğunu diqqətə çatdıran Z.Kazımova təhsil naziri Misir Mərdanov tərəfindən ADU-nun mətbuat xidmətinə təşəkkür məktubunun ünvanlandığını xatırladıb. “Yeni Azərbaycan” qəzetinin Baş redaktoru Hikmət Babaoğlu qeyd edib ki, mətbuat xidmətləri oxucunun marağını nəzərə alaraq materialları daha dəqiqliklə seçib KİV-ə göndərməlidirlər.
    02.04.10 Məqaləni oxumaq
     
    BDU və Azərbaycan Tibb Universitetinin ötən il əcnəbilərdən gələn illik gəliri ayrı-ayrılıqda 1 mln. manat olub
    Azərbaycanda əcnəbi tələbələrin təhsili üçün lazımi potensial var və onların ölkəmizə axınına mane olan bəzi problemləri aradan qaldırmaq lazımdır. KƏLAMİNFO xəbər verir ki, bu barədə fikirləri təhsil nazirinin müavini Elmar Qasımov söyləyib. E.Qasımov bildirib ki, əcnəbi vətəndaşların ölkəmizdə təhsili ilə bağlı problemlərdən biri onların yataqxana ilə təminatı problemidir. Nazir müavini rektorlardan xahiş edib ki, bu məsələyə diqqət yetirilsin və Bakıda yataqxana tikmək istəyən iş adamları ilə danışıqlar aparılsın. O, ali təhsil müəssisələrində təhsil haqqının çox olduğunu da əcnəbilərin Azərbaycanda təhsilinə mane olduğunu istisna etməyib və rektorlardan bu məsələyə də yenidən baxılmasını xahiş edib. Ali təhsil müəssisələrində təhsil alan əcnəbilərdən gələn gəlirlərin heç da az olmadığını diqqətə çatdıran E.Qasımov bildirib ki, hesablamalara görə, ötən il Bakı Dövlət Universitetinin (BDU) əcnəbilərdən gələn illik gəliri 1 mln. Azərbaycan Tibb Universitetinin (ATU) 1 mln., Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU) isə 600 min manata yaxın olub.
    02.04.10 Məqaləni oxumaq
     
    Rektor BDU-nun reytinqinə və əcnəbi tələbələrin daha çox cəlbinə zərər verən amillərdən danışdı
    Yataqxanalardan məcburi köçkünlərin çıxarılması üçün vəsait ayrılıb və bu prosses tədricən baş verəcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov verib. Rektor əmin olduğunu bildirib ki, ilk növbədə BDU-nun yataqxanalarında məskunlaşan məcburi köçkünlər köçürüləcək. Onun sözlərinə görə, BDU-nun yataqxanalarının 99 faizində məcburi köçkünlər yaşayır. “Universitet yataqxanalarında tələbələrdən heç kim qalmır. Buna görə də biz çox xahiş etmişik ki, yataqxanaların köçürülməsinə bizim universitetdən başlasınlar. Belə bir plan da var. Yaxın vaxtlarda bu işə başlanılacaq”,-deyən A.Məhərrəmov əlavə edib ki, hazırda BDU-nun yataqxanalarının 9 korpusunun hamısında 5 minə yaxın məcburi köçkün ailəsi yaşayır.
    02.04.10 Məqaləni oxumaq
     
    ADU-nun bir qrup müəllim və tələbə heyəti Norveçə gedəcək
    İyunun 26-dan avqustun 6-dək Azərbaycan Dillər Universitetinin (ADU) 9 nəfər müəllim və 10 nəfər tələbə heyəti Oslo Universitetində Beynəlxalq Yay Məktəbində iştirak etmək üçün Norveçə gedəcəklər. ADU-nun mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən xəbərə görə, bu barədə məlumat rektor Səməd Seyidovun Norveçin ölkəmizdəki səfiri Yon Ramberqlə görüşündə səslənib. Görüşdə universitetlərarası layihənin uzadılması, ADU-nun nəzdində fəaliyyət göstərən Skandinaviya Mərkəzinin fəaliyyəti, universitetdə Norveç dilinin tədrisi, həmçinin ADU-nun Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsində Skandinaviyaşünaslıq ixtisasının inkişafından söhbət açılıb. Universitetdə Bolonya prosesinin tətbiqindən danışan S.Seyidov bildirib ki, rəhbərlik etdiyi ali təhsil ocağında azərbaycanlı müəllimlərlə bərabər Norveç dilinin tədrisi ilə məşğul olan norveçli pedaqoqlar da fəaliyyət göstərir. Y.Ramberq Oslo Universitetində ADU-nun müəllim və tələbələrinin Beynəlxalq Yay Məktəbində iştirak etməsini azərbaycanlı müəllimlərin təkmilləşdirilməsi baxımından yüksək qiymətləndirib.
    02.04.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 81 82 83 84 85 86 87 88 89 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30