Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 80 81 82 83 84 85 86 87 88 » #
    Sənəd Qəbulu Komissiyalarında hərbi masalar fəaliyyət göstərəcək
    Ali və orta ixtisas məktəblərinə sənəd qəbulu zamanı Sənəd Qəbulu Komissiyalarında hərbi masalar da fəaliyyət göstərəcək. Burada müvafiq hərbi komissarlıqların nümayəndələri təmsil olunacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Təşkilat şöbəsinin müdüri Arzu Bağırov bildirib. Onun sözlərinə görə, burada sənəd verən abituriyentlər arasında hərbi mükəlləfiyyətli gənclərin sənədləri yoxlanılacaq. “Onların ərizəsi hərbi komissarlığın nümayəndələrinin icazəsi olduqdan sonra təsdiq olunacaq”,-deyə TQDK-ın şöbə müdüri vurğulayıb. A.Bağırov onu da qeyd edib ki, şəxsiyyət vəsiqəsində şəkili olmayan, 16 yaşı tamam olmamış abituriyentlər üçün də bütün rayonlarda ayrıca komissiya fəaliyyət göstərir. “Sənədlərində şəkili olmayan abituriyentlər həmin komissiyalara müraciət edəcəklər. Orada onların şəkilləri çəkilərək elektron ərizələrə daxil ediləcək”,-deyə A.Bağırov əlavə edib.
    20.04.10 Məqaləni oxumaq
     
    Ali məktəblərə qəbulla bağlı 130-a yaxın Sənəd Qəbulu Komissiyaları fəaliyyət göstərir
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun başlanması ilə əlaqədar mətbuat konfransı keçirildi. KƏLAMİNFO xəbər verir ki, konfransda çıxış edən TQDK-ın Təşkilat şöbəsinin müdüri Arzu Bağırov ərizə qəbulu elanının tam mətninin hazırda çapdan çıxmış “Abituriyent” jurnalının 2-ci sayında nəşr olunduğunu bilidirdi.
    20.04.10 Məqaləni oxumaq
     
    Ali təhsil müəssisələrinin magistraturalarına sənəd qəbulu başa çatır
    Bu gün ali təhsil müəssisələrinin magistratura pilləsinə sənəd qəbulu başa çatır. Bu barədə məlumatı KƏLAMİNFO-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən veriblər. Respublika ali təhsil müəssisələrinin magistratura pilləsinə sənəd qəbulu aprelin 12-dən aparılmağa başlanıb. Bakalavrlar şəxsiyyət vəsiqəsindən və “TQDK-nın ödəmə kartı”dan istifadə etməklə komissiyanın müvafiq internet səhifəsində “Bakalavrın elektron ərizəsi” formasını doldurur, daha sonra Sənəd Qəbulu Komissiyasına müraciət etməklə həmin ərizəsini təsdiq etdirirlər. Bu gün saat 09:30-dək 12 794 bakalavr elektron ərizəsini təsdiq etdirib. Qeyd edək ki, magistraturaya birinci mərhələnin imtahanı mayın 2-də keçirilicək.
    20.04.10 Məqaləni oxumaq
     
    “Abituriyent” hazırlıq kursu müəllim vəzifəsinə müsabiqə elan edir
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) nəzdində fəaliyyət göstərən “Abituriyent” hazırlıq kursu müəllim vəzifəsinə müsabiqə elan edir. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Hazırlıq kursuna Azərbaycan dili, riyaziyyat, fizika, tarix, kimya, coğrafiya, ingilis dili və biologiya fənləri üzrə müəllimlər tələb olunur. Müsabiqə 3 mərhələdən ibarətdir. Namizədlərdən Ali təhsil, ən azı 1 il pedaqoji təcrübə, təlim və tədris metodologiyaları haqqında anlayış, tədris etdiyi fənn üzrə yüksək səviyyədə bilik, kompüter və internet haqqında biliklər tələb olunur.
    16.04.10 Məqaləni oxumaq
     
    ADU-da “Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda III Respublika elmi konfransı keçiriləcək
    Aprelin 15-17-i tarixlərində Azərbaycan Dillər Universitetində (ADU) bu ali təhsil ocağına universitet statusu verilməsinin 10 illiyinə həsr olunan “Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda III Respublika elmi konfransı keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya ADU-dan veriblər. Konfransda “Xarici dillərin tədrisində müasir texnologiyalardan istifadə”, “Xarici dillərin tədrisinin nəzəri və praktik məsələləri”, “Kommunikativ dilçilik”, “Xarici dillərin mədəniyyətlərarası kommunikasiyada rolu”, “Xarici ölkə ədəbiyyatının tədrisi problemləri” bölmələrində müzakirələr aparılacaq və ümumilikdə 181 məruzə dinləniləcək.
    15.04.10 Məqaləni oxumaq
     
    TQDK xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyata başlayır
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə seçmə tur və qabiliyyət imtahanlarına qeydiyyata başlayır. Bu ixtisasları seçənlər 30 aprel tarixindən 31 may tarixinədək qeydiyyatdan keçəcəklər. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Abituriyentlər qəbul imtahanlarında iştirak etmək üçün ilk əvvəl elektron ərizələrini ümumi qaydada təsdiq etdirməlidirlər. Sonra seçmə turun keçirilməsi və qeydiyyatın aparılması məqsədilə müvafiq təhsil müəssisələrində yaradılmış Qabiliyyət İmtahanı Komissiyalarına müraciət edə bilərlər.
    14.04.10 Məqaləni oxumaq
     
    TQDK bu gün ali məktəblərin magistratura pilləsinə sənəd qəbuluna başlayır
    Bu gündən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2010/2011-ci tədris ili üçün ali məktəblərin magistratura pilləsinə sənəd qəbuluna başlayır. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Sənəd qəbulu aprelin 19-dək davam edəcək. Artıq imtahanların günləri də məlumdur. Qəbul imtahanının birinci mərhələsi mayın 2-də, proqramların seçimi isə 7-12 iyun tarixlərində baş tutacaq. Qəbul imtahanlarının ikinci mərhələsi iyunun 20-də keçiriləcək. İkinci mərhələyə buraxılmış bakalavrların ixtisas seçimi isə iyunun 22-dən 25-dək aparılacaq.
    13.04.10 Məqaləni oxumaq
     
    TQDK-ın keçirdiyi növbəti sınaq imtahanında 8 mindən çox abituriyent iştirak edib
    Ötən gün respublika üzrə keçirilən sınaq imtahanlarında nəticə etibarilə 8 mindən çox abituriyent iştirak edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə verib. O, qeyd edib ki, bu sınaq imtahanı TQDK tərəfindən cari il üçün keçirilən sayca ikinci imtahan idi. “Bu imtahanda iştirak edən abituriyentlərə sual kitabçaları aprelin 4-də təqdim olunub. Bu təkrar sınaq imtahanı olduğu üçün əvvəlki imtahanda təqdim olunan sual kitabçaları ilə indiki eyni idi. Bundan əvvəlki imtahanda iştirak edə bilməyən abituriyentlərə imkan yaradıldı ki, imtahanda iştirak etsinlər. Sınaq imtahanları bütün regionlar üzrə nəzərdə tutulmuş bütün binalarda uğurla həyata keçirilib. Ötən gün keçirilən imtahanların nəticələri isə abituriyentlərə aprelin 15-də elan olunacaq”,-deyə E.Nağızadə açıqlayıb. Onun sözlərinə görə, aprelin 18-də keçiriləcək növbəti sınaq imtahanında 30 mindən artıq abituriyentin iştirakı gözlənilir.
    12.04.10 Məqaləni oxumaq
     
    Aspirant və doktorantlar 5000 İsveçrə frankı məbləğində mükafat qazana bilər
    Ümumdünya Ticarət Təşkilatı (ÜTT) Katibliyi tərəfindən gənc iqtisadçılar üçün bir sıra mövzularla bağlı yazılan tədqiqat işi üzrə 5000 İsveçrə frankı məbləğində mükafat elan edilib. Təhsil Nazirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, mövzular ticarət sazişlərinin formalaşdırılması, şərti himayədarlıq, ticarətin asanlaşdırılması, ticarət sazişlərinin təsirləri, ticarət üçün yardım və mübahisələrin həllinin iqtisadi aspektlərindən ibarətidir.
    12.04.10 Məqaləni oxumaq
     
    TQDK-da Sənəd Qəbulu Komissiyaları üçün xüsusi seminar keçirilib
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) ali təhsil müəssisələrinin magistratura pilləsinə ərizə qəbulu ilə bağlı yaradılmış Sənəd Qəbulu Komissiyalarının (SQK) nümayəndələri üçün xüsusi seminar keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Tədbirdə TQDK-nın Təşkilat şöbəsinin müdüri Arzu Bağırov, Ali təhsil və dövlət qulluğu üzrə sektor müdüri Natiq Əliyev, İnformasiyalaşdırma şöbəsinin əməkdaşı İlqar Mahmudov “Elektron ərizə” qəbulu sisteminin proqram təminatı və sənəd qəbulunun aparılması qaydaları barədə geniş məlumat veriblər. SQK üzvləri həmçinin ərizə qəbulu sisteminin real rejimdə nümayişi ilə tanış olublar. Qeyd edək ki, bakalavrlar aprelin 12-dən 19-dək şəxsiyyət vəsiqəsindən və TQDK-nın ödəmə kartından istifadə etməklə TQDK-nın müvafiq internet səhifəsinə daxil olmalı və oaradakı “Bakalavrın eıektron ərizəsi” formasını doldurmalıdırlar. Onlar TQDK tərəfindən yaradılmış müvafiq SQK-a tələb olunan sənədləri təqdim edib “Bakalavrın elektron ərizəsi” təsdiq etdirməlidirlər.
    09.04.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 80 81 82 83 84 85 86 87 88 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30