Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 79 80 81 82 83 84 85 86 87 » #
    A.Məhərrəmov: “Türkiyəli tələbələrin diplomlarının tanınmaması problemi hələ də qalmaqdadır”
    Azərbaycanda hüquq təhsili alan türkiyəli tələbələrin diplomlarının öz ölkələrində tanınmaması problemi hələ də qalmaqdadır. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Bakı Dövlət Universitetində (BDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunan “Hüquq elminin müasir problemləri” mövzusunda 2-ci Beynəlxalq elmi-praktiki konfransda universitetin rektoru, akademik Abel Məhərrəmov söyləyib. “Türkiyəli tələbələr burada dörd il, beş il, hətta magistraturada qalıb yeddi il oxuyurlar, gedərkən diplomları orada qəbul olunmur. Sual olunur, biz bunları fakültəyə götürməmişik, onları Türkiyə dövləti göndərib”,-deyən A.Məhərrəmov bu mövzunun sözügedən konfrans çərçivəsində müzakirə edilməsinin zəruri olduğunu vurğulayıb. A.Məhərrəmov bildirib ki, diskussiyaların nəticəsi olaraq müvafiq qərar qəbul edilməli və qərar, konfransın yekun qətnaməsinə daxil edilməlidir. BDU-da 1500-ə yaxın əcnəbi tələbənin təhsil aldığını söyləyən A.Məhərəmov bildirib ki, bunların da əksəriyyətini türkiyəli tələbələr təşkil edir.
    29.04.10 Məqaləni oxumaq
     
    AMEA prezidenti M.Kərimov: “Təhsillə elm arasında süni qarşıdurma yaradanlarla razılaşmır və onların fikirlərini qəbul etmirik”
    Təəssüf ki, bəzən akademiyanın elmin inkişfındakı uğurunu azaltmağa, onun cəmiyyətdəki nüfuzuna xələl gətirməyə və təhsillə elm arasında süni qarşıdurmalar yaratmağa cəhd göstərənlər var. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Azrbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Mahmud Kərimov söyləyib. O qeyd edib ki, Elmlər Akademiyasındakı elmin gələcək taleyini düşünən alimlər belə müəlliflərlə razılaşmır, onların fikirlərini qəbul etmirlər. “Mən üzümü tutub bu insanlara xatırlatmaq istəyirəm ki, elm və təhsil ayrılmazdır, bir-birini tamamlayan sahələrdir. Elm və təhsilin birgəliyi olmadan nailiyyətlər, yeni keyfiyyətlər əldə etmək olmaz. Qloballaşan dünyada elm və təhsilin birgə harmoniyası ən vacib şərtlərdəndir. Ona görə də biz, bu iki sahənin harmoniyasına nail olmalıyıq və bütun dünya da buna çalışır. Akademiyanın fəaliyyətinə ən dəyərli qiyməti ulu öndər Heydər Əliyev verib. O, akademiyanı cəmiyyətin milli sərəvti adlandırıb”,-deyən M.Kərimov təhsillə elm arasında süni qarşıdurma yaratmaq istəyənlərə mesajını çatdırıb.
    29.04.10 Məqaləni oxumaq
     
    Bakıda kimya fənni üzrə 44-cü Mendeleyev Olimpiadasının açılış mərasimi keçirilib
    Bu gün “Cresn Beach” otelində məktəblilərin kimya fənni üzrə 44-cü Mendeleyev Olimpiadasının açılış mərasimi keçirilib. KƏLAMİNFO xəbər verir ki, təhis naziri Misir Mərdanov Olimpiadanın Azərbaycanda artıq ikinci dəfədir keçirildiyini xatırladıb. M.Mərdanov ölkəmizdə ilk Olimpiadanın 10 il bundan əvvəl keçirildiyini diqqətə çatdırıb. Olimpiadaya Azərbaycanda daxil olmaqla 14 ölkədən 87 şagirdin qatıldığını qeyd edən M.Mərdanov birinciliyin mayın 3-ə kimi davam edəcəyini söyləyib. Nazir bildirib ki, Olimpiadanın təşkilinə Azərbaycan hökuməti tərəfindən 227 min 750 manat vəsait ayrılıb.
    28.04.10 Məqaləni oxumaq
     
    TQDK-da 2010/2011-ci tədris ili üçün sənəd qəbulu ilə bağlı seminar keçirilib
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) 2010/2011-ci tədris ili üçün Respublikanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsli müəssisələrinə ərizə qəbulunun aparılması ilə bağlı Sənəd Qəbulu Komissiyaları (SQK) ilə seminar-məşğələ keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Seminarda müasir informasiya texnologiyaları tətbiq edilməklə TQDK-nın inzibati binasından Komissiyanın Naxçıvan, Gəncə, Lənkəran, Quba və Şəki regional bölmələri ilə canlı videobağlantı qurulub. Tədbirdə Komissiyanın Təşkilat şöbəsinin müdiri Arzu Bağırov, sektor müdirləri H.Zeynalov və İ.Allahverdiyev, regional bölmələrin əməkdaşları, 50-dək SQK nümayəndələri iştirak edib. Tədbirdə SQK müvafiq hazırlıq işlərinin aparılması, onların üzərlərinə düşən vəzifələr barədə tapşırıqlar verilib. Daha sonra SQK üzvlərinə “elektron ərizə” qəbulu sisteminin proqram təminatı barədə məlumat verilib.
    28.04.10 Məqaləni oxumaq
     
    TQDK Naxçıvan Muxtar Respublikasında keçirdiyi imtahanın nəticələrini açıqladı
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Naxçıvan Muxtar Respublikasının Daxili işlər və vergi orqanlarında vakant vəzifələrə işə qəbul olmaq istəyən namizədlər üçün keçirilən test imtahanın nəticələrini açıqlayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-dan veriblər. İmtahanların nəticələri TQDK-nın www.tqdk.gov.az internet saytında yerləşdirilib.
    27.04.10 Məqaləni oxumaq
     
    TQDK “Magistr” jurnalının xüsusi buraxılışının 3-cü sayını nəşr edib
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən “Magistr” jurnalının xüsusi buraxılışının 3-cü sayı nəşr edilib. Jurnalda bütün ixtisaslaşmalar üzrə ali təhsil müəssisələrinin magistraturalarına qəbul proqramları təqdim olunur. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Proqramlar bakalavr səviyyəsinin ixtisas sahələri üzrə qruplaşdırılaraq 4 kitabçada nəşr edilib. Bunlar “Texniki elmlər” (T), “Təbiət -texniki elmlər” (TT), “Aqrar və balıq təsərrüfatı” (AT), “Ekologiya və təbiətdən istifadə” (ET), “İqtisadiyyat və idarəetmə” (İİ), Maarif” (M) “Təbiət elmləri” (TE) və “Humanitar və sosial elmlər” (HS) ixtisas sahələridir.
    23.04.10 Məqaləni oxumaq
     
    Ali məktəblərin bakalavr pilləsinə sənəd qəbulu başladı
    Bu gündən etibarən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən ali məktəblərin bakalavr pilləsinə ərizə qəbuluna başlanır. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-ın mətbuat xidmətindən veriblər. Ali məktəblərə ərizə qəbulu mayın 31-dək davam edəcək. Sənədlərin təsdiqlənməsi prossesi isə aprelin 30-dan mayın 31-dək olacaq. Qeyd edək ki, ali məktəblərə III qrupun imtahanları 4 iyul, I qrupun imtahanları 11 iyul, IV qrupun imtahanları 17 iyul və nəhayət II qrupun imtahanları isə iyulun 23-də baş tutacaq. Orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı isə avqustun 29-da olacaq.
    21.04.10 Məqaləni oxumaq
     
    Misir Mərdanov: “Məktəblərdə ciddi kadr çatışmazlığı yoxdur”
    Məktəblərin kadr təminatının 80 faizi yerinə yetirilib. Son beş il ərzində ciddi müəllim çatışmazlığı olan çox az sayda ucqar kənd məktəbləri qalıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı təhsil naziri Misir Mərdanov verib. Təhsil naziri məktəblərin kadr təminatı ilə bağlı növbəti Dövlət Proqramının hökumət tərəfindən təsdiq edildiyini söyləyib. M.Mərdanov bildirib ki, sözügedən proqramın növbəti tədris ilindən icrasına başlanılacağı nəzərdə tutulub. Xatırladaq ki, kadr təminatı ilə bağlı 2005-2009-cu illəri əhatə edən proqram başa çatdırılıb. Ümumilikdə 6179 müəllim stimullaşdırıcı tədbirlər tətbiq edilməklə respublikanın ucqar kənd məktəblərinə göndərilib.
    21.04.10 Məqaləni oxumaq
     
    Ölkədə yaşayan əcnəbilər ali və orta ixtisas məktəblərinə ərizə qəbulu üçün TQDK-ya müraciət etməlidirlər
    Hazırda Azərbaycanda yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ali və orta ixtisas məktəblərinə ərizə vermək üçün yalnız Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mərkəzi binasına müraciət etməlidirlər. KƏLAMİNFO xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfransında TQDK-ın Təşkilat şöbəsinin müdüri Arzu Bağırov açıqlayıb. A.Bağırov qeyd edib ki, cari il ərizə qəbulu zamanı Gürcüstanda yaşayan azərbaycanlılar Qazax Təhsil şöbəsində, Dağıstanda yaşayan azərbaycanlılar isə Qusar Təhsil şöbəsində yaradılmış Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət edəcəklər. “Xüsusi təyinatlı ali məktəblərə sənəd vermək istəyən abituriyentlər üçün isə həmin ali məktəblərdə SQK-lar yaradılıb. Bundan başqa Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dilindən imtahanın vaxtı da müəyyənləşib. Onlar bu imtahanları mayın 23-ü və iyunun 20-də verəcəklər. Mayın 23-də imtahan verən abituriyentlər elektron ərizələrini mayın 14-dək təsdiq etdirməlidirlər”,-deyə A.Bağırov bildirib.
    20.04.10 Məqaləni oxumaq
     
    Ali təhsil müəssisələrinə imtahanlarla bağlı keçid ballar müəyyənləşdi
    Cari il ali təhsil müəssisələrinin ixtisas qrupları üzrə keçid balları müəyyənləşdirilib. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Təşkilat şöbəsinin müdiri Arzu Bağırov bildirib. Onun sözlərinə görə, III ixtisas qrupunda müsabiqədə ümumi balı 300-dən, digər qruplarda isə 250-dən çox olan abituriyentlər iştirak edəcəklər. “Abituriyentlərin hər imtahan fənni üzrə ayrılıqda topladığı nisbi bal 10-dan az olmamalıdır. Ümumi balı 350 və daha çox olan abituriyentlərin müsabiqəyə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. Keçid ballarının aşağı salınacağını indidən demək çətindir. Bu, abituriyentlərin imtahan səviyyəsindən asılı olacaq. Abituriyentlər kifayət qədər olarsa, imtahan şərtləri dəyişməyəcək”,-deyə A.Bağırob vurğulayıb.
    20.04.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 79 80 81 82 83 84 85 86 87 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30