Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 78 79 80 81 82 83 84 85 86 » #
    Bu günədək ali və orta ixtisas məktəblərinə qəbulla bağlı 43 809 abituriyent ərizə doldurub
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) cari il ali və orta ixtisas məktəblərinə qəbul kampaniyasının gedişi ilə bağlı mətbuat konfransı keçirilib. KƏLAMİNFO xəbər verir ki, konfransda TQDK-ın Təşkilat şöbəsinin müdiri Arzu Bağırov cari tədris ili üçün ali və orta ixtisas təhsil müəssisələrinə sənəd qəbulunun mayın 31-dək davam edəcəyini bildirib. O, xatırladıb ki, abituriyentlər internet vasitəsilə elektron ərizələrini doldurmalı və tələb olunan Sənəd Qəbulu Komissiyalarına (SQK) təqdim edərək ərizələrini təsdiq etdirməlidirlər. “Bu günə olan statistik məlumata əsasən hazırda 43 809 abituriyent elektron ərizə doldurub. Bunlardan 35 247 nəfər Azərbaycan, 8562 nəfər isə Rus bölməsidir. Ərizələrini dolduran abituriyentlərdən 23 985 nəfər isə ərizəsini təsdiq etdirib.
    07.05.10 Məqaləni oxumaq
     
    Mayın 16-da keçiriləcək sınaq imtahanı respublikanın 27 şəhərində baş tutacaq
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən cari il mayın 16-da keçiriləcək sınaq imtahanı respublikanın 27 şəhərində baş tutacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə TQDK-nın Təşkilat şöbəsinin müdüri Arzu Bağırov məlumat verib. A.Bağırov bildirib ki, bu imtahanda 31 mindən artıq abituriyentin iştirakı nəzərdə tutulub. Onun sözlərinə görə, qeyd olunan növbəti sınaq imyahanı Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Şəmkir, Ağstafa, Şirvan, Lənkəran, Şəki, Zaqatala, Oğuz, Bərdə, Tərtər, Ucar, Ağdaş, Ağsu, Beyləqan, Lerik, Neftçala, Quba və Xaçmaz şəhələrində, həmçinin Naxçıvan MR-nın 6 rayonunda keçiriləcək. A.Bağırov onu da əlavə edib ki, imtahanlarda istifadə olunan sual kitabçaları TQDK-nın aparıcı mütəxəssisləri tərəfindən hazırlanıb və orta məktəb dərsliklərinə, qəbul imtahanları proqramına uyğundur.
    07.05.10 Məqaləni oxumaq
     
    Rusiya ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək üçün qeydiyyat mayın 11-dək davam edəcək
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən Rusiya Federasiyası ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək üçün qeydiyyat mayın 11-dək davam edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. İmtahanda iştirak etmək hüququna orta attestat qiyməti 4 və daha yüksək olan Azərbaycan vətəndaşları malikdirlər. Ali təhsil müəssisəsinin tələbəsi və ya məzunu olan şəxslər bu imtahanda iştirak etmək hüququna malik deyillər. Müsabiqə iki mərhələdən ibarətdir. I mərhələdə abituriyentlər TQDK tərəfindən keçiriləcək test imtahanında iştirak edirlər. Test imtahanı Azərbaycan və rus dillərində keçirilir. Bölməsindən asılı olmayaraq III ixtisas qrupu üzrə test tapşırıqları rus dilində təqdim olunacaq. Test imtahanı mayın 15-də keçiriləcək. Abituriyentlərə “İmtahana buraxılış vərəqəsi” 13 və 14 may tarixlərində veriləcək. Test imtahanı nəticəsində I ixtisas qrupunda 400 və daha yüksək, digər qruplarda 500 və daha yüksək bal toplayan abituriyentlər II mərhələyə, yəni müsahibəyə buraxılacaqlar. Müsahibə mayın 17-də keçiriləcək.
    06.05.10 Məqaləni oxumaq
     
    ADPU-da Cəfər Xəndanın 100 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçiriləcək
    Mayın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) görkəmli ədəbiyyatşünas alim, ictimai xadim, professor Cəfər Xəndan Hacıyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər. Tədbirdən öncə ADPU-da yaradılmış Cəfər Xəndan adına auditoriyanın açılışı keçiriləcək, Azərbaycan və dünya ədəbiyyatı tarixi kafedrasında yaradılmış “Cəfər Xəndan guşəsi”nə baxış olacaq. Konfransda “Cəfər Xəndanın həyat və yaradıcılıq yolu”, “Cəfər Xəndanın poeziyası” və “Cəfər Xəndanın ədəbi-tənqidi görüşləri” adlı məruzələr dinləniləcək.
    05.05.10 Məqaləni oxumaq
     
    Magistraturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri bu gün axşam elan ediləcək
    Bu gün axşam ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsinin nəticələri elan ediləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. TQDK mayın 2-də Bakı, Naxçıvan və Gəncə şəhərlərində imtahanın ilk mərhələsini 23 binada təşkil edib. Hazırda TQDK tərəfindən mayın 3-dən etibarən cavab kartlarının emalı və imtahan protokollarının araşdırılması aparılır. Nəticələrin TQDK-nın internet saytında yerləşdirilməsi nəzərdə tutulur. Xatırladaq ki, imtahanda iştirak etmək üçün 15 362 bakalavr ərizə verib. Onlardan 447 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak etmiş bakalavrlardan 13 nəfəri sual kitabçasını, cavab kartını dəyişdirərkən, 1 nəfər isə imtahan zalına mobil telefon keçirməyə cəhd göstərərkən tutulub və imtahandan xaric olunublar.
    05.05.10 Məqaləni oxumaq
     
    ADU-nun Tələbə Elmi Cəmiyyətinin illik konfransı keçiriləcək
    Mayın 5-8-i tarixlərində Azərbaycan Dillər Universitetində (ADU) Tələbə Elmi Cəmiyyətinin (TEC) ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunan illik konfransı keçiriləcək. ADU-nun mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, konfransın plenar iclasını ADU-nun rektoru, professor Səməd Seyidov açacaq. ADU-nun Elmi işlər üzrə prorektoru Dünyamin Yunusov konfransın gedişatı və strukturu haqqında məlumat veriləcək. Sonra müxtəlif mövzular ətrafında məruzələr səslənəcək. Konfransda universitetin fakültə və kafedralarını özündə əks etdirən bölmələr ətrafında 500-dən çox məruzənin səsləndiriləcəyi nəzərdə tutulub. Xatırladaq ki, ADU-nun Tələbə Elmi Cəmiyyəti 1960-cı illərdə yaransa da, sonralar fəaliyyətinə xitam verilib. 1998-ci ilin dekabrında isə öz fəaliyyətini yenidən bərpa edib və hər il elmi konfranslar keçirir.
    04.05.10 Məqaləni oxumaq
     
    Ali məktəblərin magistratura pilləsinə imtahan vermək üçün 15362 bakalavr ərizə verib
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 2-də cari tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. İmtahanla bağlı ərizələrin qəbulu internet vasitəsilə aprelin 12-dən 19-dək aparılıb və 15 362 bakalavr ərizə verib. Onlardan 13 563 Azərbaycan bölməsi, 1799 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 7508 nəfəri oğlan, 7854 nəfəri isə qızlardır. Bakalavrlardan 9193 nəfəri 2010-cu ilin məzunlarıdır. Qəbul imtahanı Bakı şəhərində 21, Naxçıvan şəhərində 1, Gəncə şəhərində 1 binada keçirilir. İmtahanın idarə olunması üçün 103 imtahan rəhbəri, 1081 nəzarətçi-müəllim cəlb olunub. İmtahan saat 14:00-da başlanır və sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır. Bakalavrlara ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkür) yoxlanılması üzrə 50, xarici dil üzrə 25 və informatika fənni üzrə 25 test tapşırığı təqdim olunur.
    01.05.10 Məqaləni oxumaq
     
    Bakıda türkoloq Əhməd Zəki Validinin 120 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilir
    Bu gün M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında tanınmış türkoloq Əhməd Zəki Validinin 120 illik yubileyinə həsr olunmuş sərgi və beynəlxalq elmi konfrans keçirilir. KƏLAMİNFO xəbər verir ki, tədbirdə Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY və AMEA-nın Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir. Konfransda Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Başqırdıstan və Krımdan gəlmiş nümayəndələr iştirak edir.
    30.04.10 Məqaləni oxumaq
     
    “Bolonya prosesi: problemlər, perspektivlər, reallıqlar” adlı monoqrafiya nəşr edilib
    Müdafiə Mahmudovun “Bolonya prosesi: problemlər, perspektivlər, reallıqlar” adlı monoqrafiyası nəşr edilib. AMEA-dan KƏLAMİNFO-ya verilən məlumata görə, “Elm və Təhsil” Nəşriyyatı tərəfindən işıq üzü görən kitab Azərbaycanın ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyasına həsr olunub. Monoqrafiyada Bolonya prosesinin meydana gəlməsi tarixi, məqsədi, məzmunu, vəzifələri və digər məsələlər əks olunub, respublikamızın bu prosesə qoşulması ilə Avropa təhsil sisteminə inteqrasiya yolunda mühüm addımın atıldığı açıqlanıb. Bundan başqa, monoqrafiyada ölkəmizin intellektual potensialının gücləndirilməsi, Azərbaycanın Bolonya prosesinə daxil olmasının reallıq olduğu və digər məsələlər öz əksini tapıb. Qeyd edək ki, monoqrafiyanın elmi redaktoru AMEA-nın müxbir üzvü Yusif Məmmədovdur.
    30.04.10 Məqaləni oxumaq
     
    BDU ilə bir sıra universitetlər arasında əməkdaşlığa dair protokol imzalanıb
    Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Türkiyənin Yıldız Texniki Universitetinin rektoru İsmail Yüksel və rektor yardımçısı Mehmet Ahlatçıoğlu ilə görüşüb. BDU-nun mətbuat və informasiya şöbəsindən KƏLAMİNFO-ya verilən məlumata görə, görüşdə A.Məhərrəmov Türkiyə ilə münasibətlər, o cümlədən təhsil sahəsində əməkdaşlıq və gələcək perspektivlərdən bəhs olunub. İ.Yüksel isə BDU ilə tanışlıqdan məmnun qaldığını söyləyib. Görüşdə xüsusən təbiət elmləri sahəsində tələbə mübadiləsi məsələləri də müzakirə edilib. A.Məhərrəmov qeyd edib ki, görüşün nəticəsi olaraq universitetin kimya, biologiya və fizika fakültəsindən 3 nəfər tələbə Yıldız Texnik Universitetinə, daha sonra isə həmin universitetdən eyni sayda tələbə BDU-da mübadilə keçəcəklər.
    30.04.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 78 79 80 81 82 83 84 85 86 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30