Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 77 78 79 80 81 82 83 84 85 » #
    TQDK rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən imtahan keçirəcək
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) cari il mayın 23-də Bakı, Naxçıvan, Gəncə, Sumqayıt və Quba şəhərlərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən imtahan keçirəcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə TQDK-nın Yoxlama-Ölçmə Materiallarının İşlənməsi şöbəsinin müdiri Tariyel Bədəlov jurnalistlərə açıqlamasında bildirib. T.Bədəlov keçiriləcək imtahanda 11041 abituriyentin iştirakının nəzərdə tutulduğunu vurğulayıb. “Bunlardan Bakı şəhərində 7648, Naxçıvanda 35, Gəncədə 1633, Sumqayıtda 584, Şəkidə 306, Lənkəranda 192 və Qubada 643 nəfər imtahan verəcək. İmtahanın idarə olunması üçün 80 imtahan rəhbəri, 777 nəzarətçi-müəllim cəlb olunub. İmtahan bütün şəhərlərdə saat 14.00-da başlayacaq. Qəbul qaydalarına uyğun olaraq mayın 23-də keçirilən “Azərbaycan dili” fənni üzrə imtahanda “Elektron ərizə”lərini 2010-cu il mayın 14-nə kimi təsdiq etdirmiş rus bölməsinin abituriyentləri iştirak edəcəklər.
    21.05.10 Məqaləni oxumaq
     
    Ali və orta ixtisas məktəblərinə sənəd verənlərin sayı 90 mini ötüb
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) cari tədris ili üçün ali və orta ixtisas məktəblərinə qəbulla bağlı həftəlik mətbuat konfransı keçirilib. KƏLAMİNFO xəbər verir ki, konfransda TQDK-nın Yoxlama-Ölçmə Materiallarının İşlənməsi şöbəsinin müdiri Tariyel Bədəlov qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulunun vəziyyəti ilə bağlı məlumat verib. T.Bədəlov hazırda ümumilikdə 90 minə qədər abituriyentin ərizəsini təsdiq etdirdiyini bildirib. “Xatırladaq ki, sənəd qəbulu mayın 31-nə qədərdir. Cari ildə də abituriyentlərin sayı ötən ilkindən az olmayacaq. Hələ ki, ərizə qəbulu ilə bağlı heç bir şikayət qəbul olmayıb. Son günlər ölkənin sel və daşqınlara məruz qalan rayonlarında da sənəd qəbulu tərəfimizdən nəzarətdədir. Orada da fəlakət zonasından köçürülənlər arasında sənəd verənlər bu prosesi məskunlaşdıqları məntəqələrdəki Sənəd Qəbulu Komissiyalarında (SQK) həyata keçirirlər. Buna baxmayaraq əgər vəziyyət daha da nəzarətdən çıxarsa, biz həmin zonalarda səyyar SQK-ları yaratmağa hazırıq”,-deyə TQDK-nın şöbə müdiri vurğulayıb.
    21.05.10 Məqaləni oxumaq
     
    Növbəti tədris ilində ümumtəhsil məktəblərinin I sinfinə 123 844 şagirdin qəbul olunacağı gözlənilir
    Növbəti-2010-2011-ci tədris ilində ümumtəhsil məktəblərinin I sinfinə 123 844 şagirdin qəbul olunacağı nəzərdə tutulub. Təhsil Nazirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, 2009-2010-cu dərs ilində I sinif şagirdlərinin sayı isə 118 581 nəfər olub. Bu göstərici 2007-ci ildə 117921, 2008-ci ildə isə 119600 nəfər təşkil edib. 2009-2010-cu tədris ilində ölkəmizin orta ümumtəhsil məktəblərinin buraxılış (XI, XII) siniflərində 104037 şagird təhsil alır. Bu göstərici 2007-ci ildə 116812, 2008-ci ildə 117535, ötən il isə 113186 nəfər olub. Ümumtəhsil məktəblərinin XII sinfini başa vuran şagirdlər 2007-ci ildə 524, 2008-ci ildə 311, 2009-cu ildə 637 nəfər olduğu halda, bu il onların sayı 720 nəfər təşkil edir. Bu il Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində 95145 tələbə təhsil alır. Onlardan 88023 nəfər bakalavr, 7122 nəfər magistr pilləsində oxuyur.
    20.05.10 Məqaləni oxumaq
     
    TQDK rəsmi internet saytı “İlin ən yaxşı dövlət saytı” nominasiyasında birinci yerə layiq görülüb
    İnformasiya texnologiyaları sahəsində Azərbaycanın Milli İnternet Mükafatı olan NETTY tərəfindən müxtəlif nominasiyalar üzrə keçirilən müsabiqədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) rəsmi internet saytı “İlin ən yaxşı dövlət saytı” nominasiyasında birinci yerə layiq görülüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Ümumilikdə müsabiqənin qalibləri 180 nəfərlik Münsiflər Heyətinin səsverməsi əsasında müəyyənləşib. NETTY 2010-un qalibləri Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günündə təntənəli mərasimlə rəsmi elan edilib.
    19.05.10 Məqaləni oxumaq
     
    Cari ildə növbəti 1500 şagirdə netbuk veriləcək
    Cari ilin sonunadək daha 400 təhsil müəssisəsinin Azərbaycan Təhsil Şəbəkəsinə qoşulması nəzərdə tutulub. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı təhsil naziri Misir Mərdanov söyləyib. M.Mərdanov bildirib ki, bundan əlavə cari ilin sonunadək 2000 nəfər inzibati-idarəetmə, 2000 nəfər “Elektron məktəb” layihəsinə qoşulan məktəblərin, 23000 isə digər pedaqoji heyətin təlimlərə cəlb olunması, Bakı və Sumqayıt şəhərləri məktəblərinə 2005-ci ildə verilən kompüterlərin 1500-nün moderinizasiya edilərək bölgələrə göndərilməsi, eləcə də “Elektron məktəb” layihəsinə regionlardan daha 10 məktəbin əlavə olunması nəzərdə tutulub. Onun sözlərinə görə, “1 şagird 1 kompüter” layihəsinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə əlavə 1500 netbukun verilməsi planlaşdırılıb.
    18.05.10 Məqaləni oxumaq
     
    Cari il ali məktəblərin bakalavr pilləsinə 30810 ümumi plan yeri ayrılıb
    Cari il ali təhsil müəssisələrinə qəbulla bağlı plan yerlərini və dövlət sifarişini Nazirlər Kabineti artıq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) göndərib. KƏLAMİNFO xəbər verir ki, bu barədə TQDK sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında bildirib. M.Abbazadə qeyd edib ki, nəticə etibarı ilə cari il ali məktəblərin bakalavr pilləsinə 30810 ümumi plan yeri ayrılıb. “Bunların 10529-u dövlət sifarişli yerlərdir. Bu yerlərin də daha çoxunu I ixtisas qrupunun plan yerləri təşkil edir. Bu il I ixtisas qrupuna cəmi 9639 ümumi plan yeri ayrılıb.
    15.05.10 Məqaləni oxumaq
     
    Azərbaycan Tələbələr Birliyi ATB-ə üzv olub
    Avropa Tələbələr Birliyinin (ATB) İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən 58-ci toplantısında Azərbaycan Tələbələr Birliyinin quruma üzvlük məsələsinə baxılıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Azərbaycan Tələbələr Birliyindən veriblər. Məlumata görə, 66 səs leyhinə və 4 səs əleyhinə olmaqla Azərbaycan Tələbələr Birliyinin ATB-ə müşahidəçi üzv olmaqla bağlı qərar qəbul edilib. Bununla da Azərbaycan ATB-ə üzvlükdə 39-cu ölkə olub. Qeyd edək ki, Azərbaycanın qurumda təmsilçiliyi ilə bağlı məsələlər Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən həyata keçirilib. ATB 1982-ci ildə yaradılıb və hazırda özündə 39 ölkədən 47 üzv tələbə birliyini birləşdirən beynəlxalq təşkilatdır. Mərkəzi ofisi Brüselldə yerləşən təşkilatın tərəfdaşları Avropa Şurası, Avropa Komissiyası, UNİCEF, ATƏT və başqa nüfuzlu qurumlardır. ATB ümumilikdə 11 milyondan artıq tələbənin təmsil olunduğu platformadır.
    14.05.10 Məqaləni oxumaq
     
    Rusiya ali təhsil müəssisələrinə qəbul imtahanlarına 110 Azərbaycan vətəndaşı qeydiyyatdan keçib
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) cari il mayın 15-də Rusiya Federasiyasının (RF) ali təhsil müəssisələrində təhsil almaq istəyən Azərbaycan vətəndaşları üçün qəbul imtahanı keçirir. Bu barədə məlumatı TQDK-nın mətbuat xidmətindən veriblər.
    İmtahan Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda (MDBƏİ), həmçinin bu ölkənin digər ali təhsil müəssisələrində təhsil almaq istəyən Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub. MDBƏİ-yə qəbul imtahanında iştirak etmək üçün 12 və RF-nin digər ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün 98 nəfər qeydə alınıb. Ümumilikdə isə 110 abituriyent qeydiyyatdan keçib. Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni mayın 13-dən etibarən TQDK-nın internet saytından götürməlidirlər.
    13.05.10 Məqaləni oxumaq
     
    TQDK sədri: “Daşqınlarla bağlı ali məktəblərə sənəd qəbulunun vaxtının uzadılması gözlənilmir”
    Ölkədə baş verən daşqınların ali məktəblərə sənəd qəbulu prossesinə hansı təsir göstərdiyi araşdırılır. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə söyləyib. M.Abbaszadə qeyd edib ki, daşqınlar yeni baş verdiyi üçün hələlik hər hansı problemin yaranması haqqında məlumat yoxdur. “Ola bilsin ki, bundan sonra problem yaransın. Əhali indi ərizə vermək haqda yox, evdə olan şəraiti barədə düşünür. Əgər həmin bölgələrdə yaşayan abituriyentlərin elektron ərizələrin doldurulması prosesində problem yaransa, biz yeni sənəd qəbulu komissiyası yaradıb onların ərazilərini qəbul edəcəyik”, - deyən M.Abbaszadə həmçinin əlavə edib ki, daşqınlarla bağlı ali məktəblərə sənəd qəbulunun vaxtının uzadılması gözlənilmir. “Sənəd qəbulunun başa çatmasına hələ kifayət qədər vaxt var”,-deyə o məsələyə münasibət bildirib. Xatırladaq ki, bir neçə gündür ki, ölkənin müxtəlif bölgələrində, xüsusən də Aran zonasına aid rayonlar daşqınlar nəticəsində ciddi problemlərlə üzləşib. Suyun səviyyəsinin qalxması həyatın müxtəlif sahəsinə mənfi təsir edib. Hazırda daşqınların və qrunt suların aradan qaldırılması istiqamətində müvafiq qurumlar işlər görür.
    12.05.10 Məqaləni oxumaq
     
    ADA-da Afrikalı tələbələrlə görüş olub
    Azərbaycan Diplomatik Akademiyasında Xarici İşlər Nazirliyinin xətti ilə ölkəmizə tanışlıq üçün Afrikadan gəlmiş bir qrup jurnalistlə görüş keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya ADA-dan veriblər. “Qlobal perspektivlər: Azərbaycan və Afrika” mövzusunda keçirilmiş görüşdə akademiyanın rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev qonaqlara ölkəmiz barədə məlumat verib. Rektor son illər ölkəmizin siyasi, iqtisadi sahədə əldə etdiyi uğurlardan danışıb, Avropa ilə Asiya arasında körpü rolunu oynayan Azərbaycanın uğurlu enerji siyasətindən söz açıb. Sonra akademiyada təhsil alan afrikalı tələbələr Azərbaycanda onlar üçün yaradılmış şərait barədə məlumat veriblər.
    08.05.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 77 78 79 80 81 82 83 84 85 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30