Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 4 5 6 7 8 9 10 11 12 » #
    TQDK vergi orqanlarına imtahan verənlərin nəticəsini açıqladı
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Vergilər Nazirliyi ilə birgə dekabrın 2-də vergi orqanlarına işə qəbul olmaq istəyən namizədlər üçün keçirilən test imtahanının nəticələrini açıqlayıb. Bu barədə məlumatı “KƏLAMİNFO”a TQDK-nın mətbuat xidmətindən veriblər. İmtahan saat 11:00-da başlamış və 4 binada - Bakı Dövlət Universitetinin 1-ci, 2-ci və yeni tədris korpusu və Azərbaycan Texniki Universitetinin 5-ci korpusunda baş tutub. İmtahanda iştirakı nəzərdə tutulan 2138 nəfər namizəddən 421 nəfəri imtahanda iştirak etməyib, 1 nəfər isə imtahan qaydaların pozduğu üçün (mobil telefon keçirməyə cəhd) imtahandan uzaqlaşdırılıb. İmtahanda iştirak edən 1716 nəfər namizəddən 541 nəfər müsabiqə şərtini ödəyərək ikinci mərhələyə keçib. İmtahanda ən yüksək nəticə 96 bal olub.
    03.12.12 Məqaləni oxumaq
     
    Təhsil Nazirliyinin tabeliyində olan dərnək üzvlərinin əl işlərinin müsabiqəsinə yekun vurulub
    Təhsil Nazirliyinin tabeliyində olan texniki yaradıcılıq mərkəzlərində fəaliyyət göstərən dərnək üzvlərinin əl işlərinin respublika baxış-müsabiqəsi keçirilib. Təhsil Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, müsabiqə 2 mərhələdə - rayon (şəhər) və respublika mərhələsində yumşaq oyuncaqlar, hərəkətdə olan oyuncaqlar, dekorativ-tətbiqi sənət və təbii materiallardan hazırlanan işlər nominasiyaları üzrə 10-13 yaşlı uşaqlar arasında təşkil olunub. Respublika Texniki Yaradıcılıq Mərkəzində təşkil olunan tədbirdə çıxış edən mərkəzin direktoru Qorxmaz Əliyev bildirib ki, müsabiqədə 48 rayon, şəhər Texniki Yaradıcılıq Mərkəzi iştirak edib və respublika mərhələsinə 289 iş təqdim olunub. Q.Əliyev məktəblilərin yaradıcılıq potensialının üzə çıxarılması, inkişaf etdirilməsi baxımından müsabiqənin əhəmiyyətinə toxunub və dərnəklərə cəlb olunan uşaqlar arasında təcrübə mübadiləsinə yol açdığını nəzərə çatdırıb.
    30.11.12 Məqaləni oxumaq
     
    ADU-da beynəlxalq elmi konfrans keçirilir
    Bu gün Azərbaycan Dillər Universitetində (ADU) universitetin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İ.Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə “Tətbiqi dilçiliyin müasir problemləri” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb. Məlumatı “KƏLAMİNFO”ya ADU-nun mətbuat xidmətindən veriblər. ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov konfransın əhəmiyyətini qeyd edib. Rəhbərlik etdiyi universitetin Azərbaycanın təhsil sistemində özünəməxsus yer tutduğunu vurğulayan rektor burada gedən prosesləri yeni ideyaları inkişaf etdirmək, elmdə mütərəqqi fikirləri üzə çıxarmaq baxımından yüksək qiymətləndirib. S.Seyidov dilçilik məsələlərinə xüsusi diqqət yetirilməli və bu sahədə geniş araşdırmaların aparılmasına ehtiyac olduğunu vurğulayıb.
    27.11.12 Məqaləni oxumaq
     
    Paytaxtın ümumtəhsil məktəblərində Azərbaycan tarixi aylığı keçirilir
    Bakı Şəhəri üzrə Təhsil İdarəsi ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, fənn müəllimlərinin, şagirdlərin, dərnək rəhbərlərinin tədris prosesində və sinifdənxaric tədbirlərdə yaradıcı fəaliyyətinin səviyyəsinin öyrənilməsi və təbliği, eləcə də hər bir fənn üzrə sinifdənxaric tədbirlərin təşkili məqsədilə bu gündən etibarən tabeliyində olan ümumtəhsil məktəblərində Azərbaycan tarixi aylığı başlanıb. BŞTİ-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, Azərbaycan tarixi aylığı dekabrın 25-dən davam edəcək. “Tariximiz - dünənimiz, bu günümüz və gələcəyimizdir” adlı Azərbaycan tarixi aylığının yüksək səviyyədə təşkili, məktəblər üzrə fəaliyyətin koordinasiya edilməsi, aylığın yekunlaşdırılması məqsədilə Təşkilat Komitəsi yaradılıb. Aylıq fəal təlim əsasında qurulmuş ən yaxşı dərs layihəsi və ya metodik tövsiyə, ən yaxşı metodik iş sistemi olan məktəb, ən yaxşı “Açıq dərs”, şagirdlərin Azərbaycan tarixi fənnindən ay ərzində keçilən mövzulara aid ən yaxşı yaradıcı işləri (referat, məqalə, və. s.) nominasiyaları üzrə keçirilir.
    27.11.12 Məqaləni oxumaq
     
    Təhsil sistemində fəaliyyət göstərən idman məktəbləri və müəllimlərin fəaliyyətləri qiymətləndirilir
    Təhsil sistemində fəaliyyət göstərən uşaq - gənclər idman və şahmat məktəbləri, həmin məktəblərdə çalışan məşqçi-müəllimlərin fəaliyyətlərini qiymətləndirmək, istedadlı idmançıları aşkar etmək və onları rəğbətləndirmək məqsədi ilə müsabiqə keçirilir. Təhsil Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, müsabiqə 12 nominasiya üzrə təşkil olunub. Müsabiqə qalibləri Təhsil Nazirliyi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.
    26.11.12 Məqaləni oxumaq
     
    DAU azərbaycanlı bir tələbəyə ödənişsiz təhsil almaq şansı qazandıracaq
    “Şimali Kiprin və Avropanın qabaqcıl universitetlərindən biri olan Doğu Akdeniz Universitetinin Azərbaycanın bir çox ali təhsil ocağı ilə rəsmi əməkdaşlığı davam edir. Belə ki, uğurla davam edən qarşılıqlı əməkdaşlıq hər iki ölkənin təhsil ocaqlarına faydalı nəticələr göstərir. Sevindirici haldır ki, təhsilinə və ictimai fəallığına görə təhsil haqqından azad edilən azərbaycanlı bəzi tələbələrimiz də DAU da təhsil almaqla yanaşı Vətənimizi yüksək səviyyədə təbliğ etməyə çalışırlar” Bu sözləri Doğu Akdeniz Universitetinin Azərbaycan üzrə rəsmi təmsilçisi Orxan Həsənoğlu söyləyib.
    26.11.12 Məqaləni oxumaq
     
    TQDK-nın 20 illiyi ilə əlaqədar beynəlxalq konfrans keçirilir
    Bu gün Bakıda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) 20 illiyi ilə əlaqədar "Tələbə Qəbulu üzrə Dövlət Komissiyası-20 il: inkişaf mərhələləri" adlı beynəlxalq konfrans işə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, konfransı açıq elan edən TQDK-nın sədr müavini Namiq Babayev bildirib ki, Azərbaycan Prezidentinin fərmanı ilə yaradılmış Tələbə-məzun Dövlət Elektron Məlumat Sisteminə indiyədək ali məktəblər tərəfindən 83 min tələbə haqqında məlumat daxil edilib. TQDK sədri Məleykə Abbaszadə isə bildirib ki, bu bazaya 1992-2012-ci illərdə qəbul imtahanlarında iştirak edən şəxslər haqqında məlumatlar yerləşdirilib: “Bazaya ölkədə fəaliyyət göstərən bütün ali və orta ixtisas məktəbləri, bir sıra dövlət qurumları qoşulublar”. M.Abbaszadə hazırda ali məktəblərin kontingentinin bu baza ilə yoxlanılmasının mümkün olduğunu qeyd edib. O deyib ki, TQDK tərəfindən yeni şagird-məzun məlumat sistemi də yaradılıb: “Hazırda orta məktəblərdən bu bazaya məlumatlar daxil olur”.
    24.11.12 Məqaləni oxumaq
     
    TQDK-da İbtidai sinif müəllimlərinin elmi-metodiki seminarı olub
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında tam orta məktəblərin 1-ci sinifləri üçün riyaziyyat dərsliyi və müəllimlər üçün elmi-metodiki vəsaitin müzakirəsi olub. “KƏLAMİNFO” xəbər verir ki, seminar iclasında Təhsil Nazirliyinin şöbə müdiri Faiq Şahbazlı, dərslik müəllifi Nayma Qəhrəmanova, Bakı və Sumqayıt şəhərlərinin ibtidai sinif müəllimləri iştirak ediblər. Seminarda Bakı Dövlət Universitetinin professoru M.Yaqubov, müstəqil ekspert Ə.Osmanlı, 82 saylı tam orta məktəbin müəllimi Ə.Namazov, 313 saylı tam orta məktəbin müəllimi A.Cümşüdov, 278 saylı tam orta məktəbin müəllimi T.İsmayılov, “Tərəqqi” texniki-humanitar liseyinin müəllimi T.İmanova, 144 saylı tam orta məktəbin müəllimi O. Səfərova, 151 saylı tam orta məktəbin müəllimi N. Əliyeva gündəlik məsələ ilə bağlı fikirlərini bildirmiş və təkliflərini veriblər.
    23.11.12 Məqaləni oxumaq
     
    Xaricdə təhsil almaq istəyənlər üçün proqram təklif edilir
    Cenevrə Biznes Məktəbi 2013-2014-cü tədris ili üçün bir sıra ixtisaslar üzrə təhsil proqramları təklif edir. Təhsil Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, məktəbdə azərbaycanlılar da iştirak edə bilərlər. İxtisaslar bakalavr səviyyəsi üzrə biznes administrasiyası, maliyyə, idman idarəçiliyi və marketinq, rəqəmsal marketinq və sahibkarlıq üzrədir. Magistratura səviyyəsi üzrə biznes administrasiyası, maliyyə, islam maliyyəsi və rəqəmsal marketinqdir. Doktorantura səviyyəsi üzrə isə biznes administrasiyası ixtisası üzrədir. Proqram haqqında daha ətraflı məlumatları, ərizə formalarını www.gbs-ge.ch internet səhifəsindən və Təhsil Nazirliyinin beynəlxalq əlaqələr şöbəsindən (Aqil Vəliyev, tel: 496-34-14) əldə etmək olar.
    22.11.12 Məqaləni oxumaq
     
    Gənc alimlərin beynəlxalq forumu keçiriləcək
    AMEA Geologiya İnstitutu 2013-cü ildə gənc alim və tələbələrin “Fundamental və tətbiqi geologiya elmi gənc alimlərin gözü ilə: nailiyyətlər, perspektivlər, problemlər və onların həlli yolları” adlı növbəti beynəlxalq ənənəvi forumunu keçirəcək. AMEA Geologiya İnstitutunun mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, institutun Gənc Alimlər Şurası tərəfindən təşkil edilən tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunacaq. Forumun keçirilməsi Geologiya İnstitutunun Elmi Şurasının toplantısında qərara alınıb. Yığıncaqda AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə bu beynəlxalq tədbirin gənc alimlər üçün əhəmiyyətindən söz açıb. O bildirib ki, keçiriləcək tədbir gənc alimlərin yeni elmi tədqiqat işləri ilə tanış olması və təcrübə mübadiləsi aparması baxımından böyük əhəmiyyət daşıyır. Akademik qeyd edib ki, iki ildən bir keçirilən tədbir beşinci dəfə təşkil olunacaq. Gənc Alimlər Şurasının sədri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Orxan Abbasov tədbirlə əlaqədar nəzərdə tutulan məsələlər haqda məlumat verib.
    22.11.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 4 5 6 7 8 9 10 11 12 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30