Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 74 75 76 77 78 79 80 81 82 » #
    “Elektron təhsil” Respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb
    Bu gün “Park-İnn” otelində Təhsil Nazirliyi “Elektron təhsil” Respublika müsabiqəsinin qaliblərini mükafatlandırıb. KƏLAMİNFO xəbər verir ki, təhsil naziri Misir Mərdanov bildirib ki, “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması Dövlət Proqramı” çərçivəsində təşkil olunan müsabiqə “Microsoft Azərbaycan”, “İntel”, HP, “Azərfon-Vodafone”, “Mədəd” təşkilatları tərfindən dəstəklənir. M.Mərdanov qeyd edib ki, müsabiqənin məqsədi elektron tədris resursları, internet texnologiyaları tədris prosesində istifadəni populyarlaşdırmaq, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istitfadənin yeni formalarını üzə çıxarmaq, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir. M.Mərdanov bildirib ki, iki mərhələdə keçirilən müsabiqədə 810 layihə iştirak edib. Bunların arasından 89 nominant seçilib.
    22.06.10 Məqaləni oxumaq
     
    TQDK 6 nəfərin imtahan nəticələrini ləğv edib
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Bakı və Naxçıvan şəhərlərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən imtahan keçirib. TQDK-nın mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, imtahanda iştirak etmək hüququ olan 2819 abituriyentdən 670 nəfəri imtahana gəlməyib. Abituriyentlərdən 1225 nəfəri müsabiqə şərtini ödəyərək “məqbul” qiyməti alıb. Abituriyentlərdən 5 nəfəri imtahan binasına mobil telefon keçirməyə cəhd göstərdiklərinə görə barələrində akt tərtib olunub və onlar imtahana buraxılmayıblar. Cavab kartlarının emalı zamanı xüsusi kompyuter proqramları vasitəsilə aparılan araşdırmalar nəticəsində imtahanda 6 nəfərin köşürməyə yol verdikləri aşkar edilmiş qəbul qaydalarına uyğun olaraq həmin abituriyentlərin nəticələri ləğv olunub.
    21.06.10 Məqaləni oxumaq
     
    Günün sonunadək buraxılış imtahanların nəticələri məlum olacaq
    Bu günün sonunadək 11-ci siniflər üçün keçirilən buraxılış imtahanların nəticələri məlum olacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə təhsil naziri Misir Mərdanov söyləyib. Nəticələrin ötən gecə emal olunduğunu vurğulayan M.Mərdanov bildirib ki, bu gün Bakı, Sumqayıt və Abşeron məktəbliləri attestat alacaqlar. Onun sözlərinə görə, bu il ilk dəfə olaraq hər bir şagird görəcək ki, ona hansı nömrəli attestat veriləcək. Nazir qeyd edib ki, bu ilki imtahanın nəticələri ümumən ötən ildəkindən xeyli yüksəkdir.
    21.06.10 Məqaləni oxumaq
     
    TQDK sədri: “Magistraturaya qəbulla bağlı imthanın ikinci mərhələsi üçün 6613 bakalavr proqram seçimini təsdiqləyib”
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbasazdə cari tədris ili üçün ali və orta ixtisas məktəblərinə qəbulla bağlı həftəlik mətbuat konfransı keçirdi. KƏLAMİNFO xəbər verir ki, M.Abbaszadə bildirib ki, iyunun 20-də magistraturaya qəbul ilə əlaqədar keçirilicək imtahanın ikinci mərhələsində iştirak etmək üçün 6613 nəfər bakalavrın proqram seçimini təsdiqləyib. Onun sözlərinə görə, bunlardan 5752 nəfəri Azərbaycan, 861 nəfəri isə rus bölməsinin məzunlarıdır. “Bunlardan 4072 nəfəri ali təhsil ocaqlarının bu ilki, 2541 nəfəri isə əvvəlki illərin məzunlarıdır. Bakalavrlardan 40 nəfəri xarici ölkə vətəndaşıdır. Qəbul imtahanı Bakı şəhərində 9, Naxçıvan şəhərində 1 binada keçiriləcək. İmtahanın idarə olunması prossesinə 45 imtahan rəhbəri, 410 nəzarətçi-müəllim cəlb olunub. Keçirləcək imtahanın nəticələri elan olunduqdan sonra bakalavrlar iyunun 22-dən 25-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsilə ixtisaslaşma seçimi aparacaqlar”,-deyən M.Abbaszadə cari ildə magstraturaya qəbul aparılan ixtisaslaşmalar üçün ayrılmış yerlərin ümumi sayının 5252-i olduğunu söylədi. Onun sözlərinə görə, bunlardan 2071-i Yalnız Dövlət Sfarişi (YDS) ilə qəbul aparılan ixtisaslaşmalardır.
    19.06.10 Məqaləni oxumaq
     
    Cari tədris ilində ali məktəblərə qəbulla bağlı daha çox I ixtisas qrupuna sənəd verilib
    Cari tədris ilində ali məktəblərə sənəd verən abituriyentlərin təhsil səviyyələri üzə sayları artıq bəlli olub. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə verib. M.Abbaszadə bidirdi ki, bu il daha çox abituriyentlər I ixtisas qrupuna sənəd veriblər. “Ümumilikdə I qrupa 37169 abituriyent sənəd verib. Bunların da 18898 nəfəri bu ilki orta məktəb məzunları, yerdə qalan 16904 nəfərini isə əvvəlki illərin məzunları təşkil edir. Orta ixtisas məktəbi məzunlarından 422 nəfər cari il, 804 nəfəri əvvəlki illəri əhatə edir. Bu qrupda əvvəl ali təhsil almış abituriyentlərin sayı isə 141 nəfərdir. II qrupa isə 28892 nəfər abituriyent sənəd verib. Bunlardan 18560 nəfəri orta məktəbi cari ildə bitirənlər, 9442-ü isə əvvəlki illərdə bitirənlərdir.
    18.06.10 Məqaləni oxumaq
     
    ADU-da Avstriya Kitabxanası fəaliyyət göstərəcək
    İyunun 17-də Azərbaycan Dillər Universitetində (ADU) Avstriya kitabxanasının açılmasilə bağlı müqavilə bağlanacaq. ADU-dan KƏLAMİNFO-ya verilən məlumata görə, müqaviləni bu ali təhsil ocağının rektoru, professor Səməd Seyidov və Avstriyanın Azərbaycana yeni təyin olunan səfiri Silviya Mayer Kaybiç imzalayacaq. Müqaviləyə əsasən, kitabxananın fonduna 3000-dək kitab, müxtəlif materiallar daxil edilib. Qeyd edək ki, universitetdə Avstriya Mərkəzi fəaliyyət göstərir.
    17.06.10 Məqaləni oxumaq
     
    IX siniflər üzrə buraxılış imtahanlarının vaxtı dəyişdirildi
    IX siniflər üzrə buraxılış imtahanlarının vaxtı dəyişdirildi. Təhsil Nazirliyindən verilən məlumata görə, Nazirlər Kabinetinin qərarına əsasən 12 iyun istirahət günü ilə 14 iyun iş gününün yeri dəyişdirilib. Bununla əlaqədar Bakı və Sumqayıt şəhərləri və həmin ərazilərdə məskunlaşmış köçkün məktəblərinin IX sinifləri üzrə buraxılış imtahanları 14 iyun tarixindən 18 iyun tarixinə keçirilib.
    12.06.10 Məqaləni oxumaq
     
    TQDK sədri: “Ali məktəblərə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi haqqında elanın tam mətni hazırdır”
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) sədr Məleykə Abbaszadə cari tədris ili üçün ali və orta ixtisas məktəblərinə qəbul ilə əlaqədar həftəlik mətbuat konfransı keçirib. KƏLAMİNFO xəbər verir ki, konfransda M.Abbaszadə qəbul prosesinin hazırkı vəziyyəti haqqında məlumat verib. O, qeyd edib ki, artıq ali məktəblərə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi haqqında elanın tam mətni hazırdır. “Seçimdə I, II və IV ixtisas qruplarında ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan və III ixtisas qrupunda ümumi balı 300-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edəcəklər.
    12.06.10 Məqaləni oxumaq
     
    Ali məktəblərə müsabiqədən kənar qəbul üçün 33 nəfər müraciət edib
    Ali məktəblərə müsabiqədən kənar qəbul üçün 33 yarış və müsabiqə qalibləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) müraciət edib. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında TQDK sədri Məleykə Abbaszadə verib. M.Abbaszadənin sözlərinə görə, bunların böyük əksəriyyəti idmançılardır. “Müraciət edənlərdən 30-u idmançıdır və hazırda onların sənədləri araşdırılır. Eyni zamanda beynəlxalq müsabiqədə iştirak edən 1 rəssam və 2 pianoçudan da müraciət daxil olub. Xatırladaq ki, bu cür qaliblər ali məktəblərə imtahansız qəbul olunmaq üçün uyğun ixtisas seçməlidirlər.
    11.06.10 Məqaləni oxumaq
     
    Magistratura pilləsinə qəbul imtahanının ikinci mərhələsi üçün 5012 bakalavr ərizəsini təsdiqləyib
    Cari il iyunun 20-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən ali məktəblərin magistratura pilləsinə qəbul imtahanının ikinci mərhələsi üçün iki imtahan keçiriləcək. Bunların biri Azərbaycan, digəri Rus bölməsi üçündür. KƏLAMİNFO xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, imtahanın ikinci mərhələsində 6861 bakalavrın iştirakı nəzərdə tutulsa da, indiyədək yalnız 5012 bakalavr ərizəsini təsdiqləyib. “Bakalavrların 1849-u hələ də ərizəsini təsdiqləməyib. Bu çox narahatedici haldır. Onlar nəzərə alsınlar ki, proqram seçiminin vaxtı sabah axşam bitir və uzadılmayacaq”-deyə, M.Abbaszadə vurğulayıb.
    11.06.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 74 75 76 77 78 79 80 81 82 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30