Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 73 74 75 76 77 78 79 80 81 » #
    Məleykə Abbaszadə: “Ali məktəblərə imtahansız qəbul olmaq üçün müraciət edən çempionların diplomları yoxlanılacaq”
    Cari tədris ili üçün ali məktəblərə imtahansız qəbul olunmaq üçün indiyədək Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) 50-dən çox dünya və Avropa çempionu və musiqi müsabiqələri üzrə 3, rəsm üzrə isə 1 nəfər qalib müraciət edib. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında TQDK-nın sədri Məleykə Abbaszadə bildirib. TQDK-nın araşdırmalarında idmançıların komissiyaya təqdim etdiyi diplomların surətlərində göstərilən yarışların beynəlxalq əhəmiyyətli hesab edilib-edilməyəcəyi yoxlanılacaq. “Ona görə də həmin idmançıların iştirak etdiyi yarışların siyahısı Gənclər və İdman Nazirliyinə göndəriləcək. Onların sənədlərinə idman sahəsi üzrə mütəxəssislər rəy verəcək. Sənədləri müsbət qəbul edilənlər ali məktəblərin müsabiqədənkənar dövlət sifarişli plan yerlərinə yerləşdiriləcək. Ali məktəblərə müsabiqədənkənar yerləşdirmə üçün iyunun 1-dən başlayan sənəd qəbulu sabah axşam yekunlaşacaq. Musiqi və rəsm sahəsi üzrə müraciət edənlərə III ixtisas qrupu üzrə imtahan başlayanadək, idmançılara isə IV qrup üzrə imtahanlar başlayanadək cavab veriləcək”-deyə, TQDK sədri vurğulayıb.
    26.06.10 Məqaləni oxumaq
     
    Vatikan Papalığı Mədəniyyət Şurasının prezidenti AMEA-nın Əlyazmalar İnstitutunda olub
    Vatikan Papalığı Mədəniyyət Şurasının prezidenti, arxiyepiskop Canfranko Ravazi Vatikanın Qafqaz üzrə nümayəndəsi ilə birlikdə AMEA-nın Əlyazmalar İnstitutunda olub. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər. Qonaqlar institutun fəaliyyəti, eləcə də burada saxlanılan Azərbaycan yazılı abidələri və onların mühafizə şəraiti ilə tanış olublar. Qonaqlar bildiriblər ki, onlar Vatikan Apostol Kitabxanası ilə AMEA Əlyazmalar İnstitutu arasında əlaqələrin yaradılmasında maraqlıdırlar. Görüşdə qonaqlara Vatikanda mühafizə edilən Azərbaycan əlyazmaları barədə məlumat verilib, onların surətlərinin əldə edilməsi yolları haqqında fikir mübadiləsi aparılıb.
    26.06.10 Məqaləni oxumaq
     
    TQDK sədri: “Bu gündən III qrup üzrə abituriyentlər imtahana buraxılış vərəqələrini əldə etməyə başlayacaqlar”
    Cari il iyulun 4-də ali məktəblərə qəbulla bağlı III qrup üzrə imtahan keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, bu gündən etibarən abituriyentlər imtahana buraxılış vərəqələrini TQDK-nın rəsmi internet portalı vasitəsilə əldə edə biləcəklər. “İmtahana buraxılış vərəqəsini əldə etmək üçün abituriyentlərin attestat ballarını ərizələrə daxil edib təsdiqlətdirməsi çox vacibdir. Buna görə də, orta məktəbin cari ilki məzunları iyulun 3-dək attestatlarını əldə edib, qiymətləri öz elektron ərizələrinə təsdiq elətdirməlidirlər”-deyə, TQDK sədri vurğulayıb.
    25.06.10 Məqaləni oxumaq
     
    Ali məktəblərin magistraturasına qəbulla bağlı bakalavrların ixtisaslaşma seçimi başa çatır
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) sədr Məleykə Abbaszadə cari tədris ili üçün ali məktəblərə qəbulla bağlı həftəlik mətbuat konfransı keçirib. KƏLAMİNFO xəbər verir ki, konfransda M.Abbaszadə bildirib ki, bu gün günün sonunda ali məktəblərin magistraturasına keçirilmiş imtahanın nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən bakalavrların ixtisaslaşma seçimi başa çatır. M.Abbasazdə qeyd edib ki, hazırda 4453 nəfər bakalavr ixtisaslaşma seçimi edib. “Ümumilikdə imtahanın nəticələrinə uyğun olaraq 5238 bakalavr müsabiqəyə buraxılıb. Lakin nəzərə alsaq ki, günün sonuna qədər kifayət qədər vaxt var, ixtisaslaşma seçimi edən bakalavrların sayında da dəyişiklik olacaq. Magistraturaya qəbul imtahanın ikinci mərhələsi ilə bağlı müraciətlərə isə 23-25 iyun tarixində TQDK-da təşkil olunmuş apelyasiya komissiyasında baxılır”-deyə, TQDk sədri vurğulayıb. M.Abbaszadə onu da bildirib ki, sabah magistrlərin ali məktəblərə yerləşdirilməsinə başlanacaq. “İyunun 27-də günün II yarısında isə yerləşdirmənin nəticələri elan ediləcək”-deyə, M.Abbaszadə əlavə edib.
    25.06.10 Məqaləni oxumaq
     
    Bakıda yarimkeçiricilər fizikası üzrə beynəlxalq konfrans təşkil olunacaq
    Cari ilin 27-30 sentyabr tarixlərində Bakıda yarimkeçiricilər fizikası üzrə beynəlxalq konfrans (International Conference on Ternary and Multinary Compounds - ICTMC-17) təşkil olunacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən veriblər. İki ildən bir dünyanın tanınmış elmi mərkəzlərində keçirilən bu konfrans Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda təşkil olunacaq. Tədbirin sponsorları qismində Heydər Əliyev Fondu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutu çıxış edirlər.
    25.06.10 Məqaləni oxumaq
     
    Orta məktəbin IX sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələri açıqlanıb
    Təhsil Nazirliyi IX sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələrini açıqlayıb. Nazirlikdən KƏLAMİNFO-ya verilən məlumata görə, nəticələr www.edu.gov.az saytında yerləşdirilib. Nazirliyin internet ünvanında şagirdlər imtahan fənləri üzrə şəhadətnamələrinə yazılacaq qiymətlər haqqında məlumatlar əldə edə bilərlər. Qeyd edək ki, imtahanın nəticələri ilə bağlı ərizə və şikayətlər şagirdin təhsil aldığı şəhər və rayon təhsil şöbələrində qəbul ediləcək. Bakı şəhərində təhsil alan şagirdlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə şəhərində təhsil alanlar Gəncə Şəhər Təhsil İdarəsinə, Abşeron rayonunda təhsil alanlar Abşeron rayon Təhsil Şöbəsinə və digər yerlərdə təhsil alanlar da müvafiq təhsil şöbələrinə müraciət edə bilərlər.
    25.06.10 Məqaləni oxumaq
     
    TQDK: “Attestat alan abituriyentlər attestatda əks olunmuş məlumatları təsdiq etdirməlidirlər”
    Cari ildə attestat alan abituriyentlər elektron ərizəsini təsdiq etdirdiyi Sənəd Qəbulu Komissiyasında attestatda əks olunmuş məlumatları təsdiq etdirməlidirlər. Bu barədə məlumatı KƏLAMİNFO-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən veriblər. Cari ildə attestat alan hər bir abituriyent (ümumi təhsil müəssisələrini 2010-cu ildə bitirən abituriyentlər və ümumi təhsil müəssisələrini əvvəlki illərdə bitirib attestat ala bilməyən, lakin cari ildə buraxılış imtahanına buraxılan abituriyentlər) müəyyən edilmiş vaxtda “İmtahana buraxılış vərəqə”sini əldə etmək üçün təhsil haqqında sənədinin seriyasını, nömrəsini və verilmə tarixini, fənlər üzrə attestat qiymətlərini elektron ərizəsinə daxil etməlidirlər. Attestatı elektron ərizəsini təsdiq etdirdiyi Sənəd Qəbulu Komissiyasına təqdim edib attestatda əks olunmuş məlumatları təsdiq etdirməlidir. Yalnız bundan sonra abituriyentlər müəyyən edilmiş vaxtda “İmtahana buraxılış vərəqə”sini çap edə biləcəklər.
    24.06.10 Məqaləni oxumaq
     
    TQDK-da magistraturalara qəbul imtahanlarının nəticələrinə həsr olunmuş müşavirə keçirilib
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadənin yanında ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanlarının nəticələrinə həsr olunmuş müşavirə keçirilib. Bu barədə məlumatı TQDK-nın mətbuat xidmətindən veriblər. Müşavirədə qərara alınıb ki, ali təhsil müəssisələri magistraturalarının aşağıda göstərilən ixtisaslaşmalarının dövlət sifarişli yerləri üzrə müsabiqə şərtləri dəyişdirilsin. Bu yerlər üzrə ixtisaslaşma seçiminə və müsabiqəyə iki mərhələ üzrə qəbul imtahanlarından topladığı ümumi balı (balların cəmi) 80-dən, o cümlədən ixtisas üzrə testlərdən topladığı bal 20-dən az olmayan bakalavrlar buraxılsınlar.
    24.06.10 Məqaləni oxumaq
     
    Bakıda “Fizika-2010” mövzusunda beynəlxalq konfrans keçiriləcək
    Cari ilin 30 iyun-2 iyul tarixlərində AMEA Fizika İnstitutunda “Fizika-2010” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər. AMEA Fizika İnstitutu və Türkiyənin Qazi və Aksaray universitetlərinin birgə təşkil etdikləri konfransda fizikanın müxtəlif sahələrinə dair 70-ə yaxın məruzə dinləniləcək, müzakirələr aparılacaq. Konfransda Rusiya, ABŞ, Türkiyə, Ukrayna və digər ölkələrdən olan alim və mütəxəssislər iştirak edəcəklər.
    23.06.10 Məqaləni oxumaq
     
    Sumqayıtda “Elm, Təhsil, İnformasiya Texnologiyaları” Festivalı işə başlayır
    Bu gün Sumqayıtda “Elm, Təhsil, İnformasiya Texnologiyaları” Festivalı işə başlayır. Bu barədə məlumatı KƏLAMİNFO-ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) mətbuat xidmətindən veriblər. İki gün davam edəcək tədbirdə RİTN-nin, eləcə də digər dövlət qurumlarının əməkdaşları iştirak edəcəklər. Bundan əlavə festivala ali məktəblərin və İKT şirkətlərin nümayəndələrinin də qatılacağı gözlənilir. “İnformasiya-kommunikasiya texnologiyaları Azərbaycanın sosial-iqtisadi inkişafının prioritet istiqaməti kimi”, “Dövlət idarəçiliyi yeni mərhələdə - elektron hökumət”, “Xalq kompüteri” layihəsi, “Təhsil müəssisələrinin idarə edilməsində İKT-nin rolu”, “Azərbaycanın təhsil sektorunda həyata keçirilən İKT layihələri”, “İnternetləşmə və Azərbaycan gənclərinin sosial şəbəkələşməsində rolu”, “Tədrisdə yeni imkanlar. Dünya təcrübəsindən istifadə” mövzularında məruzələr dinləniləcək.
    22.06.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 73 74 75 76 77 78 79 80 81 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30