Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 72 73 74 75 76 77 78 79 80 » #
    Misir Mərdanov: “Birinci sinifə gedən uşaqların qəbulu ilə bağlı ciddi dəyişiklik yoxdur”
    Birinci sinifə gedən uşaqların qəbulu ilə bağlı heç bir ciddi dəyişiklik yoxdur. KƏLAMİNFO xəbər verir ki, bu bardə açıqlamanı jurnalistlərlə söhbətində təhsil naziri Misir Mərdanov söyləyib. "Bəzi media qurumları cəmiyyətə səhv məlumat çatdırmaqla ictimaiyyəti çaşdırırlar. Birinci sinifə gedənlərin qəbulunda ciddi yenilik olmayıb. Hər il olduğu kimi, bu il də sentyabrın 15-nə kimi 6 yaşı tamam olan uşaqların məktəblərə qəbulunda heç bir problem yoxdur. Sentyabrın 15-dən oktyabrın sonuna qədər 6 yaşı tamam olan uşaqların qəbulu məktəblərin ixtiyarına verilib",-deyə M.Mərdanov məsələyə aydınlıq gətirib. M.Mərdanov qeyd edib ki, noyabr ayından etibarən 6 yaşı tamam olan uşaqlar müstəsna hallarda, istedadlı uşaqları seçmək üçün nazirlikdə pedaqoq və psixoloqların iştirakı ilə komissiya yaradılıb. Bu halda komissiyanın qərarı ilə o uşaqlar birinci sinifə qəbul olacaqlar.
    06.07.10 Məqaləni oxumaq
     
    TQDK sədri: “Bu il III qrup üzrə 33316 abituriyent ərizə təqdim edib”
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə cari tədris ili üçün ali məktəblərə qəbulla bağlı növbəti həftəlik mətbuat konfransı keçirib. KƏLAMİNFO xəbər verir ki, M.Abbaszadə iyulun 4-də III ixtisas qrupu üzrə keçiriləcək qəbul imtahanı barədə məlumat verib. TQDK sədrinin sözlərinə görə, imtahanlar Bakı, Naxçıvan və Sumqayıt şəhərlərində keçiriləcək. “Bunun üçün Bakı şəhərində 48, Sumqayıt şəhərində 6, Naxçıvan şəhərində 3 bina ayrılıb. Bakı, Sumqayıt və Naxçıvan şəhərlərinin orta ümumtəhsil məktəblərindən 2289 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 235 imtahan rəhbəri cəlb olunacaq. Bu il III qrup üzrə 33316 abituriyent ərizə təqdim edib. Sənəd verənlərin 30187 nəfəri Azərbaycan, 3129 nəfəri rus bölməsinin məzunudur. Abituriyentlərin 16876 nəfəri orta ümumtəhsil məktəblərinin builki, 15732 nəfəri isə əvvəlki illərin məzunudur.
    03.07.10 Məqaləni oxumaq
     
    Qəbul imtahanlarında köçürmə halları xüsusi proqramlar vasitəsilə araşdırılacaq
    Cari tədris ili üçün ali məktəblərə qəbul zamanı imtahanın nəticələri araşdırılarkən xüsusi proqramlar vasitəsilə abituriyentlərin köçürmə halları yoxlanılacaq. Qeyri-qanuni hal baş verdiyi halda imtahanın nəticələri ləğv olunacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. O, qeyd edib ki, builki imtahanların təşkili zamanı abituriyentlərin yaş səviyyəsi də nəzərə alınıb “Əvvəlki illərin məzunları nizam-intizama riayət etmirdilər. Builki məzunlara təzyiq göstərir və onların köməyindən istifadə etmək istəyirlər. Çünki adətən, cari ilin məzunları ötən illərin məzunlarına nisbətən daha hazırlıqlı olurlar. Ona görə də uşaqların yerləşdirilməsində bu kimi hallar nəzərə alınıb”,-deyə M.Abbaszadə vurğulayıb.
    02.07.10 Məqaləni oxumaq
     
    Orta ixtisas məktəblərinə sənəd qəbulu iyulun 8-dən avqustun 10-dək aparılacaq
    İyulun 8-dən avqustun 10-dək Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) orta ixtisas məktəblərinə sənəd qəbulu aparacaq. KƏLAMİNFO xəbər verir ki bu barədə TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu il ilk dəfə olaraq, 9 illik təhsil bazasından orta ixtisas məktəblərinə sənəd qəbulu internet vasitəsilə aparılacaq. “Hər bir abituriyent ərizəsində müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli olan 12-dək ixtisas kodunu qeyd edə bilər.
    02.07.10 Məqaləni oxumaq
     
    Məleykə Abbaszadə: “Magistraturada boş qalmış plan yerləri iyulun 31-də elan olunacaq”
    Magistraturaya qəbul imtahanı nəticəsində kifayət qədər plan yerləri boş qalıb. Bunun üçün də iyulun 31-dən sonra magistraturada boş qalmış plan yerləri elan olunacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, dövlət sifarişli yerlərə qoyulan şərtlər dəyişməyəcək. “Dövlət sifarişli yerlərə qəbul olunacaq bakalavrların sayı çox azdır.
    02.07.10 Məqaləni oxumaq
     
    Cari tədris ilində ADU-nu 1034 nəfər tələbə bitirir
    Sabah Azərbaycan Dillər Universitetində (ADU) “Məzun Günü” keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya ADU-nun İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımova verib. Tədbirdə ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidovun açılış nitqi ilə çıxışı nəzərdə tutulur. “Məzun günü”ndə universiteti fərqlənmə ilə bitirmiş tələbələrə diplomlar veriləcək. Tədbirin sonunda tanınmış və populyar incəsənət nümayəndələrinin iştirakı ilə konsert keçiriləcək. Qeyd edək ki, 2009-2010-cu tədris ilində ADU-nu 1034 nəfər tələbə bitirir. Onlardan 910 nəfəri bakalavr, digərləri isə magistratura təhsil pilləsini başa vurur.
    01.07.10 Məqaləni oxumaq
     
    Yaxın günlərdə I ixtisas qrupu üzrə ərizə vermiş abituriyentlər “İmtahana buraxılış vərəqəsi” əldə edə biləcəklər
    Yaxın günlərdə ali məktəblərə qəbulla bağlı I ixtisas qrupu üzrə ərizə vermiş abituriyentlərin “İmtahana buraxılış vərəqəsi” də Tələbə Qəbulu üzrə Dövlət Komissiyanın (TQDK) internet saytında yerləşdiriləcək. Hər bir ixtisas qrupu üzrə qəbul imtahanına bir neçə gün qalmış müvafiq qrup üzrə ərizə vermiş abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni TQDK-nın unternet saytından çap edə biləcəklər. Cari ildə attestat alan abituriyentlər “İmtahana buraxılış vərəqə”sini əldə etmək üçün təhsil haqqında sənədinin seriyasını, nömrəsini və verilmə tarixini, fənlər üzrə attestat qiymətlərini elektron ərizəsinə daxil etməli, attestatı elektron ərizəsini təsdiq etdirdiyi Sənəd Qəbulu Komissiyasına (Sənəd Qəbulu Komissiyalarının siyahısı əlavə edilir) təqdim edib attestatda əks olunmuş məlumatları təsdiq etdirməlidir.
    01.07.10 Məqaləni oxumaq
     
    TQDK: “Magistraturalara qəbul olanlar iyulun 12-dək qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər”
    Ali təhsil müəssisələrinin magistraturalarına qəbul olanlar iyulun 1-dən iyulun 12-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Bu barədə KƏLAMİNFO-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən bildiriblər. Cari ilin məzunları digər sənədlərlə birlikdə ali təhsil müəssisəsini bitirmək haqqında arayış da təqdim etməlidirlər. Bakalavrın göstərilən müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından xaric ediləcəkdir.
    30.06.10 Məqaləni oxumaq
     
    BDU-nun tələbəsi “Novruz-1” I fars dili və ədəbiyyatı olimpiadasının qalibi olub
    Bakı Dövlət Universiteti (BDU) Şərqşünaslıq fakültəsinin bir qrup tələbəsi İranın ölkəmizdəki səfirliyinin Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunan “Novruz-1” I fars dili və ədəbiyyatı olimpiadasında iştirak ediblər. BDU-nun mətbuat və informasiya şöbəsinin rəhbəri Pərvanə İbrahimovanın KƏLAMİNFO-ya veridiyi məlumata görə, olimpiadada universitetin tələbələri ilə yanaşı, Xəzər və Bakı İslam universitetlərinin, eyni zamanda, Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Şəhriyar adlı məktəbin tələbələri də iştirak ediblər.
    30.06.10 Məqaləni oxumaq
     
    Prezident yanında Dövlət İdarəçilik Akademiyasında 2009-2010-cu tədris ilinin məzunları ilə görüş olub
    Bu gün Prezident yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) 2009-2010-cu tədris ilinin məzunları ilə görüş olub. KƏLAMİNFO xəbər verir ki, DİA-nın rektoru Seyfəddin Qəndilov müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin təhsilin inkişafına daim böyük önəm verdiyini, ümummilli liderin siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Dövlət başçısının təhsillə bağlı imzaladığı bir sıra sənədlərin əhəmiyyətini diqqətə çatdıran S.Qəndilov ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından, akademiyada qazanılan uğurlardan bəhs edib, təhsil müəssisəsinin beynəlxalq əlaqələrinin ilbəil genişləndiyini söyləyib. S.Qəndilov əlavə edib ki, DİA-nın ənənələrinə sadiq qalan tələbələr bilik və bacarıqları ilə dövlət idarəçiliyinə öz töhfələrini verəcəklər.
    30.06.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 72 73 74 75 76 77 78 79 80 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30