Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 71 72 73 74 75 76 77 78 79 » #
    Şəmsəddin Hacıyev: “Təhsildə yeni maliyyələşdirmə mexanizminin tətbiqi dövlət və özəl ali məktəblər arasında sağlam rəqabət yaradacaq”
    “Təhsildə yeni maliyyələşdirmə mexanizminin tətbiqi dövlət və özəl ali məktəblər arasında sağlam rəqabət mühiti yaradacaq”. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev söyləyib. Ş.Hacıyev bildirib ki, bu ildən başlayaraq yeni maliyyələşdirmə mexanizminin hələlik ali təhsil müəssisələrində tətbiqinə başlanacaq. “Artıq bu barədə Nazirlər Kabinetinin müvafiq qərarı var və Maliyyə Nazirliyi, eləcə də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən bu istiqamətdə lazımi tədbirlər həyata keçirilir. Hesab edirəm ki, yeni maliyyələşdirmə mexanizmi ali təhsil sistemində sağlam rəqabət mübarizəsinin bərqərar olmasına, dövlət və özəl ali məktəbləri arasında ayrı-seçkiliyin aradan qaldırılmasına və son nəticədə bütövlükdə ali təhsilin keyfiyyətinin yüksəlməsinə səbəb olacaq. Eyni zamanda, ayrı-ayrı ixtisaslar üzrə hər bir təhsilalana düşən xərc normalarının düzgün hesablanması yeni sistemin özünü doğrultmasında mühüm rol oynayacaq”,-deyə Ş.Hacıyev vurğulayıb.
    16.07.10 Məqaləni oxumaq
     
    M.V.Lomonosov adına MDU-nun Bakı filialı tələbə qəbulu elan edir
    M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı 2010/2011-ci tədris ili üçün (bakalavriat səviyyəsi, rus bölməsi) tələbə qəbulu elan edir. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-dan veriblər. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin yaratdığı qəbul komissiyası tərəfindən aparılan sınaqlarda yalnız TQDK-nın 2010-cu ildə keçirdiyi test imtahanlarında 300 və daha artıq bal toplayan rus bölməsinin abituriyentləri iştirak edə bilərlər. Orta məktəbin Azərbaycan bölməsini rus dili fənni üzrə “əla” və “yaxşı” qiymətlə bitirən və TQDK-nın keçirdiyi test imtahanlarında 300 və daha artıq bal toplayan abituriyentlər də qəbul sınaqlarında iştirak edə bilərlər.
    15.07.10 Məqaləni oxumaq
     
    Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə 4200 müraciət daxil olub
    Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə 2010-cu ilin iyun ayında 4200 müraciət daxil olub. Təhsil Nazirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, müraciətlərin 3911-i telefonla, 289-u elektron poçt vasitəsilə qəbul edilib. Müraciətlərin böyük əksəriyyəti sorğu xarakterlidir. Şikayət xarakterli müraciətlərdə məktəbəqədər, ümumtəhsil, texniki-peşə, orta-ixtisas və ali təhsil müəssisələrindəki problemlərdən bəhs olunub. Bakıdakı 2, 3, 5, 11, 12, 18 saylı peşə liseyləri və Saatlı Peşə liseyindən daxil olan müraciətlərdə bu təhsil müəssisələrində aidiyyatı olmayan kitab satışının təşkili, şagird qəbulu qaydalarının pozulması, təhsil sənədləri və təqaüdlərin gecikdirilməsi kimi məsələlərdən bəhs olunub.
    15.07.10 Məqaləni oxumaq
     
    Bakı İslam Universitetinin “Dinşünaslıq” ixtisası üzrə tələbə qəbulu elan edilib
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Bakı İslam Universitetinə 2010/2011-ci tədris ili üçün “Dinşünaslıq” ixtisası üzrə tələbə qəbulu elan edir. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Müsabiqədə III ixtisas qrupu üzrə qəbul imtahanında 250 və daha yüksək bal toplamış abituriyentlər iştirak edə bilərlər. Abituriyentlərin fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. Müsabiqədə iştirak etmək istəyənlər cari il iyulun 15-dən iyulun 25-dək Bakı İslam Universitetində təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün şəxsiyyəti təsdiq edən sənədin əsli, sağlamlıq haqqında arayış, 4 ədəd 3x4 ölçüdə fotoşəkil və təsdiq olunmuş elektron ərizənin surəti tələb olunur.
    14.07.10 Məqaləni oxumaq
     
    TQDK magistraturaya qəbul olanların qeydiyyat müddətini uzadıb
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərin magistraturasına qəbul olanların qeydiyyat müddətini uzadıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Cari tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olanlar iyulun 19-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Bakalavrın göstərilən müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından xaric ediləcək.
    14.07.10 Məqaləni oxumaq
     
    TQDK: “I ixtisas qrupu üzrə keçirilən imtahanda qanun pozuntularına yol verənlərin çoxu oğlanlar olub”
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ötən gün respublika üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanını başa çatdırıb. İmtahandan 60-a yaxın abituriyent müxtəlif qayda pozuntusuna görə xaric edilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə verib. O, qeyd edib ki, təşkilati baxımdan birinci qrup üzrə imtahan digər qruplarla müqayisədə çətin hesab olunur. “Qayda pozuntusuna yol verənlərin əksəriyyəti oğlanlar olub. İmtahanın nəticələri sabah elan olunacaq. Hazırda nəticələrin emal prosesi gedir. Müsabiqə balı 250 bal nəzərdə tutulub, lakin imtahanların nəticələrindən asılı olaraq müsabiqə balı dəyişə bilər”,-deyə E.Nağızadə bildirib. Xatırladaq ki, I ixtisas qrupu üzrə 35 769 abituriyent ərizə təqdim edib. İmtahan ölkənin Bakı, Naxçıvan, Gəncə və Sumqayıt şəhərlərində keçirilib.
    13.07.10 Məqaləni oxumaq
     
    TQDK bu gündən orta ixtisas təhsili müəssisələrinə tələbə qəbuluna başlayır
    Bu gündən etibarən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2010/2011-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbuluna başlayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat katibi Elnur Nağızadə verib. O, qeyd edib ki, ərizə qəbulu internet vasitəsilə iyulun 8-dən avqustun 10-dək aparılır. “Abituriyentlər qeyd olunan müddət ərzində TQDK-nın internet saytının müvafiq səhifəsində soyadını, adını, atasının adını, şəxsiyyət vəsiqəsinin seriyasını və nömrəsini daxil etməklə qeydiyyatdan keçə və iş nömrəsi ilə şifr əldə edə bilərlər. Burada cari il iyulun 1-dək 16 yaşına çatmamış gənclər doğum haqqında şəhadətnamənin seriyasını və nömrəsini daxil edirlər. Sonra iş nömrəsi və şifrdən istifadə etməklə “Abituriyentin elektron ərizəsi” formasına daxil olur və onu doldururlar. Bundan sonra abituriyentlər tələb olunan sənədlərini TQDK-nın internet səhifəsində göstərilən müvafiq Sənəd Qəbulu Komissiyalarına (SQK) təqdim etməklə ərizələrini təsdiq etdirirlər”-deyə, E.Nağızadə vurğulayıb.
    09.07.10 Məqaləni oxumaq
     
    AMEA prezidentinin müavini elmlər doktoru oldu
    AMEA prezidentinin müavini-işlər müdiri Turab Əhmədov doktorluq dərəcəsi alıb. AMEA-dan KƏLAMİNFO-ya verilən məlumata görə, Ə.Turabov riyazi fizika ixtisası üzrə “Kəsr törəmələrin elektrodinamikanın sərhəd məsələlərinə tətbiqi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək riyaziyyat üzrə elmləri doktoru alimlik dərəcəsinə sahib olub.
    08.07.10 Məqaləni oxumaq
     
    Təhsil Nazirliyi ümumtəhsil məktəblərinin I sinifinə uşaqların vaxtından əvvəl qəbulu qaydalarını dərc edib
    Təhsil Nazirliyi ümumtəhsil məktəblərinin I sinifinə uşaqların vaxtından əvvəl qəbulu Qaydalarını təsdiq edib. Nazirliyin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, Təhsil Nazirliyinin 796 nömrəli əmri ilə təsdiq edilən qaydalar “Təhsil haqqında” AR Qanununa uyğun hazırlanıb və məktəb yaşına çatmayan uşaqların vaxtından əvvəl I sinifə qəbulu ilə bağlı prosedurları müəyyən edir. Qaydalara görə, ümumtəhsil məktəblərinin I sinfinə, bir qayda olaraq, hər il sentyabrın 15-dək 6 yaşı tamam olmuş əqli və fizioloji cəhətdən sağlam uşaqlar qəbul edilirlər. İstisna hallarda 6 yaşı sentyabrın 15-dən oktyabrın sonunadək olan müddətdə tamam olmuş istedadlı uşaqlar məktəbdə yaradılmış komissiyanın rəyi əsasında vaxtından əvvəl I sinfə qəbul edilə bilərlər. Noyabr ayı ərzində 6 yaşı tamam olmuş xüsusi istedadı ilə fərqlənən uşaqların vaxtından əvvəl I sinfə qəbuluna avqustun əvvəlindən sentyabrın 10-dək Təhsil Nazirliyində yaradılmış komissiya tərəfindən baxılıb müvafiq qərar qəbul edilir.
    07.07.10 Məqaləni oxumaq
     
    Bu gün TQDK Qəbul Komissiyaları ilə seminar-məşğələ keçirib
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) cari tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında (9 illik) ərizə qəbulunun aparılması ilə bağlı Sənəd Qəbulu Komissiyaları ilə seminar-məşğələ keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Tədbirdə İmtahanların təşkili və idarə edilməsi sektorunun müdiri Hidayət Zeynalov, İnformasiyalaşdırma və texnoloji təminat şöbəsinin əməkdaşı İlqar Mahmudov, TQDK-nın regional bölmələrinin əməkdaşları, Sənəd Qəbulu Komissiyasının nümayəndələri iştirak ediblər.
    06.07.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 71 72 73 74 75 76 77 78 79 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30