Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 69 70 71 72 73 74 75 76 77 » #
    Bu gün ali məktəblərə yerləşdirmə üzrə ixtisas seçimi başa çatır
    Bu gün 2010-2011-ci tədris ili üzrə ali məktəblərə yerləşdirmə üçün ixtisas seçiminə sənəd qəbulu başa çatır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə KƏLAMİNFO-ya bildirib ki, ixtisas seçimi bu gün saat 24.00-dək davam edəcək. Bu gün saat 10.40-dək 31 894 abituriyent ixtisas seçimi üçün elektron ərizəsini təsdiqlədib, 1300-ə yaxın abituriyent isə hələ ərizəsini təsdiqləməyib. E.Nağızadə qeyd edib ki, TQDK ixtisas seçiminin nəticələrini avqustun 5-də elan edəcək.
    03.08.10 Məqaləni oxumaq
     
    TQDK: “23129 abituryent ixtisas seçimi ərizəsini təsdiq edib”
    2010/2011-ci tədris ili üçün ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən abituriyentlər iyulun 25-dən avqustun 2-dək internet vasitəsilə ixtisas seçimi apara bilərlər. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bugün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, ixtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil etməlidir. E.Nağızadə qeyd edib ki, bu gün saat 10:00-dək abituriyentlərdən 23129 nəfəri ixtisas seçimi ərizəsini təsdiq edib.
    31.07.10 Məqaləni oxumaq
     
    Magistraturaya əlavə yerləşirmə başlayıb
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gündən ali məktəblərin magistraturasının boş qalan plan yerlərinə yerləşdirmə üçün sənəd qəbuluna başlayıb. TQDK-nın mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, sənəd qəbulu avqustun 5-i saat 9.00-dək davam edəcək. Sənəd qəbulu internetlə aparılacaq. Vakant yerlər barədə elan “Magistr” jurnalının 6 sayında dərc edilib.
    30.07.10 Məqaləni oxumaq
     
    Magistraturada boş qalan plan yerlərinə qəbul keçirilir
    Tələbə Qəbulu üzrə Dövlə Komissiyası (TQDK) 2010/2011-ci tədris ili üçün ali təhsil müəsisisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul keçirir. TQDK-nın mətbuat xidmətindən KƏLAMİNFO-ya verilənməlumata görə, qəbul bu il mayın 2-də və iyunun 20-də keçirilmiş ikimərhələli qəbul imtahanında toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır. Ali təhsil müəssisəsinin magistraturasına qəbul olmuş bakalavrın boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur. Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün sabah saat 9.00-dan 05 avqust saat 09.00-dək TQDK-nın müvafiq internet səhifəsinə daxil olub, seçdiyi ixtisaslaşmaların kodlarını “Bakalavrın elektron ərizəsi”ndə qeyd edib təstiqləməlidir. Hər bir bakalavr bu siyahıdan 20-dək ixtisaslaşma kodunu seçə bilər. Bakalavrlara bitirdikləri bakalavr ixtisasından asılı olmayaraq imtahan verdiyi proqrama aid olan bütün ixtisaslaşmaların kodunu seçmək imkanı verilir. Dövlət hesabına magistraturada təhsil almış magistrlər dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər.
    29.07.10 Məqaləni oxumaq
     
    Cenevrədə akademik təhsil və təlim proqramı başlayır
    Cenevrədə yerləşən İqlim dəyişikliyi üzrə Hökumətlərarası Panel inkişaf və ya zəif inkişaf etmiş ölkələrdə bakalavr, magistratura və doktorantura səviyyələrini bitirən tələbələr üçün akademik təhsil və təlim kurslarının davamlılığı, tədqiqatın yüksək səviyyədə aparılması və bacarıqların artırılması məqsədilə bir sıra sahələr üzrə təqaüd proqramını təklif edir. Təhsil Nazirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, proqramda azərbaycanlılar da iştirak edə bilər.
    28.07.10 Məqaləni oxumaq
     
    Son orta əsr şəhərlərinin öyrənilməsinə həsr olunan konfrans keçiriləcək
    Sentyabrın 14-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində Ağsu şəhərində aparılan arxeoloji tədqiqatlar və Azərbaycanın son orta əsr şəhərlərinin öyrənilməsindəki ümumi problemlərin müzakirəsinə həsr olunan konfrans keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər. Konfrans AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, AMEA Milli Azərbaycan Tarixi Muzeyi, Ağsu arxeoloji ekspedisiyası və “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə reallaşacaq. Qeyd edək ki, konfransın tezisləri avqustun 25-nə qədər qəbul edilir. Tezislər istənilən formatda və şriftdə yığıla bilər. Qəbul olunan tezislər və konfransın proqramı sentyabrın 1-də elan ediləcək. Məruzələr konfransdan sonra çap ediləcək.
    27.07.10 Məqaləni oxumaq
     
    Elmin İnkişafı Fondu seminar keçirib
    Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) ilk məsləhət seminarını keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya EİF-nin mətbuat xidmətindən veriblər. Fondun icraçı direksiyasının ofisində reallaşan seminarın məqsədi müsabiqədə iştirak etmək üçün layihələr hazırlamaq, ərizə və əlavə olunan sənədlərin düzgün doldurulmasında çətinlik çəkən və müsabiqəyə dair sualları olan vətəndaşlara yardım etmək, bu prosesi asanlaşdırmaq və effektivliyini artırmaqdan ibarətdir. Fondun icraçı direktoru Elçin Babayevin iştirakı ilə keçirilən seminarda EİF-in qrantların idarə olunması üzrə baş məsləhətçisi Ədilə Babayeva müsabiqə qaydaları, ərizə və sənəd formalarının tərtibatı və 2010-cu il müsabiqəsi haqqında təqdimatla çıxış edib. Təqdimatdan sonra E.Babayev və Ə.Babayeva seminar iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
    27.07.10 Məqaləni oxumaq
     
    II ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanının nəticələri açıqlandı
    Ali təhsil müəssisələrinə II ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanının nəticələri açıqlanıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər.
    İmtahanın nəticələri TQDK-nın internet saytında yerləşdirilib.
    II ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün 28072 abituriyent ərizə təsdiq etdirib. Onlardan 27395 nəfəri imtahanda iştirak edib. II ixtisas qrupu üzrə ixtisas seçimində aşağıdakı müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər: Üümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər. II ixtisas qrupu üzrə ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. II ixtisas qrupu üzrə dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 400-dən az olmayan abituriyentlər iştirak edə bilər.
    27.07.10 Məqaləni oxumaq
     
    TQDK orta ixtisas təhsil müəssisələrinə ixtisas seçimi elan etdi
    2010/2011-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında (11 illik) tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı dərc olunub. KƏLAMİNFO TQDK-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında toplanılan ballar əsasında aparılır. Orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar 3 qrupa bölünür. I qrup ixtisasların müsabiqəsində ali təhsil müəssisələrinin I, II, III və ya IV qrupları üzrə ümumi balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər. II qrup ixtisasların müsabiqəsində ali təhsil müəssisələrinin I və ya IV qrupları üzrə ümumi balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər. III qrup ixtisasların müsabiqəsində ali təhsil müəssisələrinin III qrupu üzrə ümumi balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.
    23.07.10 Məqaləni oxumaq
     
    Xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd vermiş abituriyentlər bəlli oldu
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd vermiş abituriyentlərin nəticələrini açıqlayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Cari tədris ili üçün xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd vermiş abituriyentlər arasında müvafiq ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə keçirilib. Fövqəladə Hallar Nazirliyinin “Fövqəladə hallar və həyat təhlükəsizliyi” ixtisasına keçid balı 331, “Yanğın təhlükəsizliyi” ixtisasına isə keçid balı 274 olub. Tibb Universitetinin “Hərbi həkim işi” ixtisasına keçid balı 363, C.Naxçıvanski adına Hərbi Liseyə müsabiqə nəticəsində keçid balı 210, H.Əliyev adına Hərbi Liseyə (Naxçıvan ş.) isə 150 bal olub. Qəbul olmuş tələbələrin siyahısı müvafiq nazirliklərə göndərilib.
    22.07.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 69 70 71 72 73 74 75 76 77 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30