Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 68 69 70 71 72 73 74 75 76 » #
    Ali məktəbə qəbul olanların qeydiyyat vaxtı müəyyənləşib
    Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olanların sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçmə vaxtları müəyyənləşib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən veriblər.

    Ali təhsil müəssisələrinə əsas yerləşdirmə zamanı qəbul olanlar cari il avqustun 9-dan 18-dək, ali məktəblərin boş qalan (vakant) yerlərinə qəbul olanlar isə, avqustun 13-dən 20-dək qəbul olduqları müəssisələrdə qeydiyyatdan keçməlidirlər. Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olanlar da avqustun 11-dən 20-dək qeydiyyatdan keçməlidirlər. Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olanların qeydiyyat müddəti isə, avqustun 16-dan 31-dək müəyyənləşib. Göstərilən müddətdə qeydiyyatdan keçməmək, həmin şəxsin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.
    14.08.10 Məqaləni oxumaq
     
    Təhsil müəssisələri dövlət elektron məlumat sisteminə qoşulacaq
    Ölkədə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulmalıdır. Təhsil Nazirliyindən KƏLAMİNFO-ya verilən məlumatda bildirilir ki, bununla əlaqədar nazir Misir Mərdanovun xüsusi göstərişi olub. 
    Göstərişdə qeyd olunub ki, bununla əlaqədar ali və orta ixtisas təhsili müəssisələri tələbə və magistrlər, akademik müvəffəqiyyət, ixtisas dəyişmələri, başqa təhsil müəssisəsindən köçürmələr, (o cümlədən xarici ölkələrdən), tələbələr sırasından xaric edilmələr, bərpalar və əsasnamədə göstərilən digər məlumatları həmin sistemə daxil etməlidir.
    13.08.10 Məqaləni oxumaq
     
    M.Abbaszadə: “Tələbələr qeydiyyatdan keçməkdə passivdir”
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə ali və orta ixtisas məktəblərinə qəbulla bağlı həftəlik mətbuat konfransı keçirib. KƏLAMİNFO xəbər verir ki, konfransda M.Abbaszadə ali təhsil müəssisələrinə qəbul olanların qeydiyyatı ilə bağlı məlumat verib.
    13.08.10 Məqaləni oxumaq
     
    TQDK qəbul olanların əmrlərini avqustun 25-dən göndərəcək
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) cari il avqustun 25-dən etibarən bütün ali məktəblərə daxil olan abituriyentlərin əmrlərini göndərəcək. KƏLAMİNFO xəbər verir ki, bunları jurnalistlərə açıqlamasında TQDK sədri Məleykə Abbaszadə bildirib.
    O, qeyd edib ki, I ixtisas qrupunda ali məktəblərin 9514 plan yerinə 9291, II qrupda 7348 plan yerinə 7292, III qrupda 9855 plan yerinə 8562, IV qrupda 3793 plan yerinə 3592  abituriyent daxil edilib. “Ümumilikdə ayrılan 30 510 plan yerinə 28 737 abituriyent qəbul olunub. Özəl ali məktəblər üzrə təqdim olunmuş 4561 plan yerindən 1158-i vakant qalıb. Bütün ali məktəblər üzrə boş qalan plan yerlərinin əksəriyyəti, yəni 1293 yerdən 1158-i özəl ali təhsil müəssisələrinin ixtisaslarıdır”,-deyə TQDK sədri bəyan edib.
    13.08.10 Məqaləni oxumaq
     
    Orta ixtisas məktəblərinə qəbul imtahanı avqustun 29-da keçiriləcək
    Cari tədris ili üçün ümumi orta ixtisas bazasından (9 illik) orta ixtisas məktəblərinə ərizə qəbulu başa çatıb və avqustun 29-da ərizə verənlərin qəbul imtahanları keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə verib.
    13.08.10 Məqaləni oxumaq
     
    AMEA-nın şöbə müdiri Ədalət Həsənov İtaliyaya gedəcək
    Avqustun 18-də AMEA-nın Xarici əlaqələr şöbəsinin rəhbəri, fizika-riyaziyyat elmləri doktoru Ədalət Həsənov İtaliyaya səfərə gedəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya müsahibəsində Ə.Həsənov özü söyləyib. O qeyd edib ki, səfərində məqsəd, İtaliyanın Palermo şəhərində keçiriləcək Beynəlxalq Elm Federasiyasının iclasında iştirak etməkdir. Ə.Həsənov bildirib ki, ildə bir dəfə ənənəvi olaraq keçirilən iclasa dünyanın çoxsaylı ölkələrindən alimlər qatılır. Onun sözlərinə görə, iclasda il ərzində görülən işlərin hesabatı dinləniləcək, beynəlaxalq əməkdaşlıq, qarşıda duran vəzifələr və digər məsələlər müzakirə ediləcək, mövzu ətrafında fikir mübadiləsi aparılacaq.
    12.08.10 Məqaləni oxumaq
     
    TQDK ixtisas seçimini sabahadək uzatdı
    Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi 11 avqust saat 10:00-dək uzadılıb. Bu barədə məlumatı KƏLMAİNFO-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən veriblər. Abituriyentlər qeyd olunan vaxtadək internet vasitəsilə qəbul olmaq istədikləri ixtisasların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil etməli və ərizələrini təsdiq etməlidirlər.
    11.08.10 Məqaləni oxumaq
     
    TQDK elan edir
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi orta təhsil bazasında (9-illik) orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlərlə bağlı müsabiqə elan edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil almaq istəyən abituriyentlər, bu ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün cari il avqustun 10-dək seçdikləri ixtisasların kodlarını elektron ərizə formasına daxil edib, ərizələrini SQK-larda təsdiq etdirməlidirlər.
    09.08.10 Məqaləni oxumaq
     
    TQDK sədri: “ “Prezident təqaüdü”nə layiq görüləcək abituriyentlərin siyahısı hələ müəyyənləşdirilməyib”
    Ali məktəblərə qəbul imtahanları nəticəsində yüksək bal toplayaraq “Prezident təqaüdü”nə layiq görüləcək abituriyentlərin siyahısı hələ müəyyənləşdirilməyib. Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, ölkə prezidentinin fərmanına uyğun olaraq, hər il Azərbaycanda 100 nəfər, eləcə də Naxçıvan Muxtar Respublikasında 3 nəfər abituriyent prezident təqaüdünə layiq görülür. M. Abbaszadə ötən illərdə olduğu kimi, bu il də ənənəvi olaraq, həmin sayda abituriyentin “Prezident təqaüdü”nə layiq görüləcəyini söyləyib.
    06.08.10 Məqaləni oxumaq
     
    Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə azərbaycanlı abituriyentlərin qəbulu üçün müsabiqə keçirilir
    Türkiyənin Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə azərbaycanlı abituriyentlərin qəbulu üçün müsabiqə keçirilir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən verilən məlumata görə, müsabiqədə 2010-2011-ci tədris ili üçün mülki ali təhsil müəssisələrinə I və ya II ixtisas qrupları üzrə qəbul imtahanında 300 və daha yüksək bal toplamış oğlan abituriyentlər iştirak edə bilərlər. Abituriyentlərin riyaziyyat fənnindən nisbi balı 10-dan az olmamalıdır. Müsabiqədə iştirak etmək istəyənlər TQDK-nın internet saytında qeydiyyatdan keçməlidirlər. Sonrakı mərhələdə namizədlər Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi həkim komissiyasından keçdikdən sonra Daxili Qoşunların Baş İdarəsində fiziki hazırlıq üzrə yoxlamalara cəlb olunacaqlar. Fiziki hazırlıq üzrə yoxlamalardan keçmiş namizədlər Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Hərbi Attaşeliyi və Hərbi işbirliyi üzrə Koordinasiya Qərargahı tərəfindən keçiriləcək müsahibədə iştirak edəcəklər.
    04.08.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 68 69 70 71 72 73 74 75 76 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30