Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 67 68 69 70 71 72 73 74 75 » #
    TQDK orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirdi
    Bu gün 9 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından KƏLAMİNFO-ya verilən məlumata görə, imtahanında iştirak etmək üçün 30 min 671 abituriyent ərizə təqdim edib.
    Budəfəki imtahanlarda 9 illik təhsil bazasında 623 ixtisas üzrə 47 orta ixtisas təhsili müəssisəsinə qəbul aparılır. Ayrılan 9576 plan yerindən 8539-u Azərbaycan, 242 yer rus bölməsinə, 795 yer birgə müsabiqə aparılan ixtisaslara aiddir. İmtahan Bakı ilə yanaşı Sumqayıt, Naxçıvan, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Şirvan, Ağcabədi, Göyçay və Quba şəhərlərində 56 binada keçiriləcək. 1881 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 231 imtahan rəhbəri cəlb olunub. Abituriyentlər 1 saat 30 dəqiqə ərzində hər fəndən 15 sual olmaqla Ana dili, Azərbaycan tarixi və riyaziyyatdan imtahan veriblər.
    31.08.10 Məqaləni oxumaq
     
    Gənc müəllimlər üçün nəzərdə tutulan güzəştlər artırılır
    2010-2011-ci tədris ili üçün orta məktəblərin həvəsləndirmə tədbirləri tətbiq ediləcək vakant yerlərində işləmək istəyən pedaqoji ixtisaslı gənc mütəxəssislər sentyabrın 15-dək Təhsil Nazirliyinə müraciət edə bilər. Bu barədə məlumatı KƏLAMİNFO-ya Təhsil Nazirliyindən veriblər.
    Nazirlər Kabinetinin cari ilin aprelində  imzaladığı “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərinin müəyyən edilməsi haqqında” yeni qərar əsasında gənc mütəxəssislərə tətbiq olunan maliyyə vəsaitləri artırılıb və ipoteka kreditlərinin verilməsi məsələsi nəzərdə tutulub.
    30.08.10 Məqaləni oxumaq
     
    Şəkidə qəbul imtahanlarında yüksək nəticə göstərən gənclərlə görüş olub
    Şəki şəhər İcra Hakimiyyətində builki qəbul imtahanlarında 500-700 bal toplayıb ali məktəblərə daxil olan gənclər və onların valideynləri ilə şəhər rəhbərliyinin görüşü olub. Şəki İcra Hakimiyyətindən (İH) KƏLAMİNFO-ya verilən məlumata görə, İH başçısının müavini Zərinə Cavadova bildirib ki, Şəki təhsili öz zəngin ənənələri ilə respublikada həmişə seçilib. O qeyd edib ki, Şəki məzunları ənənələrə sadiq qalaraq, ötən illərdə olduğu kimi, builki qəbul imtahanlarında da çox yüksək nəticələr əldə edib. Təhsil şöbəsinin müdir əvəzi Bəhyəddin Qüvvətov bildirib ki, bu il ümumtəhsil məktəblərini bitirən 1656 məzundan 1165 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd verib, onlardan 517 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 90 nəfər 500-dən 600 baladək, 29 nəfər isə 600 baldan yuxarı nəticə göstərib.
    27.08.10 Məqaləni oxumaq
     
    Texnikomlara qəbul imtahanı avqustun 29-da keçiriləcək
    Cari tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı avqustun 29-da keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) veriblər. Abituriyentlər imtahanda iştirak etmək üçün avqustun 25-dən etibarən elektron ərizələrini təsdiq etdirdikləri Sənəd Qəbulu Komissiyasından “İmtahana buraxılış vərəqəsi”ni və “Abituriyentin vəsiqəsi”ni əldə etməlidirlər. Abituriyentlər imtahana, imtahana buraxılış vərəqəsi”ni, şəxsiyyəti təsdiq edən sənədin əslini və “Abituriyentin vəsiqəsi”ni gətirməlidirlər. Gostərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq. İmtahan binasına köməkçi vasitə gətirmək qəti qadağandır. Buraxılış rejimində uzərində mobil telefon, konspekt və digər yardımcı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq, onların imtahan sənədləri alınacaq və imtahan binasına buraxılmayacaqlar.
    24.08.10 Məqaləni oxumaq
     
    Sabah Bakıda xaricdə təhsil alan azərbaycanlıların forumu keçiriləcək
    Sabah Bakıda xaricdə təhsil alan və məzun olmuş azərbaycanlı gənclərin VIII Beynəlxalq forumu keçiriləcək. Forum Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil ediləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya GİN-nin mətbuat xidmətindən veriblər. İki gün davam edəcək Forumun məqsədi azərbaycanlı gənclərin xarici ölkələrdə əldə etdikləri təcrübələri bölüşmək, ölkəmizin inkişafı üçün birlikdə çalışmaq səylərini inkişaf etdirmək, gənclər arasında canlı ünsiyyət, informasiya mübadiləsini yaratmaqdır. Tədbirin birinci günü çıxışlar, məruzələr dinləniləcək, qruplarda müzakirələr aparılacaq. Forumun ikinci günü isə Azərbaycanın gözəl guşələrindən olan Qəbələyə səyahət təşkil olunması nəzərdə tutulub.
    20.08.10 Məqaləni oxumaq
     
    Növbəti tədris ilində 32 yeni məktəb istifadəyə veriləcək
    Növbəti tədris ilinə qədər Azərbaycanda 11 100 şagird yerlik 32 yeni məktəb və 1280 yerlik əlavə 2 tədris korpusu istifadəyə veriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya müsahibəsində Təhsil Nazirliyi Əsaslı tikinti İdarəsinin texniki sektorunun müdiri Elman Əzimov söyləyib. Onun sözlərinə görə, növbəti tədris ilinə kimi əlavə ümumtəhsil məktəblərinin bərpasının gücləndirilməsi və əsalı təmir ilə bağlı 6, peşə liseylərinin əsaslı təmiri ilə bağlı 2, uşaq bağçalarının əsaslı təmiri ilə bağlı isə 3 obyekt istifadəyə veriləcək. E.Əzimov bildirib ki, ümumtəhsil müəssisələrinin təmiri və yenidən qurulması ilə bağlı 356, uşaq bağçaları – körpələr evinin təmiri və yenidən qurulması ilə bağlı 32 obyekt istifadəyə veriləcək. Xatırladaq ki, istifadəyə veriləcək müəssisələrdə işlər ötən ilin oktyabrında başlayıb.
    19.08.10 Məqaləni oxumaq
     
    İnstitutlar arasında müqavilə imzalanıb
    AMEA İqtisadiyyat İnstitutu ilə İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi–Tədqiqat İnstitutu arasında elmi-tədqiqat sahəsində əməkdaşlıq haqqında müqavilə imzalanıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər. Müqaviləni İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev və İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru İsa Alıyev imzalayıb. Qeyd edək ki, müqavilədə bir sıra sahələr üzrə birgə elmi layihə və tədqiqatların həyata keçirilməsi, elmi kadrların hazırlanması, həmçinin elmi-praktiki müşavirə, simpozium, konfrans və seminarların keçirilməsi nəzərdə tutulur.
    19.08.10 Məqaləni oxumaq
     
    Abituriyentlərin qeydiyyatı başa çatır
    Bu gün cari tədris ili üçün ali məktəblərə qəbul olan abituriyentlərin qeydiyyatı başa çatır. Bu barədə məlumatı KƏLAMİNFO-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən veriblər. Ali təhsil müəssisələrinə əsas yerləşdirmə zamanı qəbul olanlar bu günədək, ali məktəblərin vakant yerlərinə qəbul olanlar avqustun 13-dən 20-dək, magistraturaların boş qalan plan yerlərinə qəbul olanlar avqustun 11-dən 20-dək, tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar avqustun 16-dan 31-dək qeydiyyatdan keçməlidirlər. Qeyd olunan müddətdə qeydiyyatdan keçməmək həmin şəxsin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.
    19.08.10 Məqaləni oxumaq
     
    Göyçaylı məzun ali məktəbə imtahansız qəbul olunub
    Cari il Göyçay rayonu orta ümumtəhsil məktəblərini bitirən məzunlardan 285-i tələbə adını qazanıb. KƏLAMİNFO xəbər verir ki, tələbələrdən 3-ü 600-dən yuxarı bal toplayıb. Rayon təhsil şöbəsindən bildiriblər ki, ən yüksək nəticəni şəhər 1 nömrəli orta məktəbin məzunu P.Bağırova əldə edib. O, imtahanda 650 bal toplayaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına daxil olub. İdman sahəsindəki göstəriciləri “Təhsil haqqında” yeni qanunun tələblərinə uyğun gələn Göyçay şəhər 1 nömrəli orta məktəbin məzunu M.Məmmədli isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına müsabiqədənkənar, yəni imtahan vermədən qəbul olunub.
    17.08.10 Məqaləni oxumaq
     
    Təhsil Nazirliyi “udin dili” dərsliyi hazırlayıb
    İlk dəfə olaraq Təhsil Nazirliyi II siniflər üçün “udin dili” dərsliyi hazırlayıb. Bu barədə açıqlamanı KƏLAMİNFO-ya müsahibəsində Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı verib.
    Azərbaycanda yaşayan etnik qrupların dərslik və müləllim vəsaitləri ilə təmin olunmasının diqqət mərkəzində saxlanıldığını vurğulayan F.Şahbazlı qeyd edib ki, bu vaxta qədər udinlər üçün I sinif dərslikləri və müllim vasaiti mövcud olub. O, II siniflər üçün “Ərəb dili” dərsliyinin də hazılandığını söyləyib. Bildirib ki, həmin dərslik qiymətləndirmə ərəfəsindədir. F.Şahbazlı etnik qruplar üçün dərsliklərin hazırlanması və onun tədrisi üçün kadr qıtlığının hiss olunduğunu da dilə gətirib.
    O, bu il ilk dəfə olaraq VIII siniflər üçün “Rəsmxətt” dərsliyinin də hazırlandığını diqqətə çatdırıb.
    Xatırladaq ki, hazırda Azərbaycan məktəblərində ləzgi, avar, talış və digər etnik qrupların dilləri tədris olunur.
    14.08.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 67 68 69 70 71 72 73 74 75 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30