Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  66 67 68 69 70 71 72 73 74  #
    Ağsuda aparılan arxeoloji tədqiqatlarla bağlı konfransı keçiriləcək
    Sentyabrın 14-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Ağsu şəhərində arxeoloji tədqiqatlar və Azərbaycanda son orta əsr şəhər problemi” mövzusunda elmi-nəzəri respublika konfransı keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər. Konfransdan öncə “Ağsu möcüzəsi” sərgisinin açılışı, həmçinin “Ağsu şəhəri orta əsrlərdə” kitab-albomunun II buraxılışının təqdimatı keçiriləcək. Konfransa təqdim edilən məruzələr Ağsuda aparılan arxeoloji tədqiqatlar və Azərbaycanda son orta əsr şəhər problemninin öyrənilməsi, Azərbaycan-Avropa əlaqələri, Ağsuda sikkə zərbi və pul tədavülü, daş məmulatı və daşişləmə sənəti, Azərbaycan Şərq-Qərb ticarət əlaqələrinin qovşağında və başqa mövzuları əhatə edir. Qeyd edək ki, Ağsu şəhərində aparılan arxeoloji tədqiqatlar və Azərbaycanın son orta əsr şəhərlərinin öyrənilməsindəki ümumi problemlərin müzakirəsinə həsr olunmuş konfransın təşkilatçıları AMEA Milli Azərbaycan Tarixi Muzeyi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Ağsu arxeoloji ekspedisiyası və “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyidir.
    09.09.10 Məqaləni oxumaq
     
    MDU Azərbaycan vətəndaşları üçün tələbə qəbulu elan edir
    Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı 2010/2011-ci tədris ili üçün rus bölməsinə tələbə qəbulu elan edir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən veriblər. Qəbul rus və roman- german filologiyası ixtisasları üzrə aparılır. Azərbaycan vətəndaşları üçün təhsil ödənişsizdir. Moskva Dövlət Universitetinin yaratdığı Qəbul Komissiyası tərəfindən aparılan sınaqlarda yalnız TQDK-nın cari ildə keçirdiyi test imtahanlarında 300 və daha artıq bal toplayan rus bölməsinin abituriyentləri iştirak edə bilərlər. Orta məktəbin Azərbaycan bölməsini rus dili fənni üzrə “əla” və “yaxşı” qiymətlə bitirən və TQDK-nın keçirdiyi test imtahanlarında 300 və daha artıq bal toplayan abituriyentlər də qəbul sınaqlarında iştirak edə bilərlər.
    08.09.10 Məqaləni oxumaq
     
    Geologiya İnstitutu Avstriya şirkətləri ilə yeni əlaqələr qurur
    Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun alimləri Avstriyanın HOT Mühəndisi Tədqiqatlar və Təkmilləşdirmə şirkətində olub, neft-qaz, geofizika və qazma sahəsində peşəkarlığın artırılması istiqamətində əməkdaşlıq imkanları müzakirə ediblər. Bu barədə məlumatı KƏLAMİNFO-ya Geologiya İnstitutundan veriblər. İnstitutun elmi işlər üzrə direktor müavini akademik İbrahim Quliyev, AMEA-nın müxbir üzvləri Hətəm Quliyev və Qalib Əfəndiyev təmsil etdikləri elmi müəssisənin qeyd olunan sahələrdəki tədqiqatları və nailiyyətləri barədə məlumat veriblər. Şirkətin prezidenti Dyetard Kratzer öz növbəsində rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə geniş məlumat verib və Geologiya İnstitutu ilə əməkdaşlıq etmək niyyətini bilidrib.
    07.09.10 Məqaləni oxumaq
     
    Respublika üzrə 49 yeni məktəb binasının inşası başa çatdırılıb
    Cari ildə respublika üzrə 17434 şagird yerlik 49 yeni məktəb binasının, 10 mövcud məktəbə 1418 şagird yerlik əlavə tədris korpuslarının inşası başa çatdırılıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Təhsil Nazirliyindən veriblər.
    Eləcə də, 7 ümumtəhsil məktəbi, 2 peşə liseyi, 3 körpələr evi-uşaq bağçası əsaslı, 356 ümumtəhsil məktəbi, 9 peşə liseyi, 52 körpələr evi-uşaq bağçası və 5 məktəbdənkənar təhsil müəssisəsi cari təmir olunub.
    Qeyd edək ki, cari ildə 6980 şagird yerlik 25 yeni məktəb binasının tikintisinə başlanılıb.
    07.09.10 Məqaləni oxumaq
     
    127 adda dərslik və müəllimlər üçün metodik vəsait çap edilib
    Ümumtəhsil məktəbləri şagirdlərinin dərsliklərlə pulsuz təminatı üçün ayrılmış 8 mln. manat vəsait hesabına 2010-2011-ci tədris ilinə 127 adda 4641700 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap edilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Təhsil Nazirliyindən veriblər.
    Bu sıraya yeni kurikulum tətbiq edilən III siniflər üçün 40 adda 1088250 nüsxə dərslik və müəllim üçün metodik vəsait, I, VI və VIII-XI siniflər üçün isə 70 adda 3417800 nüsxə dərslik və 1 adda 600 nüsxə müəllim üçün metodik vəsait, xüsusi məktəblər üçün 12 adda 1070 nüsxə xüsusi şriftlərlə və brayl əlifbası ilə hazırlanmış dərsliklər daxildir.
    06.09.10 Məqaləni oxumaq
     
    Ümumtəhsil məktəblərində 1 mln. 359 min 900 şagird təhsil alacaq
    2010-2011-ci tədris ilində ölkəmizin 4546 ümumtəhsil məktəbində 1359900 şagird təhsil alacaq. Onların təlim-tərbiyəsi ilə 169498 müəllim məşğul olacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Təhsil Nazirliyindən veriblər.
    Yeni dərs ilində I sinif şagirdlərinin sayının 120844 nəfər olacağı proqnozlaşdırılır. Ötən tədris ilində isə təhsil ocaqlarının I sinfinə 118581 şagird qəbul olunub.
    Növbəti tədris ilində 36 dövlət ali təhsil müəssisində 116930, 15 özəl ali məktəbdə isə 19430 tələbə təhsil alacaq.
    Qeyd edək ki, dövlət ali təhsil ocaqlarında 12800, qeyri-dövlət ali məktəblərində isə 2090 müəllim çalışır.
    06.09.10 Məqaləni oxumaq
     
    Bakıda “ASAİF” İctimai Birliyi təsis edilib
    Bakıda Xaricdə Təhsil Almış və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu (ASAİF) İctimai Birliyinin təsis yığıncağı keçirilib. KƏLAMİNFO xəbər verir ki, təsis yığıncağında 15 ölkənin tələbə və məzunlarını təmsil edən 30 gənc iştirak edib. Təşkilatın təsis olunmasının təşəbbüskarı qismində 6 gənc çıxış ediblər. Elə ilk olaraq təsisçilər “ASAİF” İctimai Birliyinin yaranmasının aktuallığından danışıblar. Təsisçilər çıxış etdikdən sonra Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq iclasın sədri seçilib və mərhələli şəkildə iclasın katibliyi və say komissiyası üzvləri seçildikdən sonra təşkilatın nizamnaməsi təsdiq edilib. Daha sonra təşkilatın seçkili strukturlarına namizədlər qeydə alınıb və “ASAİF” İB Mərkəzi Nəzarət Təftiş Komissiyasına (MNTK) 3 nəfər, İdarə Heyətinə 17 nəfər, Məclis üzvlüyünə 21 nəfər seçilib.
    06.09.10 Məqaləni oxumaq
     
    Təhsil Nazirliyi payız buraxılış imtahanının tarixini açıqlayıb
    Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında bir və ya bir neçə fəndən qeyri-kafi qiymət alan, imtahan fənləri üzrə illik qeyri-kafi qiymət aldığı üçün buraxılış imtahanına buraxılmayan, həmçinin müəyyən səbəblərdən imtahanlarda iştirak etməyən şagirdlərin payız buraxılış imtahanı verməsi nəzərdə tutulub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Təhsil Nazirliyindən veriblər. Payız buraxılış imtahanları üç bölgə üzrə sentyabrın 2-də, 6-da və 8-də keçiriləcək. Sentyabrın 2-də Şirvan şəhəri, Ağcabədi, Astara, Beyləqan, Biləsuvar, Cəlilabad, Hacıqabul, İmişli, Kürdəmir, Lənkəran, Masallı, Neftçala, Salyan, Ucar, Sabirabad, Saatlı, Zərdab, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı, sentyabrın 6-da Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağstafa, Bərdə, Lerik, Yardımlı, Daşkəsən, Gədəbəy, Ağdaş, Ağsu, Göyçay, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz, Yevlax, Şəki, Balakən, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Şamaxı, Zaqatala və Qobustan rayonlarının, sentyabrın 8-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun şagirdləri payız imtahanı verəcəklər.
    03.09.10 Məqaləni oxumaq
     
    M.Mərdanov ABU-ya lisenziya vermədi
    Bu gün təhsil naziri Misir Mərdanov Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziyanın) qüvvədə olma müddətinin uzadılmaması barədə əmr imzalayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Təhsil Nazirliyindən veriblər. Əmrdə qeyd olunur ki, Azərbaycan Beynəlxalq Universiteti 1997-ci il oktyabrın 17-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb, 1998-ci ildə Təhsil Nazirliyinin 04.12.1997-ci il tarixli 48-11-4058/16 nömrəli qərarı ilə ilk dəfə lisenziya verilib. Universitet 1999-cu ildə 6 il müddətinə, 2005-ci ildə isə 5 il müddətinə yenidən lisenziya alıb.
    02.09.10 Məqaləni oxumaq
     
    Bakı Dövlət Universitetinin 91 yaşı tamam oldu
    Bu gün Bakı Dövlət Universitetinin 91 yaşı tamam olur. KƏLAMİNFO xəbər verir ki, Azərbaycan Demokratik Cümhuriyyəti Parlamentinin 01 sentyabr 1919-cu il tarixli iclasında Bakıda universitetin təsis edilməsi qərarı qəbul edilib və Nizamnaməsi təsdiq olunduqdan sonra Avropa və Asiyanın qovşağında yeni bir ali təhsil ocağı yaradılıb. Universitet ilk tədris ilini 2 fakültə ilə – tarix-filologiya, tibb fakültələri və 1094 tələbə ilə başladı. Universitetin ilk rektoru Kazan Universitetinin professoru, məşhur cərrah V.İ.Razumovski olub. Universitetin 1920-30-cu illərdə aparıcı müəllimləri Azərbaycan yazıçısı Əbdürrəhim bəy Haqverdiyev, tanınmış şərqşünaslar – professor P.K.Jüze, professor A.O.Makovelski, professor A.O.Mişel və digər tanınmış alimlər olublar. Həmin dövrlərdə universitet rəhbərliyinin dəvəti ilə Bakıya öz ixtisasları üzrə mühazirələr oxumaq üçün N.Y.Marr, V.V.Bartold, Şərq Elmlər Akademiyasının akademiki Fuad bəy Küprüllüzadə universiteti ziyarət etmişlər. Məşhur həmyerlimiz, Nobel mükafatı laureatı L.D.Landau 1922-24-cü illərdə universitetimizdə təhsil alıb.
    02.09.10 Məqaləni oxumaq
     
    Səhifələr : #  66 67 68 69 70 71 72 73 74  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30